Qarabağ xanlığında kənd təsərrüfatı
və aqrar münasibətlər
6-cı yazı
Barlı bağı vaxtilə Pənahəli xanın
atası İbrahimxəlil ağa saldırmışdı, Pənahəli
xan isə burada imarətlər inşa etdirmişdi. Xan ailəsində
vəfat edənləri orada dəfn edirdilər. Xan nəslindən olan xanzadələrin dəfn
olunduğu Barlı və Narlı bağlarını Pənahəli
xanın vəsiyyətinə əsasən, satmaq və icarəyə
vermək qadağan edilmişdi. Barlı
bağda xanın 8 otağı və hamamı olan
yaraşıqlı imarəti vardı. Barlı
bağın barı xeyrat elan olunmuşdu və
əhaliyə pulsuz paylanırdı. Bağmanlar
kəndində iki əvvəllər salınmış və
bir yeni meyvə və bir tut bağı vardı. Kənd sakinləri bu bağlara qulluq etməli və
qorumalı idilər. Buradakı bağlar
heç vaxt icarəyə verilmirdi, Şuşaya yaxın
olduğundan onların meyvəsindən xan ailəsi istifadə
edirdi. Bu kənddə xanın 20 otaqlı
yaraşıqlı imarəti, buzxanası, at tövləsi,
hamamı və s. inşa olunmuşdu və ayrı tikililəri
vardı. Kəndin sakinləri heç bir vergi
ödəmir, əvəzində xanın bağlarına qulluq
edirdilər.
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, Ağdamdakı bir sıra xan
bağlarmı Mehdiqulu xan müxtəlif şəxslərə,
o cümlədən «Təzə bağ» general Mədətovun
anasına, heç bir adı olmayan bağı isə
İbrahimxəlil və Mehdiqulu xanların yanında
çalışmış Xəlil bəyə, Hüseyn
bağı Seyx Məhəmmədə, yenə adsız bir
bağı Əsəd bəyə
bağışlamışdı. Feodallara məxsus
bostanları kəndlilər becərirdi. Yalnız
Hindarxdakı bostandan İbrahimxəlil xana bir il
ərzində 50 yük qovun və qarpız gətirilirdi. İldə təxminən 200-220 desyatin sahədə
bostan becərilirdi. Bostanlarda qarpız,
yemiş, xiyar, boranı, qarğıdalı, günəbaxan,
noxud, bibər, soğan, sarımsaq və s. yetişdirilirdi.
Qarabağ xanlığında
üzümçülüyün inkişafı üzüm tənəklərinin
çınqıllı torpaqda bitməsi, habelə tənəklərin
daimi qulluq tələb etməməsi ilə bağlı idi. 1832-ci ildə
Qarabağ xanlığı ərazisində 3080
üzümlük vardı. Xristian kəndlərində
üzümdən şərab hazırlanırdı.
Xanlıqda az da olsa (başlıca olaraq
Mehri mahalında) pambıq becərilirdi. Xalq təbabəti
və baytarlıqda istifadə olunan bitkilər də
yetişdirilirdi.
Xanlığın iqtisadiyyatında əkinçiliklə
yanaşı, heyvandarlıq da mühüm rol oynayırdı. Qarabağın
əlverişli təbii və iqlim şəraiti, gözəl
yaylaqların olması maldarlıq sahəsinin inkişafı
üçün geniş imkanlar yaradırdı. 1832-ci ilin məlumatma görə, Qarabağda çəmənliklərin
ümumi sahəsi 300 min desyatin idi. Qarabağda
digər xanlıqlara nisbətən heyvandarlıq daha yüksək
səviyyədə inkişaf etmişdi. Maldarlığı
gündəlik həyatın gərəkli sahəsi edən
onun həm əkinçilik vasitələri (qoşqu
heyvanı), həm ərzaq (ət və süd), həm də
toxuculuq məhsulları (geyim əşyaları)
üçün önəmli olması idi. Mühüm xammal mənbəyi olan maldarlıqda
qoyunçuluq geniş yayılmışdı və bu sahə
xanlığın xarici ticarət əlaqələrində
mühüm yer tuturdu.
Maldarlıqda iri və xırdabuynuzlu heyvanlar çox
önəmli yer tuturdu. XIX əsrin 30-cu illərinə aid məlumata əsasən,
Qarabağda 100 min baş iribuynuzlu mal-qara, 300 min baş
xırdabuynuzlu heyvan (qoyun və keçilər), 3500 donuz, 20
min at, 2.200 ulaq, 100 dəvə vardı. Mal-qaranın
əhəmiyyətli hissəsi xana, bəylərə, məliklərə
və ağalara, habelə varlı kəndlilərə,
elatlara məxsus idi. Əkinçiliklə
məşğul olan əhali iribuynuzlu heyvanları başlıca
olaraq təsərrüfat məqsədi üçün
(qoşqu heyvanı), qismən də qida mənbəyi kimi
saxlayırdısa, elatlar iribuynuzlu heyvanlardan başlıca
olaraq sənaye və ticarət nəfinə ehtiyaclarmı
ödəmək üçün istifadə edirdilər.
