“Ermənistan
beynəlxalq hüquqi öhdəliklərə
əməl etməlidir”
Erməni şərhçilər
Nikol Paşiyanın NATO sammitinə səfərin
alyansın Qarabağ münaqişəsi
ilə bağlı mövqeyini dəyişməsi
ilə əlaqələndiriblər.
Məsələ
ilə bağlı “Lragir”ə məqalə yazmış erməni
şərhçi Naira Ayrumyan
bildirib ki, əgər
yekun bəyannaməsində daha öncə olduğu kimi yalnız dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini
vurğulayacaqsa, Ermənistan NATO sammitindən
imtina edcək:
“Paşiyan özü bildirib ki, onun NATO sammitində
iştrakı yekun bəyannamənin mətnindən
asılı olacaq. Yada salaq
ki, Ermənistan ən azi
iki dəfə NATO sammitindən buna görə imtina edib ki, Qarabağ
münaqişəsinin həlli kimi
yalnız ərazi bütövlüyü
vurğulanırdı, öz müqəddəratını
həll etmək və güc tətbiq etməmək
barədə isə unudulurdu”.
Ayrumyan bildirib ki, 2016-cı ildə
aprel döyüşlərindən sonra Serj Sarkisyan
Əfqanıstanda keçirilən NATO görüşünə
qatılıb və xalqların öz
müqəddəratını təyin etmək hüququnun tanınmasını istəyib. Amma bu da nəticəyə ciddi təsir etməyib - NATO yekun
bəyanatda Qarabağın və hər hansı başqa münaqişənin adını
çəkməyərək, ümumi
şəkildə ərazi bütövlüyünə və
münaqişələrin dinc yolla həllinə hörmətə
çağırış səslənir.
Erməni
şərhçi NATO-nun münaqişənin
dinc yolla həllinə
çağırmasını böyük
irəliləmə sayır, istənilən halda,
NATO-nun Qarabağı Azərbaycandan kənarda
görmək istəmədiyini də dolayısı ilə
vurğulayır. Əslində, indiyə kimi
nə Qarabağda doğulmuş
Ayrumyan, nə də “Lragir”in baş redaktoru, hadrutlu Haykazn Qaqriyan erməni oxucusu üçün problemi belə açıq yazmazdılar. Yalandan ürək-dirək verərdilər ki, bəs, mədəni dünya,
o cümlədən NATO Qarabağı xristian dünyasının bir
parçası sayır, buna görə dəstəkləyir
və s.
Amma
indi Nikol
Paşiyanın korafəhmliyi onları açıq yazmağa vadar edir – Nikol bir
yandan oğlunu Qarabağa əsgərliyə göndərir,
yəni əvvəlki oyunbaz Ermənistan
liderlərindən fərqli olaraq
Qarabağdakı işğal siyasətini
açıq dəstəkləyir, o biri yandan isə NATO
sammitinə qatılmaq, onun rəhbərləri
ilə görüşmək istəyir. Yəni Əli
aşından, Vəli aşından da ola bilər – Qarabağ ermənilərini
qorxudan məsələ Rusiyanın dəstəyinin
itməsidir.
Erməni KİV-lərinin
yazdığına görə, Moskva
Paşinyanın bu planlarına sərt reaksiya verib və Putin buna qarşı olduğunu Ermənistan Xarici
İşlər Nazirliyinə çatdırıb. Hətta “Qraparak” qəzetinin
yazdığına görə, Moskva MDB və
KTMT ölkələrinə məxfi məlumatları Ermənistan
Təhlükəsizlik Şurasına verməməyi əmr edib. Çünki
Şuranın katibi Armen
Qriqoryan vaxtı ilə Ermənistanın
KTMT-dən çıxmasının tələb edən “Putin fuck” aksiyasının
ən fəallarından olub.
Politoloq
Məhəmməd Əsədullazdə bildirib
ki, Ermənistanın baş
naziri Nikol Paşinyan Azərbaycan ordusunun
son günlər hərbi hərkətliliyindən
və Naxçıvan istiqamətində uğurlu
əməliyyatından sonra Qarabağ münaqişəsinin həlli
istiqamətində əvvəlki, qeyri-konustriktiv
mövqeyindən geri çəkildi. İlk əvvəllərdə o, qeyd
edirdi ki,
Qarabağın ilkin statusu
təyin olunmayınca, danışıqlara
başlamayacağıq, yaxud özünün danışıqlarda iştirak etmək hüququ
yoxdur kimi qeyri-real açıqlamalar verirdi:
“İnqilabla hakimiyyətə gələn
erməni baş naziri
Qarabağla bağlı sərt və
qeyr-müəyyən açıqlamalar verdiyi
ərəfədə, rəsmi Yerevana
yaxın bir politoloq mənə
dedi ki,
Paşinyanın bu açıqlamalrı
müvvəqətidir və o,
danşıqlara gedəcək qədər məcburdur,
danışıqıların əksi isə müharibədir.
