Qarabağ xanlığında sənətkarlıq və kustar sənaye

 

7-ci yazı

Tiflisdən Şuşaya çit, güllü pambıq parçalar, mahud, müxtəlif rəngli pambıq parçalar, zolaq-zolaq parçalar, sarı rəngli qalın və kobud pambıq parçalar, qırmızı boyaq, Bakı xanlığından dəmir, yazı kağızı, neft, müxtəlif şüşə, çini qablar, duz, zəfəran, mazut gətirilirdi. Dərbənddən qızıl boya (marena), Şəki xanlığından tüfəng, əldə toxunma mahud şal, xalçalar və s., Gəncə xanlığından zəy və meyvələr, Naxçıvan xanlığından qalın kətan parça və duz, İrəvan xanlığmdan duz, Ərdəbil xanlığından «burmet» arçalar və s. gətirilirdi. Qarabağ xanlığı Azərbaycanın mühüm iqtisadi mərkəzi olan Təbriz şəhəri ilə müntəzəm icarət əlaqələrinə malik idi. Təbrizdən Şuşaya ildə 300 yük güllü parça (burmet), 300 yük bez (ağ parça), 1000 arşın qanauz (ipək parça), 600 ədəd göy tafta, 1000 ədəd göy örtük, 2000 ədəd ipək yaylıq, müxtəlif rəngli Təbriz şərfləri, yorğan üzü və s. idxal edilirdi. Təbrizdən həm də istiot, darçın, qərənfil, badam, quru meyvələr, İran şəkəri, həna, tumac, Şiraz tütünü və s. kimi mallar daxil olurdu. Xoy və Urmiya xanlıqlarından Şuşaya qumaş, bez, çit və «burmet», Şamaxıdan müxtəlif ipək parçalar, qırmızı boya, qəhvə, Yəzddən müxtəlif ipək məmulatı və pambıq örtükləri, Ərdəbildən qalın pambıq parça gətirilirdi.

Məlumatlara görə, İrandan və Cənubi Azərbaycandan Qarabağa gətirilən malların ümumi dəyəri 140 min gümüş rus manatına bərabər imiş. Şuşa tacirlərinin Təbriz və nisbətən İsfahanla da daimi ticarət əlaqələri vardı. İsfahandan Qarabağa ildə 10 yük «burmet» parça, 2 yük zərbaf parça, 500 ədəd qara ipək kəlağayı, 200 ədəd göy və ağ çadra, 10 pud istiot, darçm və digər ədviyyat, 12 pud İran şəkəri idxal edilirdi.

.

Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında qeyd olunu ki, Türkiyədən meyvə qurusu, atlas, müxtəlif örtüklər, ipək mallar və qəhvə, Gürcüstandan müxtəlif növ parçalar, mahud, çay, qənd, spirtli içki Qarabağa idxal olunurdu. Qarabağ xanlığının tacirləri yüksək keyfiyyətli və müxtəlif çeşidli parça məmulatları almaq üçün Rusiyanın Moskva, Nijni-Novqorod yarmarkalarına gedirdilər. Qarabağ xanlığından ixrac olunan mallar arasında ipək çox mühüm yer tuturdu. Şuşa tacirləri nəinki Qarabağ, eləcə də Şəki, Şamaxı, Gəncə xanlıqlarında, Car-Balakəndə ipək tədarükünü inhisara almışdılar.

Bir sıra maneələr xarici ticarətin inkişafını ləngidir, tacirlərdən bu və ya digər xanlığın ərazisindən keçərkən xanların xeyrinə rahdar rüsumu toplanırdı. Bəzən eyni maldan bir neçə dəfə gömrük pulu alınırdı. İpək parçalar istehsal olunduğu yerdə satıldıqda onun hər tayından 1 manat 3 qəpik, xam ipəyin hər tayından 5 manat pul alınırdı. Tacirlər öz məhsullarını istehsal olunan yerdə sata bilməyib başqa şəhərə apardıqları zaman təkrar gömrük rüsumu verirdilər. Tacirlər hər dəfə «tərəzi pulu» adlanan xüsusi rüsum ödəyir, Kür çayından keçdikdə isə həm mallarına, həm də yük heyvanlarına görə vergi ödəməli olurdular. Son nəticədə bir batman malın gətirilməsi Təbrizdən 30 qəpiyə, Xoydan təxminən 1 manata, Urmiyədən 1 manat bir abbasıya, Ərdəbildən 1 manata, Tiflisdən isə bir pudun gətirilməsi 6 manat 2 abbasıya başa gəlirdi. Əlavə idxal və ixrac olunan mallardan Təbriz, Xoy, Urmiya və Ərdəbildə rahdar (1 taydan 6 manat 50 qəpik gümüş manat) rüsumu alınırdı. Qarabağ xanlığının özündə də ticarət sahəsində bir sıra gömrük rüsumları və vergilər toplanırdı.

