Azərbaycan ədəbiyyatı Berlində
təqdim olunub
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin
ədəbiyyatımızın dünyada tanıdılması
və təbliği istiqamətində həyata
keçirdiyi beynəlxalq
layihələrdən olan
"Sirr" (Azərbaycan
hekayələri) kitabı
Berlində təqdim olunub. Tərcümə Mərkəzindən bildirilib ki, Almaniyanın “Hans-Yürgen
Maurer” nəşriyyatında çap edilən kitabın təqdimat mərasimi Berlin Poeziya Evində baş tutub. Mərasimi giriş sözü ilə tədbirin moderatoru, filologiya elmləri doktoru Maykl Hess açaraq deyib: “Bu kitab XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti,
adət-ənənəsi və
xalqı ilə yaxından tanış olmaq üçün bir pəncərədir. Özünün və ölkəsinin
mənzərəsini öz
əsərində əks
etdirmiş yazıçıların
bir araya gətirilməsi, ümumilikdə
bu ölkə və onun xalqı,
milli-mənəvi dünyası
və düşüncəsi
haqqında geniş təsəvvür yaradır”.
Kitabın Almaniya-Azərbaycan ədəbiyyatı
arasında körpülərin
yaradılmasında əhəmiyyətli
rolundan danışan nəşrin “Ön söz” müəllifi, Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon
Volkenştayn cəmiyyətinin
sədri Ziqlinde Hartmana bu layihənin
hər iki ölkənin söz mədəniyyətinə öz
töhfəsini verəcəyini
bildirib. Təqdimat mərasimində Tərcümə Mərkəzinin
direktoru Afaq Məsud Azərbaycan ədəbiyyatının tarixindən,
müasir mənzərəsindən,
rəhbərlik etdiyi qurumun son illərdə həyata keçirdiyi çoxsaylı beynəlxalq
layihələrdən söz
açıb. Daha sonra
topluya daxil olunan hekayələr oxunub. Almaniyalı aktrisa Nina Vestin
ifasında Maqsud İbrahimbəyovun, Mövlud
Süleymanlının və
Afaq Məsudun hekayələri təqdim olunub.
Qeyd edək ki, müasir
Azərbaycan ədəbiyyatının
Cəlil Məmmədquluzadə,
Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Afaq Məsud kimi ədəbi simalarının
hekayələri toplanmış
kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan,
Hilda Tanik, Marion Kubin-Semyonova,
Valtraut və Volfram Şröderlər çeviriblər.
Xalq Cəbhəsi.-
2018.- 28 mart.- S.16.