Qarabağ
xanlığının inzibati ərazi quruluşu və idarəçilik
sistemi
1-ci
yazı
Qarabağ xanlığının inzibati-ərazi
bölgüsü məsələsi müəyyən
araşdırmalarda nəzərdən keçirilib. E.Məmmədova Qarabağ
xanlığının ərazisinin böyük olduğunu
qeyd edərək yazır: «Qarabağ düzən və
dağlıq hissəni, habelə Araz çaymdan Göyçə
gölünə, Tərtər çayından Mehriyə qədər,
Tatevi, Sisyanı, Ermənistanın cənub-şərq hissəsini
əhatə edirdi». Müəllif «Ermənistan»
dedikdə indiki Ermənistanı nəzərdə tutaraq unudub
ki, xanlıq dövründə sözügedən ərazilərdən
danışdıqda heç bir Ermənistandan söhbət
gedə bilməz.
Qarabağ xanlığının ərazisi 21 mahala, o
cümlədən 5 xristian məlikliyinə
bölünürdü. Mahallar naiblərin, məlikliklər isə
mahal məliklərinin idarəçiliyində idilər.
Bəzi iri mahalları iki hakim idarə edirdi.
Xanlığın tərkibinə daxil olan mahallar bunlar idi: 1.
Sisyan; Dəmirçihəsənəli; 3. Küpara; 4. Bərgüşad;
5. Baqabürd; 6. Kəbirli; 7. Tatev; 8. Cavanşir;
9.Talış; 10. Xaçın; 11. Kolanılar; 12. Çiləbörd;
13. Xırdapara Dizaq; 14. Püsyan; 15. Dizaq Cavanşir; 16.
Otuziki; 17. İyirmidörd;
18. Qaraçorlu; 19. Vərəndə;
20. Dizaq; 21. Acnan-Türk.
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, Qarabağ xanlığı yaranan zaman
mahallar və onların əhalisi haqqında statistik məlumat
olmadığından xanlığın yaranmasından 12 il əvvəl
osmanlıların tərtib etdikləri «Gəncə-Qarabağ
əyaləti dəftəri»ndən istifadə edərək
ilk dövrlərdə mahallar və onların əhalisi
haqqında təsəvvür əldə etmək
mümkündür. «Dəftər»də göstərilən
Şütürbasan, Yevlax, Qaramanlı, Talış,
Gülüstan, İncərud, Bərdə, Sir, Bayad, Arasbar,
Çiləbörd, Xaçm, Keştək, Keştasf nahiyələri,
Cavanşir, Otuziki, Kəbirli, Kəngərli, Ətyeməzli,
Qaraçorlu oymaqları sonralar Qarabağ
xanlığının ərazisini təşkil edib, həmin
nahiyə və oymaqlarda 9581 ailə yaşayıb ki, bu da təxminən
48 min nəfər deməkdir.
Ancaq bunu da nəzərə almaq lazımdır ki,
siyahıyaalma bölgə əhalisinin həqiqi sayını əks
etdirmirdi. Çünki əvvəlki dövrdə Şah
Sultan Hüseynin soyğunçu vergi siyasəti və
Osmanlı işğalı ilə əlaqədar yerli əhalinin
xeyli hissəsi öz ata-baba yurdlarını tərk edərək
müxtəlif yerlərə köçmüşdü.
Xanlıq yaranan kimi isə əvvəllər
Qarabağ ərazisində yaşamış bir çox
boyların geri qayıtması məlumdur. İbrahimxəlil
xanm hakimiyyəti dövründəki nisbi sakitlik
xanlığa xeyli yeni sakinlərin köçməsinə səbəb
olmaya bilməzdi. H.Verdiyevanm hesablamalarına görə,
1796-cı ildə Qarabağ xanlığında 10 min ailə
yaşayırdı ki, bu da 650 min nəfər demək idi.
