XIX əsrin əvvəllərində
Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti
1-ci yaz
Bu yazıda XIX əsrin
əvvəllərində Qarabağ xanlığı
uğrunda rus-Qacar rəqabəti mövzusunda tarix üzrə
elmlər doktoru, professor Tofiq Mustafazadənin
araşdırmasını təqdim edirik. Sözügedən dönəmdəki
siyasi prosesləri təhlil edən tarixçi yazır ki,
1801-ci ildə taxta çıxmış yeni rus çarı
I Aleksandr Cənubi Qafqazı qəti olaraq zəbt etmək
siyasəti güdürdü. Aleksandr 1801-ci il sentyabrın 12-də
Kartli-Kaxetiya çarlığının ləğv edilməsi
və onun torpaqlarının Rusiyaya birləşdirilməsi
haqqında fərman verdi. Əslində bu akt həm
də Azərbaycan torpaqlarının Rusiya tərəfindən
işğalının başlanğıcı oldu. Gürcüstanla birlikdə Azərbaycanın Qazax,
Borçalı, Şəmşəddil, Pəmbək və
Şuragül sultanlıqları da Rusiyanın tərkibinə
qatıldılar.
Şərqi
Gürcüstanı ələ kecirən Rusya onun ərazisindən
Azərbaycan torpaqlarım işğal etmək
üçün dayaq məntəqəsi kimi istifadə etməyə
başladı. Rusiya hökumətinin
işgüalzılıq planlarınm həyata kecirilməsində
1802-ci il sentyabrın 11-də Qafqazdakı
rus qoşunlarının komandanı təyin edilmiş mənşəcə
gürcü olan P.D.Sisiyanov xususilə böyük canfəşanlıq
göstərirdi. 1803-cü ilin yazında rus
ordusu Car-Balakənə soxuldu və öz azadlığı
uğrunda mübarizəyə qalxan yerli əhaliyə
amansız divan tutdu.
Gəncəli Cavad xan Sisianovun tabe olmaq təklifini
rədd etdi. 1803-cü il dekabrın 3-də rus qoşunları Cəncə
qalasını mühasirəyə aldılar. Sisianov
dəfələrlə Cavad xana aman vəd edib təslim
olmasmı təklif etdisə də, hez bir faydası olmadı.
1804-cü ü yanvarın 2-dən 3-nə kecən
gecə rus qoşunları iki dəstəyə
bölünüb general Portnyaqin və polkovnik Karyaginin
komandanlığı altında qalaya həlledici həmləyə
keçdilər. Topun ustundə oturmuş
Cavad xan qəhrəmanlıqla mudafiə olunurdu. Kapitan Kolovski xanı öldürdü. Lakin gəncəlilər də dərhal kapitanı
öldürdülər.
Ruslar
şəhərə daxil olub hətta xeyli miqdarda dinc sakini belə
qətlə yetirdilər. 1804-cü ilin
yanvarında rus ordusu Gəncə xanlığını da
işğal etdi və bununla da Qarabağ xanlığına
lap yaxınlaşdı. Gəncəni
işğal edən kimi P.Sisianov Azərbaycanın şimal
xanlarına, o cümlədən Qarabağ xanına hədələyici
məktublar gondərib Rusiya hakimiyyətini qəbul etmələrini
təbb etdi. İbrahimxəlilxəlil xana göndərilən
8 yanvar 1804-cü il tarixli məktubda rus
komandanı onu qazandığı qələbə münasibətilə
təbrik etmədiyinə görə xanı təhqiramiz
şəkildə qınayır, «zəifin güclüyə
tabe olması» kimi ümumi prinsipə riayət edərək
öz etibarlı numayəndəsini, yaxud oğlanlarından
birini Rusiya himayəsinə qəbul şərtlərini
razılaşdırmaq üçün göndərəcəyinə
ümid etdiyini bildirirdi. Sisianov işarə
edirdi ki, əgər İbrahimxəlilxəlil xan xoşluqla
Rusiya təbəəliyini qəbul etməsə, Cavad xanın
aqibətinə tuş gələ bilər.
Professor Tofiq Mustafazadənin
araşdırmasında bildirilir ki, İbrahimxəlil xan öz
numayəndəsini Sisianovun yanına gondərsə də,
numayəndəyə hər hansı sənədə imza atmaq
və möhür basmaq səlahiyyəti vermədi. Bundan narazı qalan komandan birbaşa hədələrə
keçdi. 4 fevral 1804-cü il tarixli
məktubunda o, yazırdı: «Siz Cavad xan kimi bu fars siyasətinizə
gorə cavab verəcəksiniz. Nə qədər ki, mən Gəncə
ətrafında durmuşdum, siz ağacdakı yarpaq kimi əsirdiniz
və belə cavab verməzdiniz, mən Gəncəyə gəlmədən
siz qorxaq dovşan və yaltaq tülkü kimi Şəmşəddil
mouravı Andronikovun yanına adam gondərmişdiniz,
o zaman siz indiki kimi məni uzaqda sayıb belə
danışmağa cürət etməzdiniz. Mənə
inanın ki, elə Gəncə qoşunları [Gəncədə
qərarlaşmış rus qoşunları nəzərdə
tutulurdu - T.M.] Sizi tamamilə
darmadağın etmək üçün kifayətdir; mənə
inanın ki, sizin qalanın alınmazlığı rus qoşunları
üçün yüngül olacaq».
