Bəhlul Bəhcətin
faciəvi taleyi
Bəhlul Bəhcətin Azərbaycan
folklorşünaslığı tarixində özünəməxsus
yeri var. «Bəhcət» onun yaradıcılıq
imzasıdır. 1885-ci ildə Zəngəzur qəzasının
Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Araşdırmaçı-alim Rza Xəlilov bildirir
ki, Bəhlul Əfəndi sonralar təhsilini Türkiyə və
İranda davam etdirib. Türkiyə və
İranda təhsilini başa vurduqdan sonra vətənə
qayıdıb, Zəngəzur qəzasında dini fəaliyyətə
başlayıb. 1918-ci ildə Azərbaycanda
Demokratik Cümhuriyyət qurulduqdan sonra 1920-ci ilə qədər
Zəngəzurun qazısı vəzifəsində
çalışıb. O, milli dövləti fəaliyyətilə
dəstəkləyənlərdən olub. Azərbaycanda
bolşevizm bərqərar olduqdan sonra onun həyatının
ağır günləri başlayır. Süni
quraşdırılmış bir ittiham əsasında ilk dəfə
olaraq 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən
qayıdır: 3 il ərzində əvvəlcə
«Azərnəşr»də, sonra isə Elmlər
Akademiyasının Azərbaycan filialının ədəbiyyat
sektorunda işləyir. Bu elm ocağı Bəhlul Bəhcətin
son iş yeri olur. 1937-ci ilin avqustundayenidən həbs
edilir, 15 mart 1938-ci ildə quraşdırılmış
ittihamlar əsasında güllələnir. 20 ildən
sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə bəraət
verilir. Şərq ədəbiyyatı və dillərini, həmçinin
Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə
gəlib çatmış əsərləri onun görkəmli
ədəbiyyatşünas, folklorşünas olduğunu
göstərir: «Deyilənə görə, o, Əmin Abidlə
birlikdə Firdovsinin«Şahnamə»sini dilimizə tərcümə
edib». Həm də bir ədəbiyyatşünas
kimi tanınmış Bəhcət XIX yüzilin məşhur
şairlərindən olan Əbülqasim Həbatinin ədəbi
irsinin toplanmasında və araşdırılmasında
böyük rol oynayıb. 1935-ci ildə bu
sahədə fəaliyyətinin məntiqi nəticəsi olaraq
«Nəbati» kitabını çap etdirib. B.Bəhcətin
yaradıcılığında Azərbaycan folkloru, xalq ədəbiyyatı
geniş yer tutub. Azadlığa çıxdıqdan
sonraədəbi yaradıcılıqla məşğul
olduğu dövrdə yazdığı «Nəbati-Xan
Çobanı», «Sarı Aşıq», «Aşıq» təxəllüslü
bayatı şairinin tərcümeyi-halı və
yaradıcılığı», «El şairi» və «El şairləri»,
«Aşıq Mahmud» adlı məqalə və resenziyaları ədəbiyyatın,
folklorun onun yaradıcılığında mühüm yer
tutduğunu, müəllifin necə məhsuldar qələm
sahib olduğunu göstərir: «Onun bu dövrkü fəaliyyətində
müşahidə edilən canlanma ölkədə kütləvi
repressiyaların daha güclü bir dalğasının
başlandığı dövrə təsadüf edir.
Görünür, B.Bəhcət rejim tərəfindən ona
ayrılan vaxtın daraldığını,
azaldığını hiss etmiş, bu sahədə daha
çox iş görmək lazım gəldiyini fitrətən
dərk etmişdi. Sonuncu məqalənin
çapından təqribən bir il sonra o, həbs olundu».
R.Xəlilov
bu dövrdə «Ədəbiyyat» qəzetində «Çoban»
imzası ilə dərc olunmuş bir məqalənin onun
folklorşünas olaraq bu sahədə toplayıcılıq fəaliyyətinə
işıq saldığını bildirir: «Ərəbcə
«sevinc», və «gözəllik» mənalarını ifadə edən
«Bəhcət» təxəllüslü Bəhlul Əfəndi
Azərbaycan xalq ədəbiyyatına, klassikŞərq mədəniyyətinə
yaxından bağlı olub. Bəhlul Əfəndi
həm dünyəvi elmlərlə, həm də siyasətlə
məşğul olsa da, bütün ömrü boyu Azərbaycan
xalq ədəbiyyatına qırılmaz tellərlə
bağlı olub. Sarı
Aşığın bayatılarını toplayıb kitab
halına salıb, «Nizami və Qafqaz folkloru» mövzusunda elmi əsər
yazıb. Təəssüf ki, Bəhcətin
Azərbaycan tarixinə dair yazdığı xeyli əsərlərinin
çoxu itib-batıb. H.Əfəndiyev bu
qənaətdədir ki, belə bir xəzinənin içərisində
«Qarabağ tarixi» xüsusi əhəmiyyət kəsb edir.