Ancaq cəmi 14 il sonra bu rəqəm iki dəfə
azalaraq 1807-ci ildə 5 min ailəyə
düşmüşdü. Görünür, bu
azalma Ağa Məhəmməd şah Qacarın
yürüşləri və rus işğalı ilə əlaqədar
olmuşdu. 1823-cü ilin təsvirinə əsasən
isə xanlıq ərazisində 20 minə yaxın ailə
(100 min nəfər) qeydə alınmışdı.
Tarix elmləri
doktoru Zemfira Hacıyevanın araşdırmasında
vurğulanır ki, Gəncə-Qarabağ əyalətinin
adı dəftərə düşmüş əhalisinin
11.068 nəfəri türk, 750 nəfəri kürd, 7577 nəfəri
isə qeyri-müsəlman (xristian) idi. Gəncə-Qarabağ
əyalətinin türk əhalisinin başqa yerlərə
köçmələri, xristian əhalisinin isə əsasən
öz yerində qalması nəticəsində türk əhalisinin
sayında süni şəkildə azalma müşahidə
olunur. Əhalinin ümumi sayından Dizaq nahiyəsində
49,2%, Xaçın Sığnaq nahiyəsində 13,1%, Vərəndə
Sığnaq nahiyəsində 9,7% türk əhalisi
qalmışdı.
«Dəftər»ə görə, 1727-ci ildə Qarabağ
xanlığının ərazisinə düşən
bölgədə cəmi bir şəhər - Bərdə
vardı. Ancaq vaxtilə iri və Azərbaycan tarixində
mühüm rol oynamış Bərdə şəhəri bu
zaman kiçik, əslində qəsəbə tipli
yaşayış məskəni idi. 6 məhəllədən
ibarət şəhərdə cəmi 482 vergi ödəyən
qeydə alınmışdı. Həm də
şəhər sakinləri əsasən kənd təsərrüfatı
ilə məşğul olurdu. Sənətkarlıq
və ticarət mühüm rol oynamaqla şəhərin və
ətraf kəndlərin təlabatını ödəməyə
yönəlmişdi.
«Dəftər»dən
göründüyü kimi, 1727-ci ildə bu ərazidə qeydə
alınmış 436 yaşayış məntəqəsində
254 müsəlman, 13 qarışıq əhalisi olan ailələr
yaşayıb. Ərazidə qeydə
alınmış yeganə şəhərdə - Bərdədə
yalnız Azərbaycan türkləri yaşayırdı.
Müsəlmanların hamısı Azərbaycan
türkləri idi, 400 ailə Qaraçorlu kürdləri və
iki oymaqda Püsyan kürdləri yaşayırdı. Qeyri-müsəlman əhali əsasən altı
nahiyədə - Talış, Gülüstan, Xaçın,
Çiləbörd, Vərəndə və Dizaqda məskunlaşmışdı.
Hesablamalar göstərir ki, qeydə alınan
9581 ailədən 6089-nu müsəlmanlar, 3492-ni (o cümlədən
xristianların yaşadıqları 6 mahal - 3060 ailə)
qeyri-müsəlmanlar təşkil ediblər. 6089 müsəlman ailəsinin 5648-i Azərbaycan
türklərindən, 441-i isə kürdlərdən ibarət
idi. Qeyri-müsəlmanlar xanlıq
dövründə də alban mənşəli
olduqlarını unutmayan, ancaq xeyli dərəcədə erməniləşməyə
məruz qalmış albanlardan və bölgəyə
müxtəlif dövrlərdə köçmüş ermənilərdən
ibarət idi.
