“Bakı
silahlanma qovğasında İrəvanı
xeyli geridə qoyub”
Cənubi Qafqazda silahlanma qovğası Bakının açıq
üstünlüyü ilə
gedir. Bu, İərvanı həm dinc tənzimləməyə tələsdirə,
həm də savaşa apara
bilər.
Bakıdakı geniş
əhatəli parad Azərbaycan ordusunun nəylə zəngin olduğunu
sərgiləyib.
Azərbaycan prezidenti
keçən həftə bütün dünyaya – və bu,
mübaliğəsizdir – nümayiş etdirib ki, ölkəsi Ermənistanın
işğal etdiyi əraziləri
qaytarmaq uğrunda
müharibəyə hazırdır. Bakıdakı parada başqatdı deyil, xeyli sayda qorxunc
gerçək və müxtəlif (təkcə Rusiyanın deyil!) istehsalçıların
silahlarını çıxarıblar. Ermənistanda
çoxları bu fikrə tərəfdardır
ki, İlham Əliyev
“sadəcə, piar edir”
və Azərbaycan savaş başlamağa cürət etməz. Amma o, təkcə bölgədə
hərbi tarazlığı gözləmək və erməniləri
qorxuya salmaq məqsədilə
deyil, Cənubi Qafqazın miqyasına
görə çox böyük
miqdarda müasir
yüksəktexnologiyalı silah
yığıb.
Strateq rosbalt.ru-ya istinadən yazır ki,
Bakı bədnam “tarazlıq” çərçivəsini aşaraq çox nəhəng
məbləğ sərf edib. Və madam bu cür
silah var, İrəvan,
ən azı, ilkin şərtlərsiz – yəni
tanınmamış “Dağlıq Qarabağ
Respublikası” “hökuməti”nin uyğun
prosesdə iştirakı – danışıqlar
masasının arxasına qayıtmasa, o,
hökmən atəş açacaq. Məlumdur
ki, Bakı Xankəndiylə mübahisə
etmək niyyətində deyil.
Bundan başqa, Azərbaycan özünün
hərbi cəbbəxanasının bir qismini sərgiləyəndən sonra geniş miqyaslı təlimlərin
keçirilməsinə başlayıb – bu,
iyulun 2-dən 6-a qədərki dövrə
elan olunub. Respublika Müdafiə Nazirliyinin
məlumatına görə, burada 20 000 hərbçi,
tam 120 tank və başqa zirehli texnikalar, 30 ədəd hərbi aviasiya, 200-dən çox
müxtəlif kalibrli raket-artilleriya
qurğusu iştirak edir. Manevrlərin gedişində əsasən
işğal edilmiş
ərazilərin azad edilməsi üzrə
genişmiqyaslı hücum əməliyyatları,
şərti düşmənin təxribat fəaliyyətinin
önlənməsi işlənib hazırlanır.
Bakıda hərbi paraddan söz
düşmüşkən. Orada
Naxçıvandakı Əlahiddə Ümumqoşun
Ordusunun Ermənistanın ötən əsrin
90-cı illərinin əvvəlində işğal
etdiyi 11 min hektar ərazini azad etdiyini bildirən prezident İlham Əliyev çıxış edib. O deyib – Azərbaycan
hazırda uyğun ərazidə strateji kommunikasiyalara və
yollara nəzarət edir.
Əliyev vurğulayıb: “Naxçıvan əməliyyatı
bir daha göstərdi
ki, Azərbaycan ordusu
qarşısına qoyulan istənilən
vəzifəni yerinə yetirməyə qabil
olan güclü ordudur. Ordumuz bundan sonra Azərbaycanın
ərazi bütövlüyünü bərpa
etməyə daim hazır
olmalıdır”.
Ermənistanın
yeni baş naziri Nikol Paşinyan
Azərbaycan prezidentinin məlumatını
təkzib etməyib, amma bunu
inamla təsdiq də etməyib: yalnız deyib ki, “Sərhədin
Naxçıvan hissəsində Azərbaycan silahlı
qüvvələrinin toplanması qeydə alınır”, amma orada durum
yetərincə sabitdir və atəşkəs rejiminin çoxsaylı pozulması olmayıb.
O habelə bildirib ki, Qarabağ münaqişəsi güc
yoluyla həll oluna
bilməz və “Ermənistan heç vaxt savaşa başlamayacaq”. Baş nazir bununla yanaşı hesab edir ki,
ölkəsi hadisələrin istənilən inkişafına
hazır olmalıdır.
