“Azərbaycan NATO
əlaqələri...”
Asim Mollazadə: “Regional təhlükəsizlik
və sabitlik məsələlərində mühüm rol
oynayır”
Qabil Hüseynli: “Azərbaycan Cənubi
Qafqazda Gürcüstandan sonra NATO standartlarına keçən
ikinci ölkədir”
Prezident
İlham Əliyev Brüseldə NATO-nun zirvə
toplantısında iştirak edib. Dövlət
başçısı səfər çərçivəsində
bir sıra görüşlər keçirib Ekspertlər
prezidentin Brüssel səfərini dəyərləndiriblər.
Deputat Asim Mollazadə vurğulayıb ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Dövlət başçısının səfər zamanı NATO toplantısında iştirakını xüsusi vurğulayan deputat söyləyib ki, NATO-nun öz bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb, müstəqilliyinə dəstək ifadə edib: “Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır”
A.Mollazadənin sözlərinə görə, Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı Azərbaycanla Avropa Birliyi arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir: “Bu sənəd bizim Avropa Birliyi ilə gələcək əməkdaşlığımızın daha geniş və çox şaxəli olması üçün zəmin yaradır”.
Səfərinin Azərbaycanın Aİ ilə ticarət əlaqələrinin inkişafı baxımından da mühüm olduğunu dilə gətirən deputat söyləyib ki, Avropa Birliyi Azərbaycan ticarətinin ən əsas tərəfdaşıdır və tərəfdaşlıq daha da genişləndirilməlidir.
Deputat əlavə edib ki, Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, istər Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından, istərsə də digər məsələlərdə ölkəmizin əhəmiyyətli və söz sahibi olduğunu ortaya qoyur: “Bu reallıq Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına uyğun yürütdüyü məqsədyönlü və prinsipial siyasi kursun nəticəsidir”.
Millət vəkili Azər Badamov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevi Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qətrb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Deputatın sözlərinə görə, son vaxtlar Azərbaycanın Avropaya inteqrasiyası prosesi sürətlənib: “Yəni bu, onu deməyə imkan verir ki, Avropa İttifaqı Azərbaycanı dəstəkləyir və ölkəmizin ərazi bütövlüyünün təyin olunmasının tərəfdarıdır. Bir neçə gün bundan öncə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi bunu deməyə əsas verir. O sənəddəki müddəalar Azərbaycanın həm iqtisadi, siyasi, həm də ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının Avropa İttifaqı tərəfindən dəstəklənməsidir. Cənab Prezidentin Brüsselə səfəri çərçivəsində NATO-da Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində Ermənistanın işğalçı dövlət olması ilə əlaqədar çıxışı olmuşdur. Həm NATO iştirakçılarının, həm də Avropa İttifaqının Azərbaycanı dəstəkləməsi bir daha onu göstərir ki, ölkəmiz bu gün dünya üçün əhəmiyyətli bir faktordur. Düşünürəm ki, belə dəstək bir daha bizə öz haqq səsimizin təmin olunması üçün həm stimuldur, həm də beynəlxalq dəstəkdir”.
Politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanın Qərb yönümlü siyəsətində NATO ilə əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur.
Onun sözlərinə görə, NATO-nun sülh tərəfdaşlığı proqramına uyğun olaraq Azərbaycan ordusu tədricən NATO standartlarına keçməyə başlayıb: "Bu gün ölkəmizdə fəaliyyət göstərən Ali Hərbi Məktəblərin hamısı NATO standartlarına uyğun tədris planını həyat keçirir. Ordunun bir sıra daxili nizamnamə qaydalarına da bu istiqamətdə dəyişikliklər edilib. Məsələn, əsgərin öz komandirinə müraciəti, əsgərlər arasındakı münasibətlər, geyim üslubu və müəyyən detallar həmin NATO standartlarına uyğunlaşdırılıb. Bu istiqamətdə qardaş ölkə Türkiyə də müəyyən məqamlara diqqət edir. Azərbaycan Cənubi Qafqazda Gürcüstandan sonra NATO standartlarına keçən ikinci ölkədir. Lakin bu münasibətlər bununla qalmayacaq və inkişaf prosesi daha dərin mövzular üzərində davam edəcək. Mən hesab edirəm ki, NATO ilə əlaqələrin genişləndirilməsi ölkə perspektivləri üçün olduqca müsbət haldır. Hətta ola bilər ki, gələcəkdə Azərbaycanın NATO ölkələri sırasına daxil olmaq kimi perspektivləri yaransın”.
