Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan yazıçısı, ssenarist, dramaturq, əməkdar incəsənət xadimi Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov, xalq artistləri, "Şöhrət" ordeni laureatlarıPrezidentin fəxri təqaüdçüləri Afaq Bəşirqızı, Şükufə Yusupova, sevilən aktyorlar, xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva, teatr rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, əməkdar artist Məsmə Aslanqızı, rejissor, aktyor Şərif Qurbanəliyev digər qonaqlar iştirak ediblər.

Aparıcı tədbir iştirakçılarını salamlayaraq, yazıçının həyat yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra yubilyarın sənət dostları yazıçı-dramaturqun yaradıcılığından danışıblar , onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Ə.Əmirli "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" sairə pyesləri Bakı teatr səhnələrində tamaşaya qoyulub. O, hekayə, povest romanlardan ibarət 7 kitabın müəllifidir.

Həmçinin, “Bala başa bəlateleviziya tamaşasından Mesenat”, “Köhnə evtamaşalarından maraqlı fraqmentlər nümayiş olunub.

Sonda Ə.Əmirli səhnəyə dəvət olunub. O, tədbir təşkilatçılarına tamaşaçılara öz minnətdarlığını bildirib. Görkəmli sənətkara yubiley münasibəti ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən plaket təqdim olunub.

Qeyd edək ki, yaradıcılıq uğurlarına görə Əli Əmirli 2000-ci ildə beynəlxalq ”Humay İlahəsi” mükafatına layiq görülüb. 2015-ci ildə isə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda "Azərbaycan" ədəbiyyat jurnalının redaksiya heyətinin və Dövlət Gənc tamaşaçılar Teatrının bədii şurasının üzvüdür. Ə. Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur.

 

Xalq Cəbhəsi.- 2018.- 2 noyabr.- S.16.