Milli hökumət qurulduqdan sonra onun Zəngəzur
qəzasındakı dayaqlarından biri olan B.Bəhcət
haqqında bir sıra elmi və bədii ədəbiyyatda
çox bəhs edilib. Bəhcət sovet
hakimiyyətinə qarşı savaş elan etmişdi, deyirdi
ki, ya qazi, ya da şəhid olaq. O zaman Qubada,
Şamaxıda, Zəngəzurda, Qarabağ, Laçın, Cəbrayıl
və başqa mahallarda bolşeviklər qırğınlar
törədirdilər. O, belə bir vəziyyətdə
xalqı ardıcıl olaraq müqavimətə
çağırırdı. Hadisələrin
çıxılmaz olduğu bir vəziyyətdə Bəhcət
tərəfdarları ilə İrana keçir, bir ildən
sonra Azərbaycana qayıdır. Bayıl həbsxanasında
olduğu 10 il ərzində ardıcıl
olaraq mütaliə və yaradıcılıqla məşğul
olur. Həbsdən çıxdıqdan sonra ona
mənzil də verilmişdi. Lakin az sonra
yenidən həbs edilir, güllələnir».
Araşdırmaçı
Aslan Kənan yazır ki, bolşeviklər Azərbaycanda qanuni
hökuməti “sapı özümüzdən olan
baltaların” köməyi ilə zəbt etdikdən sonra xalqa
qarşı “səlib yürüşünə”
başladılar. İlk öncə nəinki zəhməti
hesabına varlananları, hətta öz zəhməti hesabına
yaşayan ortabab insanları da “kulak” –– “qolçomaq” edib, illərlə
topladığını bir anın içində əlindən
alaraq, ya güllələyirdilər, ya da ən yaxşı
halda Rusiyanın şaxtalı-buzlu yerlərinə göndərirdilər.
İş o yerə çatmışdı ki, beş
qoyun, bir keçisi olan kəndliyə də həmin
damğanı vururdular. Bəzən bu
özbaşınalıq elə həddə
çatırdı ki, bir kənddə yaşayanların
yarıdan çoxuna bu damğanı vurub, sürgünə
yollayırdılar. Sürgündən sağ-salamat
qayıdanları 1930-cu illərin repressiyaları “qoynuna”
alırdı: "Azərbaycan SSR XDİK-də olan məlumatda
göstərilir ki, Bəhlul Behcət hal-hazırda əks-inqilabın
rəhbəri kimi Azərbaycanın bir çox sərhəd
rayonlarında yerli əhali arasında hökumətə
qarşı fəaliyyət göstərməklə onları
sovet dövlətinə qarşı silahlı üsyana
hazırlayır. Lakin bu arayış öz həqiqi
təsdiqini tapmır və baxmayaraq B.Behcətin istintaq
işinə yeni maddələr artırılır ki, bunlar da
təəccüb doğurmur. B.Behcət ilk dəfə həbs
olunan zaman Azərbaycan Cinayət Məcəllisinin 72 və
73-cü maddələri ilə təqsirli bilinsə də,
istintaqdan altı ay sonra onun işinə Azərbaycan C/M-nin 69
və 70-ci maddələri əlavə olunur. Bu
maddələr o zaman ən ağır cəzaya məhkum
olunanlara verilirdi".
Araşdırmadan
aydın olur ki, Behcət ilkin dindirilmədə
özünü heç nədə günahkar bilməyib,
heç bir əks-inqilabi millətçi təşkilatın
üzvü olmadığını bildirmişdi: "Ancaq
XDİK-in əməkdaşları tərəfindən
görülmüş tədbirlərdən sonra B.Behcət
1936-cı ildə yazdıqlarının əksinə olaraq
Ə.Pepinovun, Ə.Cavadın, H.Cavidin, M.Müşfiqin, Rzaqulu
Nəcəfovun, S.Vurğunun, A.Şaiqin, S.Mümtazın və
başqalarının onun rəhbərlik etdiyi təşkilatın
üzvü olduğunu “etiraf” etməli olmuşdu. O
“etraf”ında göstərirdi ki, həmin ərəfələrdə
bir-birlərinin evlərinə gedər və orada Azərbaycan
ədəbiyyatının getdikcə gözdən
düşdüyündən danışarlarmış".
