Qarabağ xanlığında kənd təsərrüfatı
və aqrar münasibətlər
7-ci yazı
Rus
qafqazşünasları Kuçayev, Zelinski, Dubrovin, habelə
senatorlar Kutaysov, Meçnikov çarizmin
işğalçı siyasətinə haqq qazandırmaq məqsədi
ilə Azərbaycan xanlıqlarında torpaq üzərində
xüsusi mülkiyyətin, adətlərin və qanunların
olmadığını iddia edirdilər. S.Zelinski
iddia edirdi ki, Qarabağ xanlığının sakinlərində
torpaq sahibliyi şüuru yox idi, onlar öz
hüquqlarını yalnız torpaqdan götürülən
məhsullara aid edirdilər. Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, Qarabağ xanlığında istehsal
münasibətlərinin öyrənilməsi istehsal
üsullarınm tam mənzərəsini bərpa etməyə,
həm də xanlıqdakı maddi həyat şəraitinin mənzərəsini
yaratmağa imkan verir. M.Mustafayev İ.Stalinin 1917-ci il
oktyabr çevrilişinə qədər Bakı istisna olmaqla
Azərbaycanda yarımpatriarxal-yanmfeodal münasibətlərin
hökm sürdüyü haqqında fikrini əsas
götürərək iddia edirdi ki, guya xanlıqlarda, o
cümlədən Qarabağ xanlığında yarımpatriarxal-yarımfeodal
ibtidai istehsal münasibətləri hökm sürüb. Halbuki tarixi faktlar Qarabağ, eləcə də Azərbaycanın
digər xanlıqlarında inkişaf etmiş feodal münasibətlərinin
hökm sürdüyünü göstərir. Xanlıqda feodalizmin son inkişaf dövrünə
xas olan torpaq mülkiyyəti formaları mövcud idi.
Qarabağ xanlığında xanın siyasi qüdrətinin
maddi əsasını böyük torpaq mülkləri və
suvarma sistemləri təşkil edirdi. Qarabağ
xanının böyük əkin sahələri vardı.
Bu torpaqların bir hissəsi xanların qoşqu
heyvanları və rəncbərlərin alətləriylə
becərilirdi. Xanın məlikarx sahəsi
ona ildə 15 min pud taxıl verirdi. Xan
mülklərinin bir hissəsini yaxın adamlarına və ona
qulluq edən şəxslərə ömürlük istifadə
üçün, yaxud irsi mülkiyyətə vermişdi.
Bunun əvəzində onlar və onların xidmətçiləri
lazım gəldikdə hərbi əməliyyatlara
qatılmalı, sahibi olduğu ərazinin əhalisini idarə
etməli idilər. Torpaq sahibləri
mülkiyyətlərində olan ərazilərdən toplanan
vergi və mükəlləfiyyətlərin bir hissəsini
özlərinə saxlayırdılar. Bilavasitə
xana və onun ailə üzvlərinə məxsus olan torpaqlar
«xassə torpaqlar» adlanırdı. Bundan
başqa, xan divanının sərəncammda olan torpaqlar
mövcud idi ki, bu cür torpaq mülkiyyəti öz sahəsi
etibarı ilə bütün başqa torpaq mülkiyyəti
formaları arasmda üstün yer tuturdu. Əslində
hər iki qeyd olunan torpaq mülkiyyəti forması arasında
sədd getdikcə aradan qalxmış, bütövlükdə
hamısı xan torpaqları hesab olunurdu.
Qarabağ xanlığı Hindarx kəndində
xanın 26 tut bağı və geniş çəltik
tarlaları vardı. 1822-ci ildə bu bağlardan 7 tilani batman
xalis ipək gəlir əldə edilmişdi. Çəltik tarlalarından alınan məhsulun bir
hissəsi rəncbərlərə verildikdən sonra 552
çuval çəltik əldə edilmiş, bunun da 50
çuvalı toxum kimi rəncbərlərə
paylanmışdı. Kənddə
xanın 2 dəyirmanı (biri işlək, digəri nasaz)
vardı. Dəyirman bir ildə xana 15 ruba
buğda və 15 çuval arpa gəlir gətirmişdi.
Kənddə bütün ləvazimatı ilə
birlikdə xana məxsus xış və 3 cüt öküz
vardı. Bu xışların icarəyə verilməsindən
bir ildə 50 ruba buğda, 32 çuval arpa, 55 çuval dan və
220 batman soğan gəlir götürülmüşdü. Hindarx kəndində xana məxsus bostanlar da becərilirdi
və onlara quluq həmin kənddə yaşayan rəncbərlərin
öhdəsində idi. Həmin bostanlardan hər il xan mətbəxinə 50 yük qovun və
qarpız daxil olurdu.
