Dağlıq Qarabağ münaqişəsi İran
mətbuatı və elmi ədəbiyyatında
2-ci yazı
Təbrizdə çıxan «Dilmanc» jurnalı 1918-ci il soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi «Azərbaycanın 18 illik tarixi» kitabında 130 min nəfər, Urmiyada çıxan «Nəvide Azərbaycan» qəzetində Camal Ayrumlunun məqaləsində 150 min nəfər göstərilir. Olayların üstündən 80 ildən çox bir vaxt keçdiyindən çoxlu qurbanların hesabdan kənarda qaldığı şəksizdir. Ermənilərin olmayan soyqırım haqqında geniş miqyasda böyük vay-şivən qopartdığı bir vaxtda, Xocalı faciəsinin dünya ictimaiyyətinə yetərincə çatdırılmadığı bir zamanda 100 ildən artıq bir vaxtda ermənilərin türklərə qarşı vaxtaşırı soyqırımları haqda həqiqətləri tədqiq edib ortaya çıxarmaq Güneyli-Quzeyli Azərbaycan ziyalılarının və ictimayyətin borcudur, soyqırım qurbanlarının ruhları qarşısında bizim vətəndaşlıq vəzifəmizdir.
Ermənilərin İranda özlərinə sığınacaq tapması Səfəvilər və Qaçarlar hakimiyyəti illərindən başlasa da, onların türklər əleyhinə fitnəkar fəaliyyəti əsasən Pəhləvi xanədanlığı dövründə (1925-1979) əl-qol aça bilmişdi. Zatən türkün qəddar düşməni olan Rza şah və onun oğlu Məmmədrza İranda yaşayan ermənilərin simasında Azərbaycan türklərinin kökünü kəsmək üçün İran məkanında özünə çox üzüyola həmkar tapa bilmişdi. Sarayda şərab hazırlamaqdan tutmuş, dərzi, dəllək, aşpaz, tərcüməsi və müəllimliyədək bütün peşələrdə özünə yer tapmış ermənilər ali dövlət vəzifələrini tutmağa qədər yüksələ bilmişdilər. Hansı peşədə və hansı vəzifədə işləməyindən asılı olmayaraq onlar öz fəaliyyətlərini türklərə qarşı açıq və gizli mübarizəyə yönəltmişdilər.
Məmmədrza şahın uşaqlıq və gənclik dostu olmuş və onun dövründə yüksək hərbi rütbəyə və vəzifəyə yüksəlmiş Hüseyn Fərdustun Tehranda çap olmuş iki cildlik xatirələrində (Pəhləvi sülaləsinin zühuru və süqutu) ermənilərin İrandakı fitnəkar fəaliyyətinə aid saysız hesabsız faktlardan söhbət açılır. Fərdustun yazısından bəlli olur ki, İran xəfiyyə idarəsi (SAVAK) ilə «Daşnaksütyun» partiyasını İran üzrə şöbəsi, «Erməni gizli-ordusu», «Erməni Tələbə və Gənclər ittifaqı», «Erməni Cəmiyyəti», «İrandakı Ermənilərin Keşiş Şurası» və s. bu cür anti-türk və terrorçu təşkilatlar arasında sıx əlaqə və əməkdaşlıq olmuşdu.
2001-ci il aprel ayının 22-də, qondarma “erməni soyqırımının ildönümünə bir gün qalmış İİR İslam Şurası Məclisində erməni deputatı Jerjin Abramyan üzdən İran erməni soyqırımı məsələsini bir daha qaldırmağa cəhd göstərmişdi. C.Abramyan demişdi: «Sionist rejim dəfələrlə sabit etmişdi ki, müttəfiqlərin yardımı və savaş gücünə söykənməklə, nəinki məsələnin ədalətli həllini güdmür, bəlkə həmişə Fələstin xalqının hakimiyyət haqqının danmasını düşü- nür».
Bu sözlərdən aydın olur ki, Abramyan soyqırım məsələsini qaldırmağına baxmayaraq, sionist rejim ilə Ermənistan rejiminin eyni məqsədə qulluq etdiyini göstərmək istəmişdi. Yəqin edirik ki, o öz soydaşlarına İİR-in Məclisi tribunasından bunu demək istəmişdi: «Siz nə qədər Amerikanın, Rusiyanın, Fransanın yardımına arxalansaz da, bu münaqişənin çıxış yolu deyil. Söz əslində bu olmalıdır. Amma Abramyanın məqsədi ayrıdır və o, Qarabağı Ermənistanın həqiqi ərazisi hesab edir".
