May ayı toy ayıdır
Hələ 2014-cü mayında televiziya
vasitəsilə etdiyim
çıxışımda bu fikrimi səsləndirmişdim:
may ayı toy ayıdır.
Yayılmış şayiəyə cavab olaraq söyləmişdim.
Belə ki, hələ tələbə
olarkən Bakıda təhsil aldığım
dövrlərdə eşitmişdim
ki, may ayı boş aydır, ona görə də mayda toy eləməzlər. Düzü, o vaxtlar çox utancaq olduğumdan, bu tipli sözlərə
o qədər də reaksiya verməmişdim.
Heç
düzü, bu ifadənin məğzinə
də o qədər fikir verməmişdim.
Çünki bu sözlər mənə anlaşılmaz görünmüşdü:
bizim Qarabağ tərəflərdə həmişə
gül-çiçək ayı
olan may ayı həm də çal-çağırlı toylar ayı idi. Hətta rəhmətlik atam
da həmişə deyərdi ki, Şakirin toyunu mayda eləyəcəm.
Tarix elə gətirdi ki, 1993-cü ildə doğma yurdumuzdan məcburi köçkün
düşdük, Bakı
və Bakıətrafı
ərazilərdə məskunlaşdıqdan
sonra gördük ki, “boş ay” dedikləri may ayında Bakıda və eləcə də ətraf zonalarda toy eləmirlər. Yadıma tələbə vaxtı eşitdiyim sözlər düşdü.
Biz eşitmişdik ki və həm
də bilirdik ki, məhərrəmlik ayında toy-nişan eləməzlər, onda bədbəxtçilik olar,
ailə quran gənclərin axırı
yaxşı olmaz.
Bəs
may ayı niyə “boy
ay” hesab olunsun, gənclər nikaha girməsin? Nə səbəbə?
May ayında toy edilməməsinin
nə bir dini, nə də
bir mifoloji əsası yoxdur. Heç bir din mayda toy eləməyi qadağan eləmir. Heç bir mifoloji görüşdə
də may ayında
toy-izdivaca girmək yasaq sayılmır. Heç elmi baxışda da may ayının izdivac-evlənmə
məqamına dair heç bir uyğunsuz yanaşma yoxdur. Hələ əksinə, təqdiretmə
var. İndi yavaş-yavaş
fikirlərimizi şərh
edək. Nəyə görə
bu əsassız “boş ay” söhbəti Bakı və Bakıətrafı bölgələrəcən
yeriyə bilib, amma daha uzaqlara-ucqarlara
yeriyib gedə bilməyib?
Məlumdur ki, Bakı beynəlmiləl
şəhərdir, yəni
müxtəlif dinlərin
və millətlərin
nümayəndələrinin yaşadığı şəhər. Belə çoxmillətli,
çoxdinli mühitdə,
yəni hər kəsin hamını, yaxud hamının hər kəsi tanıya bilmədiyi ictimai ab-hava şəraitində isə
hansısa bir panikanı-şayiəni yaymaq
asan olur. Rayon, kənd yerlərində
isə əksəriyyət
bir-birini tanıdığından
anormal söhbətləri,
qeyri-ciddi məlumatları
yaymaq, ötürmək
elə də asan olmur. Çünki qeyri-dəqiq
informasiyanın fərqinə
varan camaat duyuq düşüb, həmin yanlış xəbəri yaya bilən adamın kim olduğunu
soraqlayıb tapacaq və nəticədə yalan faş olaraq, şayiə yerindəcə ifşa olunacaq. Ancaq buna nisbətdə şəhər mühitində
xaotik məqamdan yararlanan yalanını cəmiyyət içərisinə
ötürməyə nail ola bilər. Ermənilər-haylar kütlənin içərisinə
“may ayı boş aydır, bu ayda toy eləmək olmaz” tipli yanlış
informasiyanı ötürüb
yaymağı bacarıb.
Bəs bundan düşmənlərin
məqsədi nə olub sualının üstünə gələk.
Ötən yüzillikdə ermənilər
xalqımıza qarşı
dəfələrlə soyqırım
aktı törədiblər.
“May ayı boş
aydır, mayda toy eləməzlər” məzmunlu
yanlış təbliğatın
beyinlərə, düşüncəyə
oturdulması isə xalqımıza qarşı
hiyləgərcəsinə düşünülmüş soyqırım siyasətidir.
Bu cür yanlış
təbliğat soyqırım
aktının “dinc yolla” – səssiz-səmirsiz
aparılması üsuludur.
Bir var ki,
açıq-aşkar şəkildə
fiziki güc, işgəncə yolu ilə dinc insanları
qətlə yetirməklə
həyata keçirilən
soyqırım faktı,
bir də var gözə görünməyən formada
- yanlış təbliğat
hesabına düşüncəni
iflic, şikəst eməklə evlənmənin,
bu izdivacdan doğulacaq insan artımının qarşısını
almaq yolu ilə həyata keçirilən soyqırım
forması.
