Türkmənistanda
“Bəxtiyarlıq dövründə elm, texnika və innovasiya
texnologiyaları” mövzusunda konfrans
Bu
yaxınlarda Türkmənistan Prezidenti
Qurbanqulı Berdimühəmmədovun sərəncamı ilə
Türkmənistan Elmlər Akademiyası “Bəxtiyarlıq
dövründə elm, texnika
və innovasiya texnologiyaları” mövzusunda Türkmənistanda Elm Gününə həsr olunmuş
beynəlxalq elmi konfrans
keçirdi. Konfransı giriş sözü ilə
Akademiyanın Prezidenti Sapardurdı
Toylıyev açdı. Bundan sonra Türkmənistan Nazirlər Kabineti sədrinin müavini
Pürli Ağamıradov ölkə Prezidentinin konfrans
iştirakçılarına müraciətini və
salamını çatdırdı.
Konfransın plenar
iclası Oğuzxan adına Türkmənistan
Mühəndis-Texnologiya Universitetində baş
tutdu. Plenar iclasda Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti akad. Giorgi Kvesitadze, Belarus Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti sədrinin birinci müavini (vitse-prezident), akad. Sergey Çijik, Yaponiyadan “Honda Foundation”
kompaniyasının icraçı direktoru,
elmlər doktoru Matsumoto
Kadzuko, Qazaxıstan Ekologiya
və Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, elmlər
doktoru, professor Ağmaral İsayeva,
Almaniyanın Tsvikkau Tətbiqi Elmlər
Universitetindən Brauvayler Xans
Kristian, N.Bauman
adına Moskva Dövlət Texniki Universitetinin professoru, elmlər doktoru Konstantin Averbux
çıxış etdilər.
Günorta nahar yeməyindən sonra
Türkmənistanın Gənc Alimlərinin elmi
müsabiqə qaliblərinin təntənəli
mükafatlandırılması Məhdimqulu adına Türkmənistan
Dövlət Universitetinin geniş
və müasir akt
zalında keçirildi. Bölmələrə
rəhbərliyi – “İnformasiya və Telekomunikasiya Texnologiyaları” - rəhbərlər
(Oğuzxan adına Türkmənistan
Mühəndis-Texnologiya Universiteti) Estoniyadan professor Maarya Kruusmaa və
Türkmənistandan Azat Atayev,
“Kənd Təsərrüfatı, Ekologiya
və Biotexnologiya” rəhbərlər - (Texnoloji mərkəz) Tacikistandan
professor İxtiyor Aşurov və Türkmənistandan
Xocagəldi Xançayev, “Yeni
Sənaye-İnnovasiya Texnologiyaları - rəhbərlər
(Beynəlxalq Neft və Qaz
Universiteti) İspaniyadan
professor Kors Kegel Xelqa Doroteya
və Türkmənistandan Rəhmanqulu Əsədullayev, “İqtisadi İnkişaf, Hüquq, Beynəlxalq Əməkdaşlıq
və Turizm” - rəhbərlər
(Türkmənistan Dövlət İqtisadiyyat
və İdarəetmə İnstitutu)
Moldovadan professor Aleksandr Stratan və
Türkmənistandan Arazberdi Atayev, “Tibb və Dərman
Preparatları İstehsalı, İdman” -
rəhbər (Türkmənistan Dövlət Tibb
Universiteti), Türkmənistandan professor Nargözəl Muratnazarova,
“Humanitar Elmlər” (Məhdimqulu adına
Türkmənistan Dövlət Universiteti)
- rəhbər Azərbaycandan professor Nizami Məmmədov (Tağısoy) və
Türkmənistandan Gülgəldi Annayev
edirdilər.
Azərbaycandan
Beynəlxalq Elmi Konfransın işində
Milli Elmlər Akademiyasının Elm və Təhsil İsarəsinin rəisi, fizika-riyaziyyat elmləri doktoru,
professor, AMEA-nın müxbir
üzvü Əminağa Sadıqov (Yeri gəlmişkən qeyd
edək ki, Əminağa müəllim
konfransın “İnformasiya və Telekomunikasiya texnologiyaları” adlanan
birinci bölməsində “Fövqəladə hallarda
idarəetmə məsələlərinin həlli üçün riyazi
modellər və informasiya
texnologiyaları” mövzusunda elmi məruzə etməklə alimlərin rəğbətini
qazandı) konfrans
iştirakçıları ilə mükalimələr etmək
baxımından da xüsusən diqqət
mərkəzinə idi. Rus və ingilis dillərini
yaxşı bilən alim nəzər
nöqtəsini inamla müdafiə edə
bilən tədqiqatçı təsiri
bağışlayır, rəvan ünsiyyətə girməyi
bacarırdı.
Konfransda
Əminağa Sadıqovdan başqa
Bakı Slavyan Universitetindən professor, filologiya elmləri
doktoru Nizami Məmmədov-Tağısoy,
"İçərişəhər" qoruğunun
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı
fəlsəfə doktoru Cavid
Kazımov iştirak edirdilər.