Elatlardan fərqli olaraq əksər hallarda əkinçi
təsərrüfatlarının vəziyyəti iribuynuzlu
heyvanların varlığından birbaşa asılı olsa
da, köçəri elatlar arasında daha çox
xırdabuynuzlu heyvandarlıq yayılmışdı.
Xırdabuynuzlu heyvanların saxlanılması sənaye və
ticarətin inkişafına təkan verirdi. Qoyunçuluğun
inkişafı qaramalın sayınm məhdudlaşmasına səbəb
olurdu. Qaramal özünə böyük
diqqət tələb etdiyi halda davar müəyyən dərəcədə
kəndlini bu cür qayğılardan azad edirdi. Digər
tərəfdən, xırdabuynuzlu heyvanlar tələf olduqda
sahibinə qaramalın itkisinə nisbətən az ziyan yetirirdi. Nəhayət,
davar süd məhsulları ilə yanaşı yuna olan tələbatı
da ödəyirdi. Maldarlığın ən
mühüm sahələrindən biri olan atçılıq
kənd təsərrüfatında özünəməxsus
yer tuturdu. Qarabağda yetişdirilən
cins atlar öz gözəlliyi, dözümlülüyü, çevikliyi
və iti qaçışı ilə fərqlənirdi.
İngilislər öz hind süvariləri
üçün Qarabağ atları alırdılar. At yeganə və əvəzedilməz nəqliyyat
vasitəsi hesab olunurdu. Fasiləsiz feodal ara
müharibələri və düşmən basqınları
şəraitində at döyüşlərdə minik vasitəsi
kimi əvəzsiz rol oynayırdı. Nadir
hallarda atdan kənd təsərrüfatı işlərində
istifadə edirdilər.
Mirzə Camal yazır ki, «İbrahim xanın yüyrək atları və çoxsaylı ilxısı İran və Türkiyədə şöhrət qazanmışdı». Tarixçilərin yazdığına görə, «xanın atlarının əksəriyyəti Nadir şahın atlarının cinsindən imiş. Xan onları Azərbaycanm müxtəlif bölgələrindən, habelə Xorasandan alıb gətirmişdi. Təqribən 3-4 min xüsusi cins ayğırları, çoxsaylı qoyun sürüləri, iribuynuzlu mal-qarası vardı». At həm də feodallar üçün bir təmtəraq, əyləncə vasitəsi idi. Ovu çox sevən İbrahimxəlil xanın əla cinsə malik xüsusi at ilxıları vardı. Xanlıqda atçılıq zavodu fəaliyyət göstərirdi. 1832-ci ildə 11 belə zavod qeydə alınmışdı. Bu zavodlarda 250 köhlən və 1.400 madyan saxlanırdı. İri feodallar satış üçün at yetişdirməklə məşğul olurdular. 1832-ci ildə Qarabağda bir atın dəyəri 30-dan 300 əşrəfıyədək idi. Xanlıqda müəyyən miqdarda qatır saxlanırdı, azsaylı dəvələrdən isə əsasən xanlığın cənub hissəsində (Cəbrayıl və s.) istifadə olunurdu.
Artım faizinə görə donuz gəlirli heyvan olsa da, dini qadağalara istinadən Azərbaycan xanlıqlarında donuzçuluqla məşğul olmurdular. Bu baxımdan yalnız Qarabağ və Maku xanlıqları istisna təşkil edirdi. Tuğ, Quşçu baba, Çanaxçı, Saruşen və digər kəndlərdə xristianlar donuzçuluqla məşğul olurdular. Palıd meşələrində qozanın bolluğu donuzçuluğun inkişafına təkan verirdi. Qış mövsümündə mal-qaranı Kür və Araz çaylarının sahillərində otarırdılar. Qarabağ yaylaqlarında mövsüm may ayında başlayırdı. Adətən qışlaqların tərk edilməsi qışlaqlarda alafın miqdarından, yaylaqlarda qarın əriməsindən asılı olurdu. Yağıntısız keçən yaz aylarında mal-qaraya zərər yetirən həşəratların, zəhərli ilanların artmasına görə naxırçılar yaylağa qalxmağa tələsirdilər. Maldarlığm bu xüsusiyyəti 1917-ci ilin Oktyabr çevrilişindən əvvəl bir sıra tarixçilərin Azərbaycanda köçəri maldarlığm olması iddialarının irəli sürülməsinə səbəb olmuşdu. Ancaq məlum olduğu kimi, köçəri maldarlar yalnız maldarlıqdan gələn gəlirlə dolanır, əkinçiliklə məşğul olmur, mal-qaranı yalnız təbii otlaqlarda saxlayır, yem tədarük etmirdilər. Köçəri maldarlar bir yerdən başqa yerə köçürülməsi mümkün olan alaçıqlarda yaşayırdı, yəni onların daimi yaşayış yeri və təsərrüfat tikililəri olmurdu. Halbuki Azərbaycanda elatlar yalnız maldarlıqdan gələn gəlirlə deyil, habelə əkinçiliklə məşğul olur, qışa yem tədarük edir, daimi yaşayış evləri və təsərrüfat tikililəri inşa edirdi. Deməli, bu köçəri yox, köçmə maldarlıq idi. Digər tərəfdən, köçəri maldarlığm bir xüsusiyyəti də köçəri maldarların otlaqlardan sərbəst istifadə edə bilmələri idi. Xanlıqlar dövründə isə elatlar otlaqlardan istifadəyə görə xan xəzinəsinə vergi ödəyirdilər.
