XIX əsrin əvvəllərində
Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti
5-ci yazı
Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə yazır: “Digər bir
sual: ruslar qorxmurdularmı ki, İbrahimxəlil xanı
öldürməklə Əbülfət xanın Qarabağda
hakimiyyəti ələ almasına şərait
yaratmış olarlar?” Sisianov mayor Lisaneviçə 23 noyabr
1805-ci il tarixli əmrində mayoru məzəmətləyirdi
ki, nəyə görə Məhəmmədhəsən
ağanın vəfatı barədə dərhal onu məlumatlandırmayıb,
çünki axı o vəliəhddir. Knyaz Lisaneviçə
bildirirdi ki, İbrahimxəlil xanın vəfatından sonra nə
Mehdiqulu ağanı, nə də Xanlar ağanı hakimiyyətə
buraxmaq olmaz, çünki onlar Qarabağa qayıtmağa
hazırlaşan Əbülfət xanla əlbir olan Mirzə
Əli bəy və Fəzi bəylə həmfikirdirlər. Bunun üçün çalışmaq
lazımdır ki, nə Mehdiqulu ağa, nə də Xanlar
ağanın öz tərəfdarlarım artırmalarına
imkan verilməsin. Mayor emosional
xarakterli Cəfərqulu bəyə gizli surətdə məsləhət
görməli idi ki, özünü təmkinli aparsın və
Qarabağdakı Rusiya tərəfdarlarını öz ətrafına
toplasın. Abasovun digər bir mülahizəsi
bundan ibarətdir ki, 1806-cı ilin fevralında Sisianovun
Bakının qapıları önündə
öldürülməsi də İbrahimxəlilxəlil
xanın qətlinə stimul yarada bilərdi. Rus komandanlığı Azərbaycan xanlarından
birini öldürməklə digərlərinə dərs vermək
istəyirdi. Xanın qətlə yetirilməsindən bir
müddət sonra Şuşa
ağsaqqalları rus hakimiyyət orqanlarına şikayət ərizəsi
yazmışdılar. Onlar bildirirdilər ki, həm
Lisaneviç, həm də Corayev əhali ilə pis rəftar
edir və müqaviləni pozurlar, buna etiraz olaraq xan bir arvadı
və üç uşağı ilə Şuşanı tərk
etmişdi, ancaq hər 2-3 gündən bir qalaya gəlib digər
ailə üzvlərinə baş çəkirdi. Xan Qacarların hərbi qüvvələrinin
Şuşaya yürüşündən xəbər tutub, rus
hərbi dəstəsinin qalanı müdafiə etməyə
qadir olmadığım nəzərə alıb qacarlarla
danışığa girmişdir ki, onların hücumunun
qarşısını alsın. Ancaq
Lisaneviç və Corayev hərbi dəstə ilə gecə
qəfil basqın edib xanı, arvadını, bir oğlunu və
bir qızını, eləcə də 30 adamım qətlə
yetiriblər. Əgər rus zabitlərinin
xanın sədaqətinə şübhələri yaranmışdısa
onu həbs edib bu barədə çara xəbər verə
bilərdilər. Şah qoşunlarının hücumu
vilayətə böyük zərbə yetirdiyindən
Qarabağ müvəqqəti olaraq bac
ödəməkdən azad olunsa da Lisaneviç şəhərdən
böyük məbləğdə pul toplamışdı. Şuşalılar cinayəti təhqiq etməyi tələb
edirdilər. Əgər Məlik Cəmşidin
sözlərinə inansaq, İbrahimxəlil xanın qətlə
yetirilməsində oğlu Mehdiqulu xanın da müəyyən
rolu olmuşdu. Belə ki, məlik 1806-cı il mayın sonunda general Nesvetayevə
yazırdı ki, İbrahimxəlil xan yolunu azıb,
iranlılara danışığa girib, onların qoşununu
yaxına çağırıb ki, özü onlarla birləşib
Şuşanı dörd tərəfdən mühasirəyə
alsın. Ancaq Mehdiqulu ağa və Cəfərqulu
ağa rus hökmdarına qulluq göstərməkdə davam
edirlər. Onlar Dmitri Tixanoviç
Lisaneviçin yanına gəlib bildirmişdilər ki, biz
hökmdara qulluq göstərməkdə davam edəcəyik və
atamıza nə qədər söyləmişik ki, rus
hökmdarına qulluq göstərməkdə davam etsin, ancaq
o, öz bildiyini etməkdə davam edir. Bundan sonra siz istədiyiniz
kimi hərəkət edə bilərsiniz: “Qanunlar və böyük
hökmdarın mənəafeyi necə tələb edirsə
eləcə də hərəkət edin!” Məlik
Cəmşid yazırdı ki, guya o gecə Lisaneviçin
İbrahimxəlil xana basqın etməkdən başqa yolu yox
idi, çünki səhərisi günü qacar
qoşunları gəlməli idi. Beləliklə,
güman etmək olar ki, İbrahimxəlil xanın qətlə
yetirilməsinin bir neçə səbəbi ola
bilər.
