Qarabağ xanlığının mərkəzi
Şuşa şəhərində əhalinin məskunlaşması
4-cü yazı
Pənahəli
xan tezliklə Şuşa şəhərinin
ətrafına möhkəm bir hasar çəkdirib müdafiə
sistemini möhkəmləndirdikdən sonra daxili inşaat
işlərinə başlamışdı. O, qalanın bir kənarında
özü üçün qəsr tipli hasarı və bir
bürcü olan saray inşa etdirmişdi. Pənahəli xan, həmçinin
qalada böyük oğlu İbrahimxəlil xan, ikinci oğlu
Mehrəli bəy, üçüncü oğlu Talıbxan bəy
üçün düşmən qalaya yaxınlaşdıqda
lazımi yerləri mühafizə edə bilmələrindən
ötrü bürcü və hasarı olan imarətlər
inşa etdirmişdi.
Mirzə
Rəhim Fəna Şuşa şəhərinin inşası
prosesi haqqında məlumat verərək yazır ki, Pənahəli
xan şəhərin yerinə baxıb öz şəxsi iqamətgahı
üçün əlverişli yer seçmiş, orada əhəng
ilə möhkəm hasar çəkdirib əvvəl burada əndərun,
mətbəx və xidmətçilər üçün
otaqlar, qonaq otaqları, hərəmxana otaqları, hamam, məscid
inşa etdirmişdi. Bu dairədə sonralar
Əhməd xan otururdu. Məskunlaşmaq üçün
gələn digər qarabağlılar da münasib bildikləri
yerlərdə özləri üçün mənzillər
inşa etdilər. Məskunlaşanlar
müsəlman olduqlarından mərkəzdə böyük məscid,
habelə hamamlar, bazar inşa etmişdilər. Pənahəli xan yeni şəhəri öz şərəfinə
Pənahabad adlandırıb, «pənahabad» adlı
gümüş sikkə (yarım qram
ağırlığında) zərb etdirdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın
araşdırmasında qeyd olunur ki, ilk tikililər
sırasında hamam və məscid vardı. Şəhər
meydanında tikilən məsciddə İbrahimxəlil
xanın dövründə yenidənqurma işləri
aparılmışdı. XIX əsrdə
isə İbrahim xanm qızı Gövhər ağa bu məscidi
tamamilə sökdürüb, yerində yenisini inşa
etdirmişdi. Xalq arasında bu məscidə
«Yuxarı məscid» deyirdilər. Ümumşəhər
hamam və məscidləri ilə yanaşı, məhəllə
məscidləri və hamamları tikilmişdi. Yuxarı məscid şəhər meydanma
baxırdı, meydan isə Rasta bazarbaşma doğru 300 m
uzanırdı. Ruslar Azərbaycanı
işğal etdikdən sonra Bazarbaşındakı divanxana
binasmı kilsəyə çevirmiş, sonralar, XX əsrin
60-cı illərinə kimi isə binadan klub kimi istifadə
olunmuşdu. Pənahəli xan
Şuşanı qədim Azərbaycan memarlıq ənənələri
əsasında tikmək üçün Təbriz, Ərdəbil
və başqa şəhərlərdən ustalar dəvət
etmişdi. Sonralar həmin ustalar
Şuşada qalıb yaşayıblar.
Şəhərdə ilk hamamı Pənahəli xanm əmisi
oğlu Əbdüsəməd bəy inşa etdirmişdi. Sonra Uğurlu
bəy aşağı bazarda, Qazı Mirəli isə
aşağı meydanda hamam inşa etdilər. Bir hamamı Əli bəy Poladov, başqa birisini
Rüstəm bəy tikdirmişdi. Baharlının
yazdığına görə əvvəllər Şuşa şəhərinin aşağı
tərəfi daha abad imiş və burada Uğurlu bəy bir
neçə karvansara tikdirmişdi. Baharlı
Şuşadakı çoxsaylı karvansara adlarını
sadalayır. Lakin mətndən hiss olunur ki, onların
çoxu xanlıq dövründən sonra inşa olunub.
Bütövlükdə xan sarayları və bir neçə
iri feodalın imarətləri istisna olmaqla Şuşada
yaşayış evlərinin görkəminə, onun
rahatlığına bir o qədər də diqqət
yetirmirdilər. Dövrün mürəkkəb siyasi vəziyyəti
əsas diqqəti müdafiə istehkamlarının
inşasına yönəltməyi tələb edirdi. Hətta yaşayış evlərinin əksəriyyəti
bir çox Şərq şəhərlərində olduğu
kimi, kiçik qalaçaları xatırladırdı. Evlər qonşu evlərdən və küçədən
qalın və hündür hasarlarla ayrılırdı.
Baharlının yazdığına görə, ilk
vaxtlar Şuşada tikilmiş evlər çox darısqal və
alçaq imiş. Evlər bir-birinə bitişik inşa
edilirdi, buna görə də bir damdan o birinə keçmək
olurdu. Onların daxili quruluşu təxminən bu şəkildə
idi: divarlarda «ləmə» adlanan çıxıntılara
saxsı və şüşə qablar qoyulurdu.
