Azərbaycan təbiəti tarixi mənbələrdə

 

Orta əsrlərdə Bakı neftinin sorağı hər yerə yayılmışdı

 

1-ci yazı

 

Uzaq keçmişdən Azərbaycanın zəngin təbii sərvətlər diyarı olması barədə tarixçilər, salnaməçilər və səyyahlar maraqlı məlumatlar verirlər. Apadığımız tədqiqatlar göstərir ki, ölkəmizin qədim və orta əsrlər dövrünə aid zəngin təbiəti Azərbaycana səfər edən səyyahların və salnaməçilərin diqqərtini özünə cəlb edib. Qeyd etmək lazımdır ki, hələ eramızdan əvvəl V əsrdə yaşamış, “Tarixin atası” sayılan qədim yunan tarixçisi Halikarnaslı Herodot (e.ə 484-425-ci illər) özünün 9 kitabdan ibarət məhşur “Tarix” əsərində Azərbaycanın da qədim tarixinə nəzər yetirib, yaşadığı dövrdə əhalinin ətraf mühitə münasibəti ilə bağlı maraqlı fikirlər söyləyib. Məsələn, o, mağların adamlardan və itlərdən başqa bütün heyvanları öldürdüklərini, Misir kahinlərindən fərqli olaraq, ölüləri əvvəlcə vəhşi quşların və itlərin ixtiyarına verdiklərini, yalnız sümükləri dəfn etdiklərini qeyd edir. Bununla mağlar sanitariya baxımdan ətraf mühitin qayğısına qalıblar. Biz, buna sonralar zərdüştilərin fəaliyyətində də rast gəlirik.

Herodot massagetlərdən bəhs edərkən onların taxıl əkmədiklərini vurğulayır, maldarlıqla və balıq ovlamaqla dolandıqlarını və birsüd içdiklərini qeyd edir: “Onların səcdə etdikləri bircə Allah var ki, o da Günəşdir. Onlar Günəşə ən yaxşı atı qurbanı kəsirlər və bunun mənasını belə yozurlar ki, dünyada ən sürətli Allaha ən bərk yerişli heyvanı qurban vermək lazımdır”.

E.ə. 64 - b.e. 24-cü illərində yaşamış yunan coğrafiyaçısı və tarixçisi StarbonunCoğrafiya” əsərində Azərbaycanla bağlı oxuyuruq: “Bu torpaq nəinki, cürbəcür bostan məhsulları, həm də hər cür bitkilər yetişdirir, həqiqqətən orada hətta həmişəyaşıl bitkilər yetişir. Həm də torpaq heç bir xırda qulluq tələb etmir.” Torpağın münbitliyi, məhsuldarlığı da antik dövr tarixçisinin diqqətini cəlb edib: “Üzüm tənəklərinin dibini orda heç vaxt axıradək belləmirlər və yalnız beş ildən bir budayırlar. Cavan tənəklər artıq ikinci il məhsul verir, yetkinliyə çatanda isə artıq o qədər salxım gətirir ki, onların çox hissəsini saxlamaq lazım gəlir.” Münbit torpaq qidalı maddələrlə zəngi olduğu üçün buradakı bitkilərlə qidlanan heyvanın balaverimi (çoxalması) ehtimalı da çox olur. Qida rasionu tərkibcə zəngin və müxtəlif olan heyvanlar, həm sağlamgümrah, həm də nəsilartırması baxımdan davamlı olurlar. “Mal-qara, ev heyvanları da, çöl heyvanları da onların ölkəsində yaxşı çoxalır”, deyəndə Starbon bunu nəzrdə tuturdu. O, bu ölkədə bir çox zəhərli sürünənlər, həmçinin əqrəblər və zəhərli hörümçəklər olduğunu göstərir.

Nizamülmülk. XI əsrdə yaşamış və dövlət işlərində yüksək mənsəb sahbi olmuş Xacə Nizamülmülk Həsən ibn Əli səlcuq sultanlarından Alp Arslan (1063-1072-ci illər) və Məlik şahın (1072-1092-ci illər) vəziri vəzifəsində çalışıb və Səlcuqilər dövlətinin inkişafında çox böyük işlər görüb. Nizamülmülkün dövrünün hökmdarlarını və məmurlarını tərbiyə etmək məqsədilə yazdığı “Siyasətnamə” kitabı sonrakı yüzilliklərdə də şahların dövləti ədalətlə idarə etmələrində, əhaliyə münasibətlərində mühüm əhəmiyyətə malik olub. Bu əsər tarixən heç vaxt qiymətini itirməyib, hüquq və vəzifəsindən asılı olmayaraq əhalinin mənəvi cəhətdən formalaşmasında sözünü deyib. İnsan ekologiyası baxımından onun bu əsəri tarixi əhəmiyytə malikdir. Örnək gətirdiyimiz nümunələr də bunu sübut edir. Məsələn, Nizamülmülkə görə şah - dünyanın abadlığı ilə məşğul olmalı, kəhrizlər çəkdirməli, arxlar qazdırmalı, böyük çaylar üzərində körpülər saldırmalı, kəndləri abad etməli, qalalar ucaltmalı, yeni şəhərlər saldırmalı, yüksək binalar, gözəl malikanələr tikdirməli, böyük cadələrdə (böyük karvan yollarında) karvansaralar yaradılmasına əmr etməlidir. “Bu işlərdə onun adı əbədi olaraq qalar, savabı isə o dünyaya çatar, ona həmişə xeyir-dua oxunar.”

