XIX əsrin əvvəllərində
Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti
Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirən Rusiya tədricən öz daxili müstəqilliklərini saxlamış Azərbaycan xanlıqlarını ləğv etmək siyasəti yeritdi
6-cı
yazı
Tarix üzrə elmlər doktoru, professor
Tofiq Mustafazadə yazır ki, şah qoşunlarının
komandanlığı mühüm strateji əhəmiyyəti
olan Mehri kəndinin itirilməsi ilə barışmaq istəmir
və onu geri qaytarmaq üçün cəhdlərini daha
inadkarlıqla davam etdirirdi. 1811-ci ildə Cənubi Qafqazdakı
rus qoşunlarının komandam təyin edilmiş
Pauliççi hərbi nazirə yazdığı məktubda
göstərirdi ki, «İranlılar özlərinin
bütün qüvvələrini bizim Arazın lap sahilində
yerləşən Mehridəki mövqelərimizi ələ
keçirməyə və Qarabağ xanlığının
qarət edilməsinə yönəldirlər». Lakin İran
ordusu iki dəfə Mehrini ələ keçirməyə cəhd
göstərsə də öz məqsədlərinə nail
ola bilmədi. Mir Mehdi Xəzaninin yazdığından belə
məlum olur ki, 1811-ci ildə Abbas Mirzə ordusu ilə
Qarabağa daxil olduğu zaman elçilər və məktublar
göndərərək Cəfərqulu ağanı və onun
tabeçiliyində olanları şah tərəfinə
keçməyə dəvət etmiş, Mehdiqulu xan məktublardan
bir neçəsini ələ keçirərək rus
komandanlığına təqdim etmişdir. Muşketyor
taborunun rəisi, mayor Jenya tutulan adamları və fərmanları
Şuşa qalasında olan dəstənin komandanı
polkovnik-leytenant Lenkoviçə göndərmişdi.
Lenkoviç Cəfərqulu ağanın tutlub Tiflisə
göndərilməsi haqqında əmr vermişdi. Cəfərqulu
ağanı həbs edib, bir kapitan və bir bölük əsgərin
müşayəti ilə Tiflisə yola saldılar. Tərtər
çayından keçəndə Cəfərqulu ağa
onunla birlikdə atın tərkində oturmuş rus əsgərini
yıxıb qaçmış, Abbas Mirzənin düşərgəsinə
gəlmişdi. Abbas Mirzənin qoşunları ilə
Qırçı qışlağında baş verən
döyüşdə ruslar və onunla birlikdə vuruşan
Mehdiqulu xan məğlubiyyətə uğradı. Mayor Jenya,
daha bir mayor, bir kapitan və başqa bir neçə nəfər
rus zabiti həlak oldu. Mehdiqulu xan on iki nəfərlə bir təhər
aradan çıxıb özünü Şuşaya yetirdi.
Qışlaqdakı rus döyüşçüləri qacar
qoşunlarına təslim oldular.
I Rusiya-İran müharibəsi
dövründə Qarabağdan əhalinin İrana
köçürülməsi və qaçması kütləvi
xarakter almışdı. Rus ordusunun Qarabağ dəstəsinin
rəisi Kotlyarevski yazırdı ki, Qarabağ
xanlığı 1805-ci ildə Rusiyanın hakimiyyəti
altına keçdiyi vaxt burada 10 min ailə, 1808-ci ildə tərtib
edilmiş cədvələ görə isə 7474 ailə
yaşayırdı. Aparılan hesablamalara görə
1806-cı ildə bu ailələrdən 367-si, 1809-cu ildə
323-ü, 1810-cu ildə 276-sı, 1811-ci ildə 274-ü,
1812-ci ildə isə 977-si İrana
köçürülmüşdü. Bundan əlavə,
xanlıqda yaşayan daha 2628 ailə öz yaşayış
yerlərindən qaçaraq dağlarda gizlənirdilər. Deməli
xanlıqda cəmi 5 min ailə qalmışdı. Ancaq
polkovnik Aspevin məlumatına görə cəmi 3080 ailə
qalmışdı. Çünki xeyli adam da digər
xanlıqlara [təkcə Şəki xanlığına 1000
ailə] qaçmışdı.
Qarabağ xanlığı ərazisində
rus və qacar orduları arasında gedən hərbi əməliyyatlar
xanlığın iqtisadiyyatını məhv edir, sakinləri
müxtəlif yerlərə qaçmağa vadar edirdi.
A.Yermolovun hökumətə 1817-ci ilin martında göndərdiyi
raportunda da deyilirdi ki, 1805-ci ildə xanlıq Rusiya hakimiyyəti
altına girdiyi zaman burada 10 mindən çox ailə
yaşayırdısa, 1812-ci ildə cəmi 3080 ailə
qalmışdı. 1813-cü ildə Azərbaycan xalqı
üçün böyük bəlalar törətmiş olan
I Rusiya-İran müharibəsi Rusiyanın qələbəsi
ilə başa çatdı. Həmin il oktyabrın 12-də
Qarabağın Gülüstan kəndində
bağlanmış müqaviləyə görə Qacar
sarayı özünün Azərbaycan torpaqlarına, o
cümlədən Qarabağ xanlığına olan
iddialarından imtina elədi. Bununla da Azərbaycan
torpaqlarının Rusiya və İran arasında
bölüşdürülməsinin birinci mərhələsi
başa çatmış oldu.
