Akademik, xalq caz musiqisirespublika festivalına yekun vurulub

 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən (BMA) “Akademik, xalq caz musiqisirespublika festivalına yekun vurulub.

Tədbirdə BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək festivalın əhəmiyyətindən söz açıb.

“Bu, BMA-nınXüsusi pedaqoji hazırlıqkafedrası elmi-eksperimental laboratoriyasıməktəb-studiya kollektivinin birgə iştirakı ilə akademiyada ilk dəfə təşkil olunan keçirilən qeyri-adi festivaldır,- deyə rektor vurğulayıb.

Fərhad Bədəlbəyli festivalın təşkilatçıları, müəllifləri təşəbbüskarlarıməktəb-studiyanın direktoru, professor Tərlan Seyidov "Xüsusi pedaqoji hazırlıq" kafedrasının müdiri, dosent Elnarə Məmmədovanın zəhmətini xüsusi qeyd edib.

Bildirilib ki, festival musiqi incəsənətinin üç əsas istiqamətiklassik, xalq caz musiqisinə həsr olunub.

Festivalın məqsədi musiqi məktəblərinin klassik repertuarına daxil olan proqramlardan əlavə ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil universal musiqiçi yaratmaqdan ibarətdir. Buna görə biz məqsədyönlü şəkildə festivalın şərtlərinə əlavə olaraq çoxəsrli Azərbaycan xalq musiqisi XX əsrin əvvəllərində yaranmış nisbətən gənc caz sənəti nümunələrinin ifası üzrə tələblər irəli sürdük. Bir yarış çərçivəsində çox geniş üslub cərəyanlarının əhatə edilməsinə baxmayaraq, bir çox iştirakçılar, xüsusilə mürəkkəb bir vəzifənin öhdəsindən yüksək səviyyədə gəldilər”, - deyə Tərlan Seyidov bildirib.

Festivalda Azərbaycanın 13 bölgəsinin musiqi məktəbləri, orta ali musiqi təhsili müəssisələrindən 130 gənc musiqiçi iştirak edib. Festival dörd nominasiya üzrə keçirilib: "Fortepiano", "Simli alətlər" , "Nəfəs zərb alətləri", "Vokal".

Peşəkar münsiflərin yekdil rəyi ilə Bakı, Sumqayıt, Bərdə Neftçaladan olan 17 gənc musiqiçi laureat adını qazanıb.

Sonda laureatlar Qala-konsert proqramı ilə çıxış ediblər.

 

 

Xalq Cəbhəsi.- 2018.- 19 dekabr.- S.16.