Bu sətirlərin
müəllifinin rəhbərlik etdiyi “Humanitar Bölmə”nin işi
Məhdimqulu adına Türkmənistan Dövlət
Universitetində baş tutdu.
Bu bölmədə 101 məruzə nəzərdə
tutulsa da, biz cəmi 25-ə yaxın
çıxış dinləyə bildik.
Burada kifayət qədər maraqlı və
rəngarəng məruzələr: Yaponiyadan Sergey
Laptevin “Türkmənistan-Böyük
İpək yolunun qəlbidir” kitabı fəlsəfi,
tarixi və ədəbi şedevr
olub xalqları və ölkələri
yaxınlaşdırır” (məruzə türkmən dilində
oxundu), Azərbaycandan Cavid
Kazımovun “İnnovasiyalı texnologiyaların muzey işində tətbiqi və məqsədli
marketinq”, İspaniyadan
Kors Kegel Xelqa Doroteyanın (qeyd edim ki,
məruzəçinin 83 yaşı var idi) “Humanitar elmlərin
arxitekturanın və innovasiyalı texnologiyaların
inkişafında rolu”, Nizami
Məmmədov-Tağısoyun “Azərbaycan və türkmən
toy mərasimlərinin müqayisəli-qarşılaşdırıcı
təhlili”, Türkmənistandan Maral
Annaqulıyevanın “Epik sənətin “Qorqud Ata”
eposundakı mənəvi ideyaların transmissiyasında əhəmiyyəti”,
Bayramgül Arazdurdıyevanın “Türkmənistanın
təhsil sistemində innovasiyaların tətbiqi və hüquqi əsasların inkişafı”,
İngiltərənin Kembric Universitetindən
Mako Geraldın “Professional
təhsil XXI əsrdə”, Bikə Divanqulıyevanın
“Türkmən etnoqrafiyasında etnoədəbi
tədqiqatların aparılması təcrübəsindən”,Bahar
Xocaquliyevanın “Türkmənistan-böyük ipək yolunun qəlbidir” kitabı türkmən-Rusiya
tarixinin öyrənilməsində dəyərli
mənbə kimi”, Mühəmmədberdi
Yazlıyevin “Türkmən atlarını səciyyələndirən
göstəricilər” və s. kimi məruzələr
iştirakçıların marağına səbəb oldu, hər çıxışdan sonra fikir mübadiləsi
aparılmaqla, məzmunlu müzakirələr keçirildi.
Əksər məruzələr konkret vizual materiallar və slaydlarla müşayiət olundu.
Eyni zamanda müzakirələrdə bu da qeyd
olundu ki,
hazırkı dövrdə elmin, innovasion texnologiyaların tətbiq edilməsi
sayəsində, müxtəlif ölkələrdən gəlmiş
alimlərin təcrübəsindən istifadə etməklə,
gənc türkmən alimlərinin nəzəri
hazırlığını tələb olunacaq
səviyyəyə qaldırmaq mümkündür.
Ümumiyyətlə, qeyd edilməlidir ki,
konfransın keçirilməsi müasir
elmi-nəzəri problemlərin inkişafına öz töhfəsini verdi.
Maraqlıdır ki, bizim bölmənin nəzəri-praktik spektrləri
yetərincə geniş olduğundan
özündə, folklor, epos,
adət və ənənələr, tarix,
yurisprudensiya, coğrafiya,
memarlıq, linqvistika, klassik
və müasir ədəbiyyat, pedaqogika, incəsənət, muzey
və xalça işi,
təhsil innovasiyaları və s. sahələri
birləşdirirdi.
Müasir
Türkmənistanın ali məktəblərində
təhsil alan tələbələrin
elmi-nəzəri hazırlığı, bir
tələbənin, deyək ki, bir neçə (rus, ingilis, alman, fransız, ispan və s.) dilləri
bilməsi də yaxşı mənada qibtə ediləndir. Ali məktəblərin texniki
təchizatı, nəzəri-texniki bazası günün
tələbləri səviyyəsindədir. Oğuzxan
adına Türkmənistan Mühəndis-Texnologiya Universitetində
olan əsaslı biotexniki
laboratoriyalardakı tədqiqatlar bu ölkədə
aparılan elmi işlərə verilən
önəmin başlıca göstəricisi kimi
diqqəti cəlb edirdi.
Oğuzxan
adına Türkmənistan Mühəndis-Texnologiya Universitetində
konfransın bağlanışında bölmə rəhbərlərinin
hesabatı dinlənildi və iştirakçıların
Türkmənistan Prezidenti Qurbanqulı
Berdimühəmmədova müraciəti qəbul edildikdən sonra konfrans işini yekunlaşdırdı.