“Əlbəttə!” – Azərbaycanın,
heç olmasa, paradda sərgilədiyi hərbi potensialı təxmini
dəyərləndirməyi bacaran hər
kəs deyər: Mi-24, Mi-24G, Mi-35M, Bell-412
(ABŞ) helikopterləri, MİQ-29 qırıcıları,
Su-25 hücumçuları, tank əleyhinə
raket sistemli “Spayk” çoxfunksiyalı zirehli
maşınları, özü yeriyən minaatan qurğular, pilotsuz uçuş
aparatları, zenit-raket komleksləri,
yaylım atəşi sistemləri və Azərbaycanın
özündə istehsal edilən zirehli maşınlar daxil olmaqla xeyli
başqaları.
Bu qorxulu silahlar ümumən
isə müxtəlif qanyaqlardandır: Rusiya,
ABŞ, Çexiya, İsrail,
Türkiyə və s. Ümumiyyətlə,
“Polonez”lər, “Qrad”lar,
“Xrizantem”lər, “Xeron”lar
və “sairlər” Bakı üzrə keçib
və bu cəbbəxana tezliklə həm
də Almaniyanın ölümdaşıyan məhsuluyla tamamlana bilər. Gördüyümüz
kimi, Azərbaycanda silah
və hərbi texnika tədarükünün
şaxələnməsi prinsipi praktikaya tətbiq edilib. Bu fonda Ermənistanın
2016-cı ilin sentyabrında öz silahını sərgiləməyi yoxsul görünür, amma o vaxt
İrəvanda hərbi paradın “mismarı” Rusiyanın
“İskəndər” əməliyyat-taktiki raketləri və
“Qasırğa” yaylım atəşi sistemi
olub.
Düşünürük
ki, “bölgədə qüvvələr
balansı” açıq şəkildə Azərbaycanın
xeyrinə pozulub, amma
Ermənistan yenə də Rusiyadan 300 km mənzilədək yerüstü
hədəflərə yüksəkdəqiqlikli zərbə
endirməyə qabil Su-30SM
qırıcıları almağa ümid edir.
Açıq qaynaqların məlumatına görə,
söhbət Ermənistana ümumi dəyəri,
aşağısı, 300 milyon dollar olan 12
qırıcının tədarükündən gedir. Düzdür, bu “cah-cəlal”a pulun haradan götürüləcəyi hələlik
aydın deyil. Bu,
istisnasız olaraq Rusiyanın, necə deyərlər,
“gülünc qiymətlərə” tədarük
etdiyi silahlarla duruş gətirən respublikanın döyüş bacarığını hiss olunası dərəcədə yüksəldərdi.
Ya da kreditə.
Bu cür “bəxtiyeyinliyin” Ermənistandakı Qərbyönlü
hakimiyyət dəyişikliyindən sonra davam edib-etməyəcəyini sezmək çətindir.
Moskvanın ermənilərə silah
tədarükündə, belə deyək, “cəza kimi” taym-aut götürməsi,
ya da Azərbaycanla mümkün müharibədə özünün neytrallığıyla şantaj edərək Paşinyan
və komandasını “yenidən tərbiyə etməyi” məntiqli
olardı. Axı təlimlər tam şəkildə
hərbi əməliyyatlara keçə bilər
– formal olaraq Ermənistana
deyil, İrəvanın təhlükəsizlik
zamini kimi
çıxış etdiyi “DQR”ə
qarşı. Axı həqiqətdə Azərbaycan Ermənistanın
sərhədlərinə toxunsa, onda KTMT reaksiya verməli olacaq, çünki ER onun iştirakçısıdır.
Məlumdur ki,
bu blokun
iştirakçıları İrəvana canlıyananlıq etmir və çətin ki,
ona köməyə tələssinlər.
Və o zaman öz növbəsində RF ilə münasibətləri
əziz tutan Bakıyla münasibətləri
korlamaq istəməyən Rusiya
cəfa çəkməli olacaq. Deməli,
o, Ermənistana rəsmən hücum etməyəcək və müharibə
tam müəyyən xarakterdə olmayacaq: bir növ, “separatçı Qarabağ”la, amma eyni
zamanda (qeyri-rəsmi) onun
təhlükəsizliyinə zamin Ermənistanla.