Əvvəllər
Qarabağ xanlığının tərkibində olan bəzi
mahallar 1823-cü il təsvirində
göstərilməyib. Bu həmin mahalların 1813-cü il Gülüstan sülhünə əsasən
İranın hakimiyyəti altına keçməsi ilə
bağlı idi. Bunlar Qafan, Güney, Çavundur və Mehri
mahalları idi. 1823-cü il təsvirinə
əsasən, Qarabağ xanlığı ərazisində 629
kənd və oymaq var idi və onlarda 17098 ailə
yaşayırdı (193). Təsvirdə
xanlığın ərazisinə 1813-cü ildən
sonrakı dövrlərə aid ərazilərdə olan
yaşayış məntəqələri belə tam
salınmayıb. Dizaq mahalında yerləşən
Babalı, Cavanşir mahalındakı Həsənli və bir
çox başqa yaşayış məntəqələri nədənsə
«Təsvir»ə düşməyib.
«Gəncə-Qarabağ müfəssəl dəftəri»ndə
19.395 mükəlləfiyyətli şəxsin adı qeydə
alınıb.
Hər ailənin orta hesabla beş nəfərdən
ibarət olduğunu nəzərə alsaq əyalətdə
96.975 nəfər yaşadığnı müəyyənləşdirmiş
olarıq. «Dəftər»də yalnız müsəlman
əhalidən ibarət hərbiçilərin, ruhanilərin
və onlarm ailə üzvlərinin qeyd olunmadığmı nəzərə
alsaq əyalət əhalisinin sayının 100 min nəfərdən
çox olduğunu söyləmək olar.
Əsas məşğuliyyəti əkinçilik olan
müsəlman-türk ailəsinin bir qismi maldarlıqla məşğul
olub və yaylaq-qışlaq həyatı keçirib. Əhalinin bu hissəsi 25
oymaqdan ibarət Cavanşir camaatı, 21 oymaqlı Otuziki
camaatı, 2 oymaqdan ibarət Ətyeməzli camaatı, 2 oymaqlı
Püsyan camaatı, dağınıq yaşayan Kəbirli və
Kəngərli camaatları, Qaraçorlu camaatı,
ayrı-ayrı nahiyələrin ərazisində
qışlaqları olan daha 26 ailə, o cümlədən
Qaraqoyunlu, Boyəhmədli, Əfşar, Arıqlı
camaatları və başqaları qeydə alınıb.
XIX əsrin əvvəllərində Məlik Tənqinin
idarə etdiyi Sisyan mahalı xanlığın cənub-qərb
hissəsində yerləşirdi. Xanlıq ləğv
olunan dövrdə bu mahala daxil olan 9 kənddə cəmi 203
(87-i vergi ödəyən, 116-sı ödəməyən)
ailə yaşayırdı. Mənbənin
məlumatına görə, əvvəllər bu mahalda 2000
ailə yaşayırmış. Görünür,
rus işğalından sonra və I rus-İran müharibəsi
dövründə mahal sakinlərinin əksəriyyəti
öz ev-eşiklərini tərk edib Azərbaycanm ayrı yerlərinə
və digər ölkələrə köçüblər.
Mahalın 8 azərbaycanlı kəndində 105 ailə, cəmi
2 xristian kəndində 93 ailə (bunlardan 2 ailə azərbaycanlı
idi) yaşayırdı. Azərbaycan kəndlərinin
sayına nisbətən sakinlərinin bir o qədər
çox olmaması rus işğalçılarının
zülmündən ən çox azərbaycanlıların
qaçması ilə bağlı olmuşdu. Mahalın mərkəzi 37 azərbaycanlı ailənin
yaşadığı Sisyan kəndi idi. Bunu
da qeyd etmək lazımdır ki, xristian kəndlərində
yaşayan əhalinin heç də hamısı xristian deyildi
və burada 2 azərbaycanlı və 3 zülani kürd ailəsi
də qeydə alınmışdı. Həm
də xristianların bir hissəsi - 12 ailə Pimau kəndinə
Bayaziddən köçüb gəlmişdi.