Q.Hüseynli onu da əlavə edib ki, NATO ilə Azərbaycan arasında ikili tərəfdaşlığın genişləndirilməsi, eləcə də “Tərəfdaşlıq prioritetlərinin” hazırlanması, sərhədlərimizin tanınmasının xüsusi vurğulanması Ermənistan tərəfini ciddi narahat edən məqamlardan biridir:
“Doğrudur, biz NATO-ya daxil olmaq barədə hər hansı ciddi siyasi fikri rəhbərlik səviyyəsində müzakirə etməmişik, amma NATO ilə əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdirilməsi bizi bu istiqamətə doğru aparır. Prezident İlham Əliyevin Brüsel sammitində iştirakı, orada ölkə sərhədlərinin tanınmasının vurğulanması çox ciddi və vacib məqamlardan biridir. İkitərəfli razılıq əsasında paraflanmış müqavilə növbəti sammitdə imzalanmaq üçün hazır vəziyyətdədir. Bu saziş imzalandıqdan sonra artıq ordu təlimlərində, idarəçiliyində NATO standartlarının daha yüksək səviyyədə təbliği həyata keçiriləcək. Onu da unutmayaq ki, Azərbaycanla NATO arasındakı münasibətlərin inkişaf etdirilməsi, ölkəmizin NATO-ya üzv ölkələrdən silah almasına dair imkanlarını da genişləndirir. Məsələn, yaxın günlərdə Fransa özü bəyan etdi ki, gələcəkdə Azərbaycan silah satışını həyata keçirə bilər. Yəni, bu o deməkdir ki, gələcəkdə Azərbaycan nəinki Fransa, eləcə də NATO üzvü olan ölkələrin hər biri ilə ayrı-ayrılıqda ikili münasibət quracaq. Belə olan halda Azərbaycan davamlı şəkildə NATO-nun sammitlərində, zirvə toplanltılarına iştirak hüququ qazanacaq. Artıq 2013-cü ildən bugünə qədər ikinci dəfədir ki, il ərzində iki dəfə keçirilən NATO-nun zirvə toplantısında Azərbaycanın ərzi bütövlüyü məsələsi ayrıca şəkildə bəyan edilir. Bu, kifayət qədər mühüm bəyanatdır.
Məhz bu nöqteyi
nəzərdən iyulun 12-də
Brüseldə başlayan NATO-nun
zirvə toplantısında ölkə
başçımız cənab İlham Əliyevlə
yanaşı, təcazvüzkar Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdi. Onu da
xatırladım ki, Paşinyan
Brüselə gəlməzdən qabaq zirvə
sammitində həmişə olduğu kimi siyasi xarakterli
bəyanatlar olmayacaqsa, iştirak
edəcəyini bəyan etmişdi. Amma hadisələr tam başqa cür cərəyan
edti. 6 ay bundan öncə Polşada
keçirilən NATO-nun zirvə sammitində
də, bu dəfə də Aərbaycanın
ərzi bütövlüyü məsələsinə
ayrıca bəyanatlar səsləndirildi. Kataloniyanın
timsalında NATO Avropada sərhədlərin
dəyişdirilməsinə qəti şəkildə
qarşı olduğunu və eyni zamanda, aqressiv
separatizmi qəbul etmədiyini elan etdi. Brüssel
sammitində də səsləndirilən bu
fikirlər baş nazir
N.Paşinyanı kifayət qədər məyus etdi. Düşünürəm ki, Ermənistan bu bəyanatlardan
nəticə çıxarmalıdır. Çünki
ərazi bütövlüyü məsələsi
gələcək proseslərdə beynəlxalq hüququn əsas amili kimi nəzərdə tutulacaq.
Bu isə birbaşa
Dağlıq Qarabağ məsələsində
Azərbaycana da şamil
olunacaq. Bir sözlə,
cənab prezidentin Brüssel
səfəri ölkəmiz üçün
yüksək perspektivlər gətirəcək. Ekspertlər səviyyəsində
hazırlanmış müddəalarla tanışlıq olub. Onu da əlavə edim
ki, Avropa
İttifaqı artıq neçənci dəfədir ki, parlament
toplantılarında Azərbaycan ərzisinin ərazi bütövlüyünü
tanıdığını və bunun əksini
iddia edəcək hər hansı bir müddəanı qəbul etməyəcəyini
açıq şəkildə bəyan edib.
Ölkəmizin ərazi bütövlüyü
həm NATO, həm Avropa Birliyi
üçün önəmli prinsip olaraq götürülür. Düşünürəm
qısa zamanda bu məsələ
ATƏT-in də önəmli prinsiplərindən birinə
çevriləcək və münaqişələrin nizamlanmasında
tətbiq ediləcək”.
Xalq cəbhəsi.- 2018.- 14-16 iyul.-
S. 8.