Mustafa Vəkilov tezliklə
azad olunacağına ümid bəsləyirmiş…
Mustafa Məhəmmədağa oğlu Vəkilov 25 yanvar
1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə
Tiflisdə I oğlanlar gimnaziyasında orta təhsilini başa
vurub. Həmin ili Qafqaz Cəbhəsi
Müsəlman Qaçqınlarına yardım üzrə
müvəkkil vəzifəsində çalışıb. Azərbaycan istiqlalını elan edəndən sonra
Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin daimi nümayəndəliyində
tərcüməçi-diplomat vəzifəsindən
çalışıb. 1919-cu ildə
Bakıya gəlib və Azərbaycan Xalq Cumhuriyyətinin xətti
ilə xaricə təhsil almağa göndərilib,
Fransadakı Paris Universitetinin hüquq fakültəsinə
daxil olub. AXC-nin rus imperiyası tərəfindən
süqutauğraması nəticəsində xaricdə təhsil
alan əksər tələbələrin təhsili
yarımçıq qalıb. Ancaq Mustafa Vəkilov
öz imkanları hesabına təhsilini davam etdirib. Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri N.Nərimanovun
təşəbbüsünə əsasən, xaricdə təhsil
alanların təqaüdü bərpa olunub. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya -
Kremlə gəlib, orada MİK sədri N.Nərimanovla
görüşüb. N.Nərimanov gənc
hüquqşünasa Kremldə qalıb ixtisası üzrə
işləməyi təklif edib. O, bu təklifi qəbul
etməyib və 1924-cü ildə Bakıya qayıdıb. Mustafa Vəkilov Bakıda Konyuktor Bürosuna
"ştatbüro"da əvvəlcə katib, sonra isə rəis
vəzifəsində işləyib. 1925-ci
ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə
Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə
Komissarlığında müfəttiş-təlimatçı,
eyni zamanda xüsusilə mühüm işlərüzrə
xalq məhkəməsi hakimi vəzifəsində
çalışıb. Eyni zamanda Bakı
və onun rayonlarında mühüm mülki işlərə
rəhbərlik də ona həvalə olunub. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə
Komissarlığından işdən azad olunub. Sonra əsasən 1927-ci ildən dərs dediyi ADU
hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə
məşğul olub. Az.DETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik
işinə fasilə verərək buranın sovet
quruculuğu və hüquq şöbəsinin
aspiranturasına qəbul olunub. 1930/31-ci tədris
ilinin sonlarında aspiranturanı bitirib (aspiranturanın ilk
buraxılışını) dosent dərəcəsi
alır. Ardınca iki iri elmi əsər yazır:
"İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri",
"Hüquq və əxlaq".
1935-ci ildə isə gənc alim ASSR Konstitusiyası
türk mətninin redaktoru olub. Mustafa Vəkilov eyni
zamandə tərcümə və redaktə işləri ilə
məşğul olub, habelə rus, fransız, alman dillərini
mükəmməl bilib. 1935-ci ildə o,
dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi
alaraq, təsərrüfat-hüquq kafedrasının professoru
olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında
xüsusi müşavirədə Mustafa Vəkilova
"antisovet-millətçi təşkilatda iştirakına
görə cəzasını islah-əmək düşərgəsində
çəkməklə" 5 il müddətinə
azadlıqdan məhrum edilib. Mustafa Vəkilov 1943-cü il aprelin 30-da vəfat edib.
Azərbaycanın ilk hüquq professoru olmuş Mustafa Vəkilovun
"Həbsxanadan məktublar"ında maraqlı,
düşünməli məqamlar çoxdur. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə təhsil almaq
üçün xaricəgöndərilən tələbələrin
sırasında Parisin Sorbon Universitetində təhsil almış
soydaşımızı keşməkeşli həyat
tarixçəsinin həbsxana dövrü ilə bağlı
həbsdən yazdığı məktublar diqqət çəkir.