Erməni deputatı daha sonra bildirir ki: «Qayda belədir ki, əldən getmişlərin (ölkənin) hörməti üçün bir neçə dəqiqə sükut keçirirlər. İstərdim bu qayda pozulub, fəryada çevrilsin. Bəlkə bəşəriyyətin yatmış vicdanı insanın insan əleyhinə etdiyi zülmdən ayıq düşsün». Abramyan düz buyurur. Bu günə kimi davam edən erməni cinayətinə göz yumulub, 100 il bundan qabaq qarşı-qarşı savaş nəticəsində qırılanları, gün məsələsinə çevirmək lazımdır. İranın, Təbriz, Urmiya, Səlmas, Xoy və başqa şəhərlərində erməni vəhşiliyi hələ də əhalinin ürəyindən silinməmiş, görəsən, bu, hansı vicdandan bəhs edir?
Zəngəzur, Xocalı faciəsindən bəlkə də xəbəri yoxdur! Erməni deputatı İİR hökumətindən və məclisindən istəmişdi ki, bu ölkə də, Rusiya, Yunanıstan, Fransa, İtaliya və sairə ölkələr kimi, üzdəniraq, erməni soyqırımını tanımağa can atsın [2001, 2 may].
Tehran universitetlərində təhsil alan, erməni yepiskopunun «Cahane Eslam» qəzeti müxbirinə müsahibəsindən hiddətlənən azərbaycanlı tələbələr Ardan Manukyana verdikləri cavabları aşağıdakı məsələlər ətrafında cəmləşdiriblər.
1. Xristian ilinin başlanması münasibəti ilə İrandakı xristianları təbrik edən bu ruhanidən yeni ildə regionumuzda yaşayan millətlərə sülh və əmin-amanlıq arzu edəcəyi, irqçiliyə və tarixi həqiqətlərin təhrif olunmasına qarşı çıxacağı gözlənilirdi. Lakin təəsüf ki, yepiskop Manukyan neçə ay əvvəl dediklərinin tam əksinə danışıb, Ermənistanın Qarabağ ermənilərini silahlandırılmasına və Ermənistan ordusunun Qarabağ hadisələrinə müdaxiləsinə haqq qazandırıb.
2. «Cahane Eslam» qəzeti
müxbirinin sualına
... «Azərbaycanlılar mövcud
olmamış Ermənistan
torpağının bir
parçası «Artsax»
var idi, - deyən erməni keşişinin cavabından
hiddətlənmiş tələbələr
öz məktublarında
yazırlar ki, heç bir sənəd və sübuta əsaslanmadan Ermənistanın tarixindən
söz açanlar və «böyük Ermənistan haqqında xülyalar söyləyənlər
bilməlidirlər ki,
ictimaiyyət bu bəd niyyətlərdən
xəbərsiz deyil. Qarabağdakı kilsələri,
qəbirləri, daşları
sübut kimi ortalığa gətirən
bu yerin Ermənistan məxsus olduğunu söyləyən
Manukyan bilməlidir ki, ölkənin coğrafi sərhədləri
kilsə və gəbir daşları əsasında müəyyənləşsə,
onlarca böyük məscidlər (o cümlədən
İrəvandakı Göy
məscid) Ermənistan
ərazisində mövcud
olub. Təbrizdə, Makuda, Salmasda, Tehranda, İsfahanda və İranın başqa şəhərlərində
kilsələr var. Əgər
tarixə yepiskopun məntiqsiz baxışı
ilə yanaşılsa,
onda deməli, bu şəhərlər də Ermənistanın ərazisi hesab edilməlidir. Bəlkə
elə buna görə də
İİR, Türkiyə, Suriya
və İraq torpaqlarının bir hissəsi «Ermənistanın
işğal olunmuş
qərb torpaqları» adı altında «böyük Ermənistan» xəritəsinə daxil edib. Bu iddialar
ermənilərin başqa
torpaqları qəsb etmək niyyətdən doğur. Bu iştaha
II Dünya müharibəsindən
sonra Naxçıvan,
sonra isə Qarabağ haqqında oldu, bəlkə sabah da
«Davrij» yazdıqları
Təbriz haqqında da olacaq...