O, tövsiyə edirdi ki, “xidmətçilərdən kim yaxşı bir gördüsə, dərhal onu tərifləmək və mükafatlandırmaq, kim səbəbsiz olaraq səhv etsə, nöqsan buraxsa, qulaqburması vermək lazımdır ki, qulların işə həvəsi artsın, günahkarın canına qorxu düşsün, işlər düz getsin...” Nizamimülk ehtiyac olmayan qulları incitməyi lüzumsuz sayır və hesab edirdi ki, “Elə ki, rəiyyət itaət edib öz işləri ilə məşğul olmağa başladı, onları incitmək olmaz, rahat güzaran keçirmələrinə imkan yaradılmalıdır.” Nizamülmülk dövlətin möhkəm olması və inkişafında başlıca amillərdən biri kimi onun başında dayanan şəxsin bilik səviyyəsini və yaxşı ənənələrini əsas götürürdü: Onun biliyi elə məşələ bənzər ki, ondan çoxlu işıq yaranarxalq bu işıqlı yolu tapıb, zülmətdən xilas olar.” O, qeyd edirdi ki, padşah hər kəsi necə gəldi cəzalandırmamalı, eləcə də cinayətkara layiqli cəza verməlidir ki, digərləri üçün ibrət olsun: “Çarə yoxdur, padşah ən azı həftədə iki gün şikayətə baxıb zalımlara cəza verməli, bilavasitə öz qulağı ilə rəiyyətin sözünü eşitməlidir. Elə ki, şahın həftədə iki dəfə məzlumları, şikayətçiləri qəbul edib onlara qulaq asmaq xəbəri ölkədə yayıldı, bütün zalımlər vahiməyə düşüb yerlərində rahət oturar və cəzanın qorxusundan heç kəsə əziyyət verməyə cəsarət etməzlər.” Təkcə hökmdarlar deyil, məmurlar da, varlı-imkanlı adamlar da öz ölkəsində nüfuza malik olmalı, xalq arasında hörmət qazanmağı bacarmalıdırlar. O, bununla həmçinin padşahın etimadını qazanmış olur: “Dövlətli olan bir şəxs şahdan fəxri fərman almaq, xalq içərisində hörmət qazanıb “böyük”, “ağsaqqal” çağrılmaq istəyirsə, hər gün süfrə açmalıdır. Dünyada kim ad qazanıbsa, çoxu çörək verməkdən qazanıb.”

Azərbaycanın ekoloji mühiti və təbii sərvətlərinin qədim və orta əsrlərdəki vəziyyəti barədə ölkəmizə səfər etmiş bir çox səyyah və tarixçilər, şair və yazıçılar öz müşahidələri, səfərnamələri ilə maraqlı və zəruri məlumatlar qoyub gediblər. Araşdırmalarımız nəticəsində əldə etdiyimiz bu məlumatlardan bəzilərini təqdim edirik.

İstəxri və İbn Haqvəl. X-X əsr ərəb səyyahları İstəxri və İbn Haqvəl Azərbaycanın ixracatında mühüm əhəmiyyətə malik nadir boyaq - qırmız haqqında məlumat verirlər. Səyyahlara görə, bu qəribə həşərat təbii boyaq alınmasında yaxşı xammaldır. Həmin həşərat növləri Kürün dənizə töküldüyü yerin qarşısındakı və Xəzər dənizində yerləşmiş adalarda çox olur. Onlar Bərdə ərazisində də qeyd edilib.

Rubrik Vilehelm. XIII əsr flamand səyyahı rahib Rubrik Vilehelm Kür çayında “əla qızıl balıqlar olduğunubildirir. Professor Ə.Əlizadə orta əsr mənbələrinə istinadən Azərbaycanın müxtəlif bölgələrində yeraltı sərvətlərdən biri kimi suvarma işlərində kəhrizlərdən istifadə olunduğunu yazır. O, H.Qəzvinə istinad edərək, təkcə Təbriz şəhərində kəhrizlərin sayının 900-dən çox olduğunu bildirir. Qeyd etmək lazımdır ki, hazırda ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində yüzlərlə bu cür kəhrizlər fəaliyyət göstərirdi. İndi onların taleyi qaranlıqdır.