Bəli,
fiziki zorla qətləyetirmə hesabına
xalqımıza qarşı
törədilən soyqırım
faciəsinin bir üsulu da “dinc yolla” xalqımıza
tuşlanmış əks-təbliğatdan
gələn zərbədir
ki, gənclərimiz evlənməkdə bir ay da geciksinlər və soyumuzun davamçısı olan övladlarımızın dünyaya
gəlməsinin müəyyən
müddətdə qarşısı
alınsın. Özü də
hansı ay düşünülüb
hədəf seçilib?
May ayı. O may ayı ki, bu
ayda gül gülü çağırır,
bülbül bülbülü.
Bu, obrazlı dillə
o deməkdir ki, may (eləcə də bu aya
qonşu olan mart, aprel ayları) ayı canlı və hətta cansız təbiətin də sevişmə ayıdır, güllər-çiçəklər
də, (nəbatat aləmi də), quşlar da (heyvanat aləmi də) may ayında səs-səsə verirlər,
meyvə yetişdirmək
üçün ağacların
çiçəkləri də
bu ərəfələrdə
tozlandırılır (mayalandırılır).
Bu kontekstdən düşünəndə
həm də o nəticə çıxır
ki, bu ay(lar) bar-bəhrə vermək üçün
ən əlverişli
fəsildir. Canlı-cansız
təbiət bu ərəfədə “sevib-sevilirsə”
– artım verirsə, demək, əslində insanların da bu ay(lar)da evlənməsi, sağlam övladların dünyaya gəlməsi üçün gözəl
vaxtlardır. Hətta cansız
bildiyimiz daş parçası da bu aylarda “bala
verir”- qiymətli daş-qaş dünyaya gətirir. Dahi şairimiz M.Füzulinin bir misrasını xatırlayaq: “Sədəf
su almayınca əbru-nisandan gövhər
verməz”. Nə deməkdir bu?
“Əbru-nisan” sözünün tərcüməsi
(mənası) aprel yağışı deməkdir.
Dənizin təkində sədəf
deyilən daşlar olur ki, o daşlar
ildə bir dəfə öz-özündən
gövhər adlı qiymətli daşa çevrilə bilirlər.
Bu isə o zaman
olur ki, aprel ayında dənizə yağış
suyu dəyir və o məhsuldar aprel yağışının
təsirindən dənizin
dibindəki sədəflər
gövhər kimi qiymətli daşa çevrilirlər. Deməli,
aprel yağışı
olmasa, həmin il dənizin
dibindəki sədəfdən
gövhər adlı inci alınmaz. Məhz aprel yağışı mayalayıcı (törədici)
gücə malik olub, adi daşı
da gövhər adlı incinin doğulmasına hamilə
edir. Hər bir ailənin
xoşbəxtliyi isə
birinci növbədə
o ailədə doğulacaq
sağlam uşaqlarla şərtlənir. Bir ilimiz
on iki aydır, onun da bir
ayını – hələ
bir aydan da çoxunu məhərrəmlik təziyəsilə
bağlı alaraq toy eləmirik. Bundan sonra Orucluq ayında da səhvimiz ucbatından toy
eləmirik. Bunlara da
əlavə olaraq “may
ayında toy eləməmək”
təşviqatı yüklənəndə,
genofondumuzun artımına
dəyəcək zərbənin
miqyasını aydınlığı
ilə görərik.
“May ayı boş aydır” deyib, onu “boş ay” kimi səciyyələndirməyin, yuxarıda da qeyd etdiyim kimi, bir daha gördük ki, nə elmi, nə dini, nə də mifoloji əsası var. Amma bir incə məqamı da bura əlavə edim ki, yazıda oxucu üçün heç bir boşluq - anlaşılmaz olan heç bir şey qalmasın. Hər hansı bir deyimin, deyimdən irəli gələn adətin, ənənənin folkloristik əsası-mifoloji kökü olub-olmadığını yoxlamağın bir yolu da, mənim fikrimcə, ucqar əyalətlərdə, kəndlərdə yaşayan əhali arasında həmin məsələyə dair ümumi bir baxışın-düşüncənin olub-olmadığını öyrənib-bilməkdədir. Əgər mayda toy etmək bizim xalqımıza yabançı olsaydı, onda həmin xalqın bir nümayəndəsi kimi mənim atam öz böyük oğlu olan mənə mayda toy eləməyi nəinki arzulamazdı, heç eyninə belə gətirməzdi. Çünki atam el adətlərinin-ənənələrinin və inanclarının bilicisi və daşıyıcısı idi. İkincisi, Qarabağ-Zəngəzur bölgəsi, eləcə də digər bölgələrimiz xalqımızın ruhunun beşiyidir; madam ki, o beşikdə doğulan, yaşayan camaat ta qədimdən bu günəcən güllü-çiçəkli may ayında toy mağarları qurub, gənclərini evləndiribsə, deməli, bu, may ayını “boş ay” kimi qələmə verməyin heç bir mifoloji (eləcə də dini və elmi) cəhətdən əsası olmadığının əyani göstəricisidir. Dini-mifoloji və elmi qənaətlərdən gəlinən nəticə isə bizə qətiyyətlə belə bir fikir səsləndirməyə əsas verir ki, deyək: may ayı toy ayıdır!
Şakir Albalıyev
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2018.- 8 may.- S.14.