Araşdırmaçı
Elbrus Məmmədov onun həbs düşərgəsindən
anasına və həyat yoldaşına yazdığı məktubları
barədə danışarkən bildirir ki, bu, sadəcə, həbsdə
olan bir insanın şəxsi duyğuları deyil: "Bu, Azərbaycanın
ilk hüquq professoru M.Vəkilovun həm şəxsi
duyğularını, həm ictimai mövqeyini və
bütövlükdə portret cizgilərini əks etdirir. Təbii ki, bu məktubları professional
psixoloqların dərindən təhliletməsi M.Vəkilovun
portret cizgilərinin bütün çalarlarını
dolğun şəkildə canlandırmağa imkan verərdi.
Ancaq məktublardan boylanan bir şəxsiyyəti
xarakterizə edən qabarıq xüsusiyyətlər adi
oxucunu beləcəlb edir. Onun xarakterik cizgilərini
qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə
bağlı bir insan olmaqla yanaşı daim elmi
düşüncə ilə yaşayan bir alim kimi
özünü təsdiq edir. Eyni zamanda M.Vəkilovun
düşüncəsindəki təbəddülatlar da
özünü aydın şəkildə göstərməkdədir".
Mustafa Vəkilov həbsə alındığı ilk günlərdə
tezliklə azad olunacağına ümidlər bəsləyirmiş. İlk məktublarından
birində yazırdı: "Bugünlərdə radio ilə
Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü iləbağlı
verilən Azərbaycan musiqisindən ibarət konserti
eşitdim. Bülbül "Koroğlu"dan
ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı
düşməyimizdən üç gün əvvəl səninlə
birlikdə bu operada idik... Teatrdan evəhəmin sərin,
xoş gecədə piyada qayıtdıq... O vaxtdan bəri nə
qədər sular axıb. Ancaq adama elə gəlir
ki, bu, dünən olub. Birlikdə
keçirdiyimiz həmin gecəni bütün
xırdalıqları ilə açıq-aydın
xatırlayıram. Vəçox heyfsiləndim ki,
yanımızda kənar adamlar olmadan birlikdə
keçirdiyimiz belə axşamlar az olub. Görüşənədək. Darıxma. Yanında Çingiz və
Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər
verilmişkitabım var. Sənin Mustafan. 28/V.40-cı
il".
Həbsinin
3-cü ilində həyat yoldaşına göndərdiyi məktubda
isə yazır: "Sənin məktubunu aldığım
gün həyatımın son ilində ən fərəhli
gün idi. Təkcə anama məktub
yazdığım, sənə isə heç nə
yazmadığımagörə inciməyinə heyrətləndim.
Səbəbi sadədir. Düşərgədən
məktub alınmasına Bakıda nə cür münasibət
göstəriləcəyini bilmədiyimdən sənə
lüzumsuz zərər yetirməkdən çəkindim.
Hərçənd deməliyəm ki, burada məhbuslar
hətta döyüşən ordudan məktublar alırlar.
İndi sənin məktubundan görürəm
ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta
məktub yazmadığıma görə məndən inciyirsən.
Açığını deyim, sənə yaxşı
bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim
mövcud vəziyyətə olan münasibətimi dəyişdirə
bilməz. Xarakterim yamanca dəyişib. Sən məni
qaynar, ekspansiv, həyata can atan, işdə və hər
şeydə od-alov bir adam kimi
tanıyırdın. İndi isə ləng, yerindən
ağır qalxan adam olmuşam, hətta
başım əvvəllər olduğu kimi yaxşı
işləmir. 19/IV.42-ci il".
Araşdırmaçı
deyir: "Məktubdan artıq ümidsizlik hiss edilməkdədir.
Taleyin acı istezasından Mustafa Vəkilov
sürgün vaxtını bitirsə də azad olub vətənə
dönə bilmir. Son məktubu ürək
ağırısı olmadanoxumaq mümkün deyil:
"Əzizim Müqəddənisə! Təzə
gətirildiyim yerdən sənə ikinci məktubumu
yazıram. Birinci məktubun
çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə
azadedilmək üçün
çağrılmışdım. Lakin
son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən
sonra azad ediləcəyəm. Mustafa.
15/11-43-cü il. Komi MSSR. Vojayel qəsəbəsi,
Dəmiryol rayonu, poçt yeşiyi 243/18".Lakin təssüflər
olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da
sürgündə vəfat etmişdi".
Əzizim
Müqəddənisə!
Mən Bayıl etap həbsxanasındayam. Yola
salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm.