Müharibə isə Ermənistana lazım deyil.
Göründüyü kimi
Ermənistanın müharibə qorxusu rəsmi
Yerevanı danışıqlar prosesinə qatılmağa məcbur
etdi. Erməni xarici
işlər nazirİ Zoqrab
Mnatsakanyanla bu gün Brüsseldə Xarici
işlər naziri Elmar
Məmmədyarovla görüşəcək. Mnatsakanayan
danışıqların Minsk
formatında-Madrid prinsipləri üzrə
aparılacağını qeyd edib. Amma, yeni
hakimiyyətə gələndə ümumiyyətlə Minsk formatında Ermənistanın
iştirakını inkar edirdilər və
özlərinin yaratdıqları Qarabağda
separatçılarının danışıqlarda
iştirakını irəli sürürdülər. Qeyd edim ki,
Ermənistanın yeni hakimiyyəti son iki ayda
iki zərbə aldı. Naxçıvanda
ölkəmizin hərbi təzyiqilə
qarşılaşdı, diplomatik
danışıqlarda siyasətlərini dəyişmək məcburiyyətinəd
qalararq, bir daha özlərini ifşa
etdilər. Danışıqların başlaması
özü-özlüyündəı müsbət bir prosesdi. Amma,
Nikol Paşinyan indiki parlamentlə hazırda
çalışacaq ki,
danışıqlarda imitasiya etsin. Çünki,
aparılan danışıqlarda kompromis olarsa, Ermənistan parlamenti
təsdiq etməlidir. Amma Ermənistan parlamenti Qarabağ
klanın əlindədir. Onlar da yeni hakimiyyətin
kompromisinə qarşı çıxa bilərlər. Təbii
ki, bunlar hüquqi prosesdi və Nikol Paşinyan
danışıqlarda irəlləyiş olmaması üçün bundan
istifadə edə bilər. Amma, bu il danışıqlarda
müsbət nəticə gözlənilmir. Qeyd
edim ki, rəsmi Yerevan danışıqlarda Kremllə deyil, Amerika Erməni
Assambleyasının diqtəsi ilə hərəkət edəcək.
Nikol Paşinyan
çalışacaq ki, Azərbaycanla
danışıqlarında Rusiya moderator olmasın. Çünki,
Rusiya Qarabağ danışıqlarında
moderator olarsa, Ermənistan
Rusiyanın təsirindən çıxa bilməyəcək.
Bu da Nikol
Paşinyanın siyasətinə uyğun deyil. Siyasi proseslər
qarşıdakı aylarda daha
da istilənəcək, bu
istiləşmə isə Yerevanla Moskva arasında baş
tutmasın. Rusiyanın burada tutacağı
mövqedən çox məsələlər
asılı olacaq. Seçimi
Azərbaycan tərəfində ola biləməsi
üçün yaxın aylardakı yaşanacaq mənzərəni gözləyək.
Azərbaycan Xarici İşlər Nazirliyinin
mətbuat katibi Hikmət Hacıyevin Qarabağ münaqişəsi ilə
bağlı EurActiv saytında dərc edilən
və WorldMedia-nın tərcümə etdiyi
yazıda müəllif bildirir ki, Ermənistan Xarici
İşlər Nazirliyinin son
bəyanatları Yerevanın Ermənistan-Azərbaycan
münaqişəsinin həlli və regionun
inkişafı ilə bağlı hər hansı konstruktiv baxışa malik
olmadığını göstərir. Bu,
təəssüfedicidir.
Ermənistanın Serj Sarqsyan erasını
xatırladan bəyanatlarla çıxış edən Xarici İşlər Nazirliyi
qonşu dövlətlərə
qarşı əsassız iddialarla
çıxış edir. Erməni tərəfi
Dağlıq Qarabağ münaqişəsinin
fundamental əsasını təşkil
edən işğal və hərbi təcavüz
məsələsinin üstündən bütün
vasitələrlə keçməyə cəhd edir. Halbuki, bu ölkənin gücdən istifadə edərək
Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonunu
işğal etdiyi
tamamilə aydındır. Bu zaman 1 milyondan artıq mülki azərbaycanlı qanlı etnik təmizləməyə məruz
qalıb. Ermənistan məhz
işğalçılığa əsaslanan siyasəti nəticəsində
özünü təcrid vəziyyətinə
salıb. Əslində isə dənizə
çıxışı olmayan,
dağlıq relyefə malik bu kiçik ölkənin
qonşu dövlətlərlə inteqrasiyaya hər kəsdən artıq
ehtiyacı var.