Bütün bunlar İrəvan tərəfdən ilkin şərtlərsiz ən yüksək səviyyədə
təcili Azərbaycan-Ermənistan danışıqlarının
keçirilməsinin xeyrinə danışır. Amma sonuncu dirəşir və əlbəttə,
Bakını münasiqşəni dinc yolla tənzimləməmək istəksizliyində
ittiham edir (yeri gəlmişkən, devrilmiş
Serj Sərksiyan Ermənistanın
başçısı olanda bu məsələdə müsbət irəliləyişlər
qeydə alınıb). Xüsusən “Lragir”
nəşri əminliklə bildirir ki, “Əliyev öz mövqeyini daha da sərtləşdirib və tənzimləmə
üzrə danışıqlardan artıq, demək olar, danışmır”. Sadəcə
ona görə ki, bu ona gərək deyil: “Özlüyündə bu
cür danışıqlar Azərbaycana
lazım deyil, yalnız öz
xalqı qarşısında hərbi əməliyyatların təzələnməməsində
bəraət olaraq “alibi”
kimi gərəkdir… Azərbaycan hər cür güzəştdən imtina edir – xüsusən də
Qarabağın statusu məsələsi
üzrə”.
Nəşr qeyd
edir ki, Bakı
plankanı o qədər yüksəyə
qaldırıb ki, geri
çəkilməyə yer yoxdur”. Əlbəttə, “buna
Rusiyanın da siyasəti səbəb olub: Azərbaycan uzun illərboyu
anlamağa çalışıb ki, Rusiya vasitəsilə öz məqsədinə çata
bilərmi? Dəqiq xarici zəmanətsiz
Bakı hərbi əməliyyatlara girişməz. Daha dəqiqi, müharibənin “idarə edilən”
və proqnozlaşdırılan olacağı haqda
ABŞ və Rusiyanın zəmanəti olmasa”.
Ümumiyyətlə, indi məsələ
“Əliyevin müharibə “zəmanəti” üçün
Moskvaya gedib-getməyəcəyindədir”.
Son mülahizə
sağlam düüncədən xali deyil. Bu, indiki durumda, demək olar, açar kimi görünür. Gerçəklikdə
müharibə nə Rusiyaya, nə Azərbaycana, nə Ermənistana, nə də “DQR”əlazımdır,
amma sonucuların “bəlkələri” çox
uzana bilməz. Belə ki, İrəvanı səmərəli danışıqlara
məcbur edəcəklər
(Paşinyanın RF ilə
“qırmızı xətti”
keçib-keçməyəcəyi və Ermənistan prezidentinin bu günlərdə ABŞ dövlət
katibi Maykl Pompeo ilə nələri müzakirə
etdiyi mühümdür),
ya da Bakı
Azərbaycan-Qarabağ qarşıdurma
xəttində hərbi
əməliyyatlar üçün
Moskvadan “yaşıl işıq” israr edəcək. Yada salaq
ki, “DQR” KTMT üzvü
deyil. Amma müharibənin Azərbaycan
və Ermənistan sərhədlərinə qədər
sürüşmə təhlükəsini
istisna etmək olmaz, amma Gümridə
Rusiya hərbi bazası da mənzillənib: çox
ciddi amildir, ancaq həlledici deyil.
Qeyd edək ki, yuxarıda sözü gedən hərbi təlimlərin
lap ərəfəsində Azərbaycan ordusunun
2016-cı ilin aprelində
dördgünlük müharibə
zamanı azad etdiyi Cocuq kəndindəolduqca
çoxmənalı “Azərbaycan
Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adıyla
konfrans keçirilib. Rusiyanın məşhur siyasətçiləri,
ictimai xadimləri, ekspertləri daxil olmaqla çıxış
edənlər çox
olub. Azərbaycanın
konfransın bütün
gedişatını və
iştirakçıların kuluarlardakı birbaşa danışıqlarını təfərrüatıyla
izləyən “Haqqin” nəşrinin məlumatına
görə, “Vahid Rusiya”dan RF Dövlət Dumasının deputatı
Aleksey Yezubovun çıxışında
münaqişənin tənzimlənməsi
üzrə RF prezidentinin
fikri səslənib.
O, məlumat verib:
“Putin, Əliyev və
Sərkisyanın hazırladığı
“Yol xəritəsi”nə
əsasən Ermənistan
işğal edilmiş
beş rayonu
Azərbaycana qaytarmalıdır.
Putin bəyan edib ki, bu,
Rusiyanın dəyişilməz
mövqeyidir”.
Paşinyanın da Moskvaya
uçmaq vaxtıdır
– “zəmanət” dalınca.
Cavid
Xalq cəbhəsi.- 2018.- 5 iyul.- S. 6.