Hədələrlə
İbrahimxəlil xanın dəyanətinin
sarsılmadığını görən Sisianov, Qarabağ
xanlığının hərbi gücünün Gəncə
xanlığının hərbi gücündən çox
olmasını və Şuşanı almağın cətinliyini
göz önünə gətirərək danışıq tərzini
dəyişməli oldu. Sonrakı məktublarında
əvvəlki kimi hədələr yox idi. Onun
«keçmiş günahlarının
bağışlandığını» bildirir, gələcəkdə
Rusiyaya sədaqətli olmasına and icməsi, Şuşaya
rus hərbi dəstəsinin buraxılması, öz
böyük oğlunu girov verməsi, təbəə kimi ildə
10 min əsrəfi bac ödəməsi şərtləri ilə
Rusiya imperiyasının təbəəliyinə qəbul
olunacağını bildirirdi. Bu halda imperatorun
xanı və onun varislərinin xanı taxtında
qalacaqlarına təminat verəcəyi bildirilirdi.
Kartli-Kaxetiya
çarlığının Rusiyaya birləşdirilməsi və
rus ordusunun Azərbaycan ərazisində apardığı
işğalçı muharibələr Qacar sarayını
narahat etməyə bilməzdi. Elə bu səbəbdən
də şahın fövqəladə səfiri Yaqub bəy
1804-cü ilin may ayında öz hökuməti adından
general Sisiyanova ultimatum verərək rus qoşunlarının
qəti olaraq Azərbaycandan və Gürcüstandan
çıxarılmasını tələb etdi.
Bu tələbə rədd
cavabı alan şah 1804-cü ilin iyun
ayında Rusyaya muharibə elan etdi. Bununla da
1813-cü ilə qədər davam etmiş I Rusiya-İran
muharibəsi başlandı. Qeyd etmək
lazımdır ki, müharibənin ilk əməliyyatları
rus qoşunları üçün uğursuzluqla nəticələndi.
Belə ki, rus komandanlığı mühüm
strateji əhəmiyyəti olan İrəvan qalasının ələ
kecirilməsinə böyük əhəmiyyət verirdi.
Elə buna görə də 1804-cü ilin
iyununda İrəvan üzərinə təşkil edilən
yürüşdə xeyli qüvvə səfərbər
edilmişdi. Yürüşün əvvəllərində
ruslar müəyyən uğur qazansalar da, nəinki öz məqsədlərinə
nail ola bilmədilər, əksinə,
çox ağır vəziyyətə düşdülər.
Mirzə Adıgözəl bəy yazır ki,
iranlılar rusların gediş-gəliş yollarını elə
kəsmişdilər ki, Rusiya
qoşununun carəsi hər tərəfdən kəsilmişdi.
Xeyli itki verən rus ordusu yürüşü
yarımçıq dayandırıb geri cəkilməyə məcbur
oldu. İrəvan yürüşündə
uğursuzluğa düçar olan Sisiyanov bundan sonra əsas
diqqəti Qarabağ xanlığının ələ
keçirilməsinə yönəltdi. Beləliklə,
Qarabağ xanlığı bir tərəfdən Rusiyanın,
digər tərəfdən isə Qacarlar dövlətinin
hücum hədəfınə çevrildi. Sisiyanov Gəncəni ələ keçirdikdən
sonra mayor Lisaneviçi İbrahimxəlilxəlil xanın
yanına göndərərək ondan və bir sıra Azərbaycan
xanlarından Rusiyanın himayəsinə keçmələrini
tələb etdi. Mir Mehdi Xəzani yazır
ki, Sisianov Gəncədən mayor Starikovu İbrahimxəlilxəlil
xanın yanına göndərmişdi. Xan
onu böyük ehtiramla qəbul edib Rusiyaya sədaqətli
olacağını vəd edərək geri yola
salmışdı. Əhməd bəy
Cavanşir yazır ki, belə bir şəraitdə Qarabağ
xanlığında ruslara rəğbət bəsləyən
Məhəmmədhəsən ağanın dəstəsi
üstün gəldi. Fətəli şah
İbrahimxəlil xanla qohumluğuna görə, həm də
onunla munasibətləri kəskinləşdirməmək
üzün Şuşanı açıq hərbi müdaxilə
yolu ilə almağa cəsarət etmirdi. Buna görə
İbrahimxəlil xanın onun xidmətində olan oğlu
Əbülfət ağanın əli ilə fitnə törədib
Şuşa qalasını ələ
kecirtməkdə təşəbbus göstərdi. Sisianova qarşı yürüşdən
qayıdarkən şah Əbülfət xanı güclü
qoşun dəstəsi ilə Şimali Azərbaycanda
saxladı ki, o, Qarabağ xanlığının ona irsən
çatan hissəsini ələ keçirsin, şərait
olarsa, həm də Zəngəzurun bir hissəsini tutsun.
