“Cümhuriyyət tarixinin
öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir”
Musa Qasımlı:
“Həmin dövrdə
buraxılan səhvləri
bilmək və onlardan müvafiq nəticələr çıxarmaq
lazımdır”
"Müsəlman Şərqində
ilk demokratik respublikanın
– Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından
100 il keçir. Məlum olduğu
kimi, 1918-ci il mayın 28-də Azərbaycan
xalqını təmsil
edən Milli Şura müsəlman Şərqində ilk dəfə
olaraq respublika formasında Azərbaycanın
dövlət müstəqilliyini
elan etdi". Bunu millət vəkli, AMEA-nın müxbir üzvü Musa Qasımlı
deyib. Onun sözlərinə görə,
zaman etibarilə bu tarixi hadisədən
nə qədər çox uzaqlaşırıqsa,
onun təkcə xalqımız və müsəlman Şərqi
deyil, bütün dünya üçün böyük əhəmiyyət
daşıdığı daha
aydın şəkildə
özünü göstərir,
Cümhuriyyət irsinə
təkrarən müraciət
olunur və çoxlu suallara olan cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir: Cümhuriyyətin
yaradılmasına aparan
tarixi yol necə olub? Cümhuriyyət necə elan
edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti
nədən ibarət
olub? Azərbaycan Xalq Cümhuriyyəti
dövlətinin xarici
siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən
nələri öyrənməli
və hansı ibrət dərsləri almalıyıq?
Heç kəsə sirr deyildir ki, sovet
dövründə Azərbaycan
tarixinin barəsində
yazılmayan və danışılmayan, üstündən
sükutla keçilən,
yazılan və danışılanda isə
kobudcasına təhrif
edilən səhifələrindən
biri 1918-1920-ci illər
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
olub. Bu tarixə dair
arxiv sənədləri
daim “məxfi”, “tam məxfi” qrifləri altında saxlanıldığından
tədqiqatçılar tarixi
həqiqətlərin heç
də hamısını
bilməyiblər, bilənləri
isə ideologiyanın
təsiri altında onu məqsədli şəkildə, düşünərək
təhrif edərək
yazıblar. Lakin Azərbaycanın dövlət
müstəqilliyi bərpa
edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”,
“məxfi” arxiv fondları açıldıqda
tamamilə başqa bir mənzərə üzə çıxdı.
Cümhuriyyət tarixinə
yeni baxış meydana gəldi: “Tarixi hadisə və proseslərin təhlili göstərir ki, 28 may tarixində Cümhuriyyətin elan edilməsi göydəndüşmə
olmadı. Məlumdur ki, çarizmin
Azərbaycanın şimalını
işğal edib ilhaq edənə qədərki müəyyən
dövrdə Azərbaycan
xalqının zəngin
dövlətçilik ənənələri
mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı
çar Rusiyası tərəfindən xanlıqlar
formasında işğal
edildikdən sonra tamamilə yeni bir şərait yarandı...1920-ci il yanvarın 11-də
Azərbaycanın dövlət
müstəqilliyi böyük
dövlətlər tərəfindən
de-fakto olaraq tanındı. Bu tanınma
tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə
hörmət əlaməti
idi. Azərbaycana yardım göstərilməsi
barədə qərarlar
qəbul edildi. Azərbaycan dövləti beynəlxalq
münasibətlər sisteminə
daixl olmaq üçün ilk addımlar
atdı”.
O bildirib ki. Azərbaycan
Xalq Cümhuriyyəti
1920-ci il aprelində bolşevik Rusiyasının istilasına
uğradı: “Cümhuriyyət
daxili deyil, xarici amillər səbəbindən məğlub
oldu. Müstəqil Azərbaycan dövlətinin
mövcudluğu üçün
əlverişli beynəlxalq
şərait yox idi. Osmanlı dövləti Cümhuriyyətin
yaradılmasında mühüm
xarici amil rolunu oynamışdı.
Azərbaycan xalqı monarxiyadan
yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər,
Mustafa Kamal Paşanın
bolşevik lideri Lenin ilə yaxınlaşması
mənfi təsir etdi. Kamalçı Türkiyə və
bolşevik Rusiyasının
Antanta ölkələrinə
qarşı mübarizəsi
nəticəsində müttəfiqə
çevrilmələri regionda
geosiyasi vəziyyəti
dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji
maraqlar mühüm rol oynadı. Rusiya bir neçə
il əvvəl
Bakını itirməklə
böyük dövlət
statusunu da itirmişdi. Bu mövqeyi
bərpa etməkdən
ötrü Rusiya yenidən Azərbaycanı
işğal etdi.
Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə
görə Azərbaycan
sərhədlərini aşaraq
daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan
xalqı gətirdi.
Azərbaycan Xalq Cümhuriyyəti
bütün müsəlman
Şərqinin Dan Ulduzu
oldu. Bu gün
Şərqdə müstəmləkəçiliyn
və müstəmləkə
zülüm altında
inləyən xalqlarının
olmaması eyni zamanda Cümhuriyyətin təsiridir. Azərbaycan xalqı
müstəmləkə zülmü
altında inləyən
xalqlara xilas yolunu göstərdi.
Onların ürəyində ümid çırağı
yandırdı. Heç
əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə
azərbaycanlılarla yanaşı
zülm çəkən
yüzlərlə ərəb,
fars, əfqan
və başqa xalqların nümayəndəsi
Azərbaycanın vətəndaşı
olmaqdan ötrü İrkutskdakı konsulluğa
müraciət etmişdilər.
Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq lazımdır. Dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Əgər Azərbaycanda parlament deyil, prezident respublikası və möhkəm əl olsaydı, bəlkə də müstəqilliyin ömrü uzun ola bilərdi. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalıdır. Xalq öz milli dövlətini qorumalıdır. Onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.
Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələr mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğıcı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.
Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.
Bu gün
ölkəmizdə milli tariximizə, mədəniyyətimizə
xüsusi qayğı göstərilir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin
şərəfinə abidə ucaldılıb. Onların xatirəsi
əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır.
Görkəmli xadimlər haqqında sənədli filmlər
çəkilib. Xarici ölkələrdəki
məzarları təmir edilib. Cümhuriyyətimiz
100-cü ildönümü ilə əlaqədar
olaraq ölkəmizdə geniş
tədbirlər həyata keçirilir”.
Xalq Cəbhəsi.- 2018.- 30 mart.-
S.9.