Türk dastanları
Türk
xalqlarının mədəniyyəti dünya mədəniyyətinin
əsas tərkib hissəsidir
1-ci yazı
Dünya xalqlarının mədəniyyəti tarixən
bir-birindən təcriddə deyil, əksinə,
qarşılıqlı təsir dairəsində inkişaf
edib, yüksək mənəvi dəyərlər qazanıb. Şərti də
olsa, dünya mədəniyyətinin iki qütbü kimi səciyyələndirilən
Şərq və Qərb mədəniyyətləri bir-birinə
bağlılıq və təsir nəticəsində
müasir sivil mərhələyə yetişə bilib.
Hər bir xalqın mədəniyyəti həmin xalqın
yaşadığı ərazi, region, mühit və s. amillərlə
bağlı olsa da, onun dünya mədəniyyətinin
inkişaf xətti ilə əlaqə və
yaxınlığı şəksizdir. Türk
xalqlarının mədəniyyəti və ədəbiyyatı
bu mənada dünya mədəniyyəti və ədəbiyyatının
ayrıca qolu və mərhələsi olmaqla yanaşı, həm
də əsas tərkib hissəsidir. Türklər
dünyanın qədim və qüdrətli
xalqlarındandır. XX əsr türk ədəbiyyatının
məşhur nümayəndəsi Ə.Nesinin təbirincə
desək, “hər bir millətin böyüklüyü onun əhalisinin
çoxluğuna və ərazisinin genişliyinə görə
müəyyənləşdirilmir. Hər
bir xalqın böyüklüyü onun tarix və mədəniyyətinin
qədim və zənginliyinə görə müəyyənləşdirilir.”
Bu mənada türklər öz tarix və mədəniyyətlərinin
qədimliyi, zənginliyi baxımından dünya xalqları
arasında böyüklüyünü,
aparıcılığını tam şəkildə təsdiqləyə
biliblər.
Türklərin təxminən dörd min il
bundan əvvəl Altay-Sayan dağları boyunca
yaşamaları tarixi fakt kimi təsdiqlənib. Lakin
türklərin tarixinin daha əvvəllərə aid
olduğu şəksizdir. Türklərin 3500 il siyasi təşkilatlanma (ilk türk
hökmdarı e.ə. 1500-cü ildə Turgitay), 2700 il ədəbiyyat,
2500-3000 il yazı tarixinə malik olmaları bu fikrin həqiqiliyinə
tam əminlik yaradır.
Türk
yazı tarixi 2500-3000 il bundan əvvələ
qədər gedib çatsa da, türklərin ilk yazılı
mətnləri VIII əsrə aid olan Orxon-Yenisey abidələri
hesab olunur. Ancaq 2500-3000 il yazı tarixi olan
millətin ilk yazılı abidəsinin ona məxsus yazı
tarixindən təxminən 2000 il sonra yaranması
inandırıcı görünmür. Çünki Çin
mənbələrində miladdan öncəyə aid türk mətnlərinin
(məsələn, türkcədən tərcümə
edilmiş bir şeir parçasının) və Çin
sarayına Hunlar tərəfindən göndərilən məktubların
(məsələn, Metenin Çin dövlətinə göndərdiyi
məktublar) olması, Saxa imperatorluğu zamanında rəsmi
məktublaşmaların aparılması, eləcə də
digər tarixi sənədlərdə Hunlar və
Göytürklər dövründə türk
yazılarının mövcudluğu, Xəzər və Avar
xaqanlığında türk yazılarından istifadə
edilməsi, Atillanın katiblərinin sənədləri
türkcə hazırlaması və s. haqqında verilən məlumatlar
türk yazı tarixinin daha qədim dövrə aid olduğunu
təsdiqləyir.
Bu səbəbdən qeyd etməliyik ki, Orxon-Yenisey
yazılarından çox əvvəllər də türk
yazı mətnləri olub, ancaq onlar günümüzə gəlib
çatmayıb. Tarixdə “türk” kəlməsi ilk dəfə
Göytürklər tərəfindən işlədilib, mənsubiyyət
ifadə edən ad kimi qəbul olunub. Lakin
“türk” sözünün digər məna çalarlarına
da malik olması (güc-qüvvət, törəmək-artmaq,
yüyürmək, gözəl və s.) türk
xalqının özünəməxsus fərdi keyfiyyət və
xüsusiyyətlərini hərtərəfli müəyyənləşdirmək
baxımından xarakterikdir. Hazırki dövrdə
türk mədəniyyət və ədəbiyyatının təkcə
hər hansı konkret milli türk zəminində (məs., qazax, qırğız, türkmən və
s.) yox, ümumtürk anlayışları səviyyəsindən
və bu səviyyənin ədəbi-bədii və estetik
prinsiplərinin dərki baxımından öyrənilməsi
vacibdir. Lakin təəssüf hissi ilə qeyd
etməliyik ki, türk xalqları öz zəngin mənəvi
aləmindən uzun müddət nəinki uzaq
düşüb, həm də tarix boyu qazandıqları
müəyyən siyasi tələb və təzyiqlər
şəraitində onlar üçün “əhəmiyyətsizləşdirilib”.
