Azərbaycan təbiəti tarixi mənbələrdə

 

Aleksandr Düma Azərbaycana səfəri ilə bağlı öz müşahidələrini qələmə alıb

 

2-ci yazı

 

Alban tarixçisi Moisey Kabankatuklu Aran (Albaniya) torpağının münbitliyi və yeraltı sərvətləri haqqında yazır: “Uca, BöyükKiçik Qafqaz dağının qoynunda yerləşən Albaniya ölkəsi öz saysız - hesabsız təbii sərvətləri ilə həddindən artıq gözəl və heyranedici bir məmləkətdir. Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından axır, iri və xırda balıq gətirb sularını Xəzər dənizinə tökür. Çayın sahilləri boyu münbit çöllərində külli miqdarda taxıl və üzüm, neftduz, ipək və pambıq, çoxlu zeytun ağacları var. Dağlarında qızıl, günmüş, misoxra çıxarılır. Vəhşi heyvanlara gəldikdə, burada şir, bəbir, panter, çöl eşşəyi, çoxlu quşlardan isə qartallar, qırğılar və buna bənzərlər var. Ölkənin paytaxtı əzəmətli Bərdədir.”

Akademik Ziya Bünyadov Aranda yaxşı suvarma sisteminin olduğunu göstərir və bununla əlaqədar Kür çayı sahilindəki torpaqların çox yaxşı dənli bitkilər və bağ-bostan məhsulu verdiyini qeyd edir. O, orta əsrlərə aid mənbələrə (Əbu Diladi, Əl-Biruni, Həmdullah Qəzvin, Əl-Bakuvi və b.) istinadən Azərbaycan Atabəylər dövlətində faydalı qazıntıların çıxarılması işinin hazırda eyni mineral və metalların çıxarldığı yerlərdə aparıldığını söyləyir. Qeyd olunur ki, bu dövrdə Azərbaycanda (Gəncə, Urmiya, Gədəbəy, Təbriz, Şiz, Bakı, Mərənd, Naxçıvan, Dizmar, Bəyz) çoxlu mis, malaxit, lazurist, dəmir, civə, neft, arsen, qurğuşun, kolçedan, daş duz, rubin, qırmızı zəyin ehtiyatı var idi. Müəllif həmçinin bu dövrdə Azərbaycanın məhşur müalicə əhəmiyyətli mineral suları (isti bulaqlar, kükürdlü-yodlu sular ) və dərman bitkiləri haqqında da məlumat verir, onların əsasən Şirvan, Gəncə, Xoy, Təbriz, Marağabaşqa bölgələrdə olduğunu göstərir.

XVII əsr alman səyyahı, görkəmli alim Adam Oleari Muğan düzü ilə bağlı maraqlı müşahidələrindən birində qeyd edir: “Biz, bir neçə böyük sürü-tabun vəhşi heyvan gördük. Türklər (azərbaycanlılar) onuceyran”, farslar isə “ahu” adlandırırlar. Bu heyvanlar görünüşcə demək olar ki, maral kimidirlər. Lakin, rəngləri qırmızıdır və buynuzları çıxıntılı deyil, keçi buynuzları kimi arxaya yatıqdır. Çox bərk qaçırlar. Deyirlər ki, ceyrana ancaq Muğanda, həmçinin Şamaxı, QarabağMarağa tərəflərdə olur.”

Göründüyü kimi, alim gündəliyində təsvir etdiyi heyvanın adını çəkməklə kifayətlənməyib, həm də morfoloji əlamətlərini, davranış xarakterini, yayılma arealını dəqiq görsədməyə çalışıb. Buradan məlum olur ki, ceyran vaxtilə Azərbaycanın düzən rayonlarında geniş yayılmış bioloji növ olub. Ancaq indi ona yalnız Şirvan Milli Parkında məhdud sayda rast gəlmək mümkündür, “Qırmızı kitaba daxil edilib, qorunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü səmərəli işlər nəticəsində Qobustan yaxınlığına və İlisi Dövlət Qoruğuna müəyyən sayda buraxılıb. Çox güman, onların azalmasında təbii amillərlə bərabər, antropogen faktorlar da böyük təsirə malik olub. Xüsusilə, qidalı ətinə və göbəyindən alınan xoş qoxulu maddəyə (müşk) görə ovçuların amansız təsirinə məruz qalıb.

