AXC-nin
100 illiyinə həsr olunmuş kitabların təqdimatı və
“Libraff“ mağazasının açılışı olub
“Libraff
Park Akademiya” kitab mağazasının
açılışı və Avropa Azərbaycan Cəmiyyətinin
(TEAS) Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr
edilmiş kitablarının sərgisi keçirilib.
Tədbirdə
TEAS sədri Tale Heydərov, mədəniyyət nazirinin müavini
Vaqif Əliyev, xalq yazıçısı Çingiz Abdullayev,
millət vəkilləri və ədəbi ictimaiyyətin nümayəndələri
iştirak edib.
T. Heydərov
tədbirdə çıxış edərək bildirib ki, açılışı
keçirilən bu mağaza “Libraff"ın Azərbaycandakı
ən böyük kitab mağazasıdır: ““Libraff” mağazaları
Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində,
hava limanında və Gəncədə oxucuların ixtiyarına
verilib".
T. Heydərov “Libraff”ın təkcə kitab mağazası deyil, çoxfunksiyalı layihə olduğunu deyib:
“Biz bu
layihəni yaradarkən
qarşımıza müxtəlif məqsədlər qoymuşuq. Kitab satışı
ilə bərabər, Azərbaycanda ədəbiyyatın və
mütaliənin inkişaf etdirilməsi bizim
layihənin əsas funksiyalarından biridir. Bu mağazanın yerindən tutmuş, xidmət tərtibinədək hər şey məqsədəuyğun seçilib. Oxucular yalnız kitab
almaq deyil,
eyni zamanda
burda mütaliə etmək şansı əldə edəcəklər. Bura kitab
mağazası olmaqla bərabər, həm də kitabxana kimi fəaliyyət göstərəcək. Bu layihə
ilə Azərbaycanda kitab
ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki,
bura oxucuların ən
sevimli kitab
mərkəzlərinin birinə çevriləcək”.
T. Heydərov əlavə edib ki, “Libraff” kitab mağazalarının təşkilində “TEAS Press”in yaradılmasının böyük rolu
olub: “Artıq bizim
müxtəlif brendlər - “Teas Press”, “Üç alma”
və “Yay” brendləri oxucular arasında böyük rəğbət qazanıb. Bu
brendlər təkcə Azərbaycanda deyil, ölkədən kənarlarda da rəğbəti qazanıb. Artıq fəxrlə deyə bilərik ki, “TEAS Press” Türkiyədə ilk onluğa daxil
olub".
TEAS sədri bununla bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyi ilə əlaqədar müxtəlif kitabların
təqdimatını təşkil etdiklərini də
qeyd edib: "Bildiyiniz kimi, cənab prezident İlham
Əliyev 2018-ci ili Azərbaycanda "Cümhuriyyət
ili elan
edib", bununla bağlı müvafiq sərəncam imzalayıb. Bu il Cümhuriyyətlə
bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərə Avropa Azərbaycan Cəmiyyəti olaraq biz
də qoşulmuşuq, müxtəlif kitabların çapına start
vermişik. Bunlardan ən
böyüyü ilk dəfə Türkiyə arxivinə və
mətbuatına əsaslanıb hazırlanmış, Azərbaycan Xalq
Cümhuriyyətiilə bağlı dörd cildlik
kitabdır. Bundan əlavə,
1923-1927-ci illəri əhatə
edən və Məhəmməd Əmin Rəsulzadənin başçılığı
ilə nəşr olunmuş
dörd cildlik “Yeni
Kafkasiya” dərgisini də
çap etmişik”.
Mədəniyyət nazirinin müavini Vaqif
Əliyev “Libraff” kitab mağazasının açılışını
yüksək qiymətləndirib, bunun Azərbaycan ədəbiyyatı və oxucular üçün böyük töhfə olduğunu deyib: “Mədəniyyət Nazirliyi adından belə
gözəl kitab
mağazasını bizə bəxş edən insanları və
oxucuları təbrik edirəm, mağazanın işinə uğurlar arzulayıram. “Libraff” kitab mağazası çox
gözəl zamanda
açılıb, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli tədbirlər çərçivəsində fəaliyyətə başlayıb. Kitab
cəmiyyətdə çox
vacib rol
oynayır. Kitab insanın dostudur,
nəsildən nəslə vasitədir. Mən çox sevinirəm ki,
bu gün Bakıda belə
gözəl bir
kitab mağazası açılıb. İnanıram ki, burda təkcə kitab satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər, imza günləri təşkil olunacaq.
Bunun
üçün burda bütün imkanlar var.
Müasir Azərbaycanın inkişafında bu mağazanın açılışı
intellektual göstəricidir”.
Xalq
yazıçısı
Çingiz Abdullayev isə “Libraff” kitab
mağazasının açılmasını ədəbiyyat adamları,
yazıçılar
və oxucular
üçün əlamətdar hadisə kimi dəyərləndirib. Yazıçı qeyd
edib ki,
Azərbaycanın gələcək inkişafı insanların mütaliə mədəniyyətinin daha
da inkişaf etdirilməsi, kitab mağazalarının çox olmasından asılıdır: “Uşaqlarımız kitab
oxumasa, gələcəyimiz olmayacaq.
Mən hələ neçə il əvvəl inanırdım ki, gec-tez Bakıda bu
cür gözəl kitab
mağazaları açılacaq”.
Daha
sonra “Teas Press” Nəşriyyatının Azərbaycan Xalq
Cümhuriyyəti ilə
bağlı çap etdiyi
kitabların
təqdimatı keçirilib.
“TEAS Press” Nəşriyyatının Azərbaycanşünaslıq bölməsinin rəhbəri, professor Kərim Şükürov deyib ki, “Libraff” kitab satışı şəbəkəsinin açılışı nəinki paytaxt Bakının, eləcə
də respublikanın sosial-mədəni həyatında ən mühüm hadisələrdən biridir. O, “TEAS Press” Nəşriyyatının Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə çap
etdiyi kitablar haqqında ətraflı
məlumat verib.
Digər natiqlər də
“Libraff” kitab
mağazasının açılmasını ölkəmizin inkişafının və
yüksək mədəniyyətinin göstəricisi kimi dəyərləndiriblər.
Xalq Cəbhəsi.- 2018.- 9 iyun.-
S.2.