Türkiyədə Azərbaycan mədəniyyəti
günləri keçiriləcək
Türkiyədə “Azərbaycan mədəniyyəti
günləri” proqramı
çərçivəsində bir sıra tədbirlərin
keçirilməsi nəzərdə
tutulur. Hazırda Türkiyə və
Azərbaycanın Mədəniyyət
və Turizm nazirlikləri, habelə Xarici İşlər nazirlikləri arasında bu istiqamətdə danışıqlar aparılır.
Bunu Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin nümayəndəsi
Çetin Akar Türkiyə İnkişaf
və Koordinasiya Agentliyi (TİKA) və Anadolu xəbər agentliyinin təşkilatçılığı
ilə fevralın 13-də
keçirilən “Diplomatik
müxbir” proqramının
iştirakçıları ilə görüşdə
bəyan edib.
Çetin Akar bildirib ki,
növbəti həftə
Ankarada Azərbaycanın
mədəniyyət və
turizm nazirinin başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüş
keçirilməsi planlaşdırılır. “Azərbaycan mədəniyyəti
günləri” proqramı
çərçivəsində Türkiyədə sərgilər,
konsertlər, Azərbaycandan
olan akademik nümayəndə heyətlərinin
səfərləri təşkil
ediləcək.
Türkiyə Mədəniyyət və
Turizm Nazirliyinin nümayəndəsi ölkənin
Azərbaycan, Tacikistan,
Qazaxıstan, Özbəkistan,
Monqolustan, Ukrayna, Gürcüstan və Qırğızıstan ilə
mədəni əlaqələrinin
inkişafı və dərinləşməsinin əhəmiyyətinin
qeyd edib.
Görüşdə “Türkiyənin mədəniyyət
diplomatiyası” mövzusunda
videotəqdimat olub.
Tədbir iştirakçılarına, həmçinin
Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin mədəniyyət
siyasəti və fəaliyyəti haqqında
geniş məlumat verilib. Qeyd edilib ki, Türkiyə turist axınına görə aparıcı ölkələrdən
biridir. Belə ki, bu ölkənin
ərazisində UNESCO-nun qeyri-maddi
mədəni irsi siyahısına daxil olan 14 tarixi abidə var. Türkiyənin
mədəni müxtəlifliyi,
burada yaşayan xalqların keçirdiyi festivallar turizmin inkişafında və ölkənin təbliğində
mühüm rol oynayır. Yerli film və televiziya
seriallarının da Türkiyə turizminin tanıdılmasında əhəmiyyəti
var.
Çetin Akar cari ildə keçiriləcək tədbirlərdən söz açıb. Diqqətə çatdırıb ki, Türkiyənin Səudiyyə Ərəbistanı, Tailand, Rusiya və Çin ilə mədəniyyət əlaqələrinin inkişafı çərçivəsində bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulur. İordaniya, Qırğızıstan və Vyetnamda Türkiyə mədəniyyəti günləri təşkil olunacaq.
Görüşün sonunda Çetin Akar jurnalistlərin suallarını cavablandırıb.
Xalq Cəbhəsi.-
2018.- 15 fevral.- S.16.