Novruz dəyərləri bütün
zamanlar üçün aktual olaraq qalacaq
3-cü yazı
Şumerlərin hansı xalqın əcdadları
olması bəzi tarixi mübahisəyə səbəb olsa da,
ancaq bəşəriyyətin ilkin övladları, özü
də ağıllı, təfəkkürlü olmaları
bütün dünya tədqiqatçıları tərəfindən
mübahisəsiz qəbul edilib. Şumerlər harmonik,
biçimlənib, gerçək və dinamik təfəkkür
sahibi olublar. Sivilizasiyanın bugünkü
kosmik inkişafı prizmasından da baxsaq görərik ki,
şumerlər arxaik və primitiv təfəkkür tərzinə
malik olmayıblar. Onların tarixi hərəkət
trayektoriyası da zamanın qaçılmaz gerçəkliyidir.
Şumerşünasların əksəriyyəti onların
Babilistana Mərkəzi Asiyadan gəldiklərini, akkad və semitlərlə vuruşdan sonra
doğma yurdlarına - Mərkəzi Asiyaya və Orxon-Yeniseyə
qayıtdıqlarını təsdiqləyirlər.
«Zəngin
mədəniyyətə, dil və ədəbiyyata, elmə və
sənətə malik olan şumerlər Babilistandan «silinib», o
torpaqdan çıxsalar da, yer üzündən silinə,
tarix səhnəsindən çıxa bilməzdilər. Şumerlər məğlubiyyətdən sonra semitlərlə
barışa, Dəclə-Fərat çayları arasına
sığınıb qala bilməyiblər».
Qədim Yunanıstanın filosof tarixçisi Aristotel və
ondan sonra gələnlər şumerlərin dünya mədəniyyətinin
ilkin yaradıcıları olduqlarını qəbul ediblər. Tarixi həqiqəti
olduğu kimi qəbul etmiş bir çox tarixçilər
şumerlərin qədim türklərin əcdadı
olduqlarını birmənalı təsdiqləyiblər.
E.Əlibəyzadə «Azərbaycan xalqının mənəvi
mədəniyyət tarixi» əsərində 1861-ci ildə
Sankt-Peterburqda nəşr edilmiş «Çetıre stati iz
Zendavesta» kitabından belə bir nümunə gətirir:
«Maqlar mənşə və soykökü etibarı ilə
şumerlərlə qohum idilər».
İngilis
alimləri S.Leoyd və Q.Çayld bu qənaətə gəlmişdirlər:
«Turanlılar təxminən 10-12 min il bundan əvvəl səfalı,
bəhrəli Dəclə və Fərat çayları
hövzəsində məskən salıb, ətraflarında
yaşayan saysız-hesabsız vəhşi qəbilələrin
heyrətli nəzərləri altında dünya
sivilizasiyasının səhərini açdılar. Dünyada ulu bir mədəniyyətin məşəli
alışdı.
Fransız alimi E.Rekli də bu fikirdədir ki, şumerlərin
dilində İran və semit dillərinə xas olan cizgilər
yoxdur, əksinə Turan və Ural-Altay dilləri ilə
birbaşa qohumluq var.
Türk
alimi Ahmet Cavat isə birmənalı şəkildə
yazır: «Şumer dilinin turani dillərə bənzədiyi
artıq qəbul edilib. Şumerlər
haqqında ən yeni və mötəbər əsər nəşr
etdirən Vooley şumerlərin morfoloji cəhətdən «əski
türkcəyə bənzər» bir dildə
danışdığını qəbul edir. «Şumerlər
türkdür, şumerlərin türk olduğu məsələsinin
çoxlu sübutları var. Bizi bu qənaətə gətirən
iki ən güclü sübut vardır: 1) dil sübutu, 2) geoloji
və arxeoloji sübut».
Tanınmış şumerşünasların bir
çoxu şumerlərin iskit-türk mənşəli xalq
olduğunu təsdiqləyirlər. Məşhur
şumerşünas alimlər M.Belitski, D.Reder, E.Reklü,
F.Qommel, Vooley və b. şumerlərin türklərlə
genetik qohum olduqlarını qeyd ediblər. Dmitri Reder
yazır: «Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum dil ailələri ilə onu
bağlamaq, hələlik əsaslı və mübahisəsiz
nəticələr verməyib. Yalnız
onu qəti demək olar, o, iltisaqi dillər ailəsinə
daxildir və öz quruluşuna görə ən çox
türk dilləri ilə müqayisə edilə bilər».