XII-XIV əsrlərdə Azərbaycan özünün təbii ehtiyatları ilə şöhrət qazanmışdı. Ölkədə faydalı qazıntılardan qızıl, gümüş, neft, mis, qurğuşun, civə və s.-in bol ehtiyatı var idi. Orta əsrlərdə Bakı neftinin sorağı hər yerə yayılmışdı. Hələ X əsrdə Bakı nefti dünyanın müxtəlif ölkələrinə daşınırdı. Bundan başqa, Bakı duz mədəni kimi də tanınırdı. Onların istismarından xeyli gəlir əldə olunurdu. Ölkənin münbit torpağı, əverişli iqlim şəraiti ölkədə mədəni bitkilərin inkişaf etdirilməsinə şərait yaradırdı. Şəhər və kəndlərdə meyvə və giləmeyvə, bostantexniki bitkilər əkilirdi. Yabanı meyvə ağaclarından ibarət meşə sahələri geniş yayılmışdı.

Əbdürrəşid Bakuvi. XIV-XV əsrlərdə yaşamış Şərqin tanınmış səyyah, coğrafiyaşünasastronomu Əbdürrəşid Bakuvi Azərbaycanın təbii şəraitindən, onun son dərəcə zəngin maddi nemətlərindən bəhs edərək çoxlu məlumatlar verib. Məsələn, Güney Azərbaycanda müalicəvi əhəmiyyətli istisoyuq mineral suların, əkinə yararlı torpaqların və bol su sərvətinin, faydalı qazıntılardan mis, dəmir, malxit, göydaş, lazurits. olduğunu qeyd edir. O, eyni zamanda Quzey Azərbaycanın təbiətindən bəhs edərək, öz doğma şəhəri Bakı və Abşeron haqqında çoxlu məlumatlar verib. Bakıda güclü küləklərin əsməsindən danışan müəllif qeyd edir ki: “Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. Ona görə burada ildə 200 dəvə yükündən çox neft çıxarılır.”

Bakı ətrafı təbii sərvətlərə toxunan Ə.Bakuvi yazır: “Orada ardı-arası kəsilmədən gecə-gündüz ağımtıl yasəməni rəngdə neft çıxır. Bu püskürmə mənbəyinin yanında torpağa bənzər bərk maddə var. O şam kimi yanır. Ondan parçalar kəsib şəhərə aparır, evləri və hamamı qızdırmaq üçün istifadə edirlər. Şəhərdən bir fərsəng məsafədə heç vaxt sönməyən alov yanır. Bu, təbii qazdır. Bu alovun yanında yerləşən kəndin əhalisi əhəng daşını yandırır və miniklə şəhərə gətirir. Buradakı duz gölündən duz istehsal edilirbaşqa ölkələrə göndərirlər.” Azərbaycanda faydalı qazıntı yataqlarının bol olduğunu digər qaynaqlar da təsdiq edir.

Həmdulla Qəzvini. Tanınmış orta əsr coğrafiyaçısı - kosmoqraf Həmdulla Qəzvini “Nüzətül qülub” əsərində metal və mineralların çıxarıldığına toxunub. Dəmir - Aranda Gəncə yaxınlığında və Azərbaycan hüdudunda Kələnbər yaxınlığında mədənləri var. MisBu metal çıxarılan mədənlər olduqca çoxdur, öz məhsuldarlığına görə ən tanınmışları isə Gilan və Azərbaycandır. Azərbaycanda Səbəlan dağı (Savalan-müəll.) yanında çox gözəl mis verən mədən var. Xalsedon – Azərbaycanda xalsedon mədəni Dizmardadır; orada su qayanın içindən çıxaraq donub buza çevrilirdaş kimi bərkiyir. Yaqut – Azərbaycan dağlarının hündür bir yerində mədəni var, ancaq burada çıxarılan yaqutlar sütül olub, maviyə çalan qara rəngdədir. Buna görə böyük qiymətə getmir. Lyanislazur (lazurit – qiymətli daş). Dizmarda onun mədəni var.

NeftNeft quyuları çoxduronlardan ən çox yanacaq verəni Bakıdadır. Burada torpaqda dayaz quyular qazıb neftli laya çatırlar və bu quyulara vurulan su nefti basıb yuxarı qaldırır. Mənbədə həmçini, ölkədəki dağların da adı çəkilir. Səbilan (Savalan), Səhənd, Siyahkuh (Qaradağ), Qəbələ, Gülüstan dağlarının coğrafiyası və təbiəti yığcam təsvir olunur. Təəssüf ki, müəllif ərazidəki digər məhşur dağlar barədə heç bir məlumat vermir.

 

Yusif Dirili

 

Xalq Cəbhəsi.- 2018.- 29 mart.- S.14.