“Kitabi-Dədə Qorqud” dastanında qəhrəman
və cəmiyyət münasibətləri
1-ci
yazı
Qəhrəman və cəmiyyət münasibətləri,
ümumiyyətlə, geniş və mürəkkəb
problemdir. Məsələnin genişliyi və mürəkkəbliyi
tarixi, etnik, sosial və mədəni amillərin vəhdətindən
yaranır. Əvvəla, qəhrəman və
cəmiyyət münasibətləri tarixən dəyişən
hadisədir. Tarixin hər bir dövründə
cəmiyyətin öz qəhrəmanları olur və onların
münasibətləri dastan yaradıcılığında da
əks olunur. “Kitabi-Dədə Qorqud”
oğuzların epik abidəsidir. Bu
dastandakı bütün qəhrəmanlar və onları birləşdirən,
ümumiləşdirən tipoloji model oğuz cəmiyyətinin
qəhrəman haqqında düşüncə və təsəvvürlərini
əks etdirir. Oğuzlar bir türk
xalqı kimi çox qədim tarixə malikdirlər. Oğuz cəmiyyətində çoxlu qəhrəmanlar
olub, onlar xalqın, elin, yurdun və oğuz dövlətinin
yolunda möhtəşəm qəhrəmanlıqlar göstərib,
oğuz elini məhv olmağa qoymayıblar. Oğuzlar göstərdikləri igidliklər sayəsində
nəinki özlərini qoruyub, eyni zamanda tarix səhnəsində
böyük dövlətlər qurublar. Oğuz
cəmiyyəti daim öz qəhrəmanlarını
sevmiş, onların haqqında şeirlər, mahnılar,
dastanlar qoşublar. “Kitabi-Dədə
Qorqud” da bir qəhrəmanlıq dastanı kimi belə qəhrəmanlıq
nəğmə və əhvalatlarından yoğrularaq
möhtəşəm dastan halına gəlib.
Oğuz cəmiyyətinin bütün qəhrəmanlıq
tarixi, digər oğuznamələrlə yanaşı,
“Kitabi-Dədə Qorqud” dastanında öz əksini tapıb. Buradan
aydın olur ki, dastandakı oğuz qəhrəmanları və
onların mənsub olduğu oğuz cəmiyyəti tarixən
inkişaf etdikcə bu dəyişikliklər özünəməxsus
şəkildə qəhrəman obrazında öz təcəssümünü
tapıb. Elə bu səbəbdən də
dastandakı qəhrəman tipi və onun cəmiyyətlə
münasibətlərinə sabit, dəyişməz, donuq bir
hadisə kimi baxmaq olmaz. Bu münasibətlərdə
oğuz cəmiyyətinin qəhrəman haqqında
düşüncə və təsəvvürləri
bütün tarixi koloriti, poetik əlvanlığı ilə əks
olunub.
Qəhrəman və cəmiyyət münasibətlərinin
epik genişliyi və mürəkkəbliyi həm də etnik,
sosial və mədəni amillərlə şərtlənir. Belə ki, hər
bir dastan qəhrəmanı öz tipi etibarilə mənsub
olduğu xalqın etnopsixologiyasını əks etdirir.
Yəni dünya xalqlarının epos qəhrəmanlarını
birləşdirən ümumi cəhətlər olduğu kimi,
fərdi milli cəhətlər də var. Məsələn,
oğuz-türk eposu qəhrəman obrazlarını möhtəşəmlik,
humanizm, alicənablıq, rəhmdillik və s. kimi
insani-psixoloji keyfiyyətlər birləşdirir. Lakin bu keyfiyyətləri ermənilərin epik qəhrəmanlarında
görmək mümkün deyil. Onlar baxmayaraq ki, öz
folklorlarını, əsasən, Azərbaycan və türk
folkoru əsasında formalaşdırıblar, ancaq bununla
yanaşı, türk eposu qəhrəmalarına məxsus ali insani cizgilər ermənilərin qəhrəman
obrazının poetik xarakterinə nüfuz edə bilməyib.