Şəhərdə ticarətlə məşğul olanlar xana vergi və rüsumlar ödəyirdilər. Bundan əlavə, onlar bazar işçilərinin saxlanılması üçün bazarbaşı, qapançı və s. rüsumlar ödəməli idilər. Bazar xadimləri peşkəş, çaypulu, cərimə kimi ödənişlər verməli idilər. Yerli əhalinin satdığı məhsulların keyfiyyətindən asılı olaraq vergi alınmırdı. Duz satışından duz pulu, araq və şərab məhsulundan şirə, sabun, dəri, tütün, rəng pulu, xırda satışdan, dükanlardan balıq, ət, meyvə, odun satışından darğabazar adlı vergi toplanırdı.

Ticarətdə müxtəlif çəki və ölçü vahidlərindən istifadə edilməsi də ticarətin inkişafına mane olurdu. Gümüşdən kəsilən «pənahabad» adlı pula xalq arasında sadəcə «pənavat» deyilirdi. O, rus gümüş pulunun 15 qəpiyi dəyərində idi. Pənahabad təklik və cütlük şəklində (30 qəpik), habelə mis yarımşahılarla zərb olunurdu. Xanlıqda həmçinin qonşu ölkələrin pulları da işlənirdi. Qarabağda uzunluq vahidi kimi xan arşınından istifadə olunurdu. O, 1 metrdən 5-10 sm az olurdu. Çəki ölçüsü təxminən 800 qram ağırlığında olan «stil» idi. Buğda, arpa, darı və s. ölçmək üçün «çanaq»dan istifadə olunurdu. Şuşada üç növ çanaqdan istifadə olurdu: 1-ci növ - 31 funt, 2-ci növ - 12 funt 31 zolotnik, 3-cü növ 2 fiınt 8 zolotnik buğdaya bərabər idi.

Məlum olduğu kimi, Azərbaycan xanlıqlarının əksəriyyətinin öz pul vahidləri var idi. Şuşa şəhəri salınandan sonra Pənahəli xanın əmri ilə 15 qəpik dəyərində olan pənahabad sikkəsi zərb olunmuş, həm Qarabağ xanlığının daxilində, həm də digər xanlıqların ərazisində işlənmişdi. Xanlıq daxilində yarımşahı tədavüldə idi. Ağa Məhəmməd şah öldürüldükdən sonra İranla münasibətləri nizamlamaq məqsədilə İbrahimxəlil xanın göstərişinə əsasən, Fətəli şahın adından 35 qəpik dəyərində olan «sahibqıran» adlı pul vahidi buraxılmağa başlanmışdı.

Qarabağ xanlığında xan sikkələri ilə yanaşı, İran şahlarının pulları - tümən (4 gümüş rus rubluna bərabər) və rial (45,5 rus qəpiyinə bərabər), Təbriz, Xorasan, İsfahan və digər yerlərin abbasıları və «nadiri» adlı pul vahidləri tədavüldə idi. Türk abbasıları, rus rublları da geniş işlənirdi. Xan abbasılarında 4,5-dən 2,25 qrama qədər gümüş, nadiridə 11,5 qram gümüş, İran abbasısında 5,30 qrama qədər gümüş var idi. Xan sikkələrinin çəkisi və əyarı tez-tez dəyişirdi ki, bu da pul tədavülünü və xanlıqlar arasında ticarəti çətinləşdirirdi. Pulların qəlp olub-olmadığını və dəyərini müəyyənləşdirmək məqsədi ilə bazarda sərraflar işləyirdi.

Digər xanlıqlarda olduğu kimi, Qarabağ xanlığmda da gömrük rüsumlarınm toplanması iltizama verilirdi. İpək, yun, pambıq iplərin və parçaların mavi, tünd yaşıl, açıq göy rənglərə boyanması, iltizamçıların inhisarına verilmişdi. Varlanmaq məqsədilə və ya digər ödəniş maddəsini iltizama götürən şəxs şübhəsiz kı, xəzinəyə odədiyindən daha çox pul toplamağa çalışırdı. Qarabağ xanlığında 20-yə yaxın iltizam maddəsi mövcud idi. Biyan kökü, tnizan boyaqxana, sabun, dabbaqlıq və s. sahələrin iltizammdan xeyli gəlir əldə edilirdi.

İltizamdan gələn gəlirlərin bir hissəsi xanın yaxın adamlarına, digər hissəsi xəzinəyə daxil olurdu. Hər bir mahal özünü təmin edən natural təsərrüfat idi. Tədqiqatçı M.Mustafayev yanlış olaraq xanlıq dövründə sənətkarlığın əkinçilikdən ayrılmasına yalnız erkən mərhələdə təsadüf edildiyini bildirir. Əks halda Şuşada 500-dən çox sənətkarın olmasını, yüksək keyfiyyətə malik məhsulların hazırlanmasını (həm də nəinki sifarişlə, hətta azad satış üçün) necə izah etmək olar.