Ola bilsin ki, bizi tezliklə göndərsinlər.
Əgər sənin vaxtın yoxdursa, qoy evdən
kimsə görüşə gəlsin ki,
uşaqlarımın və mənim üçün doğma
və unudulmaz adamların taleləri barədə xəbər
tuta bilim. Əgər qalıbsa, alt
paltarlarımdan əlinizə keçəndən mənə
göndərin. Əllərindən,
gözlərindən öpürəm, mənim yazıq, yeganə
sevdiyim, bəxtsiz dostum. Neçə ki,
damarlarımdan qanım axır, sənin olan Mustafa Vəkilov.
15.05.39-cu il.
***
Əziz
anam!
Mənə görə narahat olmayın. Mən
sağ-salamatam. Hansı birinizsə
görüşə gəlin. Alça
lavaşı və sarımsaq, eləcə də Bayılda
verdiyiniz kostyumun jiletini göndərin. Çox
rica edirəm, şokolad plitkası kimişeyləri bir də
heç vaxt göndərməyin. Bütün
doğmalarımı öpürəm. Fikrim
həmişə sizlərin yanındadır.
Çalışın uşaqlar məni az
xatırlasınlar və kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır və
ayrıca borclubəxtsiz və əziz dostumun əllərindən
öpürəm. Sizin hamınız
üçün qalan, Mustafa. 27 iyun, 1939-cu il. Bakının 1 saylı
Keşlə həbsxanası.
***
Əziz
anam!
Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam.
Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm.
Lakin qorxuram, birincisi, onların bu istidə buraya
gəlmələriçətin olsun, sonrası da, bilmirəm
onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə
bilmirəm. Qoy Müqəddənisa
özü yalnız uşaqların ruhi vəziyyəti
üçün bunun nə dərəcədəməqsədyönlü
olması baxımından həll etsin. 150
manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən
yalnız zəruri şeylərlə: sarımsaq, soğan,
alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə
kifayətlənin. Bahalı şeylər və
naharlar göndərməyin. Səni,
atamı, Müqəddənisanı və uşaqları bərk-bərk
öpürəm. Yaxşı oxuduğuna
görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca bacısını incitmir. Mustafa.
23.07.39-cu
il.
***
Əziz
anam!
Mən artıq yazmışam ki, bağlamanı
aldım, buna görə hamınıza olduqca minnətdaram. 8 aprel tarixli məktubunuzda
sadalanan şeylərlə müqayisədə 200 qram tənbəki
çatışmırdı, lakin bunun əvəzindəqənd
və alça lavaşı vardı. Hələlik
bizim təkrar istintaqa qaytarılmağımız barədə
heç nə deyilmir. İşə təkrar baxılmaq
üçün bizi geri göndərmələri barədə
Bakıdan yola salınmalı olan tələbnamənin nə
səbəbələngidiyini başa düşmürəm...
Yusuf ağciyər vərəminə tutulub,
aktiv prosesdir. Xəstəxanada yatır.
Yaxşı baxırlar. Son günlər
özünü bir qədər yaxşı hiss edir. Mustafa. 18.05.40-cı il.
Bizi görünür, bu tezliklə təkrar istintaqa
qaytarmayacaqlar.
Daha bir ərzaq bağlaması və tənbəki
göndərin. Bağlamanın içinə
göndərdiyiniz şeylərin siyahısını qoyun.
Kirov vilayəti, Volositsı, poçt yeşiyi
231/1.
***
Əzizim
Müqəddənisə!
Bağışla, əzizim. Mənim vicdanım təmizdir və
başıma gələnlər üçün, sizə dərd-kədər
gətirdiyim üçün az da olsa təqsirim
yoxdur. İndi mənim işimin gedişindən
görünür ki, tezliklə hər şey birdəfəlik
aydınlaşacaq və mən böhtan ləkələrindən
təmizlənmiş halda sizlərin yanına
qayıdacağam. Atamı və anamı, əmimi
və bibilərimi bərk-bərk öpürəm.
Bütün doğmalarıma və yaxınlarıma can
sağlığı və səadət arzulayıram.
Sənin
Mustafan. 28/V.40-cı il.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 19 may.-
S.14.