XIX əsrin
əvvəllərində Qarabağ xanlığı
uğrunda rus-Qacar rəqabəti
7-ci yazı
Professor Tofiq
Mustafazadə yazır ki, Paskeviç Qarabağ
xanlığının bərpasını məqsədəuyğun
saymırdı. Ancaq Mehdiqulu xanın şəxsi mülklərini
ona qaytarmağı lazım bilirdi. Mehdiqulu
xan nəinki Rusiya tərəfə keçməyə razı
oldu, üstəlik onunla birlikdə Dərələyəz
dağlarına sığınmış elatları da gətirməyi
vəd etdi. Bu isə qacarların 4 min əla
süvarini itirməsi, rusların isə Cənubi Qafqazın sərhədlərini
qorumaq üçün möhkəm müdafiə əldə
etməsi demək idi. Razılıq əldə olunandan
sonra Mehdiqulu xanın rus tərəfinə keçməsinə
yardım göstərmək üçün general Pankratyevin
başçılığı ilə Kozlov alayının
iki taborundan, dörd yüz kazakdan və iki dağ topundan ibarət
dəstə mayın 27-də Cəbrayıl bağlarından
yola düşdü və 30-da Bazarçayı adlayıb
Ağ Karvansara adlanan yerdə düşərgə saldı. Xan axşama yaxın gəlib çıxdı.
Qacar qoşunları onu təqib edərək
bütün əmlakını ələ keçirmişdilər.
Ailəsini isə təqibdən Əli bəy
xilas etmişdi.
1830-cu ildə
də Cəfərqulu ağaya da Qarabağa qayıtmağa
icazə verdilər. Ancaq Qarabağ əhalisi rus müstəmləkə
üsul idarəsi ilə barışmaq istəmirdi. Təsadüfi deyildi ki, II rus-İran müharibəsi
dövründə, 1826-cı ildə vəliəhd Abbas Mirzənin
başçılığı ilə Qacar qoşunları
hücum edərkən Ağalar bəy başda olmaqla xeyli azərbaycanlı
onu sevinclə qarşılamışdı. Mehdiqulu xan 1845-ci ildə, Cəfərqulu ağa isə
1854-cü ildə vəfat ediblər.
Qarabağ xanlığı
1747-ci ildə Nadir şah Əfşar saray sui-qəsdi nəticəsində
qətlə yetirildikdən sonra, onun silah gücünə
yaradılmış imperiyası çoxlu xırda dövlətlərə
parçalandığı zaman Azərbaycan ərazisində
yaranmış 20 xanlıq içərisində maddi və
insan ehtiyatlarına görə seçilən xanlıqlardan
olmuşdu. Professor Tofiq Mustafazadənin
araşdırmasında bildirilir ki, Qarabağ
xanlığı heç də boş yerdə yox,
türk-müsəlman siyasi qurum və etnik zəminində
yaranıb inkişaf etmişdir. Xanlıq Səfəvilər
dövründə (1501-1736) mövcud olmuş mərkəzi Gəncə
şəhəri olan, Araz və Kür çayları
arasında, qərbdə Samxet dağları və
Göyçə gölünə kimi uzanan geniş bir ərazini
əhatə edən Qarabağ bəylərbəyinin zəminində
yaranmış və onun ərazisinin əsas hissəsini əhatə
etmişdi.
Qarabağ
xanlığının əsasını qoyan Pənahəli
xanın sələfləri və onun mənsub olduğu
Sarıcalı oymağı Qarabağın qədim sakinlərindən
idi. Sarıcalı oymağı Otuzikilər tayfa
ittifaqına aid olan Cavanşir tayfasına mənsub idi.
Qarabağ xanlığının tarixini dörd böyük
dövrə bölmək olar:
1. 1748-1763.
Xanlığın yarandığı və möhkəmləndiyi
dövr;
2. 1763-1797-ci
illər. Xanlığın qüdrətinin zirvəsi;
3. 1797-1805-ci
illər. Xanlığın tənəzzül dövrü;
4. 1805-1822-ci
illər. Xanlığın Rusiya təbəəliyinə
keçməsi və müstəmləkəyə
çevrilməsi dövrü.
Azərbaycamn
digər xanlıqlarından fərqli olaraq Qarabağ
xanlığının ərazisində mərkəz, təhlükə
zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli
bir yaşayış məntəqəsi yox idi. Ona görə
də əvvəlcə Kəbirili mahalında Bayat qalası,
1752-ci ildə Tərnəkütdə Şahbulağı
adı ilə tanınan qala inşa edilmişdi. Daha sonra
isə Pənahabad [sonralar Şuşa]
qalası salınmışdır. Şuşa qalasının
inşası təxminən 1756-cı ildə başa
çatmış, həmin il
Şahbulağı qalasının sakinləri, oymaqların və
bir neçə kəndlərin kəndxudaları ailələrini
köçürüb, bu qalanın içində yerləşdirilmişdi.
