Novruz karnavalları: “Kosa-kosa

 

Novruz bayramı 3 böyük təmələ dayanıqlıdır. Birinci, törənişin artımın, bolluğun yaranmasını şərtləndirir. İkincisi, baharın gəlişini, fəslin dəyişilməsi baş verir. Üçüncüsü, yeni təqvim ili başlanır. Şimal yarımkürəsində yaşayan bütün xalqların həyatında yaz mövsümü başlanır. Bu təməllərdən hər biri xalqımızın həyatında dönüş yaratdığı üçün xalq da buna biganə qalmayıb, buradakı dəyişilmələrə obrazlı şəkildə münasibətini bildirib. Bu da öz növbəsində ritual mərasimlərin yaranmasını təmin edib. Belə mərasimlərdən biri qışın getməsi yazın gəişinin şəninə düzəldilmişKosa-kosaoyunudur.

Kosa-kosaoyununda iki personaj diqqət mərkəzində olur. Bunlardan biri Kosa (yəni üzü tüksüz), digəri isə Keçəldir (yəni başı tüksüz). Göründüyü kimi, tüksüzlük bunların ikisinə aiddir. Fiziki harmoniyanın natamamlığı onların dünya modelindəki yaşam, (kosmik) imkanlarını məhdudlaşdırır. Burada inisiasiya (keçid) ritualından keçən Kosadır, çünki ritualda o ölüb-dirilir. Keçəl isə mediatordur. Yəni Kosanın xaosdan kosmosa sakrallaşaraq keçməsinə dəstək verir. Kosa ritualda ölür əcdad dünyasına yola salınır. Xaosda dağılaraq orada sakral mahiyyət qazanır, kosmosda yenidən qurulur. Oyun isə dirilən zamanı, ili, təbiəti, qışı yazı simvollaşdırır.

Oyunda Kosanın Keçəlin maskalardan istifadə etməsi bir başqa maraqlı məziyyətdir bu da məsələyə digər aspektdən yanaşmağı tələb edir. Maskalarda qoyun, keçi ya quzu dərisindən istifadə olunur. Bu da ritualın şamanist ya totemist baxışlarla ilişgəli olduğu haqda fikir yürütməyə imkan yaradır. İndi onların zahiri əlamətləri üzərində dayanaq.

Kosanın başındakı papaq kəllə qənd kağızı, bəzən ucu uzun şiş təşkülahdan ibarət olur. ləbbadənin (köynəyin) altından belinə, qarnına balaca yorğan sarıyır. Sonra da sarğı boyu gövdəsindən zınqrovlar asır. Ləbbadəsinin üstündən doladığı sarğısına çömçə keçirir, bir neçə boş torba asır. Kosa məzhəkə qəhrəmanının obrazlılığının mayası, bədən qrotesk yaradıcılıq motivi ilə bağlıdır. Motiv hər bir qəhrəmanın yaradıcılıq mövqeyi kimi səciyyələnir. Oyunların məzhəkə tipinin hansı ideya mövqeyindən hazırlanmasını şərtləndirir bu anlamda qrotesk ifaçılıq sənətində obrazlığa əsaslanır. Kosa tipinin qrotesk obrazlığı xeyirsizlik, acgözlük motivinə əsaslanır:

 

Yediyim oldu? Yarma aşı, yarısı sudu,

Geydiyim yeddi qat paltar, təzəsi budu.

 

Keçəl daz olmasına əsasən həm Günəşi simvolizə edir:

 

Gün çıx, çün çıx,

Kəhər atı min çıx.

Keçəl qızı evdə qoy,

Saçlı qızı götür çıx.

 

Şeirdən aydın olur ki, keçəllik təbiətin kasıb vaxtını (qışı) simvolizə edir. Saçlı qız isə yazın gəlişini simvolizə edir. Saç Günəşin çıxması, saçaqlanması, ətrafa istiliyin yayılması mahiyyətini ehtiva edir. Deməli, Günəşin iki qızı var: biri Keçəl qız qismində qışı təmsil edir, bir isə Çaçlı qız qismində yazı təmsil edir. Burada zahiri olan məzmunla vəhdətdədir.

 

Atəş Əhmədli

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 16 mart.- S.13.