Əbülfət
ağa xanın Məhəmmədhəsən ağa və
başqaları ilə birlikdə Tuğ kəndində
olmasından xəbər tutub, onları həbs etməyə cəhd
göstərdi. Lakin Mehdiqulu ağa və Xanlar ağa Əbülfət
ağanın hücumundan az əvvəl
güclü süvari dəstələri ilə Tuğa gəlmişdilər.
Buna görə Əbülfət ağa
güclü müqavimətə rast gəldi, bir qədər
tərəfdarı ilə Arazın o tayına qala bildi. Onun silah-sursatı isə
qaliblərin əlinə keçdi. İbrahimxəlilxəlil
xanın general Sisianovla əlaqələr yaratması və
Qarabağ xanlığının Rusiyanın hakimiyyəti
altına keçməsi üçün
danışıqlara başlaması şah sarayında ciddi
narahatlıq yaratdı. Şah hökuməti
Qarabağ xanlığının Rusiyanın himayəsi
altına keçməsinin qarşısı almağa
çalışırdı. İbrahimxəlil
xanın Tehranda girov sifəti
yaşayan oğlu Əbülfət ağa 5 min nəfərlik
dəstə ilə Qarabağa göndərildi. Əbülfət ağa özü ilə həm də
şahın İbrahimxəlil xana məktubunu gəlirmişdi.
Məktubda İbrahimxəlil
xana təklif edirdi ki, Əbülfət ağanın
başçılıq etdiyi İran qoşunu daimi olaraq
Qarabağda saxlanmalı və onun razılığı
olmadan xanlıqda heç bir ciddi addımlar
atılmamalıdır. Fatəli şah
Qarabağ ərazisində öz qoşunlarını yerləşdirməklə
xanlığın Rusiyanın hakimiyyəti altına kecməsinin
qarşısını almaq istəyirdi.
Sisiyanov xarici işlər
naziri Cartoriyskiyə 29 may 1806-cı il
tarixli məktubunda göndərdiyi İbrahimxəlil xanın
Rusiya himayəsinə kecməsi istəyi ilə bağlı
yazırdı: «İran qoşunlarının hərəkətindən
qorxuya duşən İbrahimxəlil xan öz numayəndəsini
yanımıza göndərərək bizə itaət etmək
istədiyini bildirir. Mənə elə gəlir
ki, onu buna qorxu vadar edib».
İbrahimxəlil
xanın general Sisianovla apardığı
danışıqların gedişində Qarabağ
xanlığının Rusiyanın hakimiyyəti altına
keçməsi haqqında müqavilə layihəsi işlənib
hazırlandı. Bu dövrdə Qarabağ
xanlığında daxili siyasi vəziyyət və Qacar
sarayının intriqaları haqqında Mir Mehdi Xəzani daha geniş məlumat
verir. Tarixçi yazır ki, İbrahimxəlil
xanın Rusiyaya itaət etməsinin səbəblərindən
biri bu idi ki, Ağa Məhəmməd şahın
basqınlarından sonra Qarabağ dağıdılmış
və qarət olunmuş vəziyyətdə idi, qonşu
xanlar Qarabağ xanlığına düşmənçilik
hərəkətlərinə
başlamışdılar; ustəlik «xan qocalmışdı.
Oğlanları dəxi bir-biri ilə ədavətə
başlamışdılar. Qarabağda nifaqlıq vaqi olub
İbrahim xanın hökmü dürüst cari olmadı». Mir Mehdi Xəzaninin yazdığına görə Məhəmmədhəsən
ağa ilə atası, anası habelə digər qardaşlar
Mehdiqulu ağa və Xanlar ağa arasında ixtilaf
yaranmışdı. Vərəndə mahalında məskunlaşmış
Cəbrayıllı tayfası Məhəmmədhəsən
ağanın ana qohumları olduğundan onun tərəfini
saxlayır və İbrahimxəlil xanın əmrinə tabe
olmurdular. Xan Mehdiqulu ağa və Xanlar ağaya
tapşırdı ki, öz aralarında ittifaq başlayıb
“Məhəmmədhəsən ağanın hökmünü
aşağı salalar və Cəbrayıllı
camaatını dəxi bir növ sakit edib, ondan [yəni Məhəmmədhəsən
ağadan - T.M.] kənar və uzaq edələr ki,
İbrahim xana dürüst müti olalar”.
Ancaq
atanın yaşlaşıb nüfuzdan
düşdüyünü görən Mehdiqulu ağa və
Xanlar ağa nüfuzlu və güclü qardaşlarına
qarşı açıq çıxıs etməkdən cəkindilər.
Belə olduqda İbrahimxəlil xan şah sarayındakı
oğlu Əbülfət ağaya xəbər göndərib
Qarabağa gəlməsini istədi.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2018.- 21 iyun.- S.13.