Tofiq Kazımovun 95 illiyinə həsr
edilmiş tədbir keçirilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, xalq artisti Tofiq Kazımovun
95 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Tofiq Kazımovun həyat və yaradıcılığını
əks etdirən fotosərgi təqdim olunub, sənətkara həsr olunan videoçarx nümayiş
etdirilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru,
xalq artisti Azər Paşa Nemətov sənətkarın
həyat və yaradıcılığından, Azərbaycan teatrının,
rejissor sənətinin
inkişafındakı xidmətlərindən
söz açıb. Azər
Paşa Nemətov qeyd edib ki,
Tofiq Kazımov bir-birindən maraqlı tamaşalara imza atıb: “Tofiq Kazımov böyük rejissor, gözəl insan kimi Azərbaycan
mədəniyyətinə böyük
töhfələr bəxş
edib. Çox təəssüf ki, onun ömrü
qısa oldu, 1980-ci ildə biz onu itirdik. Amma Tofiq müəllimin
tamaşaları, yetişdirdiyi
aktyor nəsli Azərbaycan teatrında yeni səhifə açdı. Mənim Tofiq
Kazımovla çox gözəl xatirələrim
var. O, dərin düşüncəli
şəxsiyyət idi.
Tofiq Kazımov böyük sənətkar Səməd
Mənsurun ailəsində
böyüyüb. O, təkcə
teatr xadimi deyil, həm də müharibə iştirakçısı idi.
Tofiq Kazımov özünü
əsl sənətkar
kimi sübut edib. Onun çoxlu tələbələri
olub, habelə gözəl pyeslər, monoqrafiyalar yazıb.
Biz Tofiq Kazımovu
hər zaman hörmət və ehtiram hissi ilə
xatırlayacağıq”.
Xalq artistləri
Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar incəsənət
xadimi, professor İlham
Rəhimli Tofiq Kazımovun sənət yolundan danışıblar. Qeyd olunub
ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması
və inkişafı Tofiq Kazımovun adı ilə bağlıdır. Rejissorun quruluş
verdiyi tamaşalarda insanların təfəkkür
tərzi, onlar arasında münasibətlər
müxtəlif bədii,
estetik, fəlsəfi,
psixoloji formalarda parlaq təcəssümünü
tapıb.
1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan
Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib. O, Şekspirin
“Hamlet”, Cəlil Məmmədquluzadənin
“Ölülər”, Cəfər
Cabbarlının “Aydın”,
Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy
Haqverdiyevin “Pəri cadu”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”,
“Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” və
digər əsərləri
tamaşaya hazırlayıb.
Daha sonra Tofiq Kazımova həsr olunan “Ölülər” tamaşası
təqdim olunub. Cəlil Məmmədquluzadənin
“Ölülər” pyesi
əsasında hazırlanmış
eyniadlı ikihissəli
tamaşa teatrın bədii rəhbər-direktoru,
xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib.
Səhnə əsərinin rejissorları
isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.
Tamaşada görkəmli bəstəkar,
SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri
üçün bəstələdiyi
musiqi yeni versiyada təqdim olunub. Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin
elmi məsləhətçisi
akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx
Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə
əməkdar artist Anar
Heybətovdur.
Tamaşada digər rolları
xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov,
Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev,
Mirzə Ağabəyli,
Əjdər Həmidov,
aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal
Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb
Abdullayev, Xədicə
Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə
canlandırırlar.
Xronometrajı 130 dəqiqə olan
səhnə əsərində rəsmlərin quruluşu
Azər Paşa Nemətə məxsusdur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
hazırlanan səhnə əsərinin elmi
məsləhətçisi akademik İsa Həbibbəylidir.
Xalq Cəbhəsi.- 2018.- 1 fevral.-
S.16.