Çünki ermənilər türk kimi geniş və uca
humanitar təfəkkürə malik olmadıqları, daim
cılız antiinsani keyfiyyətlərlə
yaşadıqları üçün türk qəhrəman
obrazının ali humanitar keyfiyyətlərini
mənimsəyə bilməyiblər. Elə buna
görə də erməni nağıl və
dastanlarının qəhrəmanları onların özləri
kimi cılız, mənəvi cəhətdən cır, hər
cür monumentallıqdan məhrum obrazlardır. Təsadüfi deyil ki, ermənilər keçən əsrin
30-cu illərində Azərbaycan “Koroğlu” dastanını mənimsəyərək,
özlərinə möhtəşəm bir epos yaratmaq istədilər.
Lakin onların bu cəhdi heç bir səmərə
vermədi. Onlar axırda mənimsəmək
istədikləri eposun Azərbaycan dastanı olduğunu etiraf
etməyə məcbur oldular. Azad Nəbiyev yazır ki,
bizim “Azərbaycanda Koroğlu nəşrləri” məqaləmizdə
V.Xuluflunun 1933-34-cü illərdə “Koroğlu”nin
14 məclisdən ibarət daha bir mükəmməl mətni
üzərində çalışdığı və
eposun üçüncü nəşrini də çapa
hazırladığı qeyd edilib. V.Xuluflunun həbsinin əsas
səbəblərindən biri, istintaq materiallarından məlum
olduğu kimi, onun “erməni “Koroğlu”sunu öz adına çıxmaq istəyi” ilə
bağlanıb. O da məlumdur ki, həmin mətn rəy
üçün Matandarana göndərilib. Ancaq
əlyazmanın sonrakı taleyi ilə bağlı elə bir
məlumat yoxdur. Məlum olan budur ki,
V.Xuluflunun güllələnməsindən sonra – 1941-ci ildə
“Koroğlu”nun erməni variantı nəşr edildi. Burada nəşrə hazırlanan qolların
çoxunun erməni qusanlarının repertuarından
yazıldığı göstərilirdi. Bütün
informatorlarla bağlı məlumatlar
saxtalaşdırılmışdı. Nəşrə
ön söz yazan erməni tədqiqatçısı
X.Samuelyan mətni xeyli təriflədikdən sonra fikrini
qısa və lakonik ifadə etmişdi: “...Erməni
xalqının “Koroğlu” eposu yoxdur, bu, Azərbaycan
aşıqlarının repertuarındakı dastandır”. Həmin mətn Ermənistanda uzun illər təkrar
çap olunmadı.
Göründüyü kimi, tarixən türk mədəniyyətini
mənimsəyib-saxtalaşdırmağın mahir ustadı
olan ermənilər “Koroğlu” eposunu özününküləşdirməkdə
“düyünə düşüblər”. Bu
“düyün”, əslində, eposun milli mahiyyəti ilə
bağlıdır. Çünki hər
bir epos, obrazlı şəkildə demək istəsək,
öz poetik orqanizminin son hüceyrələrinədək onu
yaradan xalqın milli həyat, milli düşüncə tərzinin
güzgüsüdür. Fil.ü.e.d. Seyfəddin
Rzasoyun tədqiqatlarında göstərildiyi kimi, hər bir
dastan onu yaradan xaqlın milli şüurunu əks etdirir.
