XIX əsrin əvvəllərində
Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti
4-cü
yazı
Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə yazır ki, Abbas Mirzə
döyüşə başlamazdan əvvəl İbrahimxəlil
xanı öz tərəfinə çəkmək
üçün daha bir cəhd göstərdi. Onun
göndərdiyi nümayəndələr İbrahimxəlilxəlil
xanı dilə tutmağa başladılar. Çoxsaylı orduya qarşı durmaq
üçün kifayət qədər qüvvəsi,
rusların da yeger dəstəsindən başqa qoşunu
olmadığından İbrahimxəlil xan Qarabağ elləri
və kəndlərinin ayaq altında dağılmaması
üçün qızılbaşlarla xoşluqla rəftar
etməyə başladı. Eyni zamanda o,
atdığı hər bir addımı barədə
Şuşadakı rus qarnizonunun komandiri mayor Lisaneviçə
məlumat verirdi. Sonuncu Qarabağ xanına
tezliklə əlavə kömək gələcəyinə
söz versə də vəziyyət dəyişməz olaraq
qalırdı. Bundan istifadə edən
şah ordusu Şuşanı mühasirəyə almağa
başladı. Vəziyyətin getdikcə
ağırlaşdığını görən İbrahimxəlil
xan öz ailəsinin və yaxm adamlarınm təhlükəsizliyini
təmin etmək üçün şəhəri tərk etmək
qərarına gəldi. O, Şuşadan 4 kilometr aralıda
yerləşən Xan bağı adlı yerə gəlib
burada düşərgə saldı. Lisaneviç
xanın qalaya dönməsini tələb etdi. Xan öz oğlu Mehdiqulu ağanı Şuşaya
göndərib, səhəri özünün də
Şuşaya gələcəyini bildirdi. Mir Mehdi Xəzani
yazır: «..şul gecə şeytanlıq
peşəsi olan şər adamlar mayora şərarət edib,
deyiblər ki, İbrahimxəlil xanın Qızılbaşla
güftüqusu var. Bu gecə xanın yanında çox cəmiyyəti
- külli və qoşun var ki, Qızılbaşdan gəlib
hazırdırlar». J.Xəzaninin bu sözlərini belə bir
fakt da təsdiq edir ki, məlik Cəmşid mayor Lisaneviçə
çuğulluq edərək bildirmişdi ki, guya xan Fətəli
şahla gizli əlaqə saxlayır və şah Qarabağa
qoşun göndərmişdi.
Həsən Əlizadə
özünün «Şuşa şəhərinin tarixi»
adlı əsərində baş vermiş hadisəni belə
təsvir edir: «Fitnəkarların aravurması nəticəsində
gecə mayor Lisaneviç Şuşadan çıxıb
xanın düşərgəsinə hücum etdi. Xan
çadırdan mayoru gördü: «Gecənin bu vaxtında nə
hadisə üz verib» - deyə sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş
Lisaneviç çadırlara atəş açmaq
üçün əsgərlərə əmr etdi. Həmin gecə çadırda olanlardan 17 nəfəri
öldürüldü. Ölənlər içərisində
İbrahimxəlilxəlil xan, arvadı Tuba xanım,
qızı Səltənət bəyim, 12 yaşlı bir
oğlu, həmçinin Kəbirli Abbasqulu ağa, Hacı Həsənəli
bəy, Əli bəy, Mirzə Haqverdi, qərvəndli Hümmət
bəy, Sarıcalı Gülməli bəyin oğulları
Cavanşir və Həsən ağa, nökərlərdən
qərvəndli Əlipənah, əfşar Cavanşir və
Mirzə Nağı, Kəbirli Əcəməlinin oğlu
Hacı Həsən iki oğlu ilə, iki nəfər
Şelli və iki başqa adam
öldürülmüşdü. Həmin
qanlı faciəli gecədə Mehdiqulu ağa və Cəfərqulu
ağa Şuşada idilər».
Rzaqulu bəy Mirzə Camal oğlu cəmi
17 nəfərin qətlə yetirildiyini yazır, lakin ölənlərin
adlarını sadalayarkən belə çıxır ki, əslində
21 nəfər qətlə yetirilmişdir. O yazır:
«Lisaneviç o gccə allahın qəzasından İbrahimxəlil
xanı, arvadı Tuba xanımı, qızı Səltənət
bəyimi, 12 yaşlı bir oğlunu, həmçinin Kəbirli
Abbasqulu ağanı, Hacıhəsənli bəyi və Mirzə
Haqvcrdini, qərvəndli Hümmət bəyi, sarıcalı
Gülməli bəyin oğlu Cavanşiri və Həsənağanı,
qərvəndli qulluqçu Əli Pənahı, əfşar
Cavanşiri və Mirzə Nağını, Kəbirli Əcəmoğlunun
oğlu Hacı Həsəni və onun iki oğlunu, iki nəfər
Şelli və iki nəfər başqa adamı, cəmi 17 nəfəri
öldürdü».
