“Media: dini radikalizmlə mübarizəmövzusunda konfrans keçirilib

 

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: dini radikalizmlə mübarizəadlı konfrans keçirilib.

22 iyulMilli Mətbuat Günü münasibətilə təşkil olunan konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı çıxış edərək radikal dini qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub. O, son günlər ölkədə bir qrup şəxsin təxribat törətməsindən bəzi media nümayəndələrinin onların sosial şəbəkə üzərindən çağırışlarına qeyri-həssas yanaşmasından narahatlığını bildirib.

Mübariz Qurbanlı deyib ki, Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır: “Onların din adı altında gizlənməsinin səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər bağlı deyil, həmin insanlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir”.

Mübariz Qurbanlı qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: “İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.

Komitə sədrinin sözlərinə görə, Sumqayıtda da, digər yerlərdə bu cür qruplar mövcuddur: “Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir Gəncədə əhali Azərbaycan dövlətinin, prezidentin yeritdiyi siyasəti birmənalı şəkildə müdafiə edir”.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, bu gün sosial şəbəkələrdə Azərbaycandan 3 milyona qədər istifadəçi var çox təəssüf ki, dövlətə qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər: “Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil. Mühüm layihə olan TANAP-ın həyata keçirilməsindən sonra bu hadisələrin baş verməsi insanı nələrisə düşünməyə vadar edir. Baş verən hadisələrin islam dini ilə əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışan insanlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qurublar”.

Bəxtiyar Sadıqov qeyd edib ki, bəzi qüvvələr islamın terror dini olduğunu, terroru ancaq islam dininə sitayiş edənlərin törətdiklərini sübut etməyə çalışırlar: “Din adı altında gizlənən ekstremist-radikal qruplar var. Bu qruplar Azərbaycanda da mövcuddur zaman-zaman məqam tapan kimi, başların qaldırırlar. O insanlar ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar, onlar Azərbaycan dövlətinin, Azərbaycan xalqının düşmənləridirlər. Biz heç vaxt buna imkan verməyəcəyik. Sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bir neçə ay öncə Azərbaycanda prezident seçkiləri keçirildi xalq orada öz sözünü dedi, dəstəyini ifadə etdi”.

Deputat Fazil Mustafa dövlət-din münasibətlərinə toxunaraq bir sıra təkliflər səsləndirib. O, din mövzusunda bəzi məsələlərin mediada açıq qabardılmasını təqdir edərək bildirib ki, bununla mətbuat dini məsələyə diqqət qayğı ilə yanaşan dövlətə dəstək vermiş olur.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bəyan edib ki, milli dini vəhdət sabitliyin zəmanətidir: "Məhz buna görə qarşıdurma yaratmaq istəyənlər bu incə amili nəzərə alırlar, çünki ölkə olaraq bizim hazırda ən böyük sərvətimiz sabitliyimizdir. Sabitliyin isə əsas qarantı milli dini vəhdətdir. Biz media olaraq bu vəhdətin təbliği üçün neyləməliyik? Medianın doğru məlumatlandırması üçün əsas məsələ informasiya təminatıdır. Ümumiyyətlə, son hadisələrlə bağlı informasiya təminatı yaxşı oldu. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı geniş müsahibələrlə hadisənin mahiyyəti barədə cəmiyyəti məlumatlandırdı”.

Vüsalə Mahirqızı qeyd edib ki, bəzən media prosesləri təqdim edərkən yanlış ifadələr seçir: “Məsələn, dindar-dövlət münasibətləri barədə danışmaq ümumiyyətlə, bu cür təqdimat yanlışdır. Var din-dövlət münasibətləri vətəndaş-dövlət münasibətləri. Dindar da vətəndaşdır onu digərlərindən ayırmaq lazım deyil. Təxribat törədənlərin terror törədənlərin isə ümumiyyətlə, dini kəsimə heç bir aidiyyəti yoxdur, onlar ekstremistlərdir".

Vüsalə Mahirqızının sözlərinə görə, Gəncə olayları da göstərdi ki, ölkədə yetkin media var. O, sosial şəbəkələrdə təxribat tipli çağırışlara toxunaraq bildirib ki, bunların çoxu xaricdən qaynaqlanır: “İki il əvvəl, aprel hadisələrində gördük ki, sosial şəbəkələrdə saxta profillərlə edilən çağırışların ünvanları əsasən işğalçı ölkə ilə bağlıdır. İndi kim deyə bilər ki, sosial şəbəkələrin Azərbaycan seqmentində təxribatçı paylaşımlar edənlərin çoxu başqa bir qonşu dövlətin emissarları deyil?” Vüsalə Mahirqızı dini sahədə yerli mütəxəssislərin yetişdirilməsinin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayaraq İlahiyyat İnstitutunun yaradılmasını təqdir edib.

Mübariz Qurbanlı mediada dini mövzuların işıqlandırılması məsələsinə toxunaraq bildirib ki, artıq bəzi televiziyalarda dini mövzuda maarifləndirici verilişlər yayımlanır: "Amma internet televiziyalarında, xüsusilə APA TV- bu verilişlər gedirsə, Vüsalə xanımın da qeyd etdiyi kimi, yerli mütəxəssislərimizin bu verilişlərə cəlb edilməsi zərurəti var, bunu həll etməliyik".

Azərbaycanqəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdeyib ki, dünyada çox qəribə proseslər gedir bu proseslərin heç biri müsəlman dövlətlərinə yaxşı heç vəd etmir: “Həm ərəb baharları, həm rəngli inqilablar nəticə etibarilə müsəlman dövlətlərinin dağılmasına, əhalinin ölməsinə, ac susuz qalmasına, qaçqına çevrilməsinə səbəb olub”.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev digərləri mövzu barədə fikirlərini bölüşüblər.

Konfransda dini radikalizmə qarşı mübarizə, milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural tolerant ənənələrin qorunması təbliği istiqamətində KİV-in üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.

Sonda dini mövzuları işıqlandıran bir qrup jurnalist mükafatlandırılıb.

 

Xalq cəbhəsi.- 2018.- 17 iyul.- S. 5.