Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
Bakı
Ekspo Mərkəzində
Azərbaycanın və
SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı,
Dövlət mükafatları
laureatı, dünya şöhrətli rəssam
Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi davam edir. Sərgi ilə tanış
olmaq üçün
hər gün buranı çoxlu insan ziyarət edir. Cəmiyyətin hər təbəqəsindən
olan ziyarətçilər
sərgidən xoş
təəssüratlarla ayrılır.
Əməkdaşımız da sərgini
ziyarət edənlər
arasında olub, onların sərgi haqqında təəssüratlarını
öyrənib.
Sərgi
ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Bakı
şəhər sakini
Vaqif Nəsirov görkəmli rəssamın
yaradıcılığından yüksək zövq aldığını bildirib:
“Tahir Salahov həqiqətən də böyük rəssamdır.
Mən Tahir müəllimi şəxsən tanıyıram.
Gənc yaşlarımdan onun əsərləri ilə maraqlanmışam. O, həqiqətən
xalqına, millətinə
bağlı yaradıcı
insandır. Onun əsərlərinə dərin məna, yüksək keyfiyyət, böyük peşəkarlıq,
sənətə sonsuz
sevgi müşahidə
edilir. Tahir müəllim, beynəlxalq
səviyyədə tanınan
görkəmli rəssamdır.
Onun bütün üslublarda yaratdığı sənət
nümunələrində insan
taleyi vasitəsilə
dünyaya, həyata baxışı və fəlsəfi düşüncələri
rənglərin ən
incə çalarları
ilə dolğun ifadəsini tapıb.
Bu gün biz də
özümüzə borc
bildik ki, gəlib bu sərgini
ziyarət edək.
Sərgidə nümayiş edilən
hər bir əsər möhtəşəmdir.
Burada bütün əsərlər
özünəməxsusluğu və cəlbediciliyi ilə insanı məftun edir. Biz xalqımızın bütün görkəmli
şəxsiyyətləri ilə
qürur duyuruq”.
Sərginin rəhbəri odluğu
10 nömrəli uşaq
musiqi məktəbinin
kollektivi ilə birgə ziyarət edən Qafar Nuriyev görkəmli rəssamın əsərləri
ilə bağlı söyləyib ki, Tahir Salahov səmərəli
və bənzərsiz
yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizdə
yeni səhifələr
açıb.
“Tahir müəllim
milli sənət xəzinəmizin qızıl
fondunda özünə
həmişəlik layiqli
yer tutan əsərləri ilə Azərbaycan təsviri sənətinə dünyada
böyük şöhrət
qazandırıb. O, xalqımızın
dahi sənətkarlarındandır.
Dünya
şöhrətli rəssamımız
yaratdığı portretlərdə
xalqlımızın görkəmli
şəxsiyyətlərini hər zaman ön planda təqdim edir. Sərgiyə baxdıqda da
bunun bir daha şahidi oluruq. Onun mövzu, forma, janr əlvanlığı və
estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər
naminə humanist fikirləri
təlqin edir. Ekspozisiyada yer alan ulu öndər
Heydər Əliyev, Rəsul Rza, Rəşid Behbudov, Qara Qarayev, Fikrət
Əmirov və digər görkəmli tarixi şəxsiyyətlərimizin
portretinə baxdıqda
mənəvi zövq aldım. Bu əsərlərin
hər birinin özünəməxsus yüksək
dəyəri var. Sərginin
təşkilində əməyi
olan hər kəsə, xüsusilə
dövlətimizin başçısına
təşəkkür edirik”,
- deyə Qafar Nuriyev vurğulayıb.
Ruhulla Axundov adına
Mədəniyyət evinin
rejissoru Vəfa Rəfiyeva qeyd edib ki, Tahir
Salahovun Azərbaycan rəngkarlığının inkişafında
bütöv bir dövrü təşkil edən əsərləri
bu gün dünyanın mötəbər
muzeylərində sərgilənir.
O əsərlərdən bir
qisminin bu gün Bakıda nümayiş edilməsi olduqca təqdirəlayiqdir.
V.Rəfiyeva söyləyib ki,
görkəmli rəssamın
mühüm mədəni
hadisəyə çevrilən
fərdi sərgiləri
Azərbaycan mədəniyyətinin
xarici ölkələrdə
təbliğində böyük
rol oynayır.
“Tahir Salahov böyük rəssamdır. Bir yanda
sıralanan əsrarəngiz
orijinal portretlər, digər tərəfdə
onların xalçalar
üzərinə həkk
edilmiş sürəti
bizi valeh etdi. Bu gün
onun əsərlərinin
canlı şahidi olmaq mənim üçün çox böyük xoşbəxtlikdir.
Burada hər şey möhtəşəmdir. Ümumiyyətlə sərgi mərkəzi özü gözəl təşkil olunub. Bizə belə bir şərait
yaratdığı üçün
təşkilatçılara təşəkkür edirik”,
- deyə V.Rəfiyeva
deyib.
Sərgini ziyarət edənlərlə söhbət etdikcə, burada nümayiş olunan əsərlərə baxdıqca bir daha anlayırsan ki, Tahir Salahovun tabloları təkcə Azərbaycan incəsənətinin deyil, həm də dünya təsviri sənətinin inciləri sırasında qərarlaşır. Çoxşaxəli yaradıcılığa malik rəssamın əsərləri heyrətamiz xüsusiyyətlərə malikdir. Görkəmli rəssamın sərgidə yer alan hər bir portreti, mənzərəsi, peyzajı önündə xeyli düşünməli olursan. Bu səbəbdən də onun sərgisi həmişə bir mədəniyyət hadisəsinə çevrilir. İnsanlar Tahir Salahovun əsərlərinə baxmaqdan doymur və ona olan sonsuz sevgilərini ifadə etməkdən yorulmurlar. Bu gün də havanın yağmurlu və soyuq olmasına baxmayaraq, Tahir Salahov sənətinə sonsuz sevgi Bakı Ekspo Mərkəzinə yüzlərlə insanı bir araya toplamışdı.
Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur. Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alır. Sərgidə təqdim olunan fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir. T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Onlardan “Heydər Əliyevin portreti” “Qədim Bakı”, “Vyana stulu ilə natürmort”, “Fikrət Əmirovun portreti”, “Mirzə Ələkbər Sabirin portreti”, “Rəsul Rzanın portreti” və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək olar.
Tahir Salahov
həm də Azərbaycan incəsənətinin çoxəsrlik
ənənələrini Avropa
boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirib.
Tahir Salahov haqlı olaraq təsviri incəsənətin canlı klassiki və bütöv bir üslubun banilərindən
biri hesab olunur. Onun əsərləri
dünya mədəniyyəti xəzinəsinə,
XX və XXI əsrlərin təsviri incəsənətinin
qızıl fonduna daxildir.
Böyük sənətkarın heyrətamiz
portret yaradıcılığı isə
sənətsevərlər tərəfindən daim
rəğbətlə qarşılanıb. O, Vətənə
məhəbbət dolu silsilə lövhələr,
peyzajlar və natürmortlarında
insanın təbiətlə dərin məna kəsb edən
ahəngdar mənəvi vəhdətini əks etdirməyə
müvəffəq olub. Onunla
hər bir azərbaycanlı fəxr edir. Dünya rəssamlarının
arasında öz dəstxətti, nüfuzu ilə seçilən belə bir sənətkarın millətimizin nümayəndəsi
olması, sözün əsl mənasında
xoşbəxtlikdir.
Xalq Cəbhəsi.- 2018.- 19 dekabr.-
S.14.