Ermənistanda
labüd hakimiyyət böhranı yaşanan zaman Azərbaycan
xüsusi açıqlama ilə
çıxış edib, yeni
hakimiyyətin sağlam təfəkkürə
əsaslanan siyasət yürüdəcəyi təqdirdə,
münaqişənin həllində irəliləyiş əldə
etməyin mümkün
olacağını bildirib. Lakin indiyədək görünən odur ki, Ermənistanın yeni hakimiyyəti də əvvəlki rejimin səhvlərini təkrarlamağa meyillidir.
Ermənistan rəhbərliyi başa düşməlidir ki,
dövlətlərin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin güc
tətbiqilə dəyişdirilməsi və ərazi əldə
edilməsi cəhdləri qəbuledilməzdir. Yerevanın
işğala əsaslanan mövcud
status-kvonu saxlamaq, Azərbaycan
ərazilərinin işğalını davam
etdirmək cəhdləri heç zaman gözlənilən nəticəni verə,
beynəlxalq birlik tərəfindən legitim hesab oluna
bilməz. Əksinə, işğalın davam
etdirilməsi Ermənistanın geosiyasi və
geoiqtisadi tənəzzülünü
daha da dərinləşdirəcək.
Erməni gəncləri də vaxtlarını işğala
dəstək vermək məqsədilə səngərlərdə
keçirməyə deyil, daha
yaxşı həyata layiqdir.
Bu ölkənin
yeni rəhbərliyi qanunun
aliliyi və insan
hüquqlarına hörmət etdiyini bəyan
edir. Əgər bu belədirsə,
Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə
əsl sadiqliyini və hörmətini əməldə
nümayiş etdirməlidir. Bu ölkə
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
tələblərinə uyğun olaraq Azərbaycanın işğal
olunmuş ərazilərindən öz qoşunlarını
çıxarmalı, azərbaycanlı məcburi
köçkünlərin öz doğma torpaqlarına qayıtmasının
qarşını almağı dayandırmalı və qonşularla sivil
münasibətlər qurmalıdır.
Dağlıq Qarabağ
münaqişəsinin mərhələli həllini nəzərdə
tutan “yol xəritəsi”
hər kəsə yaxşı məlumdur. Onu “de-occupation, de-militarization, demining,
deployment, dialogue, development” elementlərindən
ibarət “6D proqram”ı
da adlandırmaq olar.
1. De-occupation (işğaldan azad etmə) – ilkin olaraq Ermənistan
qoşunlarının Azərbaycanın
işğal edilmiş
ərazilərindən çıxarılması;
2. Demilitarization (demilitarizasiya) – hərbçilərin geri
çəkilməsi və
hərbi risk amilinin aradan qaldırılması;
3. Demining (minalardan təmizləmə)
– postmünaqişə reabilitasiyası
kimi, işğaldan azad olunmuş ərazilərin minalardan və partlayıcılardan
təmizlənməsi, bu
ərazilərdə zəruri
infrastrukturun qurulması
və əsas sosial xidmətlərin təmin olunması;
4. Deployment (yerləşdirmə) – azərbaycanlı məcburi
köçkünlərin şərəf
və ləyaqətlə,
təhlükəsiz şəkildə
öz doğma evlərinə qayıtması;
5. Dialogue (dialoq) – etimad
və etnik barışıq məqsədilə
Ermənistanla Azərbaycan,
o cümlədən Azərbaycanın
Dağlıq Qarabağ
regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması;
6. Development (inkişaf) – biri digərini tamamlayan və mərhələli addımlar
regionun hərtərəfli
inkişafına, Ermənistanın
regional proseslərə inteqrasiyasına
və davamlı sülh və təhlükəsizliyin təmin
olunmasına xidmət
edə bilər. Qısa desək bu, hər kəs üçün uduşlu
bir ssenaridir.
1990-cı illərin ortalarında tələbə
olarkən ingilis dili imtahanlarına hazırlaşırdıq. Bu zaman professorumuz bizə imtahandan keçmək üçün çox vacib məsləhət vermişdi: “Əgər sizə çətin sual düşübsə,
onun üzərində
uzun müddət qalmayın, digər suallara keçin və onlara cavab verin. Əks təqdirdə
imtahandan keçə
bilməzsiniz”.
Odur ki, Ermənistan-Azərbaycan
münaqişəsi kimi
mürəkkəb problemin
bir paket halında həll edilməsi qeyri-mümkündür. Amma gəlin realist olaq,
vaxtımızı, resurslarımızı
xülyalara, çətin
suallara cavab tapmağa sərf etməyək. Çünki bu, problemin danışıqlar
yolu ilə həllinə aparmayacaq.
Gəlin
sülh üçün
edilməsi mümkün
olan işləri görməyə başlayaq.
Bunun alternativi əbədi qarşıdurma və müharibədir.
İndi “top” Ermənistan tərəfindədir. Gəlin onların hansı
yolu seçəcəklərini
gözləyək.
Cavid
Xalq cəbhəsi.- 2018.- 11 iyul.- S. 9.