Hindarx kəndində xan tarlalarının sahəsi
böyük olduğu üçün kəndin rəncbərləri
bütün sahələri təkbaşına becərmək
iqtidarında deyildilər. Buna görə də
başqa kəndlərin sakinləri ilin müəyyən
günlərində xan üçün işləməli
idilər. Beləliklə,
Hüsülü oymağının sakinləri ildə iki
gün 2 xışla xan tarlalarını
şumlayırdılar. Toxumu da həmin kəndlilər
səpirdilər. Məhsulu isə xristian kəndlərinin
sakinləri 20 dərzdən 3-nü almaq şərti ilə
becərirdilər. Xanlıq ləğv
olunan dövrdə xanın ailə üzvlərinə məxsus
130 kənd qeydə alınmışdı. Bu kəndlərdə
2264 təsərrüfat (914-ü vergi ödəyən, 1350-si
ödəməyən) vardı ki, bu da xanlıqda olan
bütün təsərrüfatların (18.563) 12,20 %-ni təşkil edirdi. Uzun müddət
İbrahimxəlil xanın vəziri olmuş Mirzə Camal
yazırdı: «Yadımdadır, bir dəfə mərhum
İbrahimxəlil xanın özünə məxsus olan
cütlərini və kotanlarını hesaba salırdılar. Məlum oldu ki, xanın cüt və kotanı
bütün Qarabağ əhalisinin cüt və kotanı qədərdir».
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, yuxarıda yalnız xanın ailə
üzvlərinə 130 kənd və oymağın məxsus
olduğunu və həmin kənd və oymaqlarda 2264 təsərrüfatın
qeydə alınması göstərilib. Sözsüz
ki, Mehdiqulu xanın qardaş və bacılarına məxsus
bu kəndlərin hamısı İbrahim xanın
dövründə tək ona məxsus idi. Bu rəqəmə
xanlığın ləğvi dövründə bilavasitə
Mehdiqulu xanın özünə məxsus 28 kəndi və
onlarda yaşayan 546 təsərrüfatı (231-i vergiödəyən,
315-i ödəməyən) və xanlıq işğal
olunduqdan sonra Qarabağın komendantı, general Mədətovun
zor və hiylə yolu ilə ələ keçirdiyi xan
mülkləri və təsərrüfatların - 12 kəndi
və 1.245 təsərrüfatı əlavə etsək,
İbrahimxəlil xanın hakimiyyətinin axırına
yaxın xanm mülkiyyətində ən azı 170 kənd və
oymağın, yəni 4055 təsərrüfatın
olduğunu söyləyə bilərik ki, bu da xanlıqda olan
təsərrüfatların 21,84 %-i təşkil edirdi. Nəzərə
alınmalıdır ki, 1805-ci ildə atası ruslar tərəfindən
qətlə yetirildikdən sonra Mehdiqulu xan birinci dəfə
İrana qaçdıqda onunla birlikdə yüzlərlə kənd
və oymaq (minlərlə ailə) da Qarabağı tərk
etmiş, sonralar onlar Hacı Ağalar bəy və başqa
torpaq sahiblərinin səyi ilə geri dönmüşdülər.
Ancaq bu zaman artıq əvvəlki sahiblərinin
deyil, onları xaricdən dönməyə sövq etmiş
şəxslərin mülkiyyətinə verilmişdilər.
Həm də İbrahimxəlil xandan sonra hakimiyyətə
gəlmiş Mehdiqulu xan sözügedən mülklərin bir
hissəsini müəyyən şəxslərə irsi
mülk və iqta şəklində bəxşiş
etmişdi.
Mülk torpaqlarını almaq, satmaq,
bağışlamaq, vəsiyyət etmək, girov qoymaq
olardı. Mülk sahibliyi dövlət qulluğunda deyildi.
Mülkün o qədər də geniş
yayılmamış forması mülki-xalisə idi. Mülki-xalisə hökmdarın
bağışladığı torpaqla yanaşı, əyalətdə
torpaqların bəylərə bağışlanması və
satılması yolu ilə yaranırdı. Belə mülkləri olan bəylər digər
mahallardan və digər xanlıqlardan kəndliləri müxtəlif
yollarla bu yerlərə cəlb edib onları həmin torpaqlarda
məskunlaşdırırdılar. Bu yolla
yaranmış kəndlər bəylərin xüsusi
mülkiyyəti olur, onlar el arasında «xalisə»
adlanırdı.
Dəyirman
və bağlar da mülki-xalisə ola bilərdi.
Xalisə mülklərindən xəzinəyə
vergi verilmirdi. Mülklərin müəyyən
hissəsi xalisə olmadıqda mülk sahibləri xəzinəyə
vergi verməli idilər. Xanlıqda bir
neçə kəndi, iri mülkləri olan mülkədarlar
çox idi. Mülkədarlara məxsus
olan kənd xana heç bir vergi vermir və mükəlləfiyyət
icra etmirdi, yalnız öz mülkədarlarına qulluq
göstərirdi. Mülkədarlar kəndliləri
təhkimli vəziyyətinə salmağa
çalışırdılar. «Qarabağ
əyalətinin təsviri»ndə verilən məlumatdan
göründüyü kimi, Vərəndə məliyinin sərəncamında
73 ailə vardı. Feodallar xəzinə
mülkiyyətini irsi mülkiyyətə çevirmək istəyirdilər
ki, bütün izafi məhsulu mənimsəsinlər.