Bu prosesdə hər şey tarixin unutdurulmasına,
yaddaşlardan silinməsinə xidmət göstərib. Konkret olaraq
Sovet hakimiyyəti illərində türk xalqları ədəbiyyatının
tədrisi və öyrənilməsinə gəldikdə deməliyik
ki, bu dövrdə türk xalqları¬nın tədrisi
tarixi-milli və ümumtürk kontekstindən yox, sovet ideoloji
prinsipləri baxımından başqa ad altında (SSRİ
xalqlan ədəbiyyatı və mədəniyyəti şəklində)
həyata keçirilib. Nəticədə
bu ədəbiyyatın özünəməxsus inkişaf
yolunun işıqlandırılması, onun yaranma və
formalaşması, minilliklər şanlı tarixə malik
türklərin mədəni, iqtisadi, siyasi coğrafiyasının
bugünkü vaxta qədər keçdiyi yol,
qazandığı uğur kölgədə qalıb.
Odur ki, uzun illər xalqlar belə bir mənəvi
boşluğun doldurulmasına daxilən ehtiyac duyub və onun
reallaşmasını hər an
düşünüblər.
Dünyanın yeniləşdiyi, sovet rejiminin
dağıldığı, ayn-ayrı suveren və müstəqil
dövlətlərin yarandığı mərhələdən
sonra digər xalqlar kimi türklər də özünün mədəni
və siyasi tarixini yenidən öyrənmək (həm də
yazmaq), obyektiv işıqlandırmaq, təbliğ etmək
imkanı və hüququ qazana bildi.
Azərbaycanda
milli müstəqillik əldə olunduqdan sonra ali
məktəblərin filologiya fakültələrində ilk dəfə
tədris olunan “Türk xalqları ədəbiyyatı” fənni
də bilavasitə bu zərurətdən doğub və bu
ehtiyaca xidmət kimi nəzərdə tutulub. Bu
fənnin tədrisi prosesində nəinki keçmiş sovet məkanında
yaşayan ayrı-ayrı türk xalqlarının, eləcə
də zəngin ədəbiyyatı olan Türkiyə türklərinin
ədəbiyyatının öyrənilməsi də
qarşıya məqsəd qoyulub. Təbii
ki, türk xalqlarının zəngin ədəbi-bədii
nümunələri həm ümumtürk konsepsiyası, həm
də milli türk ədəbiyyatının özünəməxsusluğu,
fərdi yaradıcılıq xüsusiyyətləri
baxımın¬dan tədris olunmalıdır. Eyni zamanda bu fənnin tədrisi zamanı türk
xalqlarının mədəniyyətinə digər dünya
xalqlarının mədəniyyətindən təcriddə,
ayrılıqda yox, vəhdət, qarşılıqlı əlaqə
və bağlılıq şəraitində münasibət
bildirilməlidir. Çünki inkaredilməz
faktdır ki, türklərin qədim folklor irsi Misir və
ümumən Yaxın və Orta Şərq ədəbi abidələri
ilə qarşılıqlı əlaqə prosesində olub.
Yazılı ədəbiyyatda da bu cür əlaqə,
ənənə yaxınlığı özünü
göstərmiş və hazırda da göstərməkdədir.
Tarixi olmayan xalq yoxdur. Lakin xalqların
bir-birindən fərqi onların tarixlərinin qədim, mədəniyyətlərinin
zəngin olması ilə müəyyənləşir. Türklərin bəşər
sivilizasiyasının inkişafında, dünya ictimai-siyasi
modelinin və ədəbi-bədii fıkrinin
for-malaşmasında oynadığı rolu nəzərə
alsaq, bu xalqın fərqli tarix və fərqli mədəniyyətə
sahib olduqları təsdiqini tapar. Şübhə
yoxdur ki, dastanlar hər bir xalq üçün tarix və mədəniyyət
göstəricisidir. Dastandakı ha¬disələr
tam anlamda əsl tarix olmasalar da, dünyanın yaranması,
tarixin başlanması, insanlığın, cəmiyyətin
formalaşması və ayrı-ayrı xalqların
özünəməxsus həyata baxışları
haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyət
daşıyır. Belə demək mümkünsə,
dastanlar millətin tarixi, ya¬şayış yerləri, adət-ənənəsi,
psixologiyası, inancları, həyata baxışları və
s. barədə məlumat verən ilkin qaynaqlardan biridir. Çünki dastanlar kök və ruh etibarilə həm
tarixə bağlanır, həm də tarixi əks etdirir.
Lakin hər bir millətin özünəməxsus
tarixi olsa da, yer üzündə yaşayan elə millət¬lər
var ki, onlara məxsus dastan nümunələri yox dərəcəsindədir.