Yorğan-döşək və digər ev
əşyaları sandıqların üstünə
yığılırdı. Varlıların evlərində
ocaq əvəzinə buxarı, ucuz saxsı qablar əvəzinə
çini qablar, gümüş və qızıldan düzəldilmiş
qaşıq və bıçaqlar olur, döşəməyə
bahalı xalçalar salınırdı. Onlardan
bəzilərinin evlərinin divarları müxtəlif səciyyəli
naxışlar və rəsmlərlə bəzədilirdi.
Şəhər əhalisinin sayını və sosial tərkibini
dəqiqləşdirməklə şəhər təsərrüfatının,
yəni sənətkarlıq və ticarətin miqyası
haqqında müəyyən təsəvvür əldə etmək
mümkündür. Çünki şəhərlərin təsərrüfat
həyatı əsasən yerli bazarın ehtiyacı ilə
bağlı olurdu. Digər Azərbaycan
şəhərlərindən fərqli olaraq o dövrki
Şuşanın iqtisadi həyatında əkinçilik
çox cüzi əhəmiyyətə malik idi. Bu, ilk
növbədə Şuşa şəhərinin
ətrafındakı ərazidə kənd təsərrüfatı
məhsullarının istehsalı üçün torpaq və
digər zəruri şəraitin olmaması ilə
bağlı idi. Yəqin elə buna görə də Şuşa əhalisi əsasən kustar sənətkarlardan,
tacirlərdən və ali silkin nümayəndələrindən
ibarət idi. Fasiləsiz ara müharibələri
və yadelli basqınları, ümumiyyətlə,
xanlığın və Şuşa əhalisinin sayına kəskin
təsir göstərmişdi. S.A.Yeqiazarov Şuşada əhalinin
azalması ilə bağlı yazırdı: «Xanın iqamətgahı
olan Şuşada şəhər əhalisinin
azlığı onunla izah olunur ki, onların bir qismi xanla
(Ağa Məhəmməd şah nəzərdə tutulur -
Z.H.) müharibə zamanı qaçıb
dağılmış, bir qismi isə Qarabağ Rusiyaya birləşdirildikdən
sonra İrana köçmüşdü».
XVIII əsrin
sonuna aid məlumatlara görə, Şuşada 2 mindən
çox ev var idi. Bu da təxminən
10 min nəfərdən çox sakin demək idi. 1823-cü ildə burada cəmi 1532 ailə
yaşayırdı ki, bu da 7660 sakin deməkdir. Qeyd edək ki, Şuşada da sənətkarlar məhəllə
prinsipi üzrə cəmlənmişdilər. Şəhərin inzibati quruluşu sənətkarların
bir küçədə cəmləşməsinə əngəl
törədirdi. Təbrizli məhəlləsində
baqqallar, boyaqçılar, keçəçilər, bərbərlər
və s. yaşayırdı. Digər məhəllələrdə
də sənətkar küçələri vardı.
XIX əsrin 30-cu illərinin əvvəllərində Şuşa qalasında 1698 ev vardı. Bu evlərdə
5079 kişi və oğlan uşaqları
yaşayırdı. Şəhərdə 936 müsəlman və
762 xristian ailəsi, o cümlədən 56 bəy, 64 molla və
seyid, 21 xristian ruhanisi qeydə alınmışdı. Mənbənin
verdiyi məlumata görə, İbrahimxəlil xan Şuşa qalasının ətrafındakı
torpaqları sahiblərindən alıb şəhər sakinlərinin
ev və təsərrüfat məqsədləri
üçün istifadəsinə vermişdi. Sakinlər
istər təsərrüfat tikililəri, istər qəbiristanlıq
üçün yeri pulsuz alırdılar.
Şuşa
şəhəri üç hissəyə: Təbrizli,
Qazançalı və Əylisli hissələrinə (mənbədə
«məhəllə» adlandırılırdı)
bölünürdü. «Qarabağ əyalətinin
təsviri»ndə yanlış olaraq hissələr məhəllə
kimi göstərilir. Lakin 10 min nəfərdən
artıq sakinin yaşadığı bir şəhərdə
cəmi üç məhəllənin olması o qədər
də inandırıcı görünmür. Müqayisə
üçün qeyd edək ki, öyrənilən dövrdə
əhalisi 5 min nəfərdən artıq olmayan
Naxçıvan və Ordubad şəhərlərində
müvafiq 13 və 15 məhəllə vardı. Yəqin ki, mənbədə üç rəqəmi
şəhərin müxtəlif dövrlərdə təşəkkül
tapan hissələrinə aiddir. Baharlının
verdiyi məlumata görə, Şuşanın «Çuxur»
adlanan 1-ci hissəsi Pənahəli xanın dövründə,
«Yuxarı» adlanan 2-ci hissəsi İbrahimxəlil xanın
dövründə, 3-cü hissəsi isə rus
işğalından sonra tikilmişdi. Baharlı
XIX əsrin əvvəllərində Şuşada 17 məhəllənin
olduğunu yazırdı. Aşağı məhəllələr:
Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər qurdu,
Hacı Yusifli, Dörd çinar, Çöl qala. Yuxarı məhəllələr:
Mir və ya Xanlıq ara məhəlləsi,
Mərdinli, Saatlı, Köçəri, Mamayı, Xoca Mərcanlı,
Dəmirçi, Hamam qabağı və Təzə.