Professor Tofiq Mustafazadənin
araşdırmasında bildirilir ki, İbrahimxəlil xanın
və onun bir neçə ailə üzvünün qətlində
günahkar olan Lisaneviç və Corayev cəzalandırılmadılar,
yalnız ayrı xanlığa keçirildilər. Qeyd edək ki, Lisaneviç 1825-ci il iyulun 18-də Şimali Qafqazda
Dağıstanda Aksayın yaxınlığında Gersel
aulunun yanında əsir götürülmüş kumuklara cəza
verərkən onların birinin xəncər zərbəsi ilə
öldürülmüşdü. Qudoviç hərbi-quru
qoşunlarının naziri Vyazmitinova 21 avqust 1806-cı il
tarixli məktubunda yazırdı ki, Gürcüstandakı rus
qoşunlarının komandanı general Ncsvetayevin ona göndərdiyi
raportdan aydınlaşır ki, Lisaneviç və Corayev
heç bir səbəb olmadan yeger dəstəsi ilə
yanında silahlı adamlar olmayan, yalnız 35 kişi və
qadın xidmətçi, 1 arvadı və 3 azyaşlı
uşağı olan İbrahimxəlilxəlil xanı qətlə
yetiriblər. Xan Şuşa ilə üzbəüz
bağların yanındakı dağda heç bir istehkamı
olmayan bir yerdə imiş və dəstənin
qarşısına özü çıxmış, heç
bir atəş açmamışdı, əsgərlər isə
atəş açmağa və silahsız adamları
süngüləməyə başlamışlar.
İbrahimxəlil xanın qətlə
yetirilməsinin Qarabağda Rusiya əleyhinə
çıxışların başlanmasına gətirib
çıxaracağından qorxuya düşən rus
komandanlığı əlavə təhlükəsizlik tədbirləri
görməyə məcbur oldu. Baş verə biləcək
çıxışların başqa ərazilərə
yayılmasına yol verməmək üçün Tiflisdən
Gəncəyədək bütün ərazilərə
keşikçi dəstələri yerləşdirildi. Eyni zamanda Qarabağ xanlığının ərazisinə
əlavə qoşun yeridildi. General
Nebolsinin başçılıq etdiyi bu qoşun şah
ordusunu Qarabağ ərazisindən qovmağı
planlaşdırmaqla yanaşı, görünür, həm də
burada Rusiya əleyhinə baş verə biləcək
çıxışların qarşısını almaq məqsədi
güdürdü.
