London Moda Həftəsində
azərbaycanlı rəssamın əsərləri təqdim olunub
Əməkdar incəsənət xadimi,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
professoru, Dünya Rəssamlıq Akademiyasının
Bakı nümayəndəliyinin
rəhbəri Arif Əzizin əsərləri
London Moda Həftəsində
nümayiş olunub.
Avropa Azərbaycan
Cəmiyyətindən (TEAS) APA-ya bildirilib ki,
Arif Əziz beynəlxalq səviyyədə
tanınmış ən
nüfuzlu azərbaycanlı
rəssamlardan biridir.
Onun yaradıcılığı
zəngin və çoxşaxəlidir.
Öz “sərbəst
özünüifadəsi” ilə
tanınan rəssamın
qeyri-adi və unikal yaradıcılıq
üslubu gənc alman modelyeri Leoni Mergenin diqqətini çəkərək
2018 London Moda Həftəsində
nümayiş etdirilmiş
kolleksiyasında əksini
tapıb.
Bu kolleksiya modelyerin
2017-ci ildə Berlin və
London moda həftələrində
nümayiş etdirilmiş
və tənqidçilər
tərəfindən bəyənilmiş
“Qarabağ Kolleksiyası”ndan
sonra ərsəyə
gətirilən sayca ikinci layihəsidir.
Hər iki layihə TEAS-ın təşkilatçılığı ilə həyata keçirilib.
“Arif Əziz Buraxılışı” kimi
tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini
rəssamın “Bəyaz
Dövrü”ndən götürür. Bu, 1990-cı illərin əvvəllərində
Azərbaycan müstəqilliyinin
bərqərar olunduğu
dövrdə başlayıb.
Daha sonra böyük rəssamın
realizmdən irəli gələn obyektiv reallığın təsvirindən
impuls alan
ritmlər və rənglərlə gözəllik
yaradaraq getdikcə əksinə - mistik və subyektiv reallığa keçidini
əks etdirir.
Rəssam
üçün bütün
rənglərin sintezi
olan ağ
rəng paklığın
rəmzi, varlığın
sevincindən irəli
gələn qeyri-ixtiyari
işıq, təbiət
və insan vəhdəti olaraq müxtəlif dərəcələrdə
əhəmiyyət daşıyır.
Bu dövr həmçinin,
Azərbaycanın müstəqilliyini
əldə etdikdən
sonra “təmizlənmə”
və “ağardılmaya”
incə lirik formada ifadə olunmuş bir işarədir.
Qeyd edək ki, alman
modelyeri Leoni Mergenin 2018 London Moda Həftəsində podiuma
çıxarılmış “Arif Əziz Buraxılışı” adlı
kolleksiyası haqqında
xəbər “Euronews” kanalının portalında
da yer alıb.
Xalq Cəbhəsi.- 2018.- 20 fevral.-
S.16.