Qarabağ
xanlığının tarixi əhəmiyyəti həm də
onun müstəqil dövlətçiliyi qorumaq
üçün göstərdiyi qəhrəmanlıq
mübarizəsindədir. Məlumdur ki, 1795-ci ilin yayında
Ağa Məhəmməd xan Qacar 33 gün Şuşanı
mühasirədə saxlasa da qalanı ala bilməyərək
oradan Tiflisə yollanmışdı. Yalnız
Qacar 1797-ci ilin yazında yenidən Qarabağa təkrar
yürüş edərkən viran edlilən Qarabağda bu
zaman iqtisadi vəziyyət ağır, aclıq təhlükəsi
olduğuna görə də qalanı təkbaşına
müdafiə edə bilməyəcəyini yəqin edən
İbrahimxəlilxəlil xan kömək gətirmək
üçün qohumu avarlı Ümmə xanın yanına
getmişdi. Bəzi şəhər əyanlarının
xəyanəti üzündən qısa mühasirədən
sonra Şuşa təslim olmuşdu. Ağa Məhəmməd şah ikinci
yürüşündə Şuşanı zəbt edə
bilsə də Qarabağ xanlığım ləğv edə
bilməmiş, bir neçə gündən sonra buradaca saray
sui-qəsdi nəticəsində qətlə yetirilmişdi.
Bir dövlət
kimi Qarabağ xanlığının öz idarəçilik
aparatı var idi. Xanlıqda dövlətin başında
xan dururdu. Xanlıq irsən keçirdi.
Xanın ən yaxın köməkçisi vəzir
idi. İbrahimxəlilxəlil xanın
hakimiyyəti dövründə vəzir vəzifəsini
görkəmli Azərbaycan şairi Molla Pənah Vaqif icra
edirdi. Xan sarayında eşikağası, xəzinəağası,
anbardarağaşı, əmiraxur və başqa vəzifələr
vardı. Mahalları minbaşılar və
məliklər, kəndləri isə darğalar,
yüzbaşılar, kovxalar, məliklər, kəndxudalar idarə
edirdilər. Əslində minbaşı və
yüzbaşı rütbələri hərbi rütbələr
idilər. Onlar hərbi əməliyyatlar
zamanı min və yüz nəfərlik dəstələrə
başçılıq edirdilər. Mahal
naibləri həm inzibati, həm də məhkəmə
hakimiyyətinə malik idilər. Kəndxudalar
və kovxalar kənd icmaları tərəfindən
seçilirdilər. Onların
başlıca vəzifələri icma üzərinə
düşən vergiləri toplamaqdan və kənddə
asayişin qorunmasından ibarət idi. Xanlıqda
digər mühüm vəzi-fələrdən bir darğa vəzifəsi
idi.
Qarabağ ən
böyük hərbi qüvvəsi olan xanlıqlardan idi. Xan hərbi zərurət
olduqda 10-15 min döyüşçü toplaya bilirdi. Sıravi qoşunun əsas hissəsini elatlar təşkil
edirdi. Zərurət zamanında
mahalların və kəndlərin piyada tüfəngçiləri
mahal məlikləri ilə birlikdə qoşun
sıralarına alınırdılar. Xanlar
xanlığın müdafiə qabiliyyətini gücləndirmək
üçün qalalar və istehkamlar inşasına
xüsusi diqqət yetirirdilər. Məlum
olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk
dövründəcə Bayat və Şahbulağı
qalalarını inşa etmişdi. Xanlığın ən
etibarlı qalası Pənahabad - Şuşa
qalası idi. Şuşa qala divarlarının
möhkəmliyi Ağa Məhəmməd xan Qacarın
hücumları zamanı çox ciddi sınaqlardan uğurla
keçmişdi. Şuşanın yolu
üstündə də iki qala - Ağoğlan və Əsgəran
qalaları inşa edilmişdi.
Qacarların
Qarabağı tabe etmək cəhdləri puca çıxsa da
XVIII yüzilliyin sonu - XIX yüzilliyin əvvəllərində
Qarabağ xanlığının xarici siyasi vəziyyəti
mürəkkəb və olduqca ağır idi. Bir tərəfdən
yeni şah digər tərəfdən Rusiya xanlığı ələ
keçirməyi planlaşdırırdılar. Xan sarayının özündə də ixtilaf
müşahidə olunurdu. Xanın qocalığından
istifadə edib bütün idarə işlərini öz əllərinə
alan əyanlar bir-birinə düşmən
olan iki qrupa bölünmüşdülər. Bu qruplardan
xanın böyük oğlu Məhəmmədhəsən
ağanın başçılıq etdiyi qrup rusların Cənubi
Qafqazın işlərinə qarışmasım gözləyərək
heç bir vəchlə İrana tabe olmaq istəmir, xanın
digər oğlu Əbüliət ağanın
başçılığ etdiyi qrup isə əksinə, hər
vasitə ilə şahı razı salmağa
çalışırdı.
İlk əvvəllər
Qacar meylli qrupun üstünlüyü müşahidə
olunurdu. Bu qrupun təsiri ilə İbrahimxəlil xan şaha
bəzi zahiri tabeçilik əlamətləri göstərdi.
