Ağdərənin
işğalının 25 ili
Hikmət Hacıyev bu münasibətlə
açıqlama yayıb
Azərbaycan XIN-in mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyev Ağdərə
və ətraf kəndlərin işğalının 25-ci
ildönümü ilə əlaqədar açıqlama
yayıb.
Açıqlamada bildirilir ki, 7 iyul
tarixində Azərbaycanın Tərtər rayonunun tərkibinə
daxil olan Ağdərə və ətraf kəndlərin
işğalından 25 il ötür:“Məlum olduğu kimi,
Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi
təcavüzə başlayana qədər Ağdərə Azərbaycan
SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin
inzibati mərkəzi idi. 1989-cu ildə SSRİ tərəfindən
aparılmış son əhalinin siyahıya alınmasına
görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali
yaşayırdı. Ərazidə zəngin daş
kömür, əhəngdaşı, qızıl və mis
yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər
çayı üzərində Sərsəng su elektrik
stansiyası var. Rayonun 75059 min hektar ərazisi (rayonun ərazisinin
44 faizi) nadir və qiymətli ağac növləri olmaqla
meşə massivləri ilə örtülü idi. Ağdərənin
köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi
ilə müşayiət olunan işğalı nəticəsində
Azərbaycan xalqına məxsus mədəni irs talan edildi,
xüsusiyyətləri saxtalaşdırıldı və
infrastrukturu dağıdıldı. Bu sırada qəsdən
erməniləşdirmək məqsədilə alban xristian
irsinin şah arxitektur əsərlərindən olan XIII əsrə
aid Gəncəsar məbəd kompleksi
saxtalaşdırılmış formada təmir edilib. Bu
qeyri-qanuni əməllər tarixi reallığın
saxtalaşdırılması və Qarabağın etnik tərkibinin
dəyişdirilməsi siyasətinin davamıdır. Bu prosesin
bariz nümunələrindən biri 1978-ci ildə Şıxarx
kəndində İranın Marağa şəhərindən
200 erməni ailəsinin Qarabağa köçürülməsinin
150 illiyi ilə əlaqədar ucaldılmış abidə
idi. Lakin Ermənistanın təcavüzünün
başlamasından sonra ermənilərin həmin ərazilərdə
yaxın tarixdə peyda olmasını xatırladan bu abidə məhv
edildi”.
Bəyanatda bildirilir ki, Ermənistan
və işğal olunmuş ərazilərdə
yaradılmış qondarma rejim ötən 25 il ərzində
Ağdərənin sərvətlərinin talan edilməsi
üçün qeyri-qanuni əməllər həyata
keçirir:
“Bu xüsusda xarici
hüquqi və fiziki şəxslərin də cəlb edilməsi
ilə ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə
və vəhşicəsinə talan edilir. İşğal
altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin
təmin olunması üçün zəruri diqqət
ayırmır və bu da nəticə etibarilə, Tərtər
çayı boyunca yerləşən çoxsaylı Azərbaycan
yaşayış məntəqələri üçün təhlükə
yaradır. Sərsəng su anbarı ilə əlaqədar
yaranmış vəziyyətə görə ciddi
narahatlıq Avropa ŞurasıParlament Assambleyasının
2085(2016) saylı qətnaməsində ifadə olunmuşdu.
1976-cı ildə tikilmiş Sərsəng su anbarı ətrafda
yaşayan insanların və kənd-təsərrüfatının
su ilə təmin edilməsi üçün nəzərdə
tutulsa da, bu əraziləri işğal etdikdən sonra Ermənistan
su anbarını humanitar və ekoloji terror vasitəsinə
çevirib. Ermənistan qəsdən qış aylarında
anbarı açaraq ətraf ərazilərin su altında
qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda
isə onun istifadəsinə imkan vermir. Nəticə etibarilə,
insanların su təminatı və kənd-təsərrüfatı
fəaliyyəti, ərazinin bio-müxtəlifliyinin məhv
olması və torpağın quruluşunu dəyişməsi
üçün ciddi təhlükələr yaranır. Cenevrə
Konvensiyaları və əlavə protokollar, 1966-cı il
Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni
hüquqlara dair beynəlxalq pakt, BMT Baş
Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi
və digər beynəlxalq sənədlərdə sudan istifadə
insan hüquqlarının tərkib elementi kimi təsbit edilib.
BMTTəhlükəsizlik Şurasının 822, 853, 874 və
884 saylı qətnamələrində təsbit olunduğu
kimi beynəlxalq ictimaiyyət Azərbaycanın ərazilərinin
işğalını pisləyir və
işğalçı qüvvələrin Azərbaycanın
işğal olunmuş ərazilərindən dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb
edir. Yalnız bu istiqamətdə təxirəsalınmaz
addımların atılması Ermənistan-Azərbaycan
münaqişəsinin siyasi həlli və azərbaycanlı məcburi
köçkünlərin öz doğma yurdlarına, o
cümlədən Ağdərəyə və ətraf kəndlərə
qayıtmasına əsas yarada bilər. Ermənistanın
süni şəkildə Azərbaycan ərazilərinin
işğalına əsaslanan status-kovunu davam etdirmək cəhdləri
ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti
tam şəkildə Ermənistanın üzərinə
düşür”.
Xalq cəbhəsi.-
2018.- 7-9 iyul.- S. 6.