Dünya
Azərbaycan Ordusunun gücündən
yazır
Ermənistan ordusunda soyqğunçuluq
artır, Paşinyan isə qorxudan müharibəyə hazırlaşır
“Ermənistanda və Azərbaycanın
işğal olunmuş
ərazilərində baş verənlər
son 20 il ərzində
Qarabağ klanının ermənilərin
başına açdığı oyunlar
barədə aydın təsəvvür yaradır. Hətta evi olmayan
Manvel Qriqoryan indi Ermənistanda və Dağlıq Qarabağda böyük və
çoxsaylı mülklərə, zooparka,
avtoparka malikdir.
Əvvəlcə Dağlıq Qarabağda
və ətraf rayonlarda azərbaycanlılara
qarşı soyğunçuluq edən quldur general Manvel Qriqoryan atəşkəs
rejimindən sonra ermənilərə
qarşı soyğunçuluq
etdi”. Bunu
açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar
Mərkəzinin direktoru, politoloq
Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə
görə, aparılan yoxlamalar onun hətta aprel
döyüşləri zamanı xaricdən Ermənistana
göndərilən yardımın böyük
bir qismini
özününküləşdirdiyini göstərir: “Aprel döyüşləri zamanı hətta
3-4 gün yemək tapa
bilməyən erməni döyüşçüləri olub. İndi bəlli olur ki, o
zaman M.Qriqoryanın Dağlıq
Qarabağdakı anbarları əsgər payları ilə dolu imiş.
M.Qriqoryanın təkbaşına
fəaliyyət göstərdiyini düşünmək sadəlövhlükdür.
Quldur general M.Qriqoryan əvvəlcə
Vazgen Sərkisyanın, sonra
Robert Köçəryanın, sonra isə Serj Sərkisyanın
əlində alət və vasitə oldu.
1999-cu ilin parlament
güllə-boranından üzü bəri
baş verən bütün
proseslərdə quldur M.Qriqoryan
gah o, gah
da bu tərəfin mövqeyini dəstəklədi.
Vasitə olması isə daha qabarıq şəkildə üzdədir.
Ermənistanın kəskin müxalifətçilərindən
olan Arbat
Xaçatryanın fikirlərinə istinad
etsək kənddən boş əllə Yerevana gəlmiş Robert
Köçəryan və S.Sərkisyan indi
Ermənistanın yarısına sahibdirlər.
R.Köçəryanın əmlakının
5 milyard dollar olduğu barədə məlumatlar var. S.Sərkisyanın da əmlakı
təxminən bu miqdardadır.
R.Köçəryan və S.Sərkisyanın erməni
xalqını talaması üçün
M.Qriqoryanın hərbi dəstəsi vasitə idi.
Hərbi komandirlərin öz tabeçiliyində olanların əlindəkiləri
necə talan etməsi ilə bağlı
hər gün mətbuatda məlumatlar
yayılır. M.Qriqoryanın anbarları ərzaq
və digər məhsullarla dolu olduğu halda erməni əsgərini
ərzaq və gündəlik tələbat mallarını
valideynləri təmin edirmiş. Günlərlə
əsgərin ac qalmasından xəbərdar
olan Manvel Qriqoryan meymun və
şirlərini əsgər payları ilə yemlədiyi halda erməni əsgərinə o paylardan vermirdi.
Çünki M.Qriqoryan
R.Köçəryan və S.Sərkisyanın yalnız oğurluq barədə düşündüklərini
bilirdi.
Polşada erməni əsgərləri
üçün nəzərdə tutulmuş konservlər açıq şəkildə
mağazalarda satılırdı. Bu fakt özü
Ermənistan mətbuatında qalmaqal yaratsa da sonradan
işi ört-basdır etdilər. Təbii
ki, bu M.Qriqoryanın
S.Sərkisyanla birlikdə əməli olduğu
üçün sonadək tədqiq edilmədi.