3. Tehran universiteti tələbələri
belə bir məsələ üzərində
dayanırlar ki, yepiskop Manukyan heç bir əsas olmadan Qarabağı Ermənistan
hesab edir və burada gedən müharibəni «Qarabağ Respublikası ilə Azərbaycan arasında gedən müharibə» adlandırır.
Tələbələr öz cavablarında
belə bir məntiqi sual ortaya qoyurlar və cavab verirlər
ki, «əgər Qarabağ» Ermənistanındırsa,
bəs ona Manukyanın «Qarabağ Respublikası" adlandırdığı
qurum hansı formulaya əsaslanır?
O, bu qurumun heç bir beynəlxalq rəsmi dairələr tərəfindən
tanınmadığını deməyə qorxur, öz əqidəsi ilə Ermənistanın təcavüzkar dövləti
ilə həmahəng
və həmfikir olduğunu göstərir».
4. İran ermənilərinin
baş yepiskopunun Qarabağdakı müharibə
ilə əlaqədar
350 min qaçqının taleyindən
narahat olduğuna və onlara köməklik göstərmək
çağırışına cavab olaraq tələbələr
yazır: «Əvvəla,
bütün Qarabağ
əhalisinin sayı bu rəqəmin yarısı qədərdi,
sonra baş yepiskop bilir ki, müharibə Azərbaycan torpağının
daxilində gedir. Buna görə də
müharibənin mülki
əhalidən ibarət
qurbanları azər-baycanlılardı,
nəinki ermənilər.
Manukyanın qaçqınların
taleyinə kiçik bir əlavəsi varsa o, inkar olunmaz bu məsələni
gözünün qabağına
gətirsin ki, Azərbaycan torpağının
20 faizdən çoxu
erməni təcavüzkarının
işğalı altındadır
və bir milyon nəfərdən artıq Azərbaycan məzlumu öz evindən, yurd-yuvasından
didərgin salınıb.
Ermənistan ordu¬sunun bu cinayətləri qarşısında beynəlxalq
ictimaiyyətin susmasından
mütəəssi olan
tələbələrin erməni
yepiskopuna cavabının
sonunda qeyd olunur ki, müharibənin
tez qurtarmasına, sülh və ədalətin bərpa olunmasını əgər
ağaye Manukyan doğrudan da arzu edirsə, bunun üçün hər şeydən əvvəl «böyük Ermənistan» xülyasından,
başqalarının torpaqlarını
qəsb etmək iddiasından əl götürməlidir».
İran hakim dairələrinin ermənipərəst
mövqe tutmalarına
baxmayaraq, İranda xüsusilə də Güney Azərbaycanda bəzi mətbu orqanları ermənilərin
əməllərini elmi
şəkildə ifşa
edirlər. Bunlardan biri Güney
Azərbaycanda nəşr
edilən «Azərbaycanda
yüzillik erməni cinayəti adlı jurnal [2004, 16 sentyabr] elmi əhəmiyyəti və faktoloji zənginiliyi ilə seçilən nümunə
kimi maraq doğurur. Jurnalın giriş məqaləsində
ermənilərin bu tarixi düşmənçiliynə
dəstək verən
siyasi, hərbi qüvvələrin ünvanını
göstərməklə xəyanətin
miqyasını diqqətə
çatdırır.
Jurnalda yer alan
ilk məqələ «Müsəlmanların
ermənilər tərəfindən
soyqırımı» adlanır.
Əslində isə istər
Türkiyədə, istərsə
də İran və Azərbaycan ərazisində türklərə
qarşı ən qanlı faciələri törədən ermənilər
maskalanaraq XX əsrin sonunda Xocalıda analoqu olmayan soyqırım törətdilər.
Məqələ müəllifi
hər il
aprelin 24-nü «faciə»
günü kimi qeyd edən ermənilərin iblis simasını açmağa,
azərbaycanlı qırğınlarını
nəzərə çatdırmağa
çalışır. Məqalə
müəllifinin fikrinə
görə, məkrli
erməni siyasəti təkcə ərazi, torpaq iddialarında qalmır, islam mədəniyyətini parçalamaq,
İranı müsəlman
Türkiyəyə qarşı
qoymaq, Azərbaycanı
ikiyə ayırmaq və parçalanmış
Azərbaycanın birliyini
mümkünsüz hala
gətirmək vəzifələrini
həyata keçirir.
Sübhan Talıblı,
Tarix üzrə fəlsəfə
doktoru
Xalq cəbhəsi.-
2018.- 17 iyul.- S. 14.