Eyni zamanda 1801-ci ildə Kartli-Kaxetiya
çarlığını ilhaq edən Rusiya qəti surətdə
Azərbaycan xanlıqlarının zəbt etməyə
çalışır. 1803-cü ilin sonunda mühasirədən
soma həmlə ilə Gəncəni alan
rus qoşunlarının komandam Sisianov 1804-cü ilin
yayında İrəvana yürüş edir, ancaq uğur
qazanmır. O, bundan sonra əsas diqqəti Qarabağ
xanlığının ələ keçirilməsinə
yönəltdi. İbrahimxəlil xandan
Rusiyanın himayəsinə keçmələrini tələb
etdi. Belə bir şəraitdə
Qarabağ xanlığında ruslara rəğbət bəsləyən
Məhəmmədhəsən ağanın dəstəsi
üstün gəldi. Vəziyyəti
öz xeyrinə dəyişmək üçün
Əbülfət xanı böyük hərbi qüvvə ilə
Qarabağa göndərdi, lakin bununla Qarabağ
xanlığı ilə münasibətləri daha da kəskinləşdirdi.
Xan Rusiya himayəsini qəbul etməyi qərara
aldı. Onu da göstərmək
lazımdır ki, İbrahimxəlil xanın Rusiyanın himayəsini
qəbul etmək istəyi heç də bütün
Qarabağ əhalisinin iradəsini ifadə etmirdi. Qarabağ əhalisinin böyük əksəriyyəti,
hətta İbrahimxəlil xana çox yaxın olan bəylər
belə, onun bu addımına etiraz edirdilər. 1805-ci il
mayın 14 [yeni təqvimdə 26-sı] İbrahimxəlilxəlil
xan Sisianovun Gəncədən 20 verst aralıda Kürəkçay
sahilindəki düşərgəsinə gələrək 11
maddədən ibarət himayə müqaviləsini imzaladı
və sədaqət haqqında andlı öhdəlik
imzalamaqla əslində xanlıq Rusiyanın yarımmüstəmləkəsinə
çevrilmişdi.
Professor Tofiq
Mustafazadənin araşdırmasında bildirilir ki, İbrahimxəlil
xan öz suveren hüquqlarının bir hissəsindən əl
çəkməklə öz taxtım və Qarabağın
bütövlüyünü qorumaq istəmişdi. Ancaq çox
tez bir zamanda xanın yanıldığı məlum
olmuşdu. Rusiya himayəsinin qəbulundan cəmi bir il sonra yanındakı xristian məliklər tərəfindən
qızışdırılan mayor Lisaneviç 1806-cı ilin
yayında hücum edib silahsız xanı, onun bir neçə
ailə üzvünü və qulluqçusunu - cəmi 17 nəfəri
vəhşicəsinə qətlə yetirmişdi. Bu, əhalinin böyük hiddətinə səbəb
olsa da Cəfərqulu ağa yaranmış vəziyyətdən
rus qoşunlarını Qarabağdan qovub çıxarmaq
üçün istifadə etməyib.
Xanlıq ərazisində
rus və Qacar qoşunları arasında hərbi əməliyyatlar
əhaliyə böyük zərbə vurdu. Vəziyyət
o dərəcədə ağırlaşmışdı ki, əhalinin
əksəriyyəti təsərrüfatla məşğul
olmaq imkanını belə itirmişdi. Rus
işğalının əhali üçün olmazın bəlalar
gətirdiyini görən Azərbaycanın bir çox feodal
hakimləri, o cümlədən Qarabağın yeni hakimi
Mehdiqulu xan artıq rus komandanlığı ilə əvvəlki
kimi əməkdaşlıq etməkdən imtina edir, bəzi
hallarda isə İran tərəfinə keçmək
üçün imkanlar axtarırdılar. Bu bir
çox cəhətdən Rusiya hakimiyyət
orqanlarının amansızlığı və onlarla təhqiramiz
şəkildə rəftar etmələri ilə bağlı
idi. Müharibədən bir qədər sonra
rus hökuməti xanlıqları ləğv edib rus zabitləri
tərəfindən idarə olunan əyalətlərə
çevirməyə başladı. Bundan
sonra İran və Türkiyədən ermənilərin
Qarabağ ərazisinə köçürülməsi prosesi
gücləndi.
Bununla belə, 1992-1994-cü
illər I Qarabağ müharibəsində Qarabağ erməni
quldurları tərəfindən işğal olunana qədər
vilayətdə əhalinin əksəriyyətini azərbaycanlılar
təşkil etmiş, Qarabağ həmişə Azərbaycan
torpağı kimi qalmış və müvəqqəti erməni
işğalına baxmayaraq bu gün də dünya ictimaiyyəti
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi
tanıyır. Azərbaycanın bu öz
ayrılmaz tərkib hissəsi üzərində suverenliyini bərpa
edəcəyi gün çox da uzaqda deyil.
Elçin Qaliboğlu
Xalq cəbhəsi.-2018.- 30 iyun.- S.13.