1997-2005-ci illərdə Güney
Azərbaycanda ziyalıların fəaliyyəti
3-cü yazı
Həmin illərdə İran rejiminin Azərbaycan türk milli ziyalılarına qarşı
repressiv addımlarına
qarşı etirazlarda
da tələbələr
xüsusi fəallığı
ilə seçilirdi. Tələbələr
2004-cü ildə türk
tələbə dərgilərinin
II sərgi-müsabiqəsində qəbul etdikləri qətnamədə bir sıra hüquqi məsələlərlə yanaşı,
hakim rejimin milli qüvvələrə qarşı
həyata keçirdiyi
“qanuni həbslərin”
qarşısının alınması
ilə bağlı tələblərlə çıxış
etdilər: hakimiyyət
orqanlarından hər
cür ictimai, siyasi, iqtisadi, mədəni ayrı-seçkiliyə
və təhqirlərə
son qoyulması; siyasi strukturda mədəniyyətlərin
müxtəlifliyinin qəbul
edilməsi, ictimai, siyasi, mədəni plüralizmin inkişaf etdirilməsi; Babək hərəkatının mahiyyətini
dərk edərək onun keçirilməsi üçün şərait
yaradılması; insan
hüquqları çərçivəsində
tələbə hərəkatına
qarşı hər cür təzyiqlərə
son qoyulması və
s. Tələbələr hakimiyyətdən
milli problemin həllinə Ümumdünya
İnsan hüquqları
və İran qanunvericiliyi çərçivəsində
yanaşmağı tələb
edirdilər.
Beləliklə, 90-cı illərdə tələbələrin də
daxil olduğu milli ziyalı qüvvələr Şimali
Azərbaycanda baş vermiş hadisələrə
emosional reaksiya göstərir və bu hadisələrin fonunda da İran
qanunvericiliyi çərçivəsində
ana dili hüquqlarının genişləndirilməsi,
İran radio-televiziyasında
Azərbaycan dilinin assimilyasiyasının dayandırılması,
milli-mədəni abidələrin
qorunması və s. kimi tələblər qoyulurdusa, 2000-ci illərin
əvvəllərindən tələbələr
azərbaycançılıq ideyası zəminindəki
mübarizənin əsas
ünsürü olan ana dili məsələsini
İran daxilində elementar milli-mədəni hüquqi problem kimi deyil, beynəlxalq, qlobal və köklü milli-siyasi maraqlar kimi qoymağa
başlamış və
ziyalılarla birlikdə
bu mübarizənin aparıcı qüvvəsinə
çevrilmişdilər. Azərbaycanlıların milli hüquqlarını,
o cümlədən ana
dili hüququnun qorunması ilə məşğul olan milli ziyalılar və milli ruhlu
tələbələr mitinq,
nümayiş, petisiyalardan,
qəzet səhifələrindən
istifadə edirdilər.
Praktiki aspektdə isə dilin funksiyası və funksional rolunun genişlənməsinə
diqqət yetirirdilər.
İranda
cənubi azərbaycanlıların
milli ziyalıların
simasında qeyri-siyasi
sferada milli hüquqlar uğrunda mübarizəsini şərtləndirən
amillər aşağıdakılardır:
- Cənubi azərbaycanlıların
milli kimlik, onun əsas göstəricisi və ifadəçisi olan ana dili, milli
mədəni hüquqlar
uğrunda mübarizəsinin
inkişaf dinamikasına
daxili və xarici amillərin təsiri, əlbəttə
ki, danılmazdır. Öz milli mənsubiyyətini tanımaq istəyindən
yaranan Azərbaycan türk etnikçiliyi uzun illər Pəhləvilərin və
sonra da İslam rejiminin Azərbaycan türk dili, tarixi və
mədəniyyətinin təhqir
olunması və qadağalara məruz qalmasına bir reaksiya kimi inkişaf
etmişdi. Dünyada və
xüsusilə regionda
baş verən hadisələr də bu mübarizəyə birbaşa təsir göstərmiş, milli hissləri qabartmışdı.
Konstitusiyanın 15, 19-cu maddələrinin
qəbul olunması,
90-cı illərdə İranda
liberal mühitin yaranması
ziyalılara məhdud
şəraitdə mübarizəni
dünyəvi, obyektiv,
elmi istiqamətdə inkişaf etdirməyə əsas vermişdi.