General Nebolsinin köməyə gəlmiş
rus hərbi dəstəsi əvvəlcə Şahbulaqda, sonra isə
Əsgəran yaxınlığında düşərgə
saldı. Bu xəbəri
eşidən Mehdiqulu xan rus qoşunları ilə birləşmək
üçün Şuşadan çıxaraq Əsgərana
tərəf hərəkət etdi. Mehdiqulu
xanın dəstəsi ilə birləşən general Nebolsin
şah ordusu üzərinə hərəkət etdi. Həlledici
döyüş 1806-cı il iyul
ayının 15-də Xonasen adlanan yerdə baş verdi və
yeddi saata qədər davam etdi. Döyüş
Abbas Mirzənin ağır məğlubiyyətə
uğraması və Qarabağın ərazisindən
qovulması ilə nəticələndi. Qorxuya
düşən Əbülfət ağa Qarabağ əhalisinin
xeyli hissəsini özü ilə götürüb
Naxçıvan və Ordubad tərəfə hərəkət
etdi. Mehdiqulu xanın qardaşı oğlu
Cəfərqulu ağa mayor Lisaneviçlə birləşərək
Əbülfət xanı təqib etməyə başladı.
Qapan və Ordubad dağlarında baş verən
döyüşdə Əbülfət ağa məğluğiyyətə
uğradı, onun özü ilə apardığı əhali
isə geri qayıtdı.
1806-cı ilin sentyabrında Qafqazdakı
rus qoşunlarının komandanı təyin edilmiş
general-feldmarşal İ.V.Qudoviç İbrahimxəlil
xanın böyük oğlu Mehdiqulu xanı Qarabağ xam təyin
etdi. Qeyd etmək lazımdır
ki, İbrahimxəlilxəlil xanın Məhəmmədhəsən
ağadan olan nəvəsi Cəfərqulu ağa da xanlıq
iddiasında idi. O, Qudoviç hələ Tiflisə gəlməmişdən
ora getmiş və baş komandanla görüşərək
bildirmişdi ki, atası Məhəmmədhəsən ağa
İbrahimxəlilxəlil xanın rəsmi varisi olduğundan
taxt ona çatır. Qudoviç bildirmişdi ki,
Lisaneviç İbrahimxəlil xan qətlə yetirilən kimi
on yeddi yaşında olan Cəfərqulu ağanı
xanlığa məqbul bilməyib, Nesvetayevə yazıb ki,
İbrahimxəlil xan hələ sağlığında
Mehdiqulu ağanə öz varisi etdiyindən onu xan təyin etmək
lazımdır. İmperatordan artıq Mehdiqulu ağanın adına xanlıq fərmanı gəlmişdi.
Ola bilər planlaşdırırdılar ki,
hakimiyyətə Cəfərqulu ağam gətirsinlər.
Çünki onu vəliəhd hesab edir və
ondan vəliəhd kimi danışırdılar. Ancaq
İbrahimxəlil xan qətlə yetirildikdən sonra fikirləşiblər
ki, 17 yaşlı Cəfərqulu ağanı xan elan etsələr
bu xanlıqdakı vəziyyəti daha da kəskinləşdirər,
əhali arasında böyük nüfuzu olan Mehdiqulu
ağanın da Rusiya əleyhdarları sırasına
keçməsinə səbəb olar. Buna
görə xanlıq ərazisinə nəzarəti əldə
saxlamaq üçün müvəqqəti idarəliliyi
Mehdiqulu ağaya tapşırmağı qərara alıblar.
Qudoviç Tiflisə varid olandan sonra Mehdiqulu xan
öz əyanları və bir sıra bəylərlə gəlib
Rusiya hökumətinə sədaqət andı içdi.
Xan taxtını əldə edə bilməyən
Cəfərqulu ağa bildirdi ki, xan ona 36 kənd
bağışlayıbmış, ancaq o daha çox kənd
istədiyindən buna razı olmamışdı. İndi vaxtilə alası Məhəmmədhəsən
ağanın mülkiyyətində olan həmin 36 kəndin
ona verilməsini istəyir. Qudoviç
Mehdiqulu xana tapşırıb ki, həmin kəndləri məvacib
əvəzinə Cəfərqulu ağaya versin. Cəfərqulu ağa isə həmin kəndlərin
onun tam mülkiyyətinə verilməsini israr etmişdi.
