“Azərbaycan mətbəxi haqqında rəvayətlər”
İyunun 7-də Azərbaycan
Milli Kulinariya
Assosiasiyasının və Azərbaycan Milli
Kulinariya Mərkəzinin təşkilatçılığı
ilə “Azərbaycan mətbəxi haqqında rəvayətlər”
(“Skazannya pro azerbaydjansku kuxnyu”)
kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə
çıxış edən Milli Kulinariya
Assosiasiyasının prezidenti Tahir Əmiraslanov kitabın Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə
işıq üzü gördüyünü bildirib. Diqqətə
çatdırıb ki, Xarkov vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna
Cəmiyyəti tərəfindən “ASPİ AQRO” MMC-nin
(“Savalan” şərablarının istehsalçısı)
sponsorluğu ilə Ukrayna dilində nəşr olunmuş bu
kitabın ilk təqdimatı Xarkovda keçirilib. Nəşrdə
Azərbaycan mətbəxinin kabab, dolma, küftə, xaş,
plov, xəngəl, paxlava və digər nümunələri,
habelə samovar və armudu stəkan haqqında rəvayətlər
yer alıb.
Kitaba Xarkov Texniki
İqtisad Kollecinin direktoru, Ukrayna Kulinariya
Assosiasiyasının vitse-prezidenti Lyudmila Radçenko, professor,
Xarkov İctimai İaşə və Ticarət Universitetinin
rektoru Aleksandr Çerevko, Xarkov
vilayətindəki “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin
sədri, texnika elmləri doktoru, Azərbaycanın Əməkdar
Elm Xadimi professor Murad Ömərov “Ön söz” yazıblar.
Murad Ömərov bildirib ki,
kitabın nəşrində məqsəd Azərbaycan
xalqının çoxəsrlik mədəni ənənələrinin
qorunması, milli mətbəx haqqında geniş məlumatın
ukraynalılara çatdırılmasıdır.
Milli Məclisin
deputatı Qənirə Paşayeva kitabın iki xalq arasında
dostluq əlaqələrinin inkişafına töhfə verəcəyini
söyləyib.
Tədbirdə
Milli Kulinariya Assosiasiyasının bir sıra üzvlərinə
VI dərəcə və “usta” dərəcələri təqdim
olunub.
Xalq Cəbhəsi.-
2018.- 8 iyun.- S.16.