Artıq birmənalı şəkildə
demək olar ki, bütün Ermənistan cəmiyyəti oğru, rüşvətxor və qapağanlardan ibarət imiş.
5-3 faizin kənarda qalması ümumi mənzərəni dəyişmir. S.Sərkisyan
Ermənistanda və Dağlıq Qarabağda
elitanın oğru və rüşvətxor
olmasında maraqlı idi. Çünki
daha asan idarə edə
bilirdi. Uzun müddət
Dağlıq Qarabağda müdafiə naziri işləmiş indi
Ermənistanın müdafiə nazirliyinin
baş inspektoru Movses Akopyanın korrupsiya
fəaliyyəti və həyat yoldaşının
davranışı ilə bağlı məlumatlar heç kəsə sirr deyil. Amma M.Akopyan
rütbə və vəzifədə böyüyür.
Çünki erməni cəmiyyətində
inkişaf etməyin yeganə yolu oğurluq və
qapağanlıqdan keçir.
Bütün bu aşkarlanan faktlar separatçı Dağlıq
Qarabağın de-fakto rəhbərliyinin
təmsilçilərində müvafiq
hisslər, düşüncələr yaradır. İndi Afrikada da “qapağan” dedikdə
Ermənistan yada düşür.
Afrikanın həm də
primatların vətəni olmasını nəzərdə tutmuruq. David Babayan baş verənlərlə
tanış olduqda istər-istəməz
“qapağan” ifadəsini
xatırlamalıdır. Amma bu ifadəni işlətməyin orijinal variantını tətbiq etdi: Azərbaycan rəhbərliyinə
ünvanladı. David Babayan
Azərbaycan vətəndaşıdır, bəlkə vicdana malikdir. Yaxında onun vicdanın oyanacağına, qapağan terminini əsl
sahibinə ünvanlayacaq”.
Bu
arada İranın ANAJ saytı Azərbaycan
Silahlıq Qüvvələrin gücündən yazıb. İran mediası bilriri ki, 2016-cı ilin aprel döyüşləri, eləcə də
Azərbaycan Ordusunun Ermənistanla
Naxçıvandakı sərhəddə son
irəliləyi, bununla da
Yerevan-Xankəndi (Qarabağın mərkəzi) magistralına
nəzarəti
ələ alması Ermənistanın Bakı tərəfindən
iqtisadi təcridinə hərbi təhdidlər
də əlavə edir.
Bu il iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik
yubileyi onun Silahlı
qüvvələrinin hərbi paradı və Türkiyəyə
məxsus hərbi təyyarələrin Bakı səmasında
uçusu ilə qeyd olunub. Paradda
çıxış edən Azərbaycan prezidenti
İlham Əliyev isə əvvəlkindən
daha sərt tonla
danışıb, ölkəsindən Ermənistana gələn
hərbi təhdidlərdən danışıb. O, Ermənistanın
Azərbaycanla nə iqtisadi, nə də hərbi
rəqabət aparmaq gücündə olduğunu bildirib.
Əliyev tarixi
ədalətin bərqərar ediləcəyinə əminliyini
ifadə edərək, Ermənistanla Azərbaycan arasında
müharibənin yalnız ilk
fazasının başa
çatdığını deyib. O, işğal olunmuş
Dağlıq Qarabağın Azərbaycana
qaytarılmayacağı təqdirdə sanki
iki dövlət arasında müharibənin
ikinci fazasının
başlayacağının anonsunu verib.
