Qulu Əsgərovun 90 illik
yubileyi keçirilib
Beynəlxalq Muğam
Mərkəzində tanınmış xanəndə, bəstəkar
və pedaqoq Qulu Əsgərovun 90 illik yubileyi münasibətilə
tədbir keçirilib.
Muğam Mərkəzinin
“Unudulmayanlar” layihəsi çərçivəsində
reallaşan tədbir Qulu Əsgərov haqqında
videoçarxın nümayişi ilə başlayıb.
Yubiley gecəsinin
aparıcıları - Xalq Artisti Mələkxanım Eyyubova və
Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev xanəndənin
yaradıcılığı haqqında ətraflı məlumat
veriblər. Tədbirdə, həmçinin
akademik Vidadi Xəlilov, Xalq Artisti Canəli Ələkbərov,
Əməkdar İncəsənət Xadimi Rafiq Sadıqov xanəndənin
muğam ifaçılığı sənətinə
töhfələrindən danışıblar.
Çıxışlarda
Qulu Əsgərovun muğam dəstgahlarını yüksək
peşəkarlıqla ifa etdiyi vurğulanıb. Qeyd edilib ki,
Qulu Əsgərov həm də xalq arasında dillər əzbəri olan bir sıra
mahnı və təsniflərin müəllifidir. Uzun illər Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrında solist kimi çalışıb.
Məcnun, İbn-Salam, Kərəm,
Aşıq Qərib, Şah İsmayıl obrazları ifaçının
aktyorluq məharətinin
nümunələrindəndir. Onun lent yazıları AzTV-nin Fondunda qorunur. Xanəndənin yetirmələri muğam sənətində
nailiyyətlər qazanaraq,
ustadın ənənələrini
davam etdirirlər.
Qulu
Əsgərov 1987-ci il iyunun 11-də Bakıda vəfat edib.
Tədbirdə
tanınmış xanəndələr
- Xalq Artisti Teyyub Aslanov, Əməkdar Artist Ehtiram Hüseynov, muğam müsabiqəsinin qalibləri
Almaxanım Əhmədli,
Mirələm Mirələmov
və Rəvan Əlvanoğlu Qulu Əsgərovun mahnılarını səsləndiriblər.
Onları Möhlət
Müslümovun rəhbərliyi
ilə Azərbaycan Televiziyası və Radiosunun Bakıxanov adına Xalq
Çalğı Alətləri
Ansamblı
müşayiət edib.
Xalq Cəbhəsi.- 2018.- 15 iyun.- S.16.