Xocalı faciəsinin qurbanları Gənc Tamaşaçılar Teatrında anılıb

 

Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.

Anım tədbiri soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Pedaqoq-təşkilatçısı, Əməkdar Artist Ötkəm İsgəndərov çıxış edərək faciənin tarixi əhəmiyyətindən söz açıb. Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın məcburi köçkünə çevrilməsindən danışan natiq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.

Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının beynəlxalq aləm tərəfindən hələ ədalətli qiymətini almadığını qeyd edib.

Sonra teatrın repertuarında yer alan S.Elsevərin Xocalı faciəsinə həsr edilmişArzu Muradtamaşasına baxıblar. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev İlham Əsədov ifa edib.

 

Xalq Cəbhəsi.- 2018.- 23 fevral.- S.16.