Xəzər dənizi və Kür çayındakı qızıl balıqların və “başqa böyük balıqların” nəslinin kəsilməsi qorxusu bu heyvanlara antropikantropogen faktorların intensiv neqativ təsirindən irəli gəlib. Azərbaycan qiymətli balıq sərvəti ilə keçmişdən dünyada tanınıb. Əvvəlcə Kür çayından nərələr, qızıl balıq və şəmayı tutulub, XIX-cu yüzilliyin axırlarında naxa, sıf, çəki və xəşəm ovu da başlanıb, XX yüzillikdən dəniz vətəgələri də yaradılıb. Azərbaycan sularında yaşayan 30 növdən çox balığın 2/3 hissəsinin nəsil verməsi Kür çayı ilə bağlıdır. Hələ X-cu əsrdə coğrafiyaşünas-səyyah İbn-Haqvəl yazırdı ki, KürAraz çaylarının hər ikisinin suyu içməli və yüngüldür. Hazırda Araz çayının suyu tamamilə çirkli və istifadəyə yararsızdır. Kür isə içmək üçün istifadə olunmasına baxmayaraq, tərkibinə və çirkllənmə səviyyəsinə görə heç bir standarta və normativə uyğun gəlmir. Mingəçevir və Varvara bəndi isə balıqların kürüləmə miqrasiyasının qarşısını kəsib.

Qarabağ salnamələrində “Kür, Araz, Xaçın, Tərtər, Əkərə, Bərgüşad çaylarında qiymətli balıqların”, “Qarabağın nəinki dağlıq hissəsində, hətta ovalıqlarında sıx meşələr”in olduğu vurğulanıb. Xüsusilə qeyd edilib ki, “meşələrin faunası olduqca zəngin idi. Burada qaban, Qafqaz maralı, cüyür, ayı, canavar, tülkü, porsuq, çaqqals. heyvanlarla yanaşı, pələngə də var idi”.

Qarabağ meşələri qiymətli ağac növləri, habelə təbii mineral su sərvəti ilə də fərqlənir. Ancaq səmərəsiz, intensiv istifadə bir çox növlərin sıradan çıxmasına və ya nadir növə çevrilməsinə səbəb olub. Yanacaq, tikinti, əkinçilk və heyvandarlığın inkişafı Qarabağın əsrarəngiz təbiətinə neqativ təsir göstərib, onu xeyli zəiflədib. Hazırda bu gözəl diyar erməni işğalı altındadır, indi daha da amansız formada dağıdıcı münasibətlə üzləşib.

XVII əsr fransız səyyahı Jan Şardən (1643-1713) Səfəvilərə və Şərqin digər yerlərinə səyahət edərkən keçib getdiyi ərazilərdə Azərbaycanla bağlı gördüklərini, xüsusilə, onun zəngin təbii sərvətlərə malik olduğunu, əhalinin həyat tərzini və təbii ətraf mühitə münasibətini maraqla qeyd edir. “Bu bəylərbəyliyində böyüklərin belə bir adəti var ki, yazı yaylaqda keçirməyə gedirlər. Onlar ov etməklə, balığ tutmaqla, piyadaatla gəzməklə vaxtlarını şən keçirirlər. Onlar orada təmiz hava qəbul edir, sərinliyi lap çox sevirlər. Onların istirahəti orda keçir. Şəhərdə görüləsi bir olmayanda, onlar yaylağa köçməyə tələsirlər, dağların cazibədar yerlərində yay uzunu istirahət edirlər. Bunu yaylaq, yənikənd ekskursiyasıadlandırırlar.”

Səyyah diqqəti Təbrizin özünəməxsus iqliminə yönəldir. Burada normal yaşayış üçün vacib olan amillərdən danışır: “Təbrizin havası soyuq qurudur. Onun havasının əhval ruhiyyəyə pis təsir etməsindən qətiyyən şikayətlənmək olmaz. Şəhər üzü şimala olub, ilin doqquz ayı zirvəsi qarla örtülü olan dağlarla əhatə edildiyindən orda soyuqlar uzun müddət davam edir. Demək olar ki, orda hər axşam-səhər zəif külək əsir. Yay müstəsna olmaqla, tez-tez yağışlar yağır. Ilin bütün fəsillərində onun üzərində duman görmək olar. Orada yaşayanlar üçün vacib olan hər istəsə boldur. Kifayət qədər keyfiyyətli ucuzdur.”