- İnformasiya resursları
və onlara çıxışın asanlaşması
tələbələrin dünyada
və regionda gedən ictimai, siyasi, iqtisadi, mədəni, qlobal prosesləri izləməsi,
hadisələrə baxışlarının
əks olunmasını
təmin etməklə
milli özünüdərkin
güclənməsinə, onlar
arasında mənəvi
birliyin yaranmasında yardımçı vasitələrdən
oldu.
- İkinci bir tərəfdən inqilabdan
sonra dünyaya səpələnmiş, sırf
azərbaycançı məfkurəsinə
söykənmiş azərbaycanlı
siyasi mühacirlərin
İrandakı azərbaycanlıların
baxışlarına müxtəlif
vasitələrlə təsirləri
də diqqətdən
kənarda qala bilməz. Bu tanışlıq
tələbələri Azərbaycançılıq
məsələsinin müxtəlif
aspektlərinə qlobal,
beynəlxalq prizmadan baxmağa, elmi-nəzəri
cəhətdən yanaşmağa
sövq edir və mübarizənin istiqamətini dəqiqləşdirməkdə
mühüm rol oynayırdı.
- İranın hər
tərəfinə səpələnmiş
cənubi azərbaycanlıların
yaşadıqları şəhər
və ya əyalətlərin ictimai-siyasi
mühitinin təsiri onların sosial-mədəni
oriyentasiyası, sosial-ideoloji
davranışları arasında
fərqlərdə özünü
göstərirdi. Paytaxt Tehranın açıq
siyasi, mədəni mühiti burada məskunlaşan ziyalıların
İran qanunvericiliyi çərçivəsində mədəni yöndə fəaliyyətinə təsir
etməklə rasional demokratik düşüncəli,
daha çox realizm elementlərini özündə birləşdirən
intellektual bir toplumun formalaşmasına
yardım edirdi. Bunu Tehranda ziyalıların daha çox açıq siyasi, əsaslandırılmış, mütəşəkkil milli-
mədəni yöndə
fəaliyyəti sübut
edir. Əslində İran rejiminin
uzun illər apardığı iqtisadi ayrı-seçkilik siyasəti
əks effekt verərək İranın
bütövlüyü üçün
təhlükə yaradır.
Tehranda belə ziyalı təbəqəsinin formalaşması
İran siyasi dairələri üçün
müsbət qiymətləndirilə
bilməz. Təbriz başda
olmaqla Cənubi Azərbaycanın digər
şəhərlərində isə milli-mədəni fəaliyyətlə yanaşı,
milli-siyasi yöndə
mübarizə daha çox nəzərə çarpır. Onlara realizm
elementlərindən daha
çox emosionallıq,
ifratçılıq xasdır.
- İran hakimiyyətində
mənsəb sahibi olan Azərbaycan türk əsilli şəxslərin də cənubi azərbaycanlıların,
o cümlədən ziyalıların
ana dilindən istifadə hüquqları
uğrunda mübarizəsinə
maneçiliyi, bir çox hallarda isə milli mübarizə əleyhinə
qatı əks-mövqeləri
də nəzərdən
qaçırılmamalıdır. Əgər
Pəhləvilərin hakimiyyətə
gəlişinədək azərbaycanlıların
etnomədəni inkişafının
ləng getməsinin səbəblərindən biri
həm hakim dairələrin,
həm də ziyalıların (bəzi istisnalar olmaqla) öz milli varlığına
biganəliyi ilə bağlı idisə, İslam inqilabından sonra milli ruhlu
ziyalıların, tələbələrin
milli şüurunun ən yüksək səviyyəyə çatdığı
bir şəraitdə
azərbaycanlıların hüquqsuz
millət vəziyyətində
qalmasının səbəblərindən
biri İran rejimində təmsil olunan azərbaycanlıların
öz milli problemlərinə etinasızlığı
və əks mövqe tutmalarıdır.
Digər
tərəfdən milli
hüquqlar uğrunda mübarizədən kənarda
qalan, İranda rejim dəyişikliyi tərəfdarı olan və bu istiqamətdə
təbliğat aparan azərbaycanlı ziyalıların
mövcudluğu milli hərəkatın inkişafına
təsir göstərirdi.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 28 fevral.-
S.14.