31 mart – Azərbaycanlıların
Soyqırımı Gününə həsr olun0muş kitab sərgisi
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.F.Axundzadə adına
Milli Kitabxanada 31 mart –
Azərbaycanlıların Soyqırımı
Gününə həsr
olunmuş kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, 1918-ci il
azərbaycanlıların soyqırımının
100-cü ildönümünə həsr olunmuş sərgidə əvvəlcə
soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış
edərək bildirib ki, hər il martın 31-i ölkəmizdə dövlət
səviyyəsində azərbaycanlıların
soyqırımı günü
kimi qeyd edilir. Bu il
Azərbaycan Respublikası
Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında” Sərəncamına əsasən
respublikanın müxtəlif
regionlarında silsilə
tədbirlər reallaşdırılır.
Qeyd edilib ki, tarix boyu
təcavüzkar siyasət
yeridən, qanlı əməllərindən və
“böyük Ermənistan”
yaratmaq xülyasından
əl çəkməyən
ermənilər zaman-zaman
xalqımızı soyqırımına
məruz qoymuş, havadarlarının hərtərəfli
köməyi ilə əzəli torpaqlarımızı
almağı özlərinin
məqsədlərinə çevirmişlər.
Professor bir sıra
tarixi faktlara istinad edərək Azərbaycan torpaqlarında
törədilmiş qırğınlar
və soyqırımı
siyasətindən ətraflı
bəhs edərək qeyd etmişdir ki, erməni daşnak partiyasının
havadarlığı ilə
ötən əsrin əvvəllərindən etibarən
bu günə qədər Azərbaycan torpaqlarında günahsız
insanların qanı tökülmüşdür. Erməni
millətçilərinin cinayətkar
əməllərinin dünya
ictimaiyyətinə çatdırılması,
Azərbaycan xalqının
gələcək nəsillərinin
milli yaddaşının
qorunması və soyqırımı qurbanlarının
xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Quba
şəhərində Soyqırımı
Memorial Kompleksinin yaradıldığını
bildirən T.Kərimov
deyib ki, hər il martın
31–də Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri,
Bakı şəhərindən
və ölkəmizin
digər bölgələrindən
gələn, müxtəlif
təşkilatları təmsil
edən həmvətənlərimiz
Quba soyqırımı
məzarlığına təşkil
edilən yürüşdə
iştirak edərək
soyqırımı qurbanlarının
xatirəsini ehtiramla anırlar.
Bu mövzuda kitabların
sayının çoxalmasının
vacibliyini söyləyən
natiq beynəlxalq kitab sərgilərində
bu cür nəşrlərlə çıxış
etdiklərini, Milli Kitabxananın da bu məqsədlə metodik və biblioqrafik vəsait hazırladığını qeyd
edib. Milli Kitabxananın direktor
müavinləri Ədibə
İsmayılova və
Mələk Xanım Hacıyeva çıxış
edərək mart qırğınlarından
söz açıblar.
Milli Kitabxananın şöbə
müdiri, şairə
Səyyarə Məmmədli
çıxış edərək
öz şeirini səsləndirib. Sonda
tədbir iştirakçıları
Milli Kitabxana tərəfindən təşkil
olunmuş Azərbaycan
və xarici dillərdə kitablar, şəkillər, qəzet
və jurnal materiallarından ibarət
geniş sərgi ilə tanış
olublar. Həmçinin
Milli Kitabxananın nəzdində fəaliyyət
göstərən açıq
kitabxanada Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı
ilə 1918-ci il azərbaycanlıların
soyqırımının 100-cü ildönümünə həsr
olunmuş tədbir keçirilib. Açıq kitabxananın əməkdaşları
tərəfindən tələbələrə
ermənilərin dünyada
misli görünməyən,
insanlığa sığmayan
soyqırımı haqqında
məlumat verilib.
Xalq Cəbhəsi.- 2018.- 31 mart.-
S.16.