J.Şardən Azərbaycanın su hövzələrində bol balıq ehtiyatı olduğunu, ümumiyyətlə, ölkənin fauna və florasının zənginliyini qeyd edir. O, ov heyvanları və onlarla yemlənən yırtıcılar, bu yırtıcıların davranışı, həyat tərzi haqqında fikir söyləyir. Səyyahın apardığı araşdırmalara görə, hələ XVII-XVIII-ci əsrlərdə Azərbaycanda üzümçülük təsərrüfatı geniş yayılıb, bununla əlaqədar çoxlu üzüm sortları yetişdirilib. Ölkədə təbii sərvətlərin və ərzaq ehtiyatının bolluğu burada əhalinin digər bölgələrin əhalisindən daha yaxşı yaşamasına imkan verir: “Təbrizə balıq Xəzərdən gətirilir. Acı çaydan da balıq tutulur, lakin bu, suyun səviyyəsi aşağı düşən vaxtlarda edilir. Evov quşları, meyvə və digər azuqə istənilən qədər boldur. Belə təsdiq edirlər ki, bu şəhərin ətraflarında altmışdan çox üzüm sortu yetişdirilir. Səfəvilərdə Təbriz bazarından daha yaxşı bazar, Təbriz əhalisindən daha firavandaha gözəl yaşayan əhali yoxdur. Tərəvəz, xüsusilə, şüyüd (mərəcüyüd) pulsuzdur. Yayda maralsu quşları bol olur, farslar ov quşlarını sevmir, maralları və digər vəhşi heyvanları az-çox ovlayırlar. Dağlarda qartallar olur. Bəzi adamlar ov quşlarını qırğı ilə təqib edirlər. Bu təqib çox maraqlı və cazibədardır. Qırğının qartalı tutmaq tərzi belədir ki, qırğı çox yuxarıdan uçaraq, onun üzərinə sürətlə şığıyır, cayanaqlarını qartalın böyrünə keçirir, elə havada uça-uça onun başına dimdik zərbələri vurur. Hərdən belə də olur ki, qırğı ilə qartal hər ikisi birlikdə yerə düşürlər. Qırğılar maralları da bu yolla ovçulara təslim edirlər…”

Görkəmli fransız yazıçısı Aleksandr Düma (1802-1870) XIX əsrin ortalarında (1858-1859) Rusiyaya, oradan isə Qafqaza, xüsusilə, Dərbənd daxil olmaqla Azərbaycana (Quba, Bakı, Şamaxı və Şəki) və azərbaycanlı icmasının geniş yayıldığı Tiflisə gəlib. Maraqlıdır ki, Qafqaz səfərində onun keçirdiyi görüşlərin və bu görüşlərdən aldığı təəssüratların əsas hissəsi bilavasitə Azərbaycanla bağlıdır. Yazıçı ölkəmizdəki geoloji təbiət abidələrini, o cümlədən, Dərbənddəki Divlər mağarası, xalq arasında “Pir-Əmcəklər”, “Müqəddəs məmələr” adlandırılan mağaralar haqqında məlumat verir. Həmin mağaralardan bir sıra vəhşi heyvanların sığınacaq kimi istifadəsini qeyd edir. Mağaralardan birində rast gəldiyi suyun şəfaverici xüsusiyyətindən danışır: “Günbəzin tavanında qadın döşünə oxşar əhəngli, ərp bağlamış gilələr sallanırdı; bu gilələrin hər birinin ucundan su damlaları süzülürdü. Ətraf kəndlərin qadınları bu suyun şəfaverici gücünə inanır və onu çox müqəddəs sayırlar. Uşaq əmizdirən ananın döşünün südü quruyanda, bir qoyunu qurban kəsib bu müqəddəs gilələrdən damcılayan suyu bir az torpaqla qarışdırıb horra halına salır və niyyət edib böyük inamla içir. Pirə inam o qədər güclüdür ki, uşağa süd verən ana tamamilə sağalmasa da, özünü bir az yüngülləşmiş hiss edir”.

Maraqlıdır ki, A.Düma Azərbaycanda səfərdə olduğu bəzi bölgələrdəki qayalıq ərazilərdə baş verən eroziya proseslərini, dağların aşınmasını diqqətlə müşahidə edib və səbəblərini göstərib: “Təbiət onun dağıdılmasına, məhv edilməsinə qarşı mübarizə aparır. Fıstıq ağacının toxumuvaxtsa bir divarın çatına düşüb, orada azacıq torpağa rast gəlib, cücərib, böyüyüb-çoxalıb 172 ağac olub, kökü ilə çıxdığı yeri parçalayıb və divarı dağıdıb, açılmış yarıqları külək sovurub, yağış yuyub. Təkcə ürəyiyumşaq sarmaşıqlar nəğmə kimi keçmişin bütün sınaqlarına dözərək dərdi-səri içinə alıb saxlamışlar. Bəli, təkcə sarmaşıqlar daş divarın yanındakı xarabalıqlara düşən daşlara sarmaşıb qalıb, onlardan ayrılmayıb.”

 

Yusif Dirili

 

Xalq Cəbhəsi.- 2018.- 30 mart.- S.14.