Rusiyada folklorçuların konqresi keçirilib
Bu yaxınlarda Rusiya Federasiyasının Tula şəhərində folklorçuların IV konqresi keçirilib. Konqres Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, V.D.Polenova adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evi, Tula vilayəti Mədəniyyət Nazirliyi, Tula vilayəti sənət, xalq mədəniyyəti və turizmin inkişafı mərkəzləri Birliyi tərəfindən təşkil olunub. Rusiya Mədəniyyət Nazirlyi tərəfindən 4 ildən bir keçirilən bu folklor konqresinin dördüncüsü tanınmış alimlər Pyotr Vasilyeviç Kireevskinin (1808-1856) anadan olmasının 210 və Aleksandr Nikolayeviç Veselovskinin (1838-1906) 180 illiyinə həsr olunub.
Konqresin açılış mərasimi Rusiyanın mədəniyyət naziri V.R.Medinskinin təbrik məktubunun oxunması ilə başlanıb. Sonra V.D.Polonova adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin direktoru, YUNESKO-da qeyri-maddi irsin qorunması üzrə komissiyanın Rusiya komitəsinin sədri T.V.Purtova çıxış edərək iştirakçılara konqres təşkilatçılarının təbriklərini və arzularını çatdırıb. IV konqresin təşkilat komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, REA Perm federal tədqiqat mərkəzinin təmsilçisi, tarix elmləri doktoru A.V.Çernıx çıxışında konqresin təşkili məsələlərindən və əhəmiyyətindən danışıb. Tula vilayəti mədəniyyət naziri T.V.Rıbkina çıxışında bu tədbirin miqyasının genişliyindən, iştirakçıların və bölmələrin sayının çox olmasından, burada təşkil edilən dəyirmi stolların yaratdığı müzakirə imkanlarından bəhs edib. Konqresin açılış mərasimi Tula kremlindəki muzey-sərgi kompleksində gerçəkləşib. Sonra Kaluqa, Lipets, Moskva, Tula vilayətlərinin folklor kollektivlərinin çıxışları nümayiş etdirilib.
Konqresin ilk iclası “Folklor ekranda” bölməsi ilə başlanıb. Burada Rusiya “Təmiz qaynaqdan” (mədəniyyət, ənənə, xalq yaradıcılığı) vizual yaradıcılıq festivallarında qalib gəlmiş filmlər nümayiş etdirilib. İkinci iclasda arxiv kinosu və premyeraların, üçüncü iclasda xalq mədəniyyətinin aktuallaşdırılması üzrə proyektlərin təqdimi olub. Bundan sonra 16 bölmədə - elmin tarixi, dekorativ-tətbiqi sənət və bədii sənət, folklor ənənələrinin aktuallaşdırılması problemi, lokal ənənələr və mədəniyyətlər: müasir tədqiqatlar, musiqi folkloru və etnomusiqişünaslıq: problemlər və perspektivlər, qeyri-nağıl folklor nəsrinin öyrənilməsi məsələləri, folklorun dili, xalq inancı: rəsmi doktrina və xalq izahı, etnik ünsiyyət şəraitində ənənəvi mədəniyyət, müasir folklor, nağıl ənənəsinin öyrənilməsinin problemləri və perspektivləri, folklorşünaslığın nəzəri aspektləri, folklor və müəllif yaradıcılığı, folklorun obrazlı dünyası, uşaq folkloru və etnomədəni təhsilin problemləri, Rusiyanın epik irsi mövzusunda məruzələr dinlənilib.
Konqresdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Almaniyadan, İngiltərədən, Fransadan, Finlandiyadan, İtaliyadan, Yaponiyadan, Polşadan, Bolqarıstandan, Slovakiyadan, Litvadan, Estoniyadan, Ukraynadan, Belorusiyadan, Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Monqolustandan, Rusiyanın müxtəlif respublikalarından və vilayətlərindən, Altaydan, Xakasiyadan, Sakadan, Tatarstandan, Başqırdstandan və b. nümayəndələr iştirak edib. 5 gün davam edən konqresdə folklorun müxtəlif problemlərinə həsr olunmuş 400-ə qədər məruzə edilib.