Gülüstan müqaviləsi
imzalandıqdan sonra Cənubi Qafqazda öz mövqelərini
xeyli möhkəmləndirən Rusiya tədricən öz
daxili müstəqilliklərini saxlamış Azərbaycan
xanlıqlarını ləğv etmək siyasəti yeritməyə
başladı. 1819-1820-ci illərdə Şəki və
Şamaxı xanlıqları ləğv edildi. Qarabağ
xanlığının ləğv edilməsi işinə isə
hələ 1817-ci ildən başlanmışdı. Ümumiyyətlə,
Azərbaycan xanlarına, o cümlədən Qarabağ
xanına münasibət 1816-cı ildən A.P.Yermolov
Qafqazdakı rus qoşunlarının baş komandam təyin
olunandan sonra kəskin surətdə dəyişmişdi.
Qafqazda müstəmləkəçilik siyasətinin
gerçəkləşdiricisi olan Yermolov 1817-ci ilin
fevralında I Aleksandra yazırdı ki, imzalanan traktatlarla
xanlıqların idarəsi irsi olaraq xanlara verildiyindən idarə
etdiyimiz vilayətləri uzun müddət yenidən qura bilməyəcəyik,
bu zəngin və varlı vilayətlərdə rus
qanunları yalnız xanların irsi hakimiyyəti ləğv
edildikdən sonra işləyə bilər. Öz təklifinə
haqq qazandırmaq üçün Yermolov Qarabağ
xanının xəyanət etdiyini və öldürüldüyünü,
xan taxtının varisi Cəfərqulu ağanın 1812-ci ildə
«xəyanət edərək İrana qaçdığmı»
xatırladır və Cəfərqulu ağanı Qarabağ
xanının varisi kimi təsdiqləməməyi xahiş
edirdi. Raportun sonunda Yermolov yazırdı ki, İrana gedib
qayıtdıqdan sonra bir sıra zəruri islahatları
keçirəcəkdir. Həmin il öz alayı ilə
Qarabağa gələn, mənşəcə Qarabağ
xristianı olan Mədətov faktiki olaraq idarəçiliyini
öz əlinə keçirdi. Mehdiqulu xan isə getdikcə
müxtəlif üsullarla sıxışdırıb hakimiyyətdən
uzaqlaşdırıldı.
Sonralar, 1827-ci ilin iyununda Mehdiqulu xan, o zaman
müsəlman əyalətlərinin rəisi olan general
İ.N.Abxazova yazırdı ki, Yermolov Qafqazdakı rus
qoşunlarının komandanı təyin olunandan sonra o, Mədətovla
birlikdə xana Qarabağı imperatora güzəştə
getməyi təklif etmişdi. Bir müddət sonra Mədətov
Mehdiqulu xanın yanına gələrək demişdi ki, onu
xanlığın idarəçiliyindən kənarlaşdıracaqlar,
mülklərini də əlindən alacaqlar, ancaq əgər
xan Mədətovla sövdələşə, mülklərindən
və təbəələrindən bir hissəsini ona güzəştə
getsə, Mədətov işi elə qurar ki, nə xanlıq,
nə də mülkləri əlindən alınar. Mədətov
bir neçə nəfərin yanında incilə əl basaraq
and içmiş və təminat kağızı vermişdi
ki, bundan sonra ona qarşı heç bir hərəkət etməyəcək,
ayrısının da, hətta general Yermolov olsun belə, ona zərər
yetirməsinə yol verməyəcək. Bundan sonra Mehdiqulu xan
məcbur olub Mədətova kəndlər, əkin yerləri,
yaylaqlar və qışlaqlar, icarə hüquqları, nəqd
pul və əşyalar «bağışlamışdı».
Bir müddət sonra Yermolov İranda olarkən
onu əvəz edən general Kutuzov Mehdiqulu xandan Mədətovun
knyaz [məlik] mənşəyinə malik
olub-olmadığını, xanın kəndləri və digər
əmlakı Mədətova könüllü verdiyini, yaxud
ondan zorlamı alındığını soruşmuşdu.
Xan Mədətovun atasının sadə qarabağlı
xristian kəndli Georgi olduğunu bildirsə də Mədətovdan
qorxduğu üçün kəndləri və əmlakı
ona könüllü bağışladığını
bildirmişdir. Mədətovun hiyləsini başa düşən
general Kutuzov Mehdiqulu xana «bağışladığı» kəndləri
və əmlakı geri almağa göstəriş vermiş və
xan belə də hərəkət etmişdi.
