Dərmansız dərdə uğrayıb görməz gözüm...

 

Xalqımız tarixinin bədii əks-sədasını özünün yaratmış olduğu folklor örnəklərində əks etdirib

 

1-ci yazı

 

Kifayət qədər zəngin olan folklorumuzun müxtəlif janrlarında nisgil motivləri ilə gen-bol rastlaşırıq. Bəs bu nisgil, kədər özündə hansı ovqatı əks etdirir, - deyə soruşsaq, müxtəlif prizmadanfolklor janrının təbiətindəki çoxvariantlılığa rəğmən də cürbəcür cavablar ala bilərik. Sadəcə olaraq folklor mətnlərinin məzmununda ehtiva olunan mənəvi dünyanın ritmini, ahəngini tutmaq gərəkdir; sözün, ifadənin deyilmə məqamını, işlənmə dərəcəsini psixoloji əlvanlıqla dərk etmək gərəkdir. Kədər, nisgil ovqatı isə təbii ki, insanda cismən göz yaşı axıdır. Daha doğrusu, göz yaşları insanın cismani və mənəvi ağrı-acılarının ifadəsidir, bu ağrı-acılı yaşantılar isə sözlü-hərəki mətnə çevrilməklə folklor örnəklərimizdə nisgil elementlərinin daşıyıcısı kimi çıxış edir.

Bulağın başı ilən,

Dibinin daşı ilən.

Sana bir toy tutaram

Gözümün yaşı ilən.

 

Azərbaycan Ədəbiyyat Cəmiyyəti”nin 1926-cı ildə nəşr etdirdiyiBayatılar manilərtoplusunda - Abdulla Şaiq, Şəfiqə Əfəndizadə Mirzə Məhəmməd Axundzadə tərəfindən təqdim edilmiş beş yüzə yaxın bayatı içərisində kədər məzmunu üstündə qurulan bu cür nümunələrin sayı “n” qədərdir. Bayatının ilk iki misrası bayatının əsas fikir yükünü üstünə götürən növbəti misralara giriş səciyyəsi daşıyır. Bayatılardakı ilk misraları çox vaxt 3-cü, 4-cü misralarda ifadə olunan əsas mənaya sadəcə qafiyə tutmaq naminə deyilmiş misralar kimi dəyərləndirirlər. Lakin bu ilk misralar elə primitiv mənada düşünülməməlidir. Çünki bu misralar bayatını həm səslənişcə (forma baxımından) – qafiyə naminə şərtləndirir, həm məzmun yükünə xidmət baxımından dolğunlaşdırır. Deyərdim ki, bayatılardakı ilk misralarabaşdansovdu münasibət” (özü elmibaxımdan) müasir dövrdə yazılı ədəbiyyatımızda şeir yazmağınasanyolunuarayanlarında boş söz yığınından ibarət olanbayatıları”nın yazılı nümunələrimizin sıralarına ayaq açmasına gətirib çıxarmışdır. Halbuki hər bir bayatının fikir yükü ən kiçik həcmli folklor janrı hesab olunan atalar sözümüzün ən iri həcmli folklor janrı olan dastanlarımızın məzmununda daşınan nəhəng fikirlər ümmanı ilə müqayisəyə gələndir. Bir sözlə, bayatıların ilk iki misrası sadəcə qafiyəyə deyil, əsas məzmun yükünə doğru da hesablanmış girişmüqəddimə funksiyasını yerinə yetirir. Elə yuxarıdakı bayatını təhlilə çəkməklə dediyimizi əsaslandıra bilərik.

Bulağın başı”, “dibinin daşıgözümün yaşı” - hər üçü həmqafiyə olub, səslənişcə bir-birlərini formal baxımdan tamamladığı kimi, məzmun etibarilə bir-birlərini bağlayırlar. İndi fikrimizi açıqlayaq.Bulağın başıifadəsi ilə əsas fikrin ifadəsi olan son misradakıgözümün yaşıarasında kimi məzmun bağlantısı ola bilər? Yaxud dabulağın dibinin daşıilə eləcə hansı fikir bağlılığı var? Buradabulağın başı” – təbiət amili ilə insan faktoru (göz yaşı) arasında metaforik rabitə yaradılıb. Bulağın başından (gözündən) axan su ilə insanın gözündən axan su (göz yaşı) bir-birinə təşbeh edilib. Bəsbulağın dibinin daşınınburaya dəxli var? Bulağın dibindəki daşlar bəlkə bir vaxtlar hansısa namərd əlilə bulağın gözünü tutmaq üçün bulağa tuşlanmış daşlar olub? Bulağın dibinin daşı bulağın başını (bulağın gözündən axan suyu, öz lal duruşları ilə əbədilik müşayiət etdikləri kimi, insanın gözünün yaşını da fələyin gözəgörünməz əli ilə insanın qəlbinə - könlünə tuşlanan ( dəyən) daşlar müşayiət edib həmişə. İnsan niyə ağlayır, göz yaşı tökür? Fələk, qəzavü-qədər başına daş yağdıranda, könlünü daşlayıb-yaralayanda insan nagüman-naəlac qalıb kədərli-nisgilli əhval-ruhiyyəsini göz yaşı axıtmaqla əks etdirir. Baxbulağın başıda, “dibinin daşıda insanıngözünün yaşı”nda bu sayaq metaforik olaraq gəlibbirləşir”. Axı bayatı poeziya örnəyidir poeziya da metaforik ünsürlərdən təşkil olunur. İndi gördünüzmü bayatının ilk misraları son misralar üçün sadəcə qafiyə xatirinə yox, həm məzmun naminə deyilmişekspozisiyadır”.

İndi gələk bayatının ifadə elədiyi əsas fikrin üstünə:

 

Sana bir toy tutaram

Gözümün yaşı ilən.

 

Burada “toy tutmaqifadəsi “divan tutmaq” (bu mətndə isə birbaşavay tutmaq”) mənasını daşıyır. Cavan öləni toylazurna-balabanla götürmək (dəfn etmək) adəti olub. Bu, mərhumun nakam getdiyini tündləşdirmək məqsədinə xidmət edir. Yəni sənin toyunda çalınacaq-eşidiləcək musiqi sədaları vayında (dəfnində) qismət oldu; bu, kədərin, baş vermiş müsibətin dəhşətli ağrı-acısının nümayişidir.

 

Şakir Albalıyev,

 

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq cəbhəsi.- 2018.- 19 iyul.- S. 14.