Konqresdə Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin qeyri-maddi irsin qorunması sektorunun müdiri Varvara Evgeniyevna Dobrovolskayanın sədrliyi ilə keçən iclasda AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil “Folklorun öyrənilməsində Azərbaycan və Rusiya elmi əməkdaşlıq əlaqələri” mövzusunda məruzə edib. Məruzədə folklorşünaslıq əlaqələrinin keçmişi icmallaşdırılıb və müasir dövrdə elmi əlaqələrin perspektivləri ilə bağlı təkliflər diqqətə çatdırılıb. Məruzədə qaldırılan məsələlər konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tatarıstnadan, Başqırdıstandan, Yakutiyadan gələn
folklorşünasların məruzələrində də türk xalqlarının folkloruunun
toplanması, qorunması, araşdırılması ilə
bağlı maraqlı fikirlər səsləndirilib. Konqresin gündəliyində xüsusi
yer tutan tədbirlərdən
biri də
folklorşünaslığın nailiyyətlərini
özündə əks etdirən yeni
kitabların təqdimatı olub. Təqdimat mərasimində AMEA Folklor
İnstitutunun direktoru,
AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu - İmanovun
“Azərbaycan folklorunda gülüşün
genezisi və poetikası” adlı rus dilində nəşr olunmuş
kitabı konqres
iştirakçılarına tanıdılıb, əsər
haqqında ətraflı məlumat verilib.
Konqres iştirakçıları müasir folklorşünaslığın
nailliyəti kimi təqdim edilən kitaba dərin maraq göstəriblər.
Rusiyada
folklorçuların konqresi keçirilib
27.03.18,
12:54
Facebook-da
paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri
paylaş
Bakıda
Bona Dea Beynəlxalq Hospitalının
açılışı olub
“Azərbaycan
manipulyasiya edilməsinə imkan verməyəcək“
40
dövlət əmlakı özəlləşdirildi
Novruzda
İrandan gələnlər azaldı, ərəb ölkələrindən
gələnlər çoxaldı
Bu
yaxınlarda Rusiya Federasiyasının Tula şəhərində
folklorçuların IV konqresi keçirilib. Konqres Rusiya
Federasiyası Mədəniyyət Nazirliyi, V.D.Polenova adına
Rusiya Dövlət Xalq Yaradıcılığı Evi, Tula
vilayəti Mədəniyyət Nazirliyi, Tula vilayəti sənət,
xalq mədəniyyəti və turizmin inkişafı mərkəzləri
Birliyi tərəfindən təşkil olunub. Rusiya Mədəniyyət
Nazirlyi tərəfindən 4 ildən bir keçirilən bu
folklor konqresinin dördüncüsü tanınmış
alimlər Pyotr Vasilyeviç Kireevskinin (1808-1856) anadan
olmasının 210 və Aleksandr Nikolayeviç Veselovskinin
(1838-1906) 180 illiyinə həsr olunub.
Konqresin
açılış mərasimi Rusiyanın mədəniyyət
naziri V.R.Medinskinin təbrik məktubunun oxunması ilə
başlanıb. Sonra V.D.Polonova adına Rusiya Dövlət Xalq
Yaradıcılığı Evinin direktoru, YUNESKO-da qeyri-maddi
irsin qorunması üzrə komissiyanın Rusiya komitəsinin sədri
T.V.Purtova çıxış edərək
iştirakçılara konqres təşkilatçılarının
təbriklərini və arzularını çatdırıb.
IV konqresin təşkilat komitəsinin sədri, Rusiya Elmlər
Akademiyasının müxbir üzvü, REA Perm federal tədqiqat
mərkəzinin təmsilçisi, tarix elmləri doktoru
A.V.Çernıx çıxışında konqresin təşkili
məsələlərindən və əhəmiyyətindən
danışıb. Tula vilayəti mədəniyyət naziri
T.V.Rıbkina çıxışında bu tədbirin
miqyasının genişliyindən,
iştirakçıların və bölmələrin
sayının çox olmasından, burada təşkil edilən
dəyirmi stolların yaratdığı müzakirə
imkanlarından bəhs edib. Konqresin açılış mərasimi
Tula kremlindəki muzey-sərgi kompleksində gerçəkləşib.
