Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans
Altıncı Qlobal Bakı Forumu çərçivəsində
martın 14-15-də Azərbaycanın
dahi şairi Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans təşkil ediləcək. Diasporla İş üzrə
Dövlət Komitəsindən
bildiriblər ki, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası”
adlı konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
və Azərbaycan Müqayisəli Ədəbiyyat
Assosiasiyasının birgə
əməkdaşlığı ilə təşkil olunacaq.
Konfransda 13 ölkədən
- ABŞ, Kanada, Braziliya,
Hindistan, Misir, Gürcüstan, Türkiyə, Almaniya,
İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən
çox alimin, eləcə
də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların
iştirakı gözlənilir. Konfrans mövzunun nəzəri və praktik
aspektlərini, Nizaminin poeziyasının
estetikasını, fəlsəfəsini, ədəbiyyatın
və mədəniyyətin “milli mənsubiyyəti”,
irredentizm, ortaq mədəni
keçmişi kimi
problemləri əhatə edəcək. Nizami poeziyasının
timsalında mədəni irsin tarixin fərqli mərhələlərində
dərki və yozumu, dominant
kimlik meyarlarının - dövlət sərhədlərinin,
din və dil statusunun dəyişməsi ilə əlaqədar
mədəni irsin hansı müasir
milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə
gətirəcək.
Xalq Cəbhəsi.- 2018.- 8 mart.-
S.16.