Şuşanın
işğalı - 26
Bu gün
Azərbaycanın mədəniyyət beşiyi Şuşa
şəhərinin işğal olunmasının 26 ili tamam
olur.
alayının hərbi qulluqçularının və 40 zirehli
texnikasının köməyi ilə Şuşa şəhərinə
hücuma keçdilər. Uzun sürən
artilleriya atəşindən və qeyri-bərabər qanlı
döyüşlərdən sonra şəhər işğal
olundu.
…Şuşa
üzərinə hücum əməliyyatının məxfi
adını ZİBİLLƏR(ermənilər)
«dağlarda toy» adlandırırdılar.
8 may
1992-ci il tarixdə “Qarabağ cəbhəsinin
komandanı” Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə
hücum üçün əmr imzaladı. Əslində isə
ermənilərin Şuşa üzərinə
hücumlarının icrasına artıq aprel ayının
27-dən başlanmışdı. Arkadi
Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin
hücumlarını rəsmləşdirməklə bərabər
bu hücumları daha da intensivləşməsinə səbəb
oldu. Şuşa istiqamətində
bütün cəbhə boyu ermənilər
üstünlüyü ələ almışdılar, onlar
bütün imkanlarını səfərbər edərək
Şuşanın süqutuna doğru irəliləyirdilər.
Ermənilər aldadıcı manevrlərlə Şuşa
şəhərinin mühasirəsini daraltmağa
çalışırdılar. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən
istiqamətindəki Azərbaycan mövqelərinə bir
neçə sarsıdıcı zərbələr endirərək,
döyüş mövqeyini dəyişib Şuşa şəhərinə
doğru istiqamətləndi. Canhəsən–Kosalar
istiqamətindəki Yura Ovanesyanın başladığı
döyüşü davam etdirilməsi
tapşırığını 26-cı bölmə öz
üzərinə götürdü. Burada erməni
ordusunun əsas məqsədi Azərbaycan
döyüşçülərinin diqqətini Canhəsən–Kosalar
istiqamətinə cəlb etməklə Şuşa
şəhərini mühasirəyə salmaq idi. Həmin
gün axşama doğru Azərbaycanın iki hərbi
vertolyotu Şuşa ətrafındakı
ermənilərin təmas xəttinə zərbələr
endirdilər. Bundan bir neçə dəqiqə
sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi
şəhərinə bir neçə bomba atıb Ağdam
istiqamətində uçub getdi. Bu Azərbaycan
tərəfinin Şuşanın süqutuna qədər
sonuncu həmlələri oldu. Şuşanın
işğalını müşahidə etmək
üçün may ayının 6-da bütün erməni
komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz
səviyyəsindən 1207,3 m şimal
yüksəkliyində yerləşən Şuşakəndə
toplaşmışdılar. Onların sırasında Arkadi
Ter–Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan,
general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərargah
rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sərkisyan, Leonid
Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu
Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də
«Ümumdünya xristian həmrəyliyi» və
“Daşnaksütun” terror təşkilatının rəhbərləri
özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini
izləyir və öz döyüşçülərinə
göstərişlər verirdilər. Ermənilərin,
birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin
döyüş tapşırığı, Şuşaya
istiqamətlənən yollardakı azərbaycanlıların
bütün atəş nöqtələrini susduraraq qala
divarlarına yaxınlaşmaq idi.
Üçüncü
cinahın döyüşçüləri isə Şuşa – Laçın yolunu atəş
altında saxlayaraq Şuşanı mühasirəyə
salmaqla, Laçın – Qubadlı istiqamətindən
Şuşaya köməyə gələn azərbaycanlı
döyüşçülərin hərəkətinə
mane olmaqla bərabər Zarıslı kəndini işğal
edərək orada möhkəmlənmək bununla da
Laçınla Şuşanın əlaqəsini tamam kəsmək
əmri almışdılar. Canhəsən –
Kosalar istiqamətindəki döyüşçülərə
çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı
döyüşçülərin diqqətini bu
aldadıcı manevrlərə cəlb etmək
tapşırılmışdı. Məhz
bundan sonra süni yaradılmış vəziyyətdən
istifadə edərək Şuşanın mühasirəsini
getdikcə daraldaraq şəhəri təslim etmək
olardı. Kərkicahan kəndindən və Xankəndindəki
Rus Hərbi bazalarından Şuşa şəhərinin
yaşayış məntəqələrinə və ictimai
iaşə obyektlərinə fasiləsiz raket zərbələri
endirilirdi. Bundan vahiməyə düşən
Şuşanın mülki əhalisi keçilməz meşələrlə
Laçın istiqamətində canlarını
götürüb qaçırdılar. Nə
səbəbdənsə Şuşanın mühasirəsindən
qabaq Azərbaycanın Hərbi komandanlığı
Şuşadakı azərbaycanlı
döyüşçülərin bir qismini cəbhə xəttindən
geri çəkmiş, digər bir qismi isə məzuniyyətə
buraxmışdı. Cəbhə xəttində
pərakəndəlik və özbaşınalıq hökm
sürdüyündən, döyüşçülərin
sırasında üstəlik özbaşına
döyüş mövqelərini tərk edənlər də
var idi. Komandanlıq tərəfindən
hücum tapşırığı verilmədiyindən
döyüşçülərimiz yalnız müdafiə
mövqeyində dayanırdılar. Onsuz da
ermənilərin mühasirəsini yarmaq və ya erməni
hücumlarının qarşısını almaq
üçün heç canlı qüvvə və texnika da
çatışmırdı.