Göründüyü kimi, məhəllə
adlarının bəzisi sakinlərin köçüb gəldiyi
yerlərin adı ilə, bəziləri sakinlərin məşğuliyyət
növü ilə, digərləri məhəllələrin
topoqrafik mövqeləri ilə bağlı olmuşdur. Bu məhəllələrdə
şəhər sakinləri ilə yanaşı, bir sıra kənd
sakinləri də daimi yaşayırdılar. Onlar mənsub olduqları kəndlərin icmaları
ilə birlikdə vergi və mükəlləfiyyətlərini
ödəyirdilər. Eyni zamanda, xan
qonaqlarını qəbul edib onları və atlarını
yedizdirmək mükəlləfiyyətini yerinə yetirir, tələb
olunduqda lazımi qədər işçi qüvvəsi,
qoşqu verir, xan üçün binalar tikilərkən şəhərlilərlə
birlikdə materialla yardım edirdilər.
Təbrizli məhəlləsində 162 sakin
(hamısı müsəlman-azərbaycanlı), Qazançala
məhəlləsində 126 (xristian), Əylisli məhəlləsində
122 (xristian) sakin qeydə alınmışdı. Üç məhəllədə
olan 371 evdən savayı, Şuşa şəhərində
yalnız müsəlman-azərbaycanlılardan ibarət olan
xan ailəsinə mənsub 2 ev, 30 mülkədar evi, habelə
9 xristian ruhanisinin evi vardı. General Mədətovun sərəncamma
əsasən, sənətkar olan 103 xristian və bir müsəlman
ailəsi, Petros bəyin sərəncamında olan sənətkarlardan
ibarət 16 xristian ailəsi, Cəfərqulu ağanın sərəncammda
olan 101, Xancan ağanın sərəncammda olan 16,
Şükür ağanın sərəncammda olan 4 və
Xanxanım ağanın sərəncamında olan 5 müsəlman
ailəsi vardı.
Bunlardan əlavə, Şuşada polkovnik Xanlar ağanın sərəncammda olan Miqralı kəndinin 10 xristian ailəsi, Mirikli kəndinin 7 müsəlman və 17 xristian ailəsi, Əhməd xan və onun anası Bikə ağanın sərəncammda olan 41 müsəlman ailəsi, kapitan Mirzə Əli bəyin sərəncammda olan 24 müsəlman və 4 xristian ailəsi, divanbəyi Məmmədəli bəyin sərəncammda 15 müsəlman sənətkar ailəsi, Hacı bəyin sərəncamında 2 azərbaycanlı ailəsi vardı. Şəhərdə divanbəyi Məmmədəli bəyin tiyulu olan Kəbirli mahalının Kürd Gürcüstan oymağının 12, Kürd dördlər oymağının 17, habelə Kürd Camalxan Qaradağlı oymağından 13 azərbaycanlı ailəsi yaşayırdı. Şuşada Dizaq Cavanşir mahalının Hacılı oymağının 13, Yağlıvənd oymağının 7, Seyid Mahmudlu oymağının 7, Qaraxanbəyli oymağının 5, Mərdinli oymağını 9, Zərcər oymağının 4, Dədəli oymağının 2, Qərvənd oymağmm 3, Cavanşir mahalının Xanbəy oymağından olan 30 azərbaycanlı ailəsi yaşayırdı.
Şəhərdə İbrahim bəyin sərəncammda olan 19, məlik Vanyanın sərəncamında olan 3, Çiləbördlü məlik Poqosun sərəncamda olan 9 tativli xristian yaşayırdı. Bundan əlavə, şəhərdə Otuziki mahalından 14, qalabəyinə məxsus 15, Behbud bəyə mənsub 9, Əli bəyə mənsub 3, Səfərəli bəyə məxsus 2, Məmmədqasım ağaya məxsus 10, İzzət bəyə məxsus 22, Süleyman bəyə məxsus 7, Böyük xana məxsus 2, kapitan Rüstəm bəyə məxsus 31 azərbaycanlı ailəsi vardı. Behbud bəyə məxsus 1, Əli bəyə məxsus 5, Səfərəli bəyə məxsus 1 xristian ailəsi vardı. Şəhərdə 28 molla və seyid ailəsi, 22 xan nökəri (azərbaycanlı), 9 kəngərli ailəsi yaşayırdı. Şuşada heç bir məhəlləyə mənsub olmayan 69 qeyri-azərbaycanlı dul qadın, yoxsul və yetim azərbaycanlı 25 dul qadın, yoxsul və yetim xristian, müxtəlif şəxslərə məxsus daha 17 azərbaycanlı və 16 qeyri-azərbaycanlı ailəsi də yaşayırdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 28 mart.- S.13.