«Tiyul» sözü türk sözü olub, «kimsəyə
verilmiş bir şey», «gəlir verən şey», «gəlir
götürmək üçün
bağışlanmış şey, yaxud sadəcə gəlir»
mənası verir və irsi xarakter daşımırdı. Əksər
halda tiyul sahibi öldükdə xanın yeni fərmanı ilə
onun mülkiyyət hüquqi varisinə keçirdi. Tiyul mülkləri və onlarda məskunlaşan kəndlilər
xan (xəzinə) mülkiyyəti sayılırdı, buna
görə də tiyuldar xanın xəbəri və
razılığı olmadan tiyulu sata, digərinə verə,
bağışlaya bilməzdi. Tiyuldar
öldükdə və tiyul onun oğluna keçdikdə
xanın yeni fərmanı olmalı idi. Tiyuldar
və kovxa xanın onların təsərrüfatına təhkim
etdikləri kəndlilərin əməyindən istifadə
edirdilər.
Xanlıq dövründə tiyulların mülklərə
çevrilməsi meyli vardı. Tiyul forması ilə
yanaşı, müqaitə sistemi də geniş
yayılmışdı. Feodallar və xidmət
adamları - yüzbaşılar, şəxsi bəylər və
ayrı- ayrı maaflar müəyyən yerlərdə vergi və
mükəlləfiyyətləri topla¬maq və
toplanmış pulun, məhsulun müəyyən hissəsini
özlərinə saxlamaq hüququ alırdılar. Feodaldan asılı kəndlinin öz şəxsi əməyinə
əsaslanan təsərrüfatı və qismən öz
şəxsi torpağı vardı. Həyətyanı
sahə, bağ¬lar, üzümlüklər, meşə və
kollan təmizlədikdən sonra yararlı hala
salınmış əkin sahəsi belə torpaqlardan idi.
Kəndli bu torpaqlardan istədiyi kimi istifadə
(onu satmaq, vəsiyyət etmək və s.) etmək hüququna
malik idi.
Xanlıqda dini müəssisələrə məxsus vəqf
mülkiyyəti də mövcud idi. «Vəqf» sözü
öz əmlakını Allah yolunda ruhani idarələrinə
və ya ruhaninin özünə həsr etmək barədə
müqavilə deməkdir. Bu müqaviləyə
əsasən, mülkiyyət sahibi öz mülkün¬dən
istifadə etmək hüququnu idarə, yaxud şəxsin
xeyrinə itirirdi. Həmin idarə və
şəxsiyyət isə onlara verilmiş əmlakın gəlirindən
müəyyən olunmuş xərclər üçün
istifadə etməli idi. İslam
hüququna görə, vəqf hər hansı bir idarənin,
yaxud cəmiyyətin, hətta bir şəxsin xeyrinə mənqul
və qeyri-mənqul əmlakın gəlirin¬dən istifadə
etmək hüququ verir, lakin onun şəxsi mülkiyyəti
olmur, vəqf - Allahın mülkiyyətidir. Bu mülkiyyət forması əsasən
bağışlanmalar yolu ilə təşəkkül
tapırdı. Bu torpaq¬lardan əldə
edilən bütün izafi məhsul ruhanilərin sərəncamına
keçirdi. Nəinki torpaq, habelə daş
karxanaları, bağlar, dəyir¬manlar və digər təsərrüfat
obyektləri də vəqf mülkiyyəti ola
bilirdi.
Nadir şahın hakimiyyəti dövründə şiə
ruhanilərinin mövqelə¬rini zəiflətmək məqsədilə
Azərbaycandakı bir çox vəqf mülkləri
müsadirə olunaraq xəzinənin sərəncamına
verilmişdi.
Yalnız xanlıqlar dövründə vəqf
mülkiyyəti əvvəlki əhəmiyyətini bərpa
etmişdi. 1768-ci ildə Şuşada
tikilmiş Gövhər ağa məscidinin vəqfinə Cavanşir
mahalında Qaraçuxa, Maqsudlu, Qubadlı mahalında
Eloğlu kəndləri daxil edilmişdi. Bu
vəqfə Darğalı kəndində olan Məhəmməd
Qulu Taib adlı birisinin mülkündən başqa
bütöv kənd, Şıxlı kəndində isə
üzüm və meyvə bağları daxil idi.
Elçin Qaliboğlu
Xalq
Cəbhəsi.- 2018.- 21 fevral.- S.13.