İlham Əliyev son illərdə ordunun necə
gücləndiyindən söz
açıb, Azırbaycanın hərbi büdcənin 15 dəfə
artdığını söyləyib: “Qlobal
tendensiyalar dünyada
beynəlxalq hüququn işləmədiyini
göstərir. Əgər beynəlxalq hüquq
işləsəydi, Azərbaycan torpaqları işğaldan
azad olunardı. Beynəlxalq təşkilatların
qərarları icra edilmir,
onların icrası mexanizmi yoxdur. Bu gün
dünyanın müxtəlif bölgələrində güc amili əsas amilə
çevrilib. Belə bir
vəziyyətdə bizim siyasətimiz
tamamilə doğrudur. Düşmən bilsin ki, Azərbaycan Ordusu onun bütün
hərbi və strateji obyektlərini məhv
edə bilər. Bu gün
bizim nümayiş etdirdiyimiz silahlar bu həqiqəti Ermənistana və bütün dünyaya
göstərir. Azərbaycan daha da güclü olacaq. Biz inkişaf
yolundayıq. Bütün yollar
və üfüqlər bizim
üzümüzə açıqdır. Ermənistan bizimlə
əsla rəqabət apara bilməz. Tarixi ədalət
və beynəlxalq hüquq, iqtisadi, hərbi güc və
vətənpərvərlik ruhu da bizim tərəfimizdədir.
2016-cı ilin aprel qələbəsi
və Naxçıvan qələbəsi xalqımızın
vətənpərvərlik ruhunu daha da gücləndirib”.
Qarşı tərəfdəsə
vəziyyət tamamilə fərqlidir. Ermənistanda ötən
ay baş vermiş məlum proseslər və dəyişikliklər
nəticəsində hakimiyyəti ələ almış yeni baş nazir
tamamilə passiv və zəif mövqe sərgiləyir. O, Azərbaycanı hərbi
ritorikadan istifadə etməkdə
günahlandırır və Dağlıq Qarabağ
münaqişəsinin hərbi vasitə ilə həlli yolunun olmadığını bildirir.
Erməni nazir
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanla
Ermənistanın sərhədində irəlilədiyini də
etirf edir. O, bununla regionda vəziyyətin
pisləşdiyini söyləyib və mövcud
vəziyyətin araşdırıldığını bildirib.
Azərbaycan Ordusunun
Naxçıvan istiqamətində irəlilədiyinə dair sualı cavablandıran Paşinyan
deyib: “Narahatlığa əsas yoxdur. Əlbəttə ki,
Naxçıvan bölgəsində vəziyyət müəyyən
qədər gərgindir. Ancaq hərbi
risklər baxımından heç bir dəyişiklik yoxdur.
Azərbaycan tərəfi yalnız öz dislokasiya nöqtələrini dəyişib. Onlar əslində, Yerevan-Laçın dəhlizini
1992-1993-cü illərdən nəzarətdə saxlayır. Bu məsələdə heç
bir dəyişiklik olmayıb. Sadəcə,
bəzi nöqtələrdə mövqelərini irəli
çəkiblər. Bizim mövqelərimizin
dəyişib-dəyişmədiyi haqda bir şey demək istəmirəm.
Yalnız onu deyə bilərəm ki, bölgədə gərginlik baş verib və bu vəziyyət indi də
davam edir. Biz Azərbaycan mövqelərinin irəli
çəkilməsi nəticəsində yarana
biləcək riskləri nəzərdən keçiririk”.
Regional
və beynəlxalq prosesləri, Cənubi Qafqazda
qüvvələr balansının dəyişdiyini,
xüsusilə Azərbaycanın İran və
Rusiya ilə daha da yaxınlaşdığını, bu ölkənin bölgədəki müttəfiqi
olan Türkiyə ilə bağlılığının
daha da möhkəmləndiyini,
Azərbaycan Ordusunun işğal
olunmuş Qarabağ ərazilərində
zaman-zaman irəlilədiyini, Ermənistan
hökumətininsə Qərbə və ABŞ-la
yaxınlaşmaq kursu götürdüyünü
nəzərə alsaq, Dağlıq Qarabağ münaqişəsilə
bağlı vəziyyət aydın şəkildə Azərbaycanın
xeyrinə dəyişməkdədir.