O yazır: “Epik mətn epik düşüncəni inikas edir: mətnin
strukturu epik dünya modelini proyeksiyalandırır. Epik dünya modeli epik mətndə proyeksiyalanaraq onda
həm mövcud olur, həm də qorunur. Beləliklə,
dastan mətninin struktur elementləri eyni zamanda epik
düşüncənin struktur mexanizmləridir. Dastan mətnindəki hər hansı element, mexanizm,
hərəkət formulu dastanın
proyeksiyalandırdığı epik düşüncədə
(dünya modelində, şüurda) uyğun olaraq şüur
elementi, şüur mexanizmi, şüur formuludur. Demək, mətn bir tərəfdən şüurun
proyeksiyası olmaqla onun paradiqması, digər tərəfdən
şüurun işləmə sahəsidir. Başqa cür desək, insan şüuru bir tərəfdən
əks olunduğu modeldə konservasiya olunaraq yaşayır, o
biri tərəfdən mətn vasitəsilə
funksionallaşır. Mətn olmasa,
şüur donar. Şüurun bütün
varlığı informasiya mübadiləsinə
bağlıdır. Bu halda mətn
informasiya mübadiləsinin gerçəkləşmə
vasitəsidir”.
Müəllifin
bu fikrinə əsaslansaq, aşağıdakı nəticələrə
gələ bilərik:
“Koroğlu”
dastanı bir epik mətn kimi Azərbayaacan-türk epik
düşüncəsini inikas etdirir;
“Koroğlu”
dastanı mətninin quruluşu Azərbaycan-türk epik
dünya modelini əks etdirir;
Azərbaycan-türk
epik dünya modeli “Koroğlu” dastanı mətnində əks
olunaraq onda həm mövcud olur, həm də qorunur;
“Koroğlu”
dastanı mətninin poetik quruluş elementləri eyni zamanda Azərbaycan-türk
epik düşüncənin struktur mexanizmləridir;
“Koroğlu” dastanı mətnindəki hər hansı element,
mexanizm, hərəkət formulu dastanın
proyeksiyalandırdığı Azərbaycan-türk epik
düşüncəsində (dünya modelində,
şüurda) uyğun olaraq şüur elementi, şüur
mexanizmi, şüur formuludur. Beləliklə, məkrlə
“Koroğlu” dastanını ələ keçirən ermənilər
dastanın iç dünya¬sına, poetik dəyərlər
sisteminə, obrazlar aləminə nüfuz edib, onu
saxtalaşdıra bilməyiblər. Çünki
bu, heç bir halda mümkün hadisə deyil. Azərbaycan dastanı Azərbaycan xalqının
milli şüurunun məhsuludur və onu nə qədər
saxtalaşdırmaq istəsən, dastanın hər bir poetik
elementi, xüsusilə dastanın ən əlahiddə hadisəsi
olan qəhrəman obrazı bütün poetik
varlığı ilə Azərbaycan varlığından xəbər
verəcək.
Hər
bir dastan kristal kimi möhkəm quruluşa
malik olur. “Kristallıq” dastanın poetik
quruluşunun hər bir ünsürünə aid olur. Məhərrəm Cəfərli yazır ki, dastan
başdan-ayağa formullar əsasında qurulur. Bu formullar daşlaşıb, donuq düsturlardır.
Həmin düsturlar onu yaradan etnosun ilkin, qədim
dünyagörüşləri ilə bağlı olmaqla
irimiqyaslı zaman hüdudlarında biçimlənmə
prosesi keçirib. Bu baxımdan məhəbbət
dastanı (o cümlədən qəhrəmanlıq
dastanı) mətnində bədii epik mətnlərə (yəni
yazılı ədəbiyyata məxsus epik əsərlərə,
məsələn, romana, povestə, hekayəyə və s.) məxsus
olan hərəkət istiqamətlərinin dinamika sərbəstliyi
qətiyyən yoxdur. Dastanın çox sərt
pozulmaz strukturu var və heç bir dastançı bu
strukturdan qırağa çıxa bilməz. Məhz bu baxımdan bütün məhəbbət
dastanları süjet strukturu baxımından, sadəcə
olaraq bir-birlərini təkrarlayırlar. Bu
təkrarçılıq, əslində, hərfi təkrarçılıq
deyil. Yəni bir dastançı dastan
yaradarkən artıq mövcud olan başqa bir dastanın
süjet strukturunu sadəcə təkrar etmir. Burada məsələnin mahiyyəti tamamilə
başqa cürdür. Dastançı ənənəvi
formullarla işləyir. O, bütün
yaradıcılığını, bütün istedadını
məhz bu formulların bütün dastanlarda təkrarlanan
statik strukturu, donuq çərçivəsi əsasında
nümayiş etdirməlidir. O, dastan formullarının
düzülüş sırasını (dastanın sintaktik
strukturu) dəyişməkdə sərbəst deyil. Dastanın strukturunda o, heç bir formulun yerini dəyişə
bilməz. Ona görə ki, bu
formulların ənənəvi düzülüş
sırası var. Həmin düzülüş sırasına
dəyişiklik etmək dastançının heç
ağlına da gəlmir. Bunun səbəbləri
məhz folklor adlanan hadisə ilə bağlıdır və
həmin səbəblər bir kompleks şəklində
yazılı ədəbiyyatda özünü göstərmir.
