Azərbaycan diasporu - yeni mərhələ olacaqmı?

 

Effektiv fəaliyyət üçün nələrə diqqət edilməlidir?

 

Bu gün Azərbaycan diasporunun çox ciddi problemləri varbu çatışmazlıqların yaranma səbəbləri müxtəlifdir. Mövzumuz səbəbləri deyil, nəticəni araşdırmaq və irəliyə baxmaqdır. Reallıq odur ki, problemlər var, ciddidirbunlar aradan qaldırılmalıdır. Bunun üçün də hazırda Azərbaycan üçün strateji əhəmiyyət daşıyan diasporun inkişafı və effektiv fəaliyyəti üçün yeniliklərə ehtiyac var. İndiyə qədər problemlərin nədən qaynaqlandığı barədə dəfələrlə yazmışıq və təəssüf ki, bunların heç biri diqqətə alınmayıb. Ona görə də hesab edirik ki, öncə strateji yanlışlıqlar aradan qaldırılmalıdır.

Bunlardan birincisi diaspor təmsilçilərimiz arasında kadr seçimi ilə bağlıdır və bu faktor müstəsna, eyni zamanda həlledici əhəmiyyət daşıyır. Onsuz da yerli cəmiyyətlərə inteqrasiya olunan, diliyerli xalqın psixologiyasını bilən kadrlarımız barmaqla sayılacaq qədərdir. Kadr seçiminin nəyə görə strateji əhəmiyyət daşıdığını faktlarla əsaslandırmağa çalışacağam.

Əvvəlcə onu qeyd edək ki, hər kəs (diaspor təmsilçilərimiz) öz potensialına uyğun missiyanı öz üzərinə götürməlidir, qaş düzətdiyimiz yerdə vurub göz çıxarmayaq. Dövlətə xidmət edirəm adı altında dövlətə zərbə vurmayaq. Məsələn...

 

Yersiz şüarlar hara aparır?

 

Konkret faktalara nəzər salaq. Aprel döyüşlərindən sonra Niderlandda Azərbaycan diasporu bir mitniq keçirdi. Orada səsləndirilən şüarlar yanlış idi, aqressiya və təhdid xarakterli olduğu üçün bizim ziyanımıza işlədi. Onu da təəssüflə qeyd edək ki, bu cür yersiz addımlar Azərbaycan diplomatik korpusununDiasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının gözü qarşısında keçirilirdi...

Yaxşı deyək ki, bəzi diasor təmsilçilərimiz səhvə yol verə bilərlər. Bəs əlaqədar qurumların əməkdaşları hara baxırdılar? Niyə əvvəlcədən bunun bizim xeyrimizə olmaması əsaslandırılmadı? Ümumiyyətlə, hansı şüarların səsləndiriləcəyi ilə bağlı əvvəlcədən müəyyənləşdirmə aparıldımı?

Xatırladaq ki, orada “Qarabağı ermənilərə məzar edəcəyik”, “ermənilərə ölüm”, “Allahu Əkbər” və dağıtmaq, vurmaq, öldürmək anlamı verən yersiz şüarlar səsləndirilirdi. Təbii ki, bu şüarlar mitinqə şahidlik edən yerli xalq tərəfindən müsbət qarşılanmaz. Onların əksəriyyəti Qarabağ problemionun mahiyyəti, bizim ermənilər tərəfindən nələrə məruz qaldığımız barədə məlumatlı deyil. Ona görə də bu cür şüarlarla bizim nə demək istədiyimiz anlaşılmır, nəticədə yerli xalq aqressiyanı təbliğ edirik deyə bizdən qaçır. Bu məsələnin bir tərəfi. Digər tərəfdən bu cür addımlarla dövlətə zərbə vururuq. Ən acınacaqlısı isə biz bunu bilməyərəkdən (diaspor təmsilçilərimiz arasında əməkdaşlıq üçün kadr seçiminin yanlışlığı nəticəsində) edirik və dövlət üçün görürük deyə dövlətin apardığı siyasi strategiyaya zərbə vururq.

 

Dövlətə necə dəstək verək?

 

Təbii ki, hər bir azərbaycanlı minlərlə soydaşımızı qətlə yetirən, başını kəsən erməni vandallarına qarşı hiddətlidir. Amma bunu emosianal şəkildə avropalılara təqdim etmək bizə uğur gətirmir. Bu bizim işimizə yaramayacaq axı. Əksinə dövlətin siyasətinə qarşı yönələcək. Niyə? Çünki Qarabağ məsələsində Azərbaycanın yürütdüyü strateji xətt var. Bu nədən ibarətdir? Azərbaycan dövləti xarici dövlətlərə, eyni zamanda, beynəlxalq təşkilatlara bildirir ki, Azərbaycanın tərkibində olması şərtilə Qarabağa ən yüksək səviyyədə muxtariyyat verməyə hazırdır. Eyni zamanda, biz deyirik ki, Qarabağda ermənilərlə birgə yaşaya bilərik, bu barədə heç bir problem və əngəl yoxdur. Yetər ki, ermənilər işğalçılığa son qoysunlar.