B.Behcətin
növbəti dindirilməsində aydın olur ki, təhlükəsizlik
idarəsinin müstəntiqləri qarşılarına
qoyduqları əsas məqsədə nail olublar: "Həmin
məqsədlərdən biri də guya Azərbaycanın Cəbrayıl
və Zəngilan kimi sərhəd rayonlarında əks-inqilabi
iş aparmaqla Sovet hökumətinə və dövlətinə
qarşı tədbirlər görən bir qrup əks-inqilabçıların
zərərsizləşdirilməsindən ibarətdir. Bu yolla da istintaqa cəlb olunan hər hansı
müttəhimin günahkar olduğunu boynuna qoymağa
çalışırdılar. “İpə-sapa”
yatmayan müttəhimlərin günahlarını boynuna
alması üçün müstəntiqlər tərəfindən
daha ciddi tədbirlər görülürdü. Bu tədbirlər o dərəcəyə
çatırdı ki, müttəhim müstəntiqin
üzünü görər-görməz əlavə
“günahlar”ını da boynuna almağa məcbur olurdu. Müstəntiqin bu “hünərinin” nəticəsi
idi ki, B.Behcət əks-inqilabi fəaliyyətinin bir çox
müsavatçılarla sıx surətdə
bağladığını da “etiraf” edib. B.Behcət üçün qabaqcadan
hazırlanmış bu dindirilmə istintaqı qane etmədiyindən,
müstəntiqlər yeni bir üsula əl atmalı olurlar.
Bu üsul yalançı şahidlərdən yetərincə
istifadə etmək idi. Maraqlıdır ki,
həmin şahidin müttəhimlə heç bir
tanışlığı olmasa da, onun dedikləri
istintaqı qane edirdi. “Şahid”in
istintaqın göstərişlərinə əməl etmədiyi
halda (bu cür hallar çox təsadüfi olurdu) həmin
şəxsin aqibətinin necə olacağı heç kəsə
gizli qalmırdı. Həmin istintaqa cəlb
edilən bir “şahid”in sözü ilə B.Behcət
müridlilik təriqətinə, xanlıq
üsyanındakı fəal iştirakına görə
günahlandırılırdı.
Başqa bir “şahid”in sözlərinə görə
guya kimsə ona deyib ki, (sənəddə bu öz əksini
tapmayıb) Bəhlul Əfəndi Bakı şəhərində
əks-inqilabi təşkilatın ən fəal üzvlərindən
biridir. Bu ifadəni işlədən Qəhrəmanov
soyadlı şahid nədənsə B.Behcətə
qarşı heç bir tutarlı sübut gətirə bilmir.
Sonralar həmin “şahid” 16 may 1956-cı ildə yenidən
dindirilərkən etiraf edir ki, Bəhlul Əfəndiyev
adında belə bir şəxs tanımır, həbs olunanda
yalnız bir dəfə onun adı xatırlanıb. Həmin şahid etiraf edir ki, 1937-ci ildə
dindirildikdə ona qarşı qanunsuz üsullardan –– fiziki
gücdən istifadə edilib və bu yolla ondan saxta ifadə
alınıb. Maraqlıdır ki, Bəhlul
Behcətin dindirilməsində Azərbaycan SSR XDİK-in rəhbərlərindən
Atakişiyev və Musayev şəxsən iştirak ediblər.
1956-cı ildə bunların hər ikisi cinayətə
cəlb olunaraq layiqli cəzalarını alıblar. Bu sonralar olur. Hələ ki
1937-ci ilin ağır günləridir. B.Behcətə
“layiqli” cəza vermək üçün təhlükəsizlik
idarəsinin zatı məlum olmayan erməni başkəsənləri
Bəhlul Əfəndi ilə Azərbaycan himninin müəllifi,
repressiyaya ilk məruz qalmış ədəbiyyat xadimlərindən
biri olan Əhməd Cavadı üzləşdirməli olurlar.
Təbiidir ki, ağır işgəncələrə məruz
qalmış 70 yaşlı ədəbiyyatşünas “etiraf”
etməyə məcbur edilmişdi ki, o, Ə.Cavadı əks-inqilabi
təşkilata cəlb etmişdi. Həmin təşkilatın
da rəhbəri Ə.Pepinov olmuşdu. Ancaq
öncədən hazırlanmış oyunda iradəsini
qıra bilmədikləri Ə.Cavad bunu təsdiq etməmişdi".
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 4 may.-
S.14.