Ancaq Yermolov İrandan qayıtdıqdan
sonra Mehdiqulu xana göstəriş vermişdi ki, həmin kəndləri
və əmlakı yenidən Mədətova versin. Xan bu barədə
müvafiq sənədə qol çəkmişdi. Ancaq Mədətov
çox acgöz idi. Bir müddət sosnra o, Mehdiqulu xanı
yanına çağırıb bildirir ki, çar onun verdiyi
sənədi təsdiq etmişdi, ancaq xanın güzəşətə
getdiyi kəndlər və yerlər kifayət deyil, buna görə
sənədə yeni kəndlərin və yerlərin
adlarım əlavə etməyi tələb etmişdi.
Mehdiqulu xan həm də bir neçə
ildə 500 əşrəfi nəqd pulu da Mədətova
verirmiş. Mədətov həm də xanı vadar etmişdi
ki, Xədvart kəndini onun əmisi Petrosa, bir neçə kəndi
Mirzəcana və Mədətovun digər əmisi
oğlanlarına «bağışlasın». Sonda iş o yerə
çatmışdı ki, Mədətov adamlara Mehdiqulu xanm
yanına getməyi qadağan etmişdi. Vəziyyətin
getdikcə ağırlaşdığını görən
Mehdiqulu xan Mədətovun əmisi Petrosu yanına
çağırıb bildirmişdi ki, bütün əmlakını
verməyə hazırdır, yalnız ona ömrünün
sonunu vətəndə keçirməyə imkan versinlər.
Petros isə Mehdiqulu xana bildirmişdi ki, o, artıq
xanlıqdan məhrum edilmişdir, burada qalsa həbs olunacaq. Elə
bu zaman Cəfərqulu ağanı yaralayırlar. Məlum
olduğu kimi Mehduqulu xanla, qardaşı oğlu Cəfərqulu
ağa arasında gizli ədavət vardı (Cəfərqulu
ağa xanlıq taxtına iddia edirdi). Cəfərqulu ağa
qayğısız və əyləncəli həyat
keçirirdi. Bir gecə növbəti şənlikdən
qayıdan zaman ona güllə atirlar. Bu işdə Mehdiqulu xan
günahlandırıldı və bir neçə yaxın
adamı həbs olundu. Mədətov dərhal elan edir ki, bu Cəfərqulu
ağa ilə düşmənçilik edən həsəd
aparan Mehdiqulu xanın işidir. Mehdiqulu xanın hakimiyyətindən
əl çəkmədiyini görən Mədətov təxribata
əl atdı və onu adam öldürməyə cəhd
göstərməkdə günahlandırdı. Vəziyyətin
çıxılmaz olduğunu görən Mehdiqulu xan
İrana qaçmağa məcbur oldu. Bundan istifadə edən
çar hökuməti 1822-ci ildə Qarabağ
xanlığım ləğv etdi. Mehdiqulu xanm
yazdığına görə o heç də İrana getmək
üçün deyil, Tiflisə şikayət etməyə
getmək üçün Qarabağdan
çıxıbmış. Ancaq təqib olunduğunu
görüb qorxudan İrəvan tərəfə gedib.
Yermolov Mehdiqulu xanm hakimiyyətini məhdudlaşdırmaq
üçün hər bir bəhanədən istifadə
edirdi. Mehdiqulu xanın 1822-ci ilin noyabrın 21-də İrana
getməsi ani qəbul olunmuş qərarın nəticəsi
deyildi. Artıq bu ərəfədə xanın,
arvadlarının, bacılarının, yaxın
adamlarının əmlakları siyahıya alınmağa
başlanmışdı. Xanın bir neçə yaxın
adamını həbs etmişdilər. Mehdiqulu xanm
qardaşı oğlu Cəfərqulu ağaya qəsd
edilmiş və o yaralanmışdı.
Mehdiqulu xan İrana qaçmağa vadar
edildikdən sonra A.Yermolov bəyannamə yaydı. Xanm
qaçışı «xəyanət» kimi qiymətləndirilir,
xanlıq usul-idarəsinin ləğv edildiyi və
Qarabağın bilavasitə Rusiya idarəçiliyinə
keçirildiyi elan olunurdu. Məntiqlə və 1805-ci il
Kürəkçay müqaviləsinin şərtlərinə
uyğun olaraq Mehdiqulu xan Qarabağı tərk etdikdən
sonra hakimiyyət vəliəhd sayılan Cəfərqulu
ağaya keçməli idi. Ancaq rus hakimiyyət orqanları Cəfərqulu
ağanı və oğlu Kərim bəyi həbs edib kazak dəstəsinin
mühafizəsi altında Rusiyaya-Simbirskə göndərdilər.
Cəfərqulu ağa qaçmağa cəhd edərdisə
buna mane olmaq üçün silah işlətməyə belə
icazə verilirdi. Xanlıq ləğv edildikdən dərhal
sonra - 1823-cü ildə Gürcüstan baş naziri dəftərxanasının
rəisi Mogilevski və Gürcüstan alayının komandiri
Yermolov Qarabağda əhalini, torpağı, digər əmlakı,
gəlirləri siyahıya aldılar. Nəticələr
1866-cı ildə Tiflisdə nəşr olunmuşdu.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2018.- 29 iyun.- S.13.