Amma bəzən bizim bəzi diaspor təşkilatlarımız buna qarşı çıxaraq ermənilərin kökünü kəsmək istədiyini ortaya qoyur. Erməni lobbisibunun videoçəkilişlərini apararq beynəlxalq təşkilatlara göndərir və “Azərbaycan sizi aldadır”, “Azərbaycana aldanmayın” mesajını verərək, “biz bunlarla bir yerdə yaşaya bilmərik”, “bunlar bizi öldürərlər” anlamı daşıyan addımlar atır və bunu əsaslandırmağa çalışırlar. Ən acınacaqlısı da bu cür addımlarla özümüz ermənilərin fəaliyyətinə dəstək veririk. Onlara əsas yaradırıq.

Bundan başqa o da məlumdur ki, erməni lobbisi uzun illər, ermənilərin guya azərbaycanlılar tərəfindən təzyiqə, təcavüzə məruz qaldıqları haqqında yalan informasiyalar yayıblar və azərbaycanlılarla bağlı aqressiv imic formalaşdırmağa çalışıblar. Bu səbəbdən də bu cür yanaşma tərzi əks effekt verir və ermənilərin uzun illər apardığı yalan təbliğata əsas yaradırıq.

Ona görə də hesab edirik ki, bu aqressiya döyüş meydanlarına saxlanmalı və Azərbaycanın daxilinə hesablanmalıdır. Xaricdə isə düşünülmüş, strateji hədəfə hesablanan, ağıllı, siyasi cəhətdən xeyrimizə olan addımlar atmalıyıq.

 

Avropada dini motiv kimə lazımdır?

 

Məhz bu amil bizim bir çox hallartda xaricdə - xüsusilə Avropada təşkil olunan kütləvi tədbirlərdə yanlış şüarlar səsləndirməyimizə səbəb olur. Bu da əks effekt verir.

Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bu mitinqdən təqribən bir həftə sonra erməni mediası İŞİD-in aprel döyüşlərində Azərbaycana dəstək verəcəyini yazırdı. Sizcə bu təsadüfidirmi?

Qeyd edək ki, erməni lobbisi bəzən din faktorundan hiyləgərcəsinə istifadə edir bu da əksər hallarda effektli olur.

Eyni zamanda transmilli medianın İslam dünyasını İŞİD simasında təqdim etməsi avropalılarda İslam ölkələrinə müsəlmanlara münasibəti dəyişib.

Məhz bu amili nəzərə alan erməni lobbisi hiyləgər gediş edir.

Eyni zamanda bu cür diaspor təmsilçilərinin verdiyi pasdan çox məharətlə yararlanaraq prosesləri həm dini müstəviyə çəkir. ATƏT-in Minsk qrupunun həmsdər dövlətlərinin hamısı xristian dövlətidir. Eyni zamanda ciddi təsir gücü olan təşkialtlarda xristian dövlətləri dominantlıq təşkil edir. Belə olan halda hansı ağılla məsələni dini müstəviyə çəkirik? Bizim istinad nöqtəmiz beynəlxalq hüquq olmalı deyilmi?

Təbii ki, ermənilər bundan yararlanacaq. Onlar bu dezinformasiyanı yaymaqla, Avropa cəmiyyətlərinəbaxın biz sizə daha yaxınıq vəhşi, başkəsən müsəlman deyilikmesajını verdi. Eyni zamanda uzun illər boyu Azərbaycan tərəfindən hücumlara, təqiblərə məruz qaldıqlarını, Xocalıda soyqırıma biz uğradığımız halda azərbaycanlılar tərəfindən öldürüldüklərini əksər ölkələrdə cəmiyyətlərə yedirə biliblər.

Azərbaycan diasporu bütün bu amilləri yuxarıda dediyimiz kimi yerli xalqın dünyagörüşünü dəqiq bilməlidir ki, ona uyğun addım atsın.

Amma biz edirik? Bəzən bütün bunların əksini etməklə, ağıllı düşünülmüş taktiki ssenari ilə deyil, emosiyalarla, eyni zamanda yanlış hərəkət edir, nəticədə ciddi səhvələrə yol veririk.

 

Potensialı olan kadrlarımızonları tanıyırıqmı?