Türkmənistanın
paytaxtı Aşqabad şəhərində
olduğumuz günlərdə türkmən
dostlarımız bizi şəhərin tarixi və görməli yerləri ilə
tanış etdilər. Sovet dövründə
burada iki dəfə olsam da, bu
dəfə gördüyüm mənzərə
məni sözün əsil mənasında
valeh etdi. Konfransda Azərbaycan,
Albaniya, Almaniya,
İngiltərə, İspaniya, Serbiya, Macarıstan, Bolqarıstan, Litva, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan,
Yaponiya, Cənibi Koreya,
Gürcüstan, Tacikistan,
Qırğızıstan, Malaziya, Banqladeş, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən
iştirak edən nümayəndələrin
yekdil fikrinə görə Aşqabad bu gün dünyanın səkkizinci möcüzəsi
kimi qəbul edilməkdədir. Türkmənlərə Bakı Slavyan
Universitetində onların folkloruna, ədəbiyyatına,
klassiklərinin yaradıcılığına verilən diqqətdən,
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda türkmən ədəbiyyatı
nümayəndələrinin yaradıcılığına həsr
olunan tədqiqat işlərindən, monoqrafik araşdırmalardan
danışdım.
Son
onilliklərdə Aşqabad şəhəri
yalnız ağ mərmərdən inşa olunmaqdadır. İstər adminstrativ, istər bank, Prezident iqamətgahı, istər digər təyinatlı,
istərsə də yaşayış binalarının hər
biri xüsusi
memarlıq üslubunda tikilməklə biri digərini təkrarlamır. Şəhərin
küçə
və prospektləri geniş, təmiz və
səliqəlidir. Şəhərdəki bağlar,
parklar, bulvarlar,
müxtəlif təyinatlı istirahət məkanları sanki bir-biri ilə
yarışa girib, bir-birinə meydan oxumaqdadır. Orada olduğum müddət ərzində şəhərin
tikintisindəki səliqə-sahmanın, türkmənlərin
bir-birinə nəzakətli münasibətinin şahidi
oldum. Türkmən
xalqının az bir zaman kəsiyində böyük
uğurlar əldə etməsi bizi doğru mənada
qürurlandırdı. Şəhərin nəinki binaları,
küçə və prospektlərin yanı, şəhəri
çıraqbana döndərən işıq dirəkləri,
şəhər nəqliyyatı, bir
sözlə, nə varsa, hamısı
ağ rəngdədir. Kopetdağın lap yuxarı hissəsində yerləşən,
müasir standartlara cavab verən konfrans
iştirakçılarının yaşadığı “Aşqabad” mehmanxanasından şəhərə
ecazkar bir mənzərə
açılır.
Türkmən
mədəniyyəti və ədəbiyyatı klassikləri və
nümayəndələrinə, Qorqud Ataya, Koroğluya və digərlərinə
ucaldılmış əzəmətli heykəllər
seyirçiləri öz milli-ornamental
xüsusiyyətləri ilə özünə cəlb edir. Şəhərin
abadlaşdırılmasına nəzərdə tutula biləcəyindən
daha böyük diqqət
yetrilir. Şəhərin görkəmli
yerləri, muzeyləri (onların sırasında Türkmən
Xalı Muzeyi xüsusilə qeyd edilməlidir) öz zəngin
və milli eksponatlarınınözünəməxsusluğu
ilə diqqəti cəlb edir.
2017-ci ildə Asiya
Oyunlarının Türkmənistanda keçirilməsi də
təsadüfi hesab edilməməlidir. Qısa zaman kəsiyində bu məqsədlə Aşqabad
şəhərində olduqca gözəl
idman infrastrukturu
yaradılmış – bir neçə stadion (55 min nəfərlik
Olimpiya stadionu), idman qurğuları (qapalı fəaliyyət
göstərən rahat əl topu oyunları (7 min nəfərlik),
güləş, boks, cüdo
zalı (6 min nəfərlik),
gimnastika arenası (5 min
nəfərlik) son dərəcə müasir texnologiyalar əsasında
inşa edilib.
Bu gün türkmənlərin mədəni səviyyəsinin
yetərincə yüksəldiyini qeyd etməklə,
həm də onların etnik adət-ənənələrə
dəyərşünaslıqla yanaşdıqlarını
söyləməliyik. Türkmənlərin
qonaqların yerləşib qərar tutduqları yeri mehmanxana
adlandırmaları da bugün
başadüşüləndir. Çünki
onlar hər addımbaşı onlara mehmanpərvərliklərini, qonaqpərəstliklərini
davranış və münasibətləri ilə sübut etməyi bacaran xalq təsiri bağışlamaqdadırlar.
Konfransın bu ölkədə nəinki elm, texnika və innovasiya texnologiyaları, həm də qardaş xalqın müasir
həyat tərzi ilə yaxından tanış olmaqda, fikir mübadilələri
aparmaqda rolu yetərincə
böyükdür. Türkmənistanın
son dövrlərdə əldə etdiyi şəhərsalma sahəsindəki
nailiyyətlərinə gəldikdə isə bu
sahə həm də müəyyən mənada örnək kimi qəbul edilməyə layiqdir.
Nizami
Tağısoy, professor
Xalq cəbhəsi.- 2018.- 7-9 iyul.- S. 13.