1997-2005-ci illərdə Güney
Azərbaycanda ziyalıların fəaliyyəti
1-ci yazı
1997-ci ildə prezidentliyə namizəd Xatəminin seçki platformasında qeyri-fars xalqlara Konstitusiyanın 15-ci maddəsində
nəzərdə tutulmuş
hüquqların verilməsi
məsələsinə toxunması,
bir sıra demokratik, sosial və s. dəyişikliklər
vəd etməsi cənubi azərbaycanlı
ziyalılar tərəfindən
rəğbətlə qarşılanmışdı.
Cənubi azərbaycanlıların
Xatəminin namizədliyini
müdafiə etmək
məqsədilə yaratdıqları
“Həmayeşe bozorqe
torkzəbane mogime mərkəz”in (“Paytaxtda yaşayan türkdillilərin
böyük toplantısı”)
4 may 1997-ci ildə Xatəmiyə
ünvanladığı müraciətdə
deyilirdi: “Möhkəm
əminik ki, cənabınız respublikanın
başçısı məqamına
çatdıqda,... qayğıdan məhrum kənar ostanlara daha çox diqqət yetirəcək. Xüsusilə də tağuti
zamanı zülm və məhrumiyyətlərə
düçar olmuş
millətin... mədəniyyət,
dil, adət və ənənələrinə
geniş himayədarlıq
göstərəcəksiniz”.
Xatəmi 1997-ci ildə keçirilmiş prezident seçkiləri kampaniyasında etnik tələblərdən siyasi
mənfəətləri üçün
istifadə edirdi. Prezident
seçkisindən sonra
vətəndaşların qeyd
olunan gözləntilərinə
cavab olaraq ilk vaxtlar ictimai, siyasi, mədəni həyata total nəzarət
və təzyiqlər
bir qədər zəifləmişdi ki, bu da mübarizənin
kütləvi xarakter almasına şərait yaratdı. Cənubi Azərbaycanda mübarizənin
kütləviləşmə mərhələsinə keçməsi,
əsasən, milli ziyalı M.T.Zehtabinin təşəbbüsü ilə
1997-ci ilin iyul ayında Bəzz qalasına 35-40 nəfərin
iştirak etdiyi milli- siyasi yürüşlərlə
başlamışdı. Sonrakı illərdə (xüsusən
də 2001-2002-ci illərdə)
yürüş iştirakçılarının
sayı milyonu keçmişdi.
Zehtabi milli hərəkatda qalib gəlməyin yeganə yolunun türklük üzərində millətləşməklə
mümkün olduğunu
yazır və xalqının türklük
şüurunun yüksəldilməsi,
öz kimlik şüurunu dərk etməsi üçün
mədəni yöndə
fəaliyyətin genişləndirilməsinə
diqqət verirdi. Doktor M.T.Zehtabi
türk millətləri,
xalqları və toplumlarının akademiyalarına,
elmi mərkəzlərinə
müraciətində türk
dilləri və folklorundakı bütün
özəllik və materialları bir araya toplamaq üçün siyasətdən
kənar bir elmi mərkəzin yaradılmasını təklif
etmişdi. Dr.Zehtabi
yazırdı: “Böyük
və kiçik türk millətləri və toplumları daxilində, onların akademiyaları, elmi mərkəzləri və
ocaqlarında xüsusi
şöbəsi olsun
və bu şöbələr siyasətdən
tam kənar bir-biri ilə sıx bağlı olsunlar. Dil və folklor xüsusiyyətlərini müstəqil
şəkildə öyrənib
toplasınlar”.
Belə
qurumlardan biri Azərbaycan Elm və Mədəniyyət Araşdırmaları
Mərkəzi (AEMAM) (bu
qurum Azərbaycan Elm Kültürəl Araşdırma
Mərkəzi (AYKAM) kimi
də tanınırdı)
Azərbaycan Mədəniyyət
və Kültür Ocağının da yaxından dəstəyi ilə 1998-ci il dekabrın 3-5-də Təbriz
şəhəri yaxınlığındakı
Şərəfxanada Birinci
Azərbaycanşünaslıq Simpoziumu keçirmişdi.
Azərbaycan-ümumtürk əlaqələrinin yeni forması olan bu simpoziumdakı bütün çıxışlarda
azərbaycanşünaslığın, Azərbaycan dilinin tədrisi məsələsi
və ziyalıların
bu sahədəki rolu geniş şərh olunmuş və qəbul edilmiş 12 bənddən
ibarət bəyanatın
beşinci, səkkizinci,
doqquzuncu bəndlərində
sırf ana dili məsələsinə
toxunulmuşdu. Beşinci
bənddə göstərilirdi:
“Dil evdə anadan öyrənilən, məktəbdə genişlənən,
küçədə tamamlanan
bir anlaşma vasitəsidir. Xalqların anadan olma dilinin uşaq və yeniyetmələrə
öyrədilməsi üçün
demokratik, mədəni,
hüquqi imkanlarının
zənginləşdirilib gerçəkləşdirilməsi”.