Qudoviç bu tələblə
razılaşmamışdı. Mehdiqulu xan
da bildirmişdi ki, iddia olunan kəndlər heç vaxt Məhəmmədhəsən
ağanın mülkiyyətində olmamışdı. Beləliklə də Mehdiqulu xanla qardaşı
oğlu Cəfərqulu ağa və onun qardaşı Xancan
ağa arasında ədavət yaranmışdı. Şah Cəfərqulu ağaya xan titulu verib
Qarabağın Taxta qapı adlanan mahallarını və
Əhər qəsəbəsini ona
bağışlamışdı. Qafqazdakı
rus qoşunlarmm baş komandanı knyaz Pauliççi
Qarabağda vəziyyətin mürəkkəbliyini
görüb Şuşaya gəldi. Pyotr
Stepanoviç Nesvetayev Pauliçinin yanına gələrək
Mehdiqulu xanın guya qacarlarla əlaqə saxlamasım bəhanə
edib, onun hakimiyyətdən kənarlaşdırılmasına
nail olmaq istədi. Ancaq Pauliçi öyrəndi
ki, Mehdiqulu xan şah, yaxud vəliəhd tərəfindən gələn
elçilərlə görüşləri haqqında daim
Şuşadakı rus taborunun rəisinə məlumat
vermiş və razılaşdırmadan heç nə etməmişdi.
Buna görə də Mehdiqulu xan taxtda
saxlandı. Vəziyyət o dərəcədə
ağırlaşmışdı ki, əhalinin əksəriyyəti
təsərrüfatla məşğul olmaq imkanım belə
itirmişdi. Rus işğalının əhali
üçün olmazın bəlalar gətirdiyini görən
Azərbaycanın bir çox feodal hakimləri, o cümlədən
qarabağlı Mehdiqulu xan rus komandanlığı ilə əvvəlki
kimi əməkdaşlıq etməkdən imtina edir, bəzi
hallarda isə İran tərəfinə keçmək
üçün imkanlar axtarırdılar. Bu bir
çox cəhətdən Rusiya hakimiyyət
orqanlarının amansızlığı və onlarla təhqiramiz
şəkildə rəftar etmələri ilə bağlı
idi. Şübhəsiz ki, həm də
Mehdiqulu xan öz atasının mayor Lisanoviç tərəfindən
amansızlıqla qətlə yetirilməsini unuda bilməzdi.
Qarabağ xanlığı şah ordusunun
hücumları nəticəsində ciddi dağıntılara
məruz qalırdı. 1810-cu ilin əvvəllərində 2 min nəfərlik
şah hərbi dəstəsi Qarabağ
xanlığını ələ keçirmək
üçün mühüm strateji əhəmiyyəti olan
Mehri kəndini almaq istədi. Bir neçə il sonra rus hökuməti Mehdiqulu xanın
Qarabağa qayıdıb burada yaşamasına icazə verdi. Məlum olduğu kimi 1826-cı ildə Rusiya ilə
Qacarlar arasında yeni müharibə başlamışdı.
Bu zaman İrana qaçmış Şimali Azərbaycan
xanlarının bir çoxu öz xanlıqlarına
qayıdır və əhali kütləvi surətdə
üsyan qaldıraraq onlara qoşulurdu. Gəncədə,
Bakıda, Lənkəranda belə olmuşdu. Mehdiqulu
xan da Qarabağa gələrdisə nəticəsi Rusiya
üçün yaxşı olmazdı. Buna
görə də rus komandanlığı onu öz tərəfinə
çəkmək qərarına gəldi. Qafqazdakı rus qoşunlarının yeni baş
komandanı İ.F.Paskeviçin tapşırığı ilə
müsəlman əyalətlərinin yeni rəisi polkovnik
İ.N.Abxazov xanla əlaqə yaratdı. Mehdiqulu xana
general-mayor rütbəsini qaytarmaq, onun İrandan özü ilə
gətirdiyi 300 ailənin idarəsini ona həvalə etmək,
xana illik 4 min əşrəfi təqaüd təyin etmək təklif
olunurdu.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.-
2018.- 28 iyun.- S.13.