Polyak alimi Marian Belitskiyə görə, Babilistana gələn
şumerlər özləri ilə yüksək mədəniyyət
gətirmişlər. Onlar soykökü, dil və mədəniyyətinə
görə semit tayfalarına yaddırlar. E.Əlibəyzadə
«Qədim dünyanın ulu kitabı» monoqrafiyasında
tanınmış şumerşünas Elize Reklüdən
maraqı bir iqtibas gətirir: «Qədim yazıların şəhadətinə
görə, Babil sivilizasiyasını inkişaf etdirənlər
Hind - Avropa dillərində danışıb, özlərini
dil və mənşəcə Avropanın həqiqi və
yalançı ari xalqlarının qohumu sayan qəbilələr
olmayıblar. Arilərin bütün sahələrdə
tam üstünlüyünün təsiri altında olan
assirioloqlar özlərinin bu kəşfindən xeyli heyrətə
gəldilər, onlar heyrət içində gördülər
ki, ən qədim oxşəkilli yazıların dilində
İran və semit dillərinə xas olan cizgilər qətiyyən
yoxdur. Əksinə, Turan və Ural-Altay dilləri ilə
birbaşa qohumluq var. Bu ilkin yazılı işarələrin
ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz
xarakterinə, özünəməxsus daxili fleksiyasına
görə tamamilə başqa bir dildir, Babilistanın digər
müxtəlif sakinlərinin danışığına
heç cür uyğun gəlmir».
Bu səpkili nümunələr onlarcadır. Şumerşünasların
bir çoxu şumer abidələrində
işlənmiş sözlərin bu gün də dəyişilmədən
türk dillərində işlənildiyini qeyd edirlər. Məşhur
şumerşünas S.N.Kra- mer «Tarix şumerdə
başlayır» (Moskva, 1965) kitabında «Əkinçinin təqvimi»
adlı şumer mətninin tərcüməsində
torpaq ölçü vahidi olan qaruş-qarış
sözünü olduğu kimi saxlayıb, tərcümə
etməyib. S.N.Kramer yazır: «Əkinçiyə hər
qaruş torpağı, səkkiz şırım etmək məsləhətdir.
O, elə etməlidir ki, toxumlar torpağa «iki barmaq» dərinliyində
düşsün».
Məlumdur ki, qaruş-qarış sözü bu
günün özündə əski mənasını qoruyub
saxlamaqdadır. Bu günün özündə belə
dilimizdə «bir qarış torpaq» ifadəsi işlənir.
Müasir Azərbaycan türkcəsində
şumerlərə aid olan bir sıra sözlər
mövcuddur. Məsələn, arpa, saman, su, qanun, un, gülab, min, əl, tanrı və s.
Ümumən, türk dillərində qədim şumer dilinə
xas olan yüzlərlə söz var. Bəzi təqiqatçıların
şumerləri eyniləşdirdikləri semit dillərində
belə nümunələrə rast gəlmək mümkün
deyil. Bu dəyişilməmiş dil faktları
da bir daha şumerlərin türklərin sələfləri
olduğunu təsdiqləyir.
Türk etnosunun zəngin həyat tərzi, mükəmməl
bir mədəniyyət sisteminin yaradıcısı olması,
dünya sivilizasiyasında əlahiddə payı olduğu
artıq dünya etnokulturologiyası tərəfindən etiraf
olunub. Etnosun
adını ifadə edən türk sözünün
özünün etimoloji açımı «törətmək»,
«yaratmaq», «qayda-qanun yaradan», «güclü, qüvvətli» mənalarını
verir.
Qədim türklər bu gün dünyanın siyasi xəritəsinin
böyük bir hissəsini tutan Türküstan adlanan ərazinin
sakinləri və sahibləri olublar. Şimalda Köqmən (Sayan)
dağlarına, Sibir meşələrinə, Cənubda Tibetə,
Şərqdə Sakit okeana, Sarı dənizə, Qərbdə
isə Aral gölünə, Xəzər dənizinə,
sonralardan isə Qərbi Avropaya uzanmış böyük ərazinı
əhatə ediblər. Bu danılmaz faktı
tarixin özü təsdiqləyir. Dəfələrlə
aparılmış arxeoloji araşdırmalar nəticəsində
də sübut edilib ki, qədim Turan (Türküstan) adlanan
coğrafi məkanda türklərdən əvvəl
hansısa bir etnosun yaşadığını təsdiqləyəcək
heç bir maddi mədəniyyət nişanəsi yoxdur.
Bu danılmaz faktdan cəsarət və inamla
çıxış etmək olar ki, tarixin qədim və ulu
xalqlarından olan türklər tarixə yoldaşlıq ediblər.
Turan Avrasiyanın mərkəzində yerləşdiyindən
Şərqlə Qərb arasında ciddi maddi-mənəvi-siyasi
balans və inteqrasiya yaradıb.