2016-cı ilin aprel döyüşləri
və Naxçıvanda baş verən son olaylar, Azərbaycanın
Bakının Yerevan-Xankəndi (Qarabağın mərkəzi)
magistralına nəzarəti ələ alması Ermənistanın
Bakı tərəfindən iqtisadi təcridinə
hərbi təhdidlər də əlavə edir.
Görünən
odur ki, 1990-cı illərin
əvvəllərində Azərbaycan torpaqlarının 20%-ni
Sovet ordusunun dəstəyilə
işğal etmiş
Ermənistanın yararsız qələbəsi, Azərbaycanın
hərbi, diplomatik və iqtisadi
mövqelərinin güclənməsilə sual
altına düşür. Bu, Qarabağda müharibənin
hələ başa
çatmadığını təsdiqləyir. İstənilən
halda, 20 ildir vəziyyət
Azərbaycanın xeyrinə, Ermənistanın ziyanına dəyişməkdədir.
Baş
nazir Nikol Paşinyan isə Azərbaycan ordusunun
yaranmasının 100 illik yubileyi
ilə əlaqədar Bakıda keçirilən hərbi paraddan qorxuya düşərək
deyib ki, erməni hərbçiləri
Dağlıq Qarabağda, eləcə də
Azərbaycanla sərhəddə hadisələrin istənilən
cür inkişafına hazır
olmalıdırlar.
Azərbayacanın keçirməyə
hazırlaşdığı irimiqyaslı hərbi təlimlər
düşməni qorxuya salıb. Onun sözlərinə görə, son günlər Azərbaycan sərhədə
canlı qüvvə və hərbi texnika
cəmləyir.
Ermənistan hökumət
başçısı həmçinin bildirib
ki, Azərbaycan Silahlı Qüvvələri
Ermənistan-Azərbaycan sərhədində mühəndis və
möhkəmləndirmə işləri aparmağa
cəhd ediblər.
Bu arada Rusiya Dövlət
Dumasının komitə sədrinin müavini
Dmitri Savelyev deyib ki, Qarabağ
qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır.
Dağlıq Qarabağ
və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç
bir əlavə şərt irəli
sürülmədən Azərbaycana qaytarılmalıdır.
“Bu gün Ermənistanda həm Rusiya,
həm də Azərbaycan üçün
qətiyyən gözlənilməz siyasət yeridilir.
Böhran (Ermənistan-Azərbaycan)
ATƏT MQ-yə daxil olan
amerikalıların mövqeyi, həmçinin
ABŞ-da, Kanadada və
Avropa mövcud olan nüfuzlu erməni
diasporlarının mövqeyi nəzərə
alınmaqla daha da kəskinləşə
bilər. Qayıq çox möhkəm
silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini
tapmalıdır. Qarabağ və yeddi rayon
Azərbaycana hər hansı əlavə şərt irəli
sürülmədən qaytarılmalıdır”, - Cəbrayıl
rayonunun Cocuq Mərcanlı
kəndində keçirilən “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir”
konfransında iştirak edən D.Savelyev qeyd edib.
Onun sözlərinə
görə, Ermənistan ABŞ və Avropa
İttifaqı istiqamətinə meyllənməyə
başlayır və müəyyən mənada Ukraynanın yolu ilə gedir.
“Şübhəsiz ki, Rusiyada biz
bunu heç istəmirik.
Lakin bəzi
əlamətlərə görə sezirik
ki, ssenarinin bu cür inkişafı mümkündür. Əgər, Allah göstərməsin, belə bir şey baş
verərsə, Azərbaycan təmas xəttində amerikalı
hərbi müşavirlərlə, beynəlxalq muzdlularla və müasir hərbi
komplekslərlə üz-üzə qala
bilər. Bu həm Rusiya,
həm də Azərbaycan üçün
ümumiyyətlə gözlənilməyən bir yoldur və Ermənistan
hazırda bu yolu seçir”, - D.Savelyev
vurğulayıb.
Cavid
Xalq cəbhəsi.- 2018.- 3 iyul.- S. 9.