“Azərbaycan
multikultralizmin, tolerantlığın
bir nümunəsi kimi tanınır”
“Son illər Azərbaycan
mötəbər tədbirlərin
keçirildiyi bir məkana çevrilib. Təbii ki,
belə bir tədbirin ölkəmizdə
keçirilməsi və
xeyli sayda nüfuzlu qonağın Azərbaycana təşrif
buyurması ölkəmizə
verilən qiymət və dəyərdir.
Bu bölgədə və regionda ölkəmizin formalaşdırdığı
imicin nəticəsidir”.
Bunu iqtisad elmləri doktoru Fikrət Yusifov ötən həftə Bakıda keçirilən Humanitar Foruma münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Azərbaycan
bu gun qlobal əhəmiyyətli tədbirlərə
ev sahibliyi
etməklə həm də öz gücünü göstərmiş
olur: “Azərbaycan bu gün öz
sözunu deyən bir ölkədir. Hətta siyasi müstəvidə hansısa super dövlətlər
belə müzakirə
aparmaq üçün
məkan olaraq Azərbaycanı seçirlər.
Azərbaycan dünyada ictimai-siyasi
sabitliyin, multikultralizmin,
tolerantlığın bir
nümunəsi kimi tanınır. Ona görə
də ölkəmizdə
bu cür tədbirlərin təşkili
həm də özümüz üçün
əhəmiyyətlidir. Belə ki, tədbirə gələn qonaqlar ölkəmizi yaxından tanıyır və nəticə etibarilə onlar həm də Azərbaycanın təbliğatçısına çevrilirlər. Bir sözlə,
bu tədbirlərin ölkəmizdə keçirilməsi
Azərbaycanın yüksək
siyasi nüfuzundan xəbər verməklə
yanaşı, eyni zamanda, növbəti mərhələlərdə ölkəmizin
daha geniş təbliğinə imkan yaradır”.
Xatırladaq ki, oktyabrın
25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan
formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda
keçirilən budəfəki Foruma 86
ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə
qatılıb.
Xalq Cəbhəsi.- 2018.- 1 noyabr.- S.7.