Qədim türklər bənzərsiz və dəyərli
həyat tərzi yaşayıblar. Türklər
köçəri həyat tərzinə üstünlük
veriblər. Türklər heyvan
sürülərini Böyük Çölün-Turanın
dörd tərəfində otarırdılar. Həmin
dövrü özündə qoruyub-saxlayan Çin mənbələrində
yazılıb: «Həmişə durduqları yer yoxdur, amma hər
kəsin özünün torpaq sahəsi var». Çin
mənbələrinin məlumatı da təsdiqləyir ki,
türklərin hərəkəti, köçü öz
torpaqlarının sərhədləri daxilində olub. Yayın istisində dağlara üz tutmuş
türklər dağlara qar düşəndə öz
sürülərini aşağılara-düzənliyə
qaytarırdı. Qədim türklər
Turan adlanan öz Böyük Vətənlərinin şərqindən
qərbinə, şimalından cənubuna, yaylaqdan arana, istidən
soyuğa və əksinə, könüllü köç
edirdilər. Dünya sivilizasiyasının
inkişafında türklərin mədəni yeniliklərinin
böyük rolu olub. Qədim türklər
bəşər tarixində ilk dəfə olaraq atı əhilləşdirib,
döyüş paltarı və bir çox silah-sursatın
yaradıcılarıdır. Türklər
heyvandarlıq məhsullarından özləri
üçün zəruri olan geyim, məişət və
qida ehtiyaclarını ödəyirdilər. Həyat və məişətini öz əlləri
ilə quran türklər yemək, geyim, ümumən, həyat
və məişətdə istifadə edilən predmet
üçün qonşularına möhtac olmayıblar.
Mənbələrdə göstərilir ki, Çindən gələn
Yuye adlı xacənin hökmdar, Laoşan Şanyuya (Metenin
oğlu) verdiyi məsləhət məsələnin əsl
mahiyyətini birbaşa açıqlayır: «Sayca hunlar
Çinin bir vilayətinin əhalisi ilə müqayisə
oluna bilməz, ancaq onlar (hunlar) ona görə
güclüdür ki, çinlilərdən fərqli geyimləri
və yeməkləri var. Bu məsələdə Çindən
asılı deyillər.
Qədim türklərin ilk inamlarından biri
şamançılıq olub. Şamanizm Sibir
türkləri arasında xristianlıq təşəkkül
tapmayana qədər (XVI-XVIII əsrlərə qədər)
geniş yayılıb. Şamançılıq
da digər inam, inanc formaları kimi, insanların dünyadərkinə,
həyat və taleyinin mükəmməl
yardımçısı olub. Şamanizmin
mayasında təbiəti duymaq, onu hiss etmək, onunla birlikdə
olmaq, bir sözlə, təbiətə qovuşmaq dururdu.
İnsanoğlu həyatının bilavasitə
təbiətdən asılı olduğunu ilkin dövrlərdən
açıq-aydın dərk edib. Olumunun və
ölümünün yalnız təbiətlə
bağlı olduğunu intuisiyası ilə duyan insan onunla
birlikdə olmaqdan ötrü təbiətin mübhəmliklərinə
əl aparıb. Qədim türklər səhv
etməyib. Dünyanıdərk, elə təbiəti
duymaqdan başlayıb. Bir daha
vurğulayırıq ki, bugünkü təfəkkürə
əsaslanıb şamanizmi tədqiq edəndə qədim
türklərin dünyaya ilkin baxışının heç
də primitiv olmadığını görürük. Əksinə, bəşərin ibtidai inkişaf
dövrü üçün şamanizm son dərəcə
yüksək dünyagörüşü özündə cəmləyir.
İlkin dövrlərdən türklər
dünyanın inkişafını əksiliklərin vəhdətində
axtarıb, dualist baxışa yiyələniblər. Elə
bu dualist baxışın əyani nəticəsidir ki, hər
şeyə əksliklərin vəhdətində baxan qədim
türklər şamanları da iki qrupa bölüblər: ağ və qara şamanlar. Əski
türk soyu yerüstü tanrısı Ülgenin rəngini
«ağ» qəbul edib. Türk xalqları olan buryatlarda, yakut və altaylarda ağ və qara
şamanlıq geniş yayılıb. Qara
şamanlıq adi idi. Ağ şamanlıq
birbaşa xeyirxah ilahələrə xidmət edirdi. Ağ şamanlığın mahiyyətində
birbaşa xeyrə, işığa qovuşmaq dururdu. Buryat və yakutlarda dəmirçi ilə
şamanı eyni mövqedə təsəvvür edirdilər.
Onlarda belə bir düşüncə hakim idi
ki, dəmirçi şamana bərabərdir və hətta
ondan güclüdür. Elə bu inamın nəticəsi
idi ki, yakutlar deyirdilər: «Dəmirçi ilə şaman bir
yuvadandır».
Buryatların inamınca isə dəmirçi
şamanı qeyri-adi şəkildə öldürə bilər,
şaman isə dəmirçini öldürə bilməz. Buryatlar şamanları
oldugu kimi, dəmirçiləri də ağ
və qara adı ilə iki yerə bölürdülər. Onlar qara dəmirçilərdən qorxardılar.
Belə bir inam var idi ki, qara dəmirçilər
insan ruhunu yeyə bilərdilər.
X.Göyyallı
Xalq Cəbhəsi.- 2018.- 14 mart.-
S.14.