Yazılı süjetin strukturunda bu cür
statiklik, donuqluq, sabitlik yoxdur. Təbii ki,
yazılı ədəbiyyat süjetinin də özünəməxsus
süjet qəlibi var. Ancaq məhəbbət
dastanlarındakı süjet qəlibi ilə, tutaq ki,
romanın süjet qəlibi heç müqayisəyə gəlmir.
Dastanın süjet qəlibi ilə müqayisədə
romanın süjet qəlibi görünmür, ümumiyyətlə,
yox təsiri bağışlayır.
Bu fikrə əsaslanıb belə bir nəticə
çıxarmaq olar ki, “Kitabi-Dədə Qorqud” datanında qəhrəman
və cəmiyyət münasibətləri sabit münasibət
modelləridir.
Ozan bu münasibətləri istədiyi kimi dəyişə
bilməzdi. O, hər hansı improvizasiya etdikdə belə,
yenə də dastan yaddaşına müraciət edir, M.Cəfərlinin
yazdığı kimi, bu yaddaşda yaşayan “ənənəvi
formullarla işləyir, bütün
yaradıcılığını, bütün
istedadını məhz bu formulların bütün dastanlarda
təkrarlanan statik strukturu, donuq çərçivəsi əsasında
nümayiş etdirirdi”.“Kitabi-Dədə
Qorqud”un Drezden nüsxəsi, bildiyimiz kimi,
on iki boydan ibarətdir. Hər bir boy oğuz qəhrmanlarının
göstərdiyi müxtəlif igidliklərlə doludur. İlk baxışda bu hadisələri ümumiləşdirmək,
tipikləşdirmək çətindir. Lakin
hadisələri tipoloji oxşarlıqlar baxımından
çeşidlədikdə mənzərə get-gedə
aydınlaşır və qəhrəman və cəmiyyət
manasibətlərinin elmi ədəbiyyatlarda dəfələrlə
qeyd olunan, vurğulanan sabit formulları üzə
çıxır. “Kitabi-Dədə Qorqud”
dastanını bu istiqmətdə nəzərdən
keçirdikdə görürük ki, əsərdə qəhrəman
və cəmiyyət münasibətləri, əsasən,
aşağıdakı xətləri əhatə edir:
– Qəhrəman
dövlət başçısı kimi: xanlar xanı
– Qəhrəman
sərkərdə kimi: bəylər bəyi
– Qəhrəman
ata kimi
– Qəhrəman
oğul kimi
– Qəhrəman
ər, ailə başçısı kimi
– Qəhrəman
qardaş kimi
– Qəhrəman
dost kimi
– Qəhrəman
elin oğlu kimi.
Bütün bu göstərilən manasibət modelləri dastanda özünü konkret nümunələrlə göstərir. Onlara ardıcıllıqla nəzər salaq.
Aynur Fərəcova
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2018.- 2 mart.-
S.14.