Bakıda “ZamanTeatr” adlı elmi-praktik konfrans keçirilib

 

Martın 9-da Azərbaycan Teatr Xadimləri İttifaqındaZaman Teatradlı elmi-praktik konfrans keçirilib.

Konfrans Mədəniyyət Turizm Nazirliyi, Mədəniyyət İncəsənət Universiteti Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Respublikanın tanınmış mədəniyyət teatr xadimlərinin iştirakı ilə gerçəkləşən konfrans Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 145 illiyi çərçivəsində reallaşıb.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salan A.Nemət deyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnərək vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.

Bildirilib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur. Azərbaycan teatrına mədəniyyətinə olan dövlət qayğısından söz açan natiq bu gün teatr xadimlərinə göstərilən diqqətin barizliyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə AzərbaycandaTeatr teatr fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqındaSərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısıAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramını təsdiq edib.

Daha sonra Əməkdar İncəsənət xadimləri İlham RəhimliMilli Teatr müstəqillik yolu”, Məryəm ƏlizadəSəhnəqrafiya: Tarixdən bu günə”, Rafiq SadıxovAzərbaycanda rejissuranın inkişaf mərhələləri”, sənətşünaslar Aida QafarovaTeatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu Ceyran MahmudovaTeatr musiqiadlı məruzələrlə çıxış ediblər.

Sonda Azərbaycan teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə bir qrup sənət adamı mükafatlabndırılıb.

 

Xalq Cəbhəsi.- 2018.- 10 mart.- S.16.