VIII-IX bəndlərdə İran ərazisində yaşayan qeyri-fars xalqların Konstitusiyada təsbit olunmuş ana dilindən istifadə hüquqlarının
gerçəkləşdirilməsi tələb edilirdi. AEMAM yalnız Azərbaycançılıq
məfkurəsini özündə
ehtiva edən bir qurum idi
və açıq siyasi tələblərlə
çıxış etmirdi.
Buna baxmayaraq, hakim dairələr bu Mərkəzin fəaliyyətini
qadağan etdi.
Bəhs olunan dövrdə dövlət strukturunda təmsil olunan rəsmi nümayəndələrə
müraciətlər yenə
də ziyalıların
fəaliyyətində aparıcı
xətt idi. Bu istiqamətdə mübarizənin
əsas cəhətlərindən
biri ziyalıların sözügedən məsələdə
yekdil olması və vahid mövqedən
çıxış etməsi
idi. Həmin müraciətlər hər cür siyasi çalarlardan kənar, azərbaycanlıların
elementar milli-mədəni
ehtiyaclarını ödəmək
istəyindən ibarət
idi. Məhəmməd
Tağı Zehtabi, Cavad Heyət, Həsən Raşidi, Həmid Məmmədzadə,
Məhəmmədəli Fərzanə,
Behzad Behzadi və başqa 64 nəfərin imzası ilə M.Xatəmiyə ünvanlanmış məktubda
azərbaycanlıların hüquqlarının
bərpasını əks
etdirən 4 əsas tələb irəli sürülürdü:
1. Türklərin sakin olduğu bütün yaşayış məntəqələrindəki
məktəblərdə Azərbaycan
türkcəsi tədris
olunsun;
2. Radio və televiziyada, elmi və ixtisaslı
işlərdə fars dili ilə yanaşı türk dilindən də istifadəyə icazə verilsin;
3. Ölkə universitetlərində
Azərbaycan türkcəsində
dil və ədəbiyyatın tədris
olunması təşkil
edilsin;
4. Uşaqların və yeniyetmələrin zehni inkişafı üçün
türk dilində uşaq ədəbiyyatının
nəşri təşkil
olunsun.
Azərbaycan ziyalılarının böyük
hissəsinin imzası
ilə ayətullah Seyid Əli Xamneyiyə ünvanlanmış
məktubda da Azərbaycan dilinin fəaliyyət sferasının
genişləndirilməsi məsələləri
ilə yanaşı dilin özünün assimilyasiyasının qarşısının
alınması kimi məsələlər qoyulmuşdu. Qeyd olunan
məzmunda tələblər
Güney Azərbaycan Aydınlar Cəmiyyəti
(GAAC), Azərbaycan Mədəniyyət
və Kültür Ocağı (AMKO) tərəfindən
irəli sürülən
müraciətlərdə də
qoyulurdu. Müraciətlər cavabsız qalsa da, müəyyən anlarda mərkəzi hakimiyyətin siyasətinə
təsir göstərə
bilmək imkanından
da xali deyildi.
Ciddi nailiyyətlər əldə
edilməsə də,
problemin hakim dairələrin
diqqətində, gündəmdə
saxlanması baxımından
faydalı idi.
1990-cı
illərin ikinci yarısından başlayaraq
ziyalılar geniş siyasi, mədəni, maarifçilik fəaliyyəti
ilə yanaşı, Azərbaycandakı iqtisadi
geriliyin səbəblərini
araşdırır, onun
elmi izahının əsaslandırılması ilə
məşğul ola biləcək bir komissiyanın yaradılmasına da təşəbbüs göstərirdilər.
Bu məqsədlə Azərbaycan Mədəniyyət
və Kültür Ocağı (AMKO) mütəxəssislərdən
ibarət araşdırma
komissiyası yaratdı.
Onlar Azərbaycanın iqtisadi inkişaf proqramı ilə bağlı təkliflərini dövlət
orqanlarına göndərirdilər.
Digər
ziyalı və tələbə qruplarının
dövlət rəhbərliyinə
müraciətlərində də Azərbaycana qarşı iqtisadi ayrı-seçkiliklə bağlı
məsələlər irəli
sürülürdü. 1999-cu ilin fevralında İranda yerli şuralara keçirilən
seçkilər zamanı
Tehran Universitetinin azərbaycanlı
müəllim və tələbələri namizədlər
qarşısında 7 bənddən
ibarət tələbnamədə
dil, radio-televiziya, mədəniyyət abidələrinin
qorunması, Azərbaycan
tarixinin öyrənilməsi,
mətbuat azadlığı
ilə yanaşı iqtisadi məsələlərlə
bağlı tələblər
də qoymuşdular. Tələbnamədə, həmçinin bu illərdə panfarsist dairələrin fəaliyyətində daha
çox nomenklatur sözə çevrilən
“azəri” termininə
etiraz edilirdi. “İran və Ana dili” adlanan I bənddə türk dilinin ibtidai siniflərdən doktorluq işinin müdafiəsinə
qədər bütün
mərhələlərdə tədris edilməsi və “azəri dili” yerinə “Azərbaycan türkcəsi”
termininin işlədilməsi
tələb olunurdu.