Professor Tofiq Mustafazadənin
araşdırmasında bildirilir ki, törədilən qətl
o dərəcədə böyük amansızlıqla həyata
keçirilmişdi ki, o nəinki Qarabağda, hətta
qonşu ərazilərdə belə əhalinin dərin hiddətinə
səbəb olmuşdu. Təəsüf ki, İbrahimxəlilxəlil
xanın oğlu Mehdiqulu xan və nəvəsi Cəfərqulu
ağa yaranmış vəziyyətdən rus
qoşunlarını Qarabağdan qovub çıxarmaq
üçün istifadə etmədilər. Onlar bunun tamam əksinə hərəkət etdilər
və guya heç bir şey olmamış kimi rus ordusu
üçün taxıl və ərzaq tədarük etməyə
başladılar. İbrahimxəlilxəlil
xan və onun ailə üzvlərinin vəhşicəsinə
qətlə yetirilməsi təsadüf, yaxud bir və ya bir
neçə nəfərin Lisaneviç və onun ətrafındakıların
düşünülmüş niyyətlərinin nəticəsi
idimi və yaxud da rus komandanlığının
planlarının həyata keçirilməsi ilə
bağlı idimi? Bu barədə
tarixşünaslıqda müxtəlif mülahizələr
mövcuddur. Çoxları bu faciəni
yalnız Lisaneviçin düşünülməmiş,
cinayətkar hərəkətinin nəticəsi sayırlar.
Ancaq çox güman ki, bu qətldə rus
komandanlığının da günahı olmamış
deyil, ən azı komandanlığın İbrahimxəlilxəlil
xana qarşı olan etimadsızlığının,
Lisaneviç və Corayevin qoca xanla həqarətli
davranışına göz yummasının məntiqi nəticəsi
olmuşdu. F.Abasov yazır ki, Sisianov İbrahimxəlil
xana qarşı yalnız sözdə səmimi idi və ola bilər ki, gizli göstərişi ilə
xanın müqəddəratını həll etmişdi.
Sisanovun bu cür hərəkət etməsinə
aşağıdakılar səbəb ola
da bilərdi: Əvvəla, İbrahimxəlilxəlil xan Rusiya
təbəəliyini qəbul etməyə dərhal razı
olmamışdı. İkincisi o, qeyri-xristian
idi; üçüncüsü xaınn Qacarlar tərəfinə
keçməsi təhlükəsi vardı.
Dördüncüsü, Sisianov hesab edirdi ki, xanın ətrafindakılarm
bir hissəsi iranpərəstdir və onlar xanı şaha tərəf
meyl göstərməyə sövq edə bilərlər,
şübhə var idi ki, xan gizli surətdə Fətəli
şahdan məktublar alır və bu barədə rus hakimiyyət
orqanlarını məlumatlandırmır. Sisianov İbrahimxəlil
xanın rus hərbi dəstəsinə hərbi yardımı
ləngitməsindən, Fətəli şahın tərəfdarı
olan naxçıvanlı Abbasqulu xanın Şuşa
sarayında saxlanmasından və İbrahimxəlilxəlil
xanın bir sıra digər hərəkətlərindən
narazı idi. Beşincisi, xan ailəsinin yeganə
çox inandığı üzvü, taxtın varisi Məhəmmədhəsən
ağa vərəmdən ölmüşdü.
Sisianovun çara ünvanladığı
raport da Məhəmmədhəsən ağanın vəfatından
sonra Qarabağ xanlığında vəziyyətin gərginləşdiyini
sübut edirdi. Sisianov yazırdı ki, bu ölüm ilə o,
Qarabağda etibarlı dayağından məhrum olmuşdu.
Sisianov hesab edirdi ki, xan taxtının növbəti
varisi - Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu
ağanın taxta çıxmasına əmilərinin
maneçilik törətməmələri üçün
mayor Lisaneviçə əmr etmişdi ki, əmilərin
davranışına nəzarət etsin, vəliəhdə isə
hərtərəfli yardım göstərsin.
Professor Tofiq Mustafazadənin
araşdırmasında bildirilir ki, Sisianov İbrahimxəlil
xana 20 iyul 1805-ci il tarixli məktubunda onu sədaqətsizlikdə
və qeyri-minnətdarlıqda ittiham edirdi. General xarici işlər
naziri A.Çartorıyskiyə 23 iyul 1805-ci il
tarixli məktubunda isə xanın sədaqətinə
şübhə etdiyini, xanın qarabağlıları ruslara
qarşı qaldıran iranpərəst xainlərlə əhatə
olunduğunu yazırdı. Bununla əlaqədar
Çartorıyski İbrahimxəlil xana yazırdı: «Siz,
eviniz və bütün Qarabağ mülki Rusiya himayəsinə
yalnız onun üçün qəbul edilmişdir ki, İran
təhlükəsindən müdafiə olunasınız. Elə
ilk dəfədən siz ali monarxın himayəsinin
gücünü İran ordusu xanlığı təhdid edən
zaman görmüsünüz ki, mülkləriniz və
Şuşa qalası təhlükəli bədxahlarınızdan
qorunub».