Dastan yaranmasının iki vacib şərti vardır:
1.
İlkin mərhələdə millət əfsanə və
mif yaradıcılığına malik olmalı və bunlar zənginliyi
ilə seçilməlidir. Bunun
üçün onun ibtidai dövrlərdən
mövcudluğu vacib şərt hesab olunur.
2. Millətin
savaş, mübarizə, qəhrəmanlıq tarixi kifayət
qədər zəngin olmalı və tarixdə əhəmiyyətli
yer tutmalıdır.
Türk
dastanları mifoloji-epik baxışların nəticəsi kimi
zaman etibarilə yaranma və formalaşma baxımından iki
dövrə bölünür:
I. İslamiyyətdən öncə
türk dastanları
II. İslamiyyətdən sonra
türk dastanları
Birinci mərhələyə aid olan qədim türk
dastanları əsas etibarilə e.ə. I minilliyin
ortalarından eramızın I minilliyinin ortalarına qədər
olan dövrləri əhatə edir. Bu
dastanlar Saka, Hun, Göytürk, Uyğur tarixlərinin
dastanları hesab olunur. Əski türk
dastan nümunələri müxtəlif mənbələrdən
əldə edilib. Bunların bir qismi Avropa,
Çin, İran, ərəb mənbələrində, digər
bir qismi türkün özünün şifahi yaddaş və
yazılı ədəbi nümunələrində mühafizə
olunub. “Dünyanın yaranması
haqqında” dastan türk mifoloji-fəlsəfi təsvirlərinin
əksi baxımından xarakterikdir. Heç
şübhəsiz, bu təsəvvürlərin mərkəzində
dünyanın yaranması və idarə olunması ilə
bağlı türk inancları dayanır.
“Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən,
sudan başqa görünən yox idi. Ağ Ana göründü. O, Qara xana “yarat”
deyib yenidən suya daldı. Bunu eşidən
Qara xan bir Kişi yaratdı.” Bu
parçada dünyanın və insanın yaranması
haqqında türk mifoloji görüşləri diqqəti cəlb
edir. Dastanın məzmunundan aydın olur ki, insan
(Erlik-şeytan) Tanrıyla bərabər uçarkən ondan
yuxarı qalxdığına görə cəzalandırılmış
və Tanrı dünya yaratmaq məqsədilə ona suyun dibinə
enib oradan torpaq gətirmək əmri ver. Lakin Erlik burada da xislətini
gizlətməyib, öz dünyasını yaratmaq
üçün gətirdiyi torpaqdan bir qədər
boğazında saxlayıb. Tanrı torpağa
“böyü” əmrini verəndə dünya yaranıb, eyni
zamanda Erlikin boğazındakı torpaq da böyüyərək
ağzına sığmadığı üçün qeyri-bərabər
şəkildə yerə tökülüb. Nəticədə Tanrının yaratdığı
dümdüz dünyanın harmoniyası pozulmuş, dağlar
və təpələr yaranıb. Bu dastanda Tanrı Qara
xanın dünyaya sahib olması, onun dünya nizamını
yaratması, yeni insan nəsillərinin əmələ gəlməsi,
dünyaya səpələnməsi və s. cəhətlər
əski türk mifoloji düşüncə və
inanclarına uyğun təsvir olunub. Dastanda
Tanrı Qara xan timsalında əski türklərin tək
Tanrı təsəvvürləri dayanır. Proseslər isə Nur, Qaranlıqlar və Yer
üzü adlanan üç aləmdə cərəyan edir.
Nur aləmi göydə yerləşir. Burada yaxşı ruhlar məskunlaşıb. Bu aləmin hakimi Tanrı Qara xandır. Yer üzü orta təbəqədir. Burada Tanrının göndərdiyi mələklər
yaşayırlar. Qaranlıqlar aləmi isə
yerin altındadır. Həmin məkanda
pis ruhlar, cinlər yaşayır. Bu məkana
isə Erlik (şeytan) hakimdir. Dastanda Tanrı Qara
xanın göyün ən yüksək təbəqəsi
olan On yeddinci qatda oturub dünyanı idarə
etməsi ilə bağlı verilən fıkirlər
dünyaya sahib tək Tanrı ilahi inanc funksiyasına
uyğundur.
“Boz qurd”,
“Oğuz kağan”, “Şu”, “Ərgənəkon”, “Köç”
və s. dastanlarının mətnləri bütöv halda əlimizdə
olmasa da bu dastanlar türk epos zənginliyinin, estetik
düşüncə mükəmməlliyinin təsdiqi
baxımından əhəmiyyətlidir. Həmin dastanlar eyni
zamanda türkün etnogenezisi, siyasi idarəçilik və
dini baxışları, dünyada milli özünütəsdiq
arzu və iddiaları və s. haqqında təsəvvür
yaratmaqda böyük rol oynayır.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 21 fevral.-
S.14.