Sənətkarların əksəriyyəti peşələr üzrə həmkar təşkilatlarda (əsnaflarda) birləşmişdilər (boyaqçılar, dərzilər, papaqçılar və s.). Ərəb dilində «sinif» mənası verən «əsnaf» termini xanlıqlar dövründə sənətkarlarn üçün daha səciyyəvi ad hesab edilirdi. Həm də əsnaflar yalnız sənətkarları deyil, ticarət və müxtəlif peşə sahiblərini öz sıralarında birləşdirirdi. İstehsal olunmuş məhsulu sərfəli satmaq və eyni zamanda yerli feodalların özbaşınalığına qarşı mübarizəni mütəşəkkil surətdə aparmaq məqsədi ilə sənətkarlar əsnaflarda birləşməyə üstünlük verirdilər. Heç bir əsnafa daxil olmayan azad sənətkarlar da çox idi. Şuşada qalayçıları, çəkməçiləri, papaqçıları, dabbaqları birləşdirən, hər birində 10 nəfərdən 25 nəfərə qədər üzvü olan əsnaflar mövcud idi.

Qərbi Avropa istehsal müəssisələrindən fərqli olaraq Azərbaycanda, o cümlədən Qarabağ xanlığında sənətkar birlikləri şəhər idarəçiliyinə təsir edə bilmirdilər. Onlar şəhər idarə orqanlarının sərəncamlarını yerinə yetirir, ilk növbədə vergiləri emalatxanalar arasında bölüşdürürdülər. Adətən hər bir əsnafın üzərində təmsil etdiyi sənətə aid alətin təsvir edildiyi bayrağı olurdu.

Əsnaflar müəyyən müddətə özlərinə başçı - ustabaşı seçir, həmin ustabaşmın statusunu şəhər hakimi təsdiqləyir, bu da öz növbəsində onu şəhər hakimindən asılı vəziyyətə salırdı. Ustabaşılar əsnaf üzvləri arasında bağlanan müqavilələri təsdiq edir, kargərliyə (usta köməkçisi) və ustalığa qəbul məsələlərini nizamlayırdılar. Onlar şagirdlərin təhsil müddətini nizama salır, sənətkarların məişətdə özlərini necə aparmalarına nəzarət edirdilər. Ustabaşı həm də əsnafın bazarda nümayəndəsi idi: o, qiymətləri təyin edir, xammal satıcıları ilə danışıq aparırdı. Əsnaf üzvləri mah birgə alırdılar. Onlar əsnaf daxilində məhdud məhkəmə hakimiyyətinə malik idilər. Ustabaşılara ağsaqqallar kömək edir, onlar ustabaşı xəstələndikdə onu əvəz edir, ustabaşı ilə birlikdə məhkəmə işlərinə baxırdılar. Xəzinəyə nəzarəti savadlı xəzinədar həyata keçirirdi. Əsnaf xəzinəsinin yığım mənbəyi müxtəlif idi. Əsnafa üzv qəbul edildikdə, sənətkar yeni emalatxana açdıqda və s. hallarda əsnaf xəzinəyə pul ödəməli idi.

Əsnaflıq - həmkarlıq istehsalı qaydaya salmaq, sənətkarların bir-birinə kömək etmələri üçün təşkil olunurdu. Təşkilata rəhbərlik etmək üçün 3 il müddətinə ustagər adlı başçı seçilirdi. Ustagərlər ustalar arasında ixtilaf baş verdikdə mübahisələri həll edir, ustaları xammalla təmin edir, ictimai tədbirləri təşkil edirdilər. Əsnaflar - həmkarlar vergiləri sənətkarlar arasında bölüşdürür, ustaların peşəkarlıq fəaliyyətinə nəzarət edirdilər. Xanlar vergilərin vaxtında və lazımi səviyyədə toplanması məsuliyyətini ustagərlərin üstünə qoymuşdu. Əsnaflar - həmkarlar qarşılıqlı yardım təşkilatı idi. Ehtiyacı olan kasıbları təşkilata qəbul edərək təmin edirdilər. Əsnaf üzvlərinin sayı çox olduqda ustagər köməkçisi və dörd nəfərdən ibarət ağsaqqallar şurası seçilirdi. O, bazara daxil olmuş yeni mallar haqqında məlumat verir, ustaları əsnafm yığıncağına dəvət edir və s. işləri yerinə yetirirdi. XVIII əsrin son rübündə Şuşada qalayçıların, başmaqçıların, papaqçıların, sərracların, dabbaqların əsnaf təşkilatlarının olması haqqında məlumat var. Onların hər birinin 10-25 üzvü var idi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 31 mart.- S.13.