Bütün
bu qeyri bərabər ölüm-dirim savaşında hələlik
öz mövqelərini müvəqqəti də olsa qoruya bilən
azərbaycanlı döyüşçülər
Şuşaya daxil olmaq istəyən 422 ¹-li tankı vurmağa
nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü
mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə
ilk və son atəşdən maşının kabinəsindəcə
ölmüşdülər. Xocalı üzərinə
hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən
bu tanka və onun heyətinə etimad göstərilmişdi
ki, onlar bir “qəhrəman” kimi Şuşa
qalasına taxmaq üçün Ermənistanın
bayrağını aparsınlar. Odur ki, hələ
Xocalı ağrısı yaşayan əsgərlərimiz
üçün bu tankın vurulması xüsusi əhəmiyyət
daşıyırdı. Bu hadisəni
gözləməyən erməni hərbçiləri mərkəz
istiqamətdə döyüşü dayandıraraq, cinahlardan
hücumlarını gücləndirdilər. Onlar Qala
divarları üzərindən Şuşa
türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri
Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi.
Bu raket zərbələri Qala divarları üzərindəki
bütün müşahidə qüllələrini
dağıtdı, həmin gün bütün şəhər
od tutub yanırdı. Bu həmlədən
sonra Şuşanın mühasirəsinə son qoyuldu və
ermənilər qala divarları üzərindən şəhərə
daxil olmağa başladılar. Üçüncü
cinahdakı erməni qoşun bölmələri
Laçın – Şuşa yoluna
çıxdılar, Şuşanın Laçınla əlaqəsi
tamam kəsildi. Bununla da Şuşa, Canhəsən,
Kosalar, Qaraqaya erməni işğalının altına
düşdü. May ayının 7-dən Şuşaya daxil
olmuş erməni qoşun hissələri, küçə
döyüşləri ola biləcəyindən
ehtiyatlanaraq küçələrdə açıq şəkildə
hərəkət etməyə cürət etmirdilər. Nəhayət
may ayının 9-da gecə saat 4-də şəhərin
boş olduğuna əmin olan ermənilər Şuşa
şəhəri üzərindəki qələbələrini
bayram etməyə başladılar. Lakin bu
işğal ermənilərə o qədər də asan
başa gəlməyib. 11 min erməni əsgərinə
cox az sayda azərbaycanlı müqavimət
göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri
isə kömək gözləyirdilər. 10 saatdan
artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı
yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan
didərgin düşdü. Əsir
götürülmüş 68 soydaşımızın taleyi
barədə bu günə qədər məlumat yoxdur.
Şuşaya hücumdan bir neçə saat öncə
Tehranda İran başçısının vasitəçiliyilə
Ermənistan və Azərbaycan prezidentləri Qarabağ
münaqişəsinin dinc yolla həllinə dair saziş
imzalayıb. Agentilk ekspertlərə istnadən yazır ki,
Şuşanın işğalı Rusiyanın hərbi-siyasi
dairələrinin iştirakı ilə təşkil olunub.
Məqsəd Azərbaycanın Rusiyadan
aralanmasına yol verməmək idi. İşğalın
ilk günlərində Rusiya generalları və müxtəlif
səviyyədə siyasətçilər işarə ilə
bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini
vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin
rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər
qaytarıla bilər.
300 kvadrat
kilometr ərazisi olan Şuşa şəhərində
həmin dövrdə 24.900 əhali yaşayıb.
Şuşanın işğalı zamanı yerli əhalinin
193 nəfəri şəhid, 102 nəfəri isə əlil
olub.
İşğal nəticəsində Şuşadakı
bir sıra tarixi-mədəniyyət abidələri
düşmən tərəfindən talan edildi. Beş minə yaxın
eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça
muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi,
Qarabağ dövlət tarix muzeyi, həmçinin
Laçın rayonundakı Ağoğlan məbədi,
dünya əhəmiyyətli arxeoloji abidə sayılan
paleolit dövrünə aid Azıx mağarası,
Xocalıdakı Əsgəran qalası, Kəlbəcər
tarix muzeyinin və digər mədəniyyət
ocaqlarının, rəsm qalereyalarının bənzərsiz
ekspozisiyaları dağıdılıb və talan olunub,
müqəddəs məbəd və məscidlər təhqir
edilib, kitabxanalar yandırılıb, misilsiz əlyazma
nümunələri məhv edilib.[4]
Bu
siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla
bütövlükdə 279 dini, tarixi və mədəni abidə
daxildir. Ermənilər Azərbaycana məxsus
olan bir çox abidənin məhv edilməsinə və ya
onların erməniləşdirilməsinə nail olublar.
Onlar Şuşada 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif,
kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət
evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq
musiqi alətləri fabrikini dağıdıblar.
Cavid
Xalq Cəbhəsi.- 2018.- 8 may.- S.9.