Bulaqlara yaxın, küləklərdən qorunan yaylaqlarda köçməlilər alaçıqda, pambıq parçadan hörülmüş çadırlarda, yaxud qazma damlarda yaşayırdılar. Heyvan sahibi qışda taqətdən düşmüş mal-qarasını yaşıl çəmənliklərdə kökəldir, evdar qadınlar süd məhsullarını sataraq zəruri sənaye malları əldə etmək üçün vəsait toplayırdılar. Köçlər oturaq əhaliyə ciddi ziyan vururdu. Yaylağa aparılan mal-qara yoldakı kəndlərin ərazisində otarılır, bəzən bostanlar və əkinlər tapdanırdı. Buna görə də tez-tez elatlarla yaylağa gedən yolun yerləşdiyi kəndlərin sakinləri arasında münaqişələr baş verirdi.
Heyvandarlıq məhsulları əsasən yerlərdə emal olunurdu. İri və xırdabuynuzlu mal-qaranın südündən yağ, pendir, xama və kəsmik hazırlanırdı. Qoyunun yunundan ip əyirir, palaz, xalça, cecim, məfrəş, xurcun və s. toxunurdu. Yundan parça toxuyub çuxa və s. geyimlər tikirdilər. Kəndli təsərrüfatında quşçuluq nisbətən zəif inkişaf etmiş, bütünlükdə daxili istehlakı ödəməyə yönəlmişdi. Yalnız Şuşa ºəhəri inkiºaf etdikdən sonra kəndlilər bazara toyuq, çolpa və yumurta gətirirdilər.
Xanlıqda zəngin və rəngarəng flora,
ətirli çəmən gülləri və çöl
bitkilərinin olması arıların qidalanması
üçün ideal şərait yaradırdı. Ancaq
arıçılıq kifayət qədər inkişaf etməmişdi.
Bu, bir tərəfdən, balın satılması
üçün bazarın olmaması, digər tərəfdən,
yaylaq-qışlaq həyat tərzi ilə bağlı idi.
Gündəlik qayğıların çoxluğu da kəndliyə
arılarla məşğul olmağa imkan vermirdi. 1832-ci ildə
Qarabağda 2500 arı pətəyi qeydə
alınmışdı. Qafan, Çiləbörd və
Xaçın meşələrində yabanı anlara çox
rast gəlmək olurdu. Hər
il orta hesabla 600 pud bal və 200 pud mum əldə
edilirdi.
Ovçuluq daha çox əyləncə səciyyəsi daşıyırdı, canavar, bəbir və tülküləri tələyə salmaqla tuturdular. Kür və Araz çayları sahillərində yaşayan kəndlilər su samurunu ovlayıb böyük mənfəət əldə edirdilər. Dovşan və vəhşi toyuq, kəklik, turac və s. quş ovu geniş yayılmışdı. Ov əti əldə etməkdən daha çox xəz əldə etmək məqsədi güdürdü. Ovçuluğun zəif inkişafı İslam dininin bir çox vəhşi heyvanların ət və xəzini murdar hesab etməsi ilə bağlı idi. İbrahimxəlil xana məxsus Cuvarlı (Dizaq) kəndində 6 ovçu ailəsi xan şahinlərinə qulluq etdikləri üçün bütün vergilərdən azad edilmişdi. Ceyran ovu üstünlük təşkil edirdi. Sakinlər cüyür balalarını tutub əhliləşdirirdilər. Xristianlar ayı ovuna üstünlük verərək onun piyindən sabun hazırlanması üçün istifadə edirdilər. Əhalinin bir qismi balıqçılıqla məşğul olurdu. Balığı Kür, Araz, Xaçın çaylarında, Bazarçaym yuxarı axınında tuturdular. Kür və Araz çaylarında qızıl balıq, nərə, uzunburun balıq, naqqa balığı və s. balıqlar ovlanırdı. Azərbaycanda çox dadlı və qiymətli alabalıq olurdu. Balıqçılıq da istehlak səciyyəsi daşıyırdı. Şuşada 1 batman balıq rus pulu ilə 80 qəpiyə - 1 rubla satılırdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 20 fevral.-
S.13.