Sonra Kaluqa, Lipets, Moskva, Tula vilayətlərinin folklor kollektivlərinin
çıxışları nümayiş etdirilib.
Konqresin
ilk iclası “Folklor ekranda” bölməsi ilə
başlanıb. Burada Rusiya “Təmiz qaynaqdan” (mədəniyyət,
ənənə, xalq yaradıcılığı) vizual
yaradıcılıq festivallarında qalib gəlmiş filmlər
nümayiş etdirilib. İkinci iclasda arxiv kinosu və
premyeraların, üçüncü iclasda xalq mədəniyyətinin
aktuallaşdırılması üzrə proyektlərin təqdimi
olub. Bundan sonra 16 bölmədə - elmin tarixi, dekorativ-tətbiqi
sənət və bədii sənət, folklor ənənələrinin
aktuallaşdırılması problemi, lokal ənənələr
və mədəniyyətlər: müasir tədqiqatlar, musiqi
folkloru və etnomusiqişünaslıq: problemlər və
perspektivlər, qeyri-nağıl folklor nəsrinin öyrənilməsi
məsələləri, folklorun dili, xalq inancı: rəsmi
doktrina və xalq izahı, etnik ünsiyyət şəraitində
ənənəvi mədəniyyət, müasir folklor,
nağıl ənənəsinin öyrənilməsinin
problemləri və perspektivləri,
folklorşünaslığın nəzəri aspektləri,
folklor və müəllif yaradıcılığı,
folklorun obrazlı dünyası, uşaq folkloru və etnomədəni
təhsilin problemləri, Rusiyanın epik irsi mövzusunda məruzələr
dinlənilib.
Konqresdə
dünyanın müxtəlif ölkələrindən, o
cümlədən, Almaniyadan, İngiltərədən,
Fransadan, Finlandiyadan, İtaliyadan, Yaponiyadan, Polşadan,
Bolqarıstandan, Slovakiyadan, Litvadan, Estoniyadan, Ukraynadan,
Belorusiyadan, Azərbaycandan, Türkiyədən,
Qazaxıstandan, Qırğızıstandan, Monqolustandan,
Rusiyanın müxtəlif respublikalarından və vilayətlərindən,
Altaydan, Xakasiyadan, Sakadan, Tatarstandan, Başqırdstandan və
b. nümayəndələr iştirak edib. 5 gün davam edən
konqresdə folklorun müxtəlif problemlərinə həsr
olunmuş 400-ə qədər məruzə edilib.
Konqresdə
Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin
qeyri-maddi irsin qorunması sektorunun müdiri Varvara Evgeniyevna
Dobrovolskayanın sədrliyi ilə keçən iclasda AMEA
Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin
müdiri Ağaverdi Xəlil “Folklorun öyrənilməsində
Azərbaycan və Rusiya elmi əməkdaşlıq əlaqələri”
mövzusunda məruzə edib. Məruzədə folklorşünaslıq
əlaqələrinin keçmişi
icmallaşdırılıb və müasir dövrdə elmi əlaqələrin
perspektivləri ilə bağlı təkliflər diqqətə
çatdırılıb. Məruzədə qaldırılan
məsələlər konqres iştirakçıları tərəfindən
maraqla qarşılanıb.
Tatarıstnadan,
Başqırdıstandan, Yakutiyadan gələn
folklorşünasların məruzələrində də
türk xalqlarının folkloruunun toplanması, qorunması,
araşdırılması ilə bağlı maraqlı fikirlər
səsləndirilib. Konqresin gündəliyində xüsusi yer
tutan tədbirlərdən biri də folklorşünaslığın
nailiyyətlərini özündə əks etdirən yeni
kitabların təqdimatı olub. Təqdimat mərasimində
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi
üzvü Muxtar Kazımoğlu - İmanovun “Azərbaycan
folklorunda gülüşün genezisi və poetikası”
adlı rus dilində nəşr olunmuş kitabı konqres
iştirakçılarına tanıdılıb, əsər
haqqında ətraflı məlumat verilib. Konqres
iştirakçıları müasir
folklorşünaslığın nailliyəti kimi təqdim
edilən kitaba dərin maraq göstəriblər.
Xalq Cəbhəsi.- 2018.- 28 mart.- S.15.