“Ardı yaşanılır” sənədli
film təqdim edilib
Nizami Kino Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş Azərbaycan
Yazıçılar Birliyinin
sədri, Xalq Yazıçısı Anarın
həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim
olunub.
Xalq Yazıçısının 80 illik yubileyi münasibətilə hazırlanmış
“Ardı yaşanılır”
adlı sənədli
filmin təqdimat mərasimində dövlət
və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət
və incəsənət
nümayəndələri iştirak
ediblər. Filmin ssenari müəllifi
Günel Anarqızıdır.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
çağdaş Azərbaycan
ədəbiyyatının canlı
klassiki Anarın ədəbiyyatımızın inkişafındakı müstəsna
xidmətlərindən söz
açıb: “Azərbaycan
ədəbiyyatının “60-cılar” adlanan ədəbi nəslinə mənsub nümayəndələrindən biri də Anardır.
O, ədəbiyyatımızda nasir, dramaturq, publisist, alim, ictimai xadim və
eyni zamanda şair kimi tanınır. Onun təkcə əsərlərinin
adları çəksək,
uzun bir siyahı alınar. Onun əsərləri nəyinki
Azərbaycanda, həm
də xarici ölkələrdə böyük
maraqla oxunur”.
Bildirilib ki, Anarın yaradıcılığı, onun
fəaliyyəti çoxşaxəlidir. Anar təkcə
Azərbaycan ədəbiyyatında
deyil, bütövlükdə
Azərbaycan cəmiyyətinin
həyatında bir hadisədir. Onun filmləri,
yaradıcılığı, əsərləri bizim ədəbiyyatımızın, kinomuzun inciləridir.
Filmin ərsəyə
gəlməsində zəhməti
olanlara minnətdarlığını
bildirən nazir görkəmli söz adamına həsr olunmuş ekran əsərinin böyük
maraq doğuracağına
inamını ifadə
edib.
“Film yazıçı Anarla musiqişünas, akademik Zemfira Səfərovanın
sevgi münasibətləri,
55 illik birgə
ailə həyatı və bu gün
də davam edən ömür yolundan bəhs edir. Yazıçının ailəsi ölkəmizin
mədəniyyət və
incəsənət tarixinə
böyük töhfə
verib. Onların yaradıcılıq mühiti, əsərləri,
kitabları, elmi araşdırmaları bizim
ədəbi mühitin
formalaşmasında mühüm
rol oynayıb. Yaradıcı cütlüyün qarşılıqlı hörmətə
əsaslanan ailə həyatı gənc nəsil üçün örnəkdir”, - deyə Ə.Qarayev vurğulayıb.
Fikrini
Lev Tolstoyun “Bütün
xoşbəxt ailələr
bir-birinə bənzəyir,
bədbəxt ailələrin
isə hərəsi bir cürə bədbəxtdir” sözləri
ilə başlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Hicran Hüseynova bildirib ki, heç də bütün xoşbəxt ailələr
bir-birinə bənzəmir.
Hər bir xoşbəxt ailə özünəməxsusluğu
ilə seçilir.
Deyirlər ki, ailənin
təməlinin əsası
düzgün həyat
yoldaşı seçməkdən
başlayır, ancaq ailədə sədaqət,
fədakarlıq, inam,
hörmət, düzgünlük,
sevgi yoxdursa, o ailədə xoşbəxtlikdən
danışmaq olmaz.
Bu mənada, yazıçı
Anar və Zemfira xanımın özünəməxsus ailə
platforması var: “Daim axtarışda olan, yazıb-yaradan, aktiv fəaliyyət göstərən cütlük
qarşılıqlı sevgi
və hörmət əsasında uzun illərdir ki, xoşbəxt həyat sürüblər. Əlbəttə
ki, burada ailə kökləri, gen yaddaşı böyük
rol oynayır. Onlar yüksək və zəngin ənənələrə
malik ziyalı nəslinin davamçılarıdır.
Onların ailə prioritetləri
sadiqlik, dostluq, bir-birinin fikrinə hörmətlə yanaşmaq,
uşaqlarının tərbiyəsində
ortaq fikirlərə
sahib olmaq prinsipinə
söykənir. Bu mühitdə böyüyüb-başa
çatan uşaqlar, əlbəttə ki, valideynlərinə layiq olmalıdırlar. Biz bunu cütlüyün tərbiyə etdikləri övladlarının nümunəsində
görürük. Bir-birinə mənəvi
dəstək olan bu insanların övladları xalqımızın
tanınmış şəxsiyyətlərindəndir.
Buna görə də gənc yazıçı, publisist
Günel xanımın
təqdim etdiyi sənədli film iki məna daşıyır.
Birincisi, valideynləri
qarşısında mənəvi
borcu yerinə yetirmək, ikincisi isə gələcək nəsilləri örnək
ailələrlə tanış etməkdir.
Bu yerdə ümummilli
lider Heydər Əliyevin fikirlərini xatırlamaq istərdim: “Nigar Rəfibəyli öz həyat yoldaşı Rəsul Rza ilə birgə
Azərbaycan ədəbiyyatının
inkişafında xüsusi
rol oynayıb. Məmnunam ki, onların övladı, Xalq Yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar valideynlərinin işini davam etdirir, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
inkişafına öz
xidmətlərini göstərir”.
Anar müəllimin ömür-gün
yoldaşı Zemfira xanım elmi fəaliyyətlə yanaşı,
ölkənin ictimai həyatında fəal iştirak edir. O, gözəl insan, səmimi dost, maraqlı həmsöhbətdir. Anar müəllimin,
sözün əsl mənasında, sirdaşı,
arxası, ona ilham verən xanımdır”.
Sonra “Ardı
yaşanılır” sənədli filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən
böyük maraqla izlənilib.
Xalq Cəbhəsi.- 2018.- 2 fevral.-
S.16.