 

Bütün bunların kökü isə kadr seçiminin yanlışlığıdır. Əcəba biz niyə kadr seçimini yanlış aparırıq? Diaspor təmsilçilərini tanımırıqmı, kimin nəyə qadir olduğunu, hansı potensiala sahib olduğunu bilmirikmi? Bunu bilmək bu qədərmi çətindir? Təbii ki, bütün bunlar kadr seçimində yanılmaq üçün əsas deyil...

Məsələn Amerikada Amerika Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azəri, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) direktoru Adil Bağırov, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, eyni zamanda Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, Belçikada Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Almaniyada Köln Azərbaycan Türk Kültür Dayanışma Dərnəyinin sədri Ufuk Kamal, İtaliyada İtaliya-Azərbaycan Dostluq Dərnəyinin rəhbəri Dündar Kesaplı (İtaliya hazırda Atətin sədridir), Yeni Zelandiyada fəaliyyət göstərən azərbaycdanlı adamı siyasətçi Tofiq Məmmədov, Macarıstanda fəaliyyət göstərən Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirli və.s kimi kadrları göstərə bilərik. Təbii ki bu siyahını genişləndirmıək olar, sadəcə mən misal olaraq bu şəxslərin adını çəkdim. Bu cür insanlar niyə prosesdən kənarda qalıblar, niyə bunların imkanlarından əlaqələrindən yararlanmayıb? Hesab edirəm ki, belə kadrlarla işləmək son dərəcədə önəmlidir. Bundan başqa yeni, eyni zamanda gənc kadrların üzə çıxarılması, onlara önəmli missiyaların verilməsi çox vacibdir ki, yuxarıda sadaladığım bəsit səhvlər təkrarlanmasın...

Bütün bunlar onu göstərir ki, diaspor fəaliyyətində yeni mərhələyə ehtiyac var. Amma bu yeni mərhələ doğru nöqtədən başlayacaq yanaşma modeli fərlqi olması ilə bərabər incəliyinə qədər hesablanacaqsa uğurlu effektiv fəaliyyət müşhidə edə biləcəyik. Yox əgər əvvəllər olduğu kimi səhvlər başqa formalarda təzahür edəcəksə, erməni lobbisinə uduzmaqda davam edəcəyik.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirdi ki, diaspor üzvlərinin əsas hədəfi yaşadığı cəmiyyətdə müsbət imic qazanmaqdır: “Çünki hər bir diaspor üzvü öz ölkəsinin təmsilçisidir. Onların müsbət yöndə davranışları ya hər hansı fəaliyyəti ölkəmiz haqqında da müsbət rəy formalaşdırır. Ümumiyyətlə, məqsəsd yerli cəmiyyətə inteqrasiya etmək olmalıdır. Özlərini bizə,Vətəndəkilərə deyil, yerli cəmiyyətə tanıtmalıdırlar. Əsas hədəflərdən biri diaspor təşkilatları arasında birliyə çalışmaqdır. Son illərin təxrübəsi göstərdi ki, fərdiyyətçilk, "mənəm-mənəmlik" istənilən nəticə vermir. Vahid ideya ətrafında birləşərək hədəflərə daha dəqiq tez çatmaq olar”.

F.Hüseynzadəmüşahidələrimizə görə, bir çox halda diasporumuz özünü reklam xarakterli tədbirlərə üstünlük verirlər”, - deyə əlavə etdi: “Belə insanlara ya yeni təlimatlar verilməli, ya da onlarla əməkdaşlığa son verilməlidir. Ən əsası isə mənsəb mənfəətpərəst diaspor üzvləri ilə əməkdaşlıq edilməməlidir. Çünki son illərin təcrübəsinə baxsaq görərik ki, əvvələr Azərbaycan dövlətindən maliyyə alıb işləyən diaspor üzvlərinin bu gün səsi çıxmır. Hətta eləsi var ki, təşkilatını bağlayıb bizneslə məşğuldurlar. O da başqa araşdırma mövzudur ki, belələri biznesini hansı pullarla qurub...Vaxtilə ailə diaspor təşkilatı yaradıb maliyyə yardımı alanlar bu gun təşkilatlarının qapandığını elan edir ya kömək istəyirlər. Belələri üçün diaspor könül işi deyil, qazanc mənbəyidir. Odur ki, bu düşücədə olan diaspor üzvləri ilə əməkdaşlığın faydası yoxdur. Ümumiyyətlə diaspor təşkilatı sədrləri seçilən hər kəs tərəfindən qəbul olunan insanlar olmalıdır. Ən vacib məqamsa odur ki, onlara daimi təlimatlar verilməlidir”.

 

Əli Zülfüqaroğlu

 

Xalq cəbhəsi.- 2018.- 7-9 iyul.- S. 7.