Ziyalıların hakimiyyət strukturlarında
təmsil olunmaq istəyi ilə bağlı açıq siyasi-ideoloji tələbləri
1999-cu ildə yenidən
müqavimətlə üzləşdi. Parlament
seçkilərində namizəd
kimi iştirak edən Mahmudəli Çöhrəqanlı və
Azərbaycan Mədəniyyət
və Kültür Ocağının nümayəndəsi
Yaqub Təkəvi uğur qazana bilməsələr də,
seçkilər, Hüseyn
İsalının sözləri
ilə desək, “Azərbaycan türkcəsində
tərtib olunmuş seçki platforması və təbliğat-təşviqat
vasitələri ilə
milli istəklərin geniş sferada, açıq şəkildə
gündəmə gətirilməsi
üçün bir fürsət oldu”.
Milli şüarlar, o cümlədən ana dilindən istifadə hüququnun reallaşdırılması tələbləri 1990-cı illərin sonunda hakimiyyətdaxili qüvvələrin toqquşması, eyni zamanda yarımçıq qalmış iqtisadi islahatların həyata keçirilməsi üçün hökumət əleyhinə təşkil olunan etiraz aksiyalarının fonunda da olsa aktual məsələ kimi qoyuldu. 8 iyul 1999-cu ildə Tehranda hökumət əleyhinə başlayan nümayişlər tezliklə Təbrizə də yayıldı. Tehrandakı aksiyalardan fərqli olaraq Təbrizdəki nümayişlərdə milli tələblər, o cümlədən Konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsi ilə bağlı şüarlar da səsləndirildi. Tehran rejimini təşvişə salan 8 iyul hadisələrində səslənən şüarlarda son 20 ildə ilk dəfə olaraq dini lideri diktator adlandırmaqla yanaşı, rejimin hakimiyyətdən getməsini tələb edirdilər. Təbrizdəki bu etiraz aksiyaları son 20 ildə İranda islam ideologiyasının millətçi xarakterinə azərbaycanlı tələbələrin açıq nifrətini göstərməklə yanaşı, dini ideologiyanın Cənubi Azərbaycan türkləri üçün öz perspektivini itirdiyini nümayiş etdirdi. Eyni zamanda milli kimlik bağlarını möhkəmləndirən din faktorunun arxa plana keçməsi, ya tamamilə silinməsi və gənclərin dini kimlikdən qopması baş verirdi. Bu nümayişlərlə artıq rejimin ölkədə, xüsusən də milli bölgələrdə, o cümlədən Cənubi Azərbaycanda universitetlərlə bağlı siyasətinin iflasa uğradığını görürük. Cənubi Azərbaycan üzrə tədqiqatçı V.Mustafayev islam rejiminin Azərbaycanda təhsil sistemini və universitetləri hakim millətçilik, assimilyasiya siyasətinin dayağına çevirmək məqsədi güdən Pəhləvilərdən fərqli olaraq, universitetlərin İran rejiminin dayağı olmaq şərti ilə qeyri-formal səviyyədə olsa da, milli mədəniyyət və milli ideologiya mərkəzi rolu oynamasına müəyyən “şərait” yaratdığını qeyd edir və vurğulayır ki, hakimiyyətin məqsədi tələbələrin böyük enerjisini antirejim mövqeyindən milli münasibətlər sferasına yönəltməklə, öz mövcudluğunun müddətini uzatmaq idi. Tələbələrin əvvəlki səhifələrdə qeyd etdiyimiz fəaliyyəti, xüsusilə 8 iyul hadisələri artıq bu məqsədlərin puç olduğunu deməyə əsas verir.
Xatəmi hakimiyyətinin ilk iki ilindəki hadisələri izlədikdə belə qənaətə gəlmək olur ki, ziyalıların fəaliyyəti həm milli-mədəni, həm də milli-siyasi sferada davam etmişdir. “İslahatçı hökumət havası” mübarizənin kütləviləşmə mərhələsinə keçməsinə şərait yaratsa da, əslində, milli qüvvələrin leqal siyasi fəaliyyətini təmin etməklə onların repressiyasını “asanlaşdırdı”. Belə bir şəraitdə rejimin müvafiq qurumları milli təşkilat və fəalları daha asan müəyyənləşdirmək imkanı qazanırdı. Məhz bu illərdə İran hökuməti Təbrizdəki Azərbaycan Elm və Mədəniyyət Araşdırmaları Mərkəzinin fəaliyyətini dayandırdı. Mərkəzin bağlanmasına etiraz edən Təbriz, Urmiya, Ərdəbil şəhərlərindəki dövlət və özəl islam universitetlərinin azərbaycanlı tələbələri “Omide Zəncan” qəzetində hökumət qarşısında Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin öyrənilməsi və inkişaf etdirilməsi məsələsini qoyan bəyanatla çıxış etdilər.
Yeganə Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 24 fevral.-
S.14.