Çartoriyski xanı məzəmmət
edərək yazırdı ki, o, nəinki, Sisianova qeyri-səmimi
cavablar verərək rusların müdafiə olunmasına
yardım göstərməyib, hətta polkovnik Karyağinin
sursata böyük ehtiyacı olan hissəsinə azacıq da
köməklik etməmişdi. Buna görə də imperator sizdən narazıdır və
məsləhət görür ki, xan düzgün yola qədəm
qoysun, əhatəsindəki düşmən tərəfin tərəfdarları
ilə əlaqədən imtina etsin və onları rus tərəfinə
versin. Sisianovun İbrahimxəlilxəlil xana 11 sentyabr 1805-ci il
tarixli məktubundan məlum olur ki, onların arasındakı
münasibətlərin soyumasına təsir edən səbəblərdən
biri də bu olmuşdu ki, şamaxılı Mustafa xan Ağa Məhəmməd
şah Qacarın yürüşləri zamanı
Şamaxı xanlığına sığınmış
qarabağlıları geri qayıtmağa qoymamış və
İbrahimxəlilxəlil xan Sisianovdan tələb etmişdi
ki, əvvələr söz verdiyi üçün bu məsələni
həll etməkdə ona hərbi qüvvə ilə köməklik
göstərsin. Sisianov cavabında bildirib ki, əvvəllər
o bu vədi verərkən Mustafa xan Rusiya təbəəsi
deyildi, indi isə Rusiya himayəsinə və təbəəliyinə
nail olmaq istədiyindən general bu işi edə bilməz.
İbrahimxəlil xan bu cür cavabdan qəzəblənərək
bildirmişdi ki, əgər həmin ailələr geri
qaytarılmasa, Rusiyaya xidmət edə bilməz. Sisianov da bildirirdi ki, bunu eşidib Rusiya
çarının İbrahimxəlil xanın təbəəliyə
qəbul olunması, onun və oğlanlarının hərbi
rütbələrlə təltif olunması haqqında fərmanı
Peterburqa geri göndərib xanın müqaviləni
pozduğunu bildirəcək. Ancaq hələ Elizbar
Eristovu göndərib onun vasitəsilə bildirir ki, o əgər
ailələrin az hissəsinin
qaytarılması ilə rastlaşsa bu məsələni Sisianov
Mustafa xanla danışıqlarda həll edə bilər. Bir müddətdən sosnra Sisianovun İbrahimxəlilxəlil
xanla məktublaşmasında danışıq tərzinin bir
qədər dəyişməsinin şahidi oluruq. 1805-ci il oktyabrın 1-də yazdığı məktubda
artıq Sisianov xanlığın Rusiya təbəəliyinə
qəbul olunması, xanın və oğlanlarının təltif
olunması haqqında fərmanı göndərdiyini, xana dost
münasibət bəslədiyini yazırdı. Eyni
zamanda Sisianov mayor Lisaneviçi Şuşada baş verən
mühüm hadisələr haqqında vaxtlı-vaxtında onu
xəbərdar etmədiyinə görə danlayır, hətta
onun xanla və ətrafındakılarla əlbir olması barədə
şübhə yarandığım bildirirdi. Sisianov bildirirdi ki, Məhəmmədhəsən
ağa ölmüşdür, xanm digər oğlanları
Mehdiqulu ağa və Xanlar ağa Mirzəli bəy və Fəzi
bəylə əlbir olduqlarına görə onların xan
taxtına çıxmalarına yol vermək olmaz. Sonuncular Əbülfət xanla əlbirdirlər,
Əbülfət xan isə Qarabağa qayıtmaq niyyətindədir,
belə olduqda isə Qarabağ İranın hakimiyyəti
altına düşə bilər.
Tədqiqatçı hesab edir ki, Məhəmmədhəsən
ağanın simasında Rusiyaya sadiq vəliəhdi itirən
rus komandanlığı xanlıqda hakimiyyətə Rusiya
üçün arzuolunmaz şəxslərin gəlməsinin
qarşısım almaq üçün xanı və onun
oğlanlarını məhv edə bilərdilər. Hətta Lisaneviçə
tapşırıldı ki, Cəfərqulu ağaya təlqin
etsin ki, Qarabağda Rusiyaya sədaqətli adamlardan özünə
tərəfdarlar toplasın. Bu diqqətə
alınmalı bir mülahizədir. Lakin ortaya bir sual
çıxır: niyə görə onda ruslar İbrahimxəlilxəlil
xanla bir vaxtda qalada olan oğlanları Mehdiqulu ağa və
Xanlar ağanı da qətlə yetirib birbaşa Məhəmmədhəsən
ağanın oğlu olan və buna görə də vəliəhdliyə
ən real namizəd olan, həm də Rusiyaya loyal münasibətilə
seçilən Cəfərqulu ağanı hakimiyyətə gətirmədilər.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 26 iyun.- S.13.