Mahalda başlıca olaraq taxılçılıqla və
maldarlıqla məşğul olurdular. Dəmirçihəsənli
mahalında xanlıq ləğv edilən dövrdə 8 kənddə
cəmi 467 (335-ı-vergiödəyən, 138-i ödəməyən)
ailə yaşayırdı və bütünlüklə azərbaycanlılardan
ibarət idi. Bu mahan Əlimərdan bəy
idarə edirdi. Mahalda buğda, arpa yetişdirilməsinə
baxmayaraq, maldarlıq daha çox inkişaf etmişdi. Ən böyük kəndləri 134 ailənin
yaşadığı Adıgözəl bəy və
İmamqulu bəyin oymağı, 110 ailənin daxil olduğu Təklə
oymağı idi. Xanlıq ləğv edilən
dövrdə Küpara mahalında 6 kənddə cəmi 56 ailə
yaşayırdı. Əhalinin əksəriyyəti
xristianlar idi. Mahal məliyi Parsadan Qəqərək
kəndində yaşayırdı.
Bərgüşad mahalı Araz çayının sol
sahilində, xanlığın cənubi-qərb hissəsində
Ordubaddan şimal-şərqdə yerləşən düzənlik
rayon idi. Xanlıq ləğv olunan zaman cəmi 5 kənddə
146 ailə yaşayırdı. Kəndlərdən
üçündə yalnız azərbaycanlılar, ikisində
isə həm müsəlmanlar, həm də xristianlar
yaşayırdı. Mahal naibi Şəfi bəyin
yaşadığı Xocaxan kəndindəki 58 ailədən
41-nin azərbaycanlı olduğu mənbədə göstərilir,
qalan 17 ailənin isə azərbaycanh və qeyri-azərbaycanlı
rəncbərlərdən ibarət olduğu yazılsa da, dəqiq
nə qədərinin azərbaycanlı, nə qədərinin
isə xristian olduğu qeyd olunmur. Buna görə
də orta rəqəm kimi 9 azərbaycanh və 7 xristian ailəsinin
yaşadığını deyə bilərik. Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdə
bu kənddə yalnız azərbaycanlılar yaşayıblar.
Cəmi 28 ailənin yaşadığı Ucanis
kəndində təqribən 20 ailənin xristianlardan ibarət
olduğunu güman etmək olar. Beləliklə,
mahal üzrə cəmi 119 azərbaycanh və 27 xristian ailəsi
yaşayırdı. Bərgüşad
mahalında bütün vergi və mükəlləfiyyətlər
Əbülfət xanın xeyrinə toplanırdı. Mahal əhalisi maldarlıqla məşğul olur,
eyni zamanda, buğda, arpa, darı, çəltik və bostan
bitkiləri yetişdirirdi. Əvvəlki
dövrlərdə mahal ərazisində pambıq əkilirdi.
Qısamüddətli Osmanlı hakimiyyəti dövründə Bərgüşad «liva» (qəza) adlanırdı. Bu livanın ən böyük kəndləri 68 nəfər azərbaycanlı kişinin qeydə alındığı Ağalı, 87 nəfər azərbaycanlı kişinin yaşadığı Kəbudtərcinə idi. O zaman Bərgüşadın 31 kəndində və 28 məzrəəsində heç kim yaşamır, tarlalarında digər kəndlərin sakinləri dənli bitki əkib becərirdilər. Bərgüşad sakinləri buğda, arpa, darı, çəltik yetişdirir, maldarlıqla məşğul olurdular. Bəzi kəndlərdə (məsələn, Səhih kəndində) pambıqçılıqla məşğul olurdular.
Cəmi 5 kənddən ibarət Baqabürd mahalında 243 (o cümlədən 137 vergiödəyən, 106 ödəməyən) ailə vardı. Mahalda yalnız azərbaycanlılar yaşayırdı. Bu mahalın kəndləri də Əbülfət xana məxsus olmuş və o, İrana keçərkən sakinlər də arxasınca getmişdilər. 1822-ci ildə baqabürdlülər geri qayıtmış və yenidən öz